22
Müasir
dövlətlərdə yerli özünüidarəetmə sistemləri döv-
lətin inzibati-ərazi bölgüsü əsasında qurulur. İstənilən dövlətin
inzibati-ərazi bölgüsü özü-özündə dövlət təşkilinin mühüm his-
səsini təşkil edir. Bu quruluş əksər hallarda olduqca konservativ
xarakter daşıyır. O, adətən nadir hallarda pozulur və hətta belə
yeni konstitusiyaların və dövlətin təşkilinin digər aspektlərinə
toxunan konstitusiya qanunlarının qəbulu şəraitində ciddi dəyi-
şikliklərə məruz qalmır.
Dövlətin inzibati-ərazi bölgüsü, bir qayda olaraq, sırf
coğrafi amillərin təsiri altında və iqtisadi, sosial və demoqrafik
vəziyyət nəzərə alınmaqla formalaşırdı. Bu amillərin dəyişil-
məsi, xüsusilə də elmi-texniki tərəqqinin müqabilində, şübhəsiz
ki, dövlətin inzibati-ərazi quruluşunun yenidən qurulmasına tə-
sir göstərir, lakin bu, daha çox sənaye regionlarına aiddir. İri xa-
rici dövlətlərdə (ABŞ, AFR, İspaniya, İsveçrə və s.) inzibati-
ərazi bölgüsünün müasir sisteminin əsasları hələ XIX əsrdə qo-
yulmuş, Böyük Britaniyada isə bu əsaslar hələ erkən feodalizm
dövrünə təsadüf edir. Buna görə də xarici dövlətlərin inzibati-
ərazi bölgüsü sistemində hal-hazıra qədər köhnəlmiş, ərazisi ki-
çik olan və mövcud olması üçün iqtisadi, bəzən də demoqrafik
əsasları itirmiş ərazi vahidləri qala bilər.
Bir çox hallarda müxtəlif ərazilərin normativ hüquqi ba-
zası onların sosial-iqtisadi potensialından geridə qalır. Əvvəllər
olduğu kimi, eyni kateqoriyaya aid edilən inzibati-ərazi vahidlə-
rinin ərazilərinin ölçülərində, əhalisinin sayında və iqtisadi po-
tensialında ciddi fərqlər qalmaqdadır. Unitar dövlətlərdə inziba-
ti-ərazi quruluşunun tənzimlənməsi mərkəzi hakimiyyət orqan-
larının, federativ dövlətlərdə isə federasiya subyektlərinin səla-
hiyyətidir, halbuki inzibati-ərazi bölgüsünün təşkilinin ümumi
23
prinsipləri ümumfederal konstitusiyanın prinsipləri əsasında qu-
rulmalıdır. Yerli inzibati-ərazi bölgüsünün ətraflı tənzimlənməsi
xüsusi qanunlarla həyata keçirilir.
Müasir
dövlətlərdə yerli özünüidarəetmə sistemi vertikal
üzrə ikidən beşədək pillə özündə əks etdirə bilər. İnzibati-ərazi
bölgüsünün ikipilləli (Danimarka, Kosta-Rika və s.) və üçpilləli
(İtaliya Hindistan və s.) strukturu yerli özünüidarəetmə baxı-
mından ən yayılmış və əlverişli hesab edilir. İnzibati-ərazi böl-
güsünün dördpilləli və beşpilləli sisteminə daha az rast gəlinir.
Təbii olaraq, müxtəlif dövlətlərdə inzibati-ərazi vahidlərinin ay-
rı-ayrı növlərinin xarakterində və rolunda ciddi fərqlər mövcud-
dur.
Yerli
özünüidarəetmə orqanları yuxarı orqanlarla müna-
sibətlərinin mərkəzləşdirilməsi dərəcəsinə görə fərqlənirlər.
Yerli özünüidarəetmənin bir sistemi aşağı orqanların yuxarı or-
qanlara tabelik prinsipi əsasında (İtaliya, Fransa, AFR) qurulur.
Bununla yanaşı, bir sıra dövlətlər muxtar sistemin tərəfdarıdır
və bu sistemdə vertikal üzrə birbaşa tabelik mövcud deyildir, la-
kin təcrübədə tətbiq edildikdə, bu, olduqca məhdud formada hə-
yata keçirilir (ABŞ, Böyük Britaniya).
İkinci halda yerli özünüidarəetmə orqanları yuxarı or-
qanlara münasibətdə xeyli sərbəstliyə malikdirlər. Bu halda, bu
orqanların seçkiliyinin kifayət qədər geniş sistemi də bərqərar
olunub. Bəzi dövlətlərdə həm-tabeliyin birbaşa sistemi aşağı or-
qanların fəaliyyətinin “əlaqələndirilməsi” yolu ilə həyata keçiri-
lir (Yaponiya).
Bəzən yerli özünüidarəetmə orqanlarının fəaliyyəti xü-
susi dövlət orqanlarının birbaşa nəzarətinə verilir. Əksər hallar-
da onlar Daxili İşlər Nazirliyinin tabeliyindədir (Böyük Britani-
24
ya), digər dövlətlərdə, hətta hökumət tərkibində xüsusi bölmə
də (yerli özünüidarəetmə məsələləri üzrə nazirlik) təsis edilə
bilər.
Bir
sıra dövlətlərdə (Fransa, İtaliya və s.) inzibati-ərazi
vahidlərinə seçkili yerli özünüidarəetmə orqanlarının və onların
icraiyyə orqanlarının fəaliyyəti üzərində inzibati nəzarət həyata
keçirən səlahiyyətli hökumət nümayəndələri təyin edilir ki, bu
da həmin orqanları mərkəzi hakimiyyətlər tərəfindən daimi nə-
zarət altına qoymuş olur.
Latın Amerikasının əksər dövlətlərində yerli özünüidarə-
etmə orqanlarının mərkəzləşdirilmiş idarəçiliyi həyata keçiril-
mir, əvəzinə belə bir sistem təsis edilir ki, mərkəzin nümayən-
dəsinə yalnız nəzarət funksiyaları həvalə olunur və o, əhali və
ya şura tərəfindən seçilən bələdiyyə rəhbəri ilə yanaşı fəaliyyət
göstərir. Belə ki, Ekvadorun 1980-ci il tarixli Konstitusiyasına
uyğun olaraq əyalətlərdə prefektlər başda olmaqla əyalət şura-
ları seçilir, mərkəzi hakimiyyəti isə qubernator təmsil edir, al-
kaldlar tərəfindən başçılıq edilən kantonlarda bələdiyyə şuraları
fəaliyyət göstərir, halbuki baş inzibati şəxs qismində “siyasi
rəhbər” çıxış edir. Mərkəzin təyin edilən nümayəndələrinin
funksiyaları rəsmi olaraq polisə və seçkili qurumların fəaliyyə-
tinə nəzarətdən ibarətdir. Faktiki olaraq, həmçinin seçkili qu-
rumların fəaliyyətinə, gündəlik nəzarətə də şamil olunur.
Mərkəzi hakimiyyətlərin nümayəndələri, yerli özünüida-
rəetmə orqanlarına münasibətdə inzibati nəzarəti həyata keçirər-
kən, bu orqanlar tərəfindən qəbul edilmiş aktların qanuniliyini
və onların qüvvədə olan qanunvericiliyə uyğunluğunu yoxlaya
bilərlər. Bəzən yerli özünüidarəetmə orqanlarının qərarları hö-
kumət sədri onlarla tanış olmayana qədər qüvvəyə minmir. Xü-
25
susi müəyyən edilmiş müddət ərzində ondan prinsipial etiraz
gəlmədikdə, qərar qanuni qüvvəyə minir. Nəzarət edən şəxs
yerli özünüidarəetmə orqanının qərarını ləğv etmək hüququna
malik deyildir, lakin həmin qərarı məhkəmə qaydasında müba-
hisə edə bilər.
Bu
orqanların muxtariyyətinin pozulması cəhdləri ol-
duqda, yerli özünüidarəetmə orqanları öz növbəsində hökumət
sədrindən, dövlət başçısından, ölkə parlamentindən məhkəmə
qaydasında öz hüquqlarını müdafiə edə bilər.
Müasir
dövlətlərdə inzibati-ərazi bölgüsündə böyük
müxtəliflik müşahidə olunur ki, bu da bir çox hallarda tarixi
ənənələr və iqtisadi məqsədəuyğunluqla diktə olunur və buna
görə də yerli özünüidarəetmənin özünəməxsus xüsusiyyəti kimi
onların qurulmasının təşkilati formalarının həddindən artıq
müxtəlifliyi və onların yerli şəraitdən (coğrafi, sosial-iqtisadi,
istehsal, demoqrafik və s.) birbaşa asılılığı çıxış edir. Amerika-
nın ştatlarında, məsələn, əsas inzibati-ərazi vahidləri sayı üç
mindən çox olan qraflıqlardır. Onlar əhalinin sayına və ərazilə-
rin ölçülərinə görə fərqlənirlər. Bir sıra ştatlarda qraflıqlar taun-
lara və taunşiplərə, yəni yığcam şəhər və kənd yaşayış məntəqə-
lərinin sərbəst növlərinə bölünür. Amerikanın şəhərləri, bir qay-
da olaraq, bütün ölkənin əhalisinin təxminən üçdə iki hissəsinin
yaşadığı bələdiyyə korporasiyalarına aid edilir. Amerika Birləş-
miş Ştatlarında, inzibati-ərazi təşkil ştatlarında, həmçinin xüsusi
bölmələri – xüsusi dairələri nəzərdə tutur. Bu xüsusi dairələr
yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərindən istisna
edilmiş yerli həyat istiqamətlərinin idarə edilməsi üçün yaradı-
lır. Xüsusi dairələr əhali tərəfindən seçilən və ya ştatlar, yaxud
qraflıqlar tərəfindən təyin edilən öz idarəetmə orqanlarına və ya
Dostları ilə paylaş: |