30
qanunvericilk orqanlarının üzvləri, hökumətin nazirləri, silahlı
qüvvələrdə və ya polis orqanlarında xidmət edən dövlət qulluq-
çuları, məhkəmə hakimiyyətinin üzvləri, notariuslar, seçki ko-
missiyalarının üzvləri və digər şəxslər alkald və bələdiyyə mü-
şaviri vəzifələrinə seçilə bilməzlər. Qeyd etmək lazımdır ki, bir
sıra xarici dövlətlərdə qanunvericilikdə seçicilərin səsverməsi
yolu ilə yerli təmsilçi orqanlarının deputatlarının vaxtından əv-
vəl geri çağırılması qaydası da nəzərdə tutulur. Meksikanın
bələdiyyə idarəetməsinin özünəməxsus xüsusiyyəti ondan iba-
rətdir ki, birbaşa xalq səsverməsi yolu ilə seçilmiş bələdiyyə
sədrləri və müşavirləri növbəti səlahiyyət müddətinə seçilə bil-
məzlər. Adından asılı olmayaraq vəzifəyə təyin edilmiş yerli
özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri növbəti səlahiyyə-
ti müddətinə, hətta həmin bələdiyyədə olan digər vəzifəyə seçilə
bilməzlər.
Deputat
mandatlarının birləşdirilməsi məsələsi də cürbə-
cür tənzimlənir: birdən, bir neçə mandatı birləşdirmək qərarın-
dan (Danimarkada – yerli, regional və parlament səviyyəsində),
habelə yerli və regional səviyyədə ikili mandat sistmindən
(Norveç, İsveç, Danimarka, Böyük Britaniya, İrlandiya, Nider-
land, AFR) bir deputat mandatına qədər (Avstriya, Belçika,
Fransa). Avstriyada istisna kimi ən aşağı səviyyənin mandatının
ən yuxarı (parlament) səviyyənin mandatı ilə birləşdirilməsinə
yol verilir. İtaliyada bir səviyyədə mandatların (regional, əyalət
və bələdiyyə) , habelə parlament mandatı ilə birləşdirilməsinə
yol verilmir. Lüksemburqda yerli özünüidarəetmə orqanının üz-
vü, eyni zamanda milli parlamentin və Avroparlamentin üzvü
ola bilər.
31
Bir çox hallarda yerli özünüidarəetmə orqanlarının say
tərkibi minimal və maksimal hesablamalarla müəyyən edilə bi-
lər, daimi tərkib isə həmin rayonun əhalisinin sayı ilə hesabla-
nır. Məsələn, Peru Respublikasında birbaşa müəyyən edilmişdir
ki, 500 nəfər sayına malik bələdiyyələrdə alkald və 5 bələdiyyə
müşaviri, 500-dən 1000-dək – alkald və 8 bələdiyyə müşaviri
seçilir və s. Yerli təmsilçi orqanlarının say tərkibinin belə tən-
zimlənməsi onların tərkibinin hədsiz artmasından, habelə seçki-
lərə sərf olunan xərclərin artmasından qoruyur.
Yerli
özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə,
adətən absenteistlərin, yəni səsvermədə iştirak etməyən şəxs-
lərin faizi yüksək olur (məsələn, ABŞ-da qeydə alınmış seçici-
lər sayının üçdə bir hissəsi). Mütləq kvorum nəzərdə tutulmuş
dövlətlərdə bu faiz, şübhəsiz ki, kifayət qədər yüksəkdir.
Yerli özünüidarəetmə orqanları struktura görə, bir qayda
olaraq, birpalatalıdır. Bu orqanların ikipalatalı əsasda qurulması
çox nadir hallarda olur (məsələn, Nyu-Yorkun bələdiyyə şura-
sı). Bələdiyyə orqanının strukturu, onun say tərkibi kimi, əra-
zinin ölçüsü və əhalinin sayı ilə müəyyən edilir.
Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin əsas for-
masını keçirilməsi yerli qanunvericiliklə tənzimlənən sessiyalar
təşkil edir. Aşağı ərazi bölmələrində bu sessiyalar tez-tez keçiri-
lir (ABŞ-da ayda bir-iki dəfə, Böyük Britaniyada – hər ay). Yu-
xarı orqanların sessiyaları rübdə və ya yarım ildə bir dəfə ke-
çirilir. Yerli icra orqanlarının (mer, icra şurası və s.) tələbi ilə
həmçinin növbədənkənar və ya fəvqəladə sessiyalar keçirilə
bilər. Adətən, fövqəladə sessiyalar sırf konkret məsələlərin həlli
məqsədilə çağırılır və həmin sessiyalarda digər məsələlərin həlli
hüquqi qüvvəyə malik deyildir.
32
Yerli özünüidarəetmə orqanları öz səlahiyyətləri daxilin-
də qərarlar qəbul edir, rəylər, təkliflər və tövsiyələr verirlər.
Ümumi prinsip ondan ibarətdir ki, yerli icmalar və onların ira-
dəsini ifadə edən, əhali tərəfindən seçilən yerli özünüidarəetmə
orqanları onların səlahiyyətlərindən istisna edilməmiş və müəy-
yən olunmuş qaydada hakimiyyətin digər orqanına verilməmiş
istənilən məsələlər üzrə fəaliyyətinin həyata keçirilməsi zamanı
qanun çərçivəsində tam sərbəstliyə malikdirlər. Səlahiyyətlərin
özü yalnız qanun çərçivəsində şübhə altında olar, hakimiyyətin
digər, mərkəzi və ya regional orqanı tərəfindən məhdudlaşdırıla
bilər.
Məsələn, İspaniyanın 1978-ci il tarixli Konstitusiyası
«yerli administrasiya» adlı xüsusi bölməsində hüquqi şəxsin
hüquqlarına bütövlüklə malik olan bələdiyyələrin muxtariyyəti-
nə təminat verir. Konstitusiyaya görə bələdiyyələrə rəhbərlik və
onların idarə edilməsi alkaldlardan və müşavirlərdən ibarət olan
müvafiq bələdiyyə şuraları tərəfindən həyata keçirilir. Müşavir-
lər xüsusi qanuna uyğun olaraq ümumi, bərabər, azad və gizli
səsvermə yolu ilə bələdiyyənin sakinləri tərəfindən seçilirlər.
Alkald (şuranın sədri) müşavirlər tərəfindən və ya birbaşa bə-
lədiyyənin sakinlər tərəfindən seçilir.
Yerli özünüidarəetmə orqanlarının qərarları məhkəmə
qaydasında mübahisə edilə bilər. Bir sıra dövlətlərin (məsələn,
İtaliyanın) qanunvericiliyi ilə yerli seçkili orqanlar konstitusiya-
ya zidd olan hərəkətlər etdikdə, habelə qüvvədə olan qanunları
ciddi şəkildə pozduqda, mərkəzi hakimiyyətin qərarını icra et-
məkdən imtina etdikdə və digər hallarda onların buraxılması
imkanı nəzərdə tutulur. Qanunvericiliklə, həmçinin yerli özü-
nüidarəetmənin icra orqanının buraxılması, habelə qeyri-qanuni
33
əməllər törətmiş onun sədrinin istefaya göndərilməsi imkanı da
nəzərdə tutulmuşdur.
Yerli özünüidarəetmə orqanının buraxılması deputatlar
kütləvi şəkildə istefa verdikdə və ya davamlı çoxluğun olmama-
sı səbəbindən yerli özünüidarəetmə orqanının fəaliyyətinin tam
səmərəsiz olduqda, habelə milli təhlükəsizlik məsələləri baxı-
mından həyata keçirilə bilər. Məsələn, İtaliyada belə bir qərar
Respublika Prezidentinin əsaslandırılmış fərmanı əsasında mər-
kəzi parlamentin xüsusi təşkil edilmiş komissiyasının hesabatı-
nın dinlənilməsindən sonra qəbul edilir. Vilayət şurasının bura-
xılması haqqında fərman ilə ölkə Prezidenti tərəfindən seçki hü-
quqlarının tam həcminə malik olan üç nəfərdən ibarət müvəq-
qəti komissiya yaradılır. Komissiya üç ay müddətində yeni vila-
yət şurasının seçkilərini təyin edir və icra orqanının (cuntanın)
səlahiyyətlərinə aid edilən adi inzibati fəaliyyətlə məşğul olur.
Komissiya heç bir digər orqan tərəfindən ləğv edilə bilməyən və
sonradan yeni seçilmiş vilayət şurasının təsdiqinə təqdim edilən
qərarlar qəbul edir.
2.3. Yerli özünüidarəetmə orqanlarının
səlahiyyətləri
Yerli
özünüidarəetmə orqanlarının səlahiyyətlərinin əsas
həcmi milli qanunvericiliklə müəyyən edilir və hətta bir dövlət
daxilində fərqlənə bilər. Yerli cəmiyyətlərin səlahiyyətlərinə aid
olan ümumi qayda ondan ibarətdir ki, bütün bu səlahiyyətlər
yalnız yerli məsələlərə münasibətdə bütöv və hərtərəfli olmalı-
dır. Faktiki olaraq onlar yalnız yerli məsələləri həll etmək sə-
lahiyyətlərinə malikdirlər. Məsələn, Bavariyanın Konstitusiyası
Dostları ilə paylaş: |