41
həbsləri həyata keçirir. Prokuror qanunçuluğa əməl olunmasına
nəzarət edir, qraflığı məhkəmədə təmsil edir, qraflığın şurasına
və vəzifəli şəxslərinə hüquqi məsələlər üzrə məsləhətlər verir.
Yerli
özünüidarəetmə orqanlarının strukturunun ayrıl-
maz hissəsi kimi fəaliyyətin müxtəlif sahələrinin özündə əks et-
dirən müxtəlif şöbələr və təşkilatlar çıxış edir. Onlardan ən ya-
yılmış qurumlar – səhiyyə, polis, maliyyə, yanğınsöndürən, icti-
mai işlər, sosial xidmətlər, iş qüvvəsi, nəqliyyat, kommunal xid-
mətlər, əhalinin istirahəti, istehlak şöbələridir.
Xüsusilə qeyd edilməlidir, müxtəlif dövlətlərdə yerli
özünüidarəetmə orqanlarının təşkili, seçilməsi, səlahiyyət dairə-
si fərqlidir. Buna misal olaraq, aşağıda ayrı-ayrı dövlətlərdə
yerli özünüidarəetmə orqanlarının formalaşdırılması qaydası,
səlahiyyət müddəti və malik olduqları səlahiyyət dairəsini əhatə
edən cədvəl verilir:
Dövlət
Orqanlar
Səlahiyyətlər
1 2 3
Avstriya
2400 bələdiyyə
Bələdiyyə şurası ərazidən
asılı olaraq proporsional
qaydada 5 və 6 il müddətinə
seçilir. Mer torpaqdan asılı
olaraq birbaşa və ya şura
tərəfindən seçilir.
Sosial xidmətlər,
ictimai asayiş, şə-
hər planlaşdırılma-
sı, məişət tullantıla-
rı, su təchizatı, icti-
mai nəqliyyat, təh-
lükəsizlik, mədə-
niyyət, səhiyyə.
Belçika
600 bələdiyyə
Bələdiyyə şurası əhali tərəfin-
dən 6 il müddətinə seçilir. Mer
şuraya başçılıq edir və
bələdiyyə şurasının tövsiyəsi ilə
Kraliça tərəfindən təyin edilir.
İctimai asayiş, şə-
hər planlaşdırılma-
sı, su təchizatı,
məişət tullantıları.
42
1 2 3
Bolqarıstan
264 icma
Bələdiyyə şurası əhali tərə-
findən 4 il müddətinə seçi-
lir. Şura sədri 4 il müddəti-
nə seçir, mer bələdiyyənin
icra orqanıdır.
Məişət tullantılarının
yığılması və utiliza-
siyası, abadlıq işləri,
yollar, işıqlandırma,
şəhər planlaşdırılma-
sı, idmanın, turizmin
və asudə vaxtının in-
kişafı, ictimai binala-
rın tikintisi və saxlan-
ması, mədəniyyət,
kommunal müəssisə-
lərin idarə edilməsi.
Böyük Britaniya
440 bələdiyyə
Bələdiyyə şuralarının üzv-
ləri 4 il müddətinə seçilir.
Təhsil, sosial müda-
fiə, nəqliyyat, yan-
ğınsöndürən xid-
mətləri, məişət tul-
lantıları, kitabxanalar.
Yunanıstan
900 şəhər, 131
kənd bələdiyyəsi
Bələdiyyə
şurası
əhali
tərəfindən 4 il müddətinə
seçilir. Bələdiyyə komitəsi
şura tərəfindən 2 il müddə-
tinə seçilir. Mer seçkilərdə
qələbə qazanmış siyahıya
başçılıq edir.
Mədəniyyət,
ictimai nəqliyyat,
sosial və iqtisadi
inkişaf, su və qaz
təchizatı, məktəb
binalarının sax-
lanması.
Danimarka
269 bələdiyyə
Bələdiyyə şurası əhali tərə-
findən proporsional qayda-
da 4 il müddətinə seçilir.
Şura icraiyyə komitəsini
formalaşdırır. Mer şura tə-
rəfindən 4 il müddətinə se-
çilir və icra strukturuna və
şuraya rəhbərlik edir.
İbtidai təhsil, vergi-
lər, məişət tullantı-
ları, uşaqlara qul-
luqetmə, mədəniy-
yət, idman, ictimai
xidmətlər.
43
1 2 3
Estoniya
39 şəhər, 202
kənd bələdiyyəsi
Bələdiyyə şurası əhali tərəfin-
dən 4 il müddətinə seçilir.
İcra orqanı merdən və onun
təyin etdiyi və şuranın təsdiq
etdiyi üzvlərdən ibarətdir.
Mer şura tərəfindən 4 il
müddətinə seçilir.
Büdcə, təhsil (mək-
təbəqədər, ibtidai və
orta), sosial müdafiə,
mədəniyyət, asudə,
idman,
ərazilərin
planlaşdırılması, tu-
rizm, səhiyyə, icti-
mai nəqliyyat, kom-
munal xidmətlər (su
təchizatı, işıqlandır-
ma, istilik təchizatı),
tullantıların yığılma-
sı və utilizasiyası,
yolların təmizlənmə-
si, qəbiristanlıqların
saxlanması, yerli
vergilər.
İrlandiya
80 bələdiyyə
Şəhər şurası əhali tərəfindən 5
il müddətinə seçilir və onun
başçısı olan meri ildə bir dəfə
seçir. Şəhər klerki şuranın
icraçı
sədridir, hökumət
tərəfindən təyin edilir və
bələdiyyəadministrasiyasına
başçılıq edir.
Yolların tikintisi və
saxlanması, mənzil
fondu, asudə, ərazi-
lərin planlaşdırılma-
sı.
İslandiya
100 bələdiyyə
Bələdiyyə şurası əhali tərəfin-
dən 4 il müddətinə seçilir
İcraiyyə komitəsi şura tərəfin-
dən onun üzvləri sırasından
təyin edilir və şuranın icra
orqanı kimi fəaliyyət göstərir.
Şuranın sədri onun üzvləri
tərəfindən 1 il müddətinə
seçilən merdir.
Sosial müdafiə təhsil
(ibtidai), mədəniyyət,
idman, asudə, su
təchizatı və elektrik
enerjisi şəbəkələrinin
tikintisi və saxlanma-
sı, ərazilərin planlaş-
dırılması, ətraf mühit,
ictimai nəqliyyat,
tullantıların yığılması
və utilizasiyası.
44
1 2 3
İspaniya
8109 bələdiyyə
Bələdiyyə şurası əhali tərəfindən
4 il müddətinə seçilən
müşavirlərdən ibarətdir Yerli
özünüidarəetmə orqanının şurası
əsas icra orqanıdır, mer əhali
tərəfindən seçilir və bələdiyyə
şurasına rəhbərlik edir.
Məişət tullantıları, su
təchizatı, küçələrin
işıqlandırılması, ictimai
asayiş, qida key-
fiyyətinə
nəzarət,
ictimai kitabxanalar,
sosial xidmətlər,
yanğınların qarşısının
alınması, idman və
idman meydançaları,
ictimai nəqliyyat, ətraf
mühit.
İtaliya
8000 icma
Yerli şura əhali tərəfindən 5 il
müddətinə seçilir İcraiyyə ko-
mitəsi əhali tərəfindən 5 il
müddətinə seçilən mer tərəfindən
təyin edilir.
Sosial müdafiə, şəhər
planlaşdırılması,
iqtisadi inkişaf, kom-
munal xidmətlər, ətraf
mühit, mədəniyyət.
Kipr
33 bələdiyyə, 350
icma
Bələdiyyə şurası əhali tərəfindən
5 il müddətinə seçilir və inzibati
komissiyanı formalaşdırır Mer
əhali tərəfindən 5 il müddətinə
seçilir.
Səhiyyə, şəhər planlaş-
dırılması, ətraf mühit,
su təchizatı, ərazilərin
planlaşdırılması,
məişət tullantıları.
Latviya
530 kommuna
Yerli şura əhali tərəfindən 4 il
müddətinə seçilir, öz üzvləri
sırasından meri və icra orqanını
seçir.
Su və istilik təchizatı,
məişət tullantıları, sə-
hiyyə, ibtidai və orta
təhsil, mədəniyyət,
mənzil fondu, ərazilə-
rin planlaşdırılması, iq-
tisadi fəaliyyətlə bağlı
lisenziyaların veri-
lməsi, ictimai asayiş,
uşaqların müdafiəsi.
Dostları ilə paylaş: |