74
Əcnəbilərin yerli səviyyədə ictimai həyatda iştirakı
haqqında Konvensiya (5 fevral 1992-ci il)
Konvensiyanın məqsədi əcnəbilərin cəmiyyətin həyatına
inteqrasiya edilməsinə köməkliyin göstərilməsindən ibarətdir.
Bu sənəd Razılığa Gələn Tərəfin vətəndaşı olmayan, lakin onun
ərazisində qanuni əsaslarla yaşayan hər şəxsə aiddir.
Konvensiyaya
əsasən, Razılığa Gələr Tərəflər onların
ərazilərində yaşayan əcnəbilərə, öz vətəndaşlarına olduğu kimi,
“klassik hüquqlar” sayılan söz azadlığı, birləşmək hüququ, o
cümlədən həmkarlar ittifaqlarını yaratmaq hüququna təminat
verməyi öz üzərinə götürürlər. Bundan başqa, Razılığa Gələr
Tərəflər əcnəbilərin yerli məsələlərlə bağlı məşvərət prosesinə
cəlb olunması üçün səy göstərməlidirlər. Qanunla müəyyən
edilmiş bir sıra şərtlər əsasında əcnəbilərin söz azadlığı və
birləşmək hüququ məhdudlaşdırıla bilər.
Konvensiya yerli səviyyədə yerli hakimiyyət orqanının
ərazisində əcnəbilər tərəfindən seçilən və ya əcnəbilərin ayrı-
ayrı assosiasiyaları tərəfindən təyin edilən məşvərətçi orqanla-
rın yaradılması imkanını verir.
Konvensiya,
həmçinin Razılığa Gələn Tərəfin əcnəbilərə
yerli seçkilərdə səs vermək və onlar müvafiq ərazidə qanuni
əsaslarla beş il müddətində yaşadıqda, yerli hakimiyyət orqanı-
na seçilmək üzrə mümkün öhdəliyi də nəzərdə tutur.
Razılığa Gələn Tərəf əcnəbiləri yerli səviyyədə cəmiy-
yətin həyatı ilə bağlı onların hüquq və vəzifələri haqqında məlu-
matlandırmalıdır. Tərəflər, həmçinin əcnəbilərin yerli səviyyədə
75
cəmiyyətin həyatında iştirakı prosesində olan inkişaf haqqında
Avropa Şurasının baş katibini məlumatlandırmalıdırlar.
Regional dillər və milli azlıqların dilləri haqqında
Avropa Xartiyası (5 noyabr 1992-ci il)
Xartiya tarixi regional dillərin və azlıqların dillərinin
müdafiəsinə və inkişaf etdirilməsinə köməkliyi göstərilməsini
nəzərdə tutur. Bu sənəd bir tərəfdən, Avropanın mədəni ənənə-
lərinin və irsinin dəstəklənməsi və inkişaf etdirilməsi, digər
tərəfdən isə regional dillərin və azlıqların dillərinin şəxsi və icti-
mai həyatda istifadə edilməsi üzrə ayrılmaz və tanınmış hüquqa
hörmətlə yanaşılması məqsədilə qəbul edilmişdir.
Birincisi, Xartiya Razılığa Gələn Tərəflərin onların əra-
zilərində istifadə edilən bütün regional dillərə və azlıqların dil-
lərinə münasibətdə sadiq qalmağa öhdəlik götürdüyü aşağıdakı
məqsəd və prinsipləri bəyan edir: hər bir dilin coğrafi sərhədlə-
rinə hörmətlə yanaşılması, onun inkişafı zərurəti, bu dillərin ic-
timai və şəxsi həyatda yazılı və ya şifahi nitqdə istifadəsinin
dəstəklənməsi və ya təşviq edilməsi.
İkincisi, Xartiya regional dillərin və azlıqların dillərinin
ictimai həyatda irəli çəkilməsi üçün bir sıra konkret tədbirlər
müəyyən edir. Bu tədbirlər aşağıdakı sahələrə aiddir: təhsil,
ədalət mühakiməsi, inzibati hakimiyyətlər və ictimai xidmətlər,
kütləvi informasiya vasitələri, mədəni, iqtisadi və sosial fəaliy-
yət, transsərhəd mübadilələr. Razılığa Gələn hər bir Tərəf mü-
vafiq siyahıdan seçilmiş yuxarıda sadalanmış sahələr üzrə məc-
76
buri tədbirlərdən ən azı 35 bəndi və ya yarımbəndi həyata keçir-
məyi öz üzərinə götürür. Bundan başqa, Razılığa Gələn hər bir
Tərəf ratifikasiya, qoşulma və ya təsdiq sənədlərində yuxarıda
göstərilən bəndlərin onun ərazisində və ya onun bir hissəsində
geniş istifadə edilməyən regional dilə, azlıqların dilinə və ya
rəsmi dilinə münasibətdə tətbiq edilməsini konkret göstərməli-
dir.
Xartiyanın həyata keçirilməsinə nəzarət Razılığa Gələn
Tərəflərin təqdim etdiyi məruzələrə vaxtaşırı baxan ekspertlər
komitəsi tərəfindən həyata keçirilir.
Ərazi icmalar və hakimiyyətlər arasında transsərhəd
əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyasına Əlavə
Protokol (9 noyabr 1995-ci il)
Protokolun
məqsədi müəyyən şərtlərin mövcudluğu ilə
ərazi icmaların transsərhəd əməkdaşlıq haqqında sazişlər bağla-
maq hüququnu tanımaqla Çərçivə Konvensiyasını gücləndir-
məkdən ibarətdir. Qeyd edilən sazişlər çərçivəsində qəbul edi-
lən akt və qərarlar daxili hüququn qüvvəsinə malikdirlər. Bu-
nunla yanaşı, sənəddə transsərhəd əməkdaşlıq haqqında sazişə
əsasən yaradılan belə əməkdaşlıq üzrə istənilən orqanın hüquq
subyektliyi də tanınır. Konvensiya və onun bu Protokolu Avro-
pada yerli və regional hakimiyyətlərin transsərhəd əməkdaşlığı
üçün ümumi hüquq çərçivələri qismində Avropa Şurasının üzvü
olan yeni dövlətlər üçün onların daxili islahatlar prosesinin inki-
şafında faydalı olacaqdır.
77
Ərazi icmalar və hakimiyyətlər arasında transsərhəd
əməkdaşlıq haqqında Avropa Çərviçə Konvensiyasına
ərazilərarası əməkdaşlığa dair 2 saylı Əlavə Protokol (5 may
1998-ci il)
2
saylı Protokol Razılığa Gələn Tərəflər arasında
transsərhəd əməkdaşlıq üçün hüquqi çərçivə müəyyən edir. Bu
sənəd Konvensiyanı və Əlavə Protokolu tamamlayır və hətta ic-
maların və hakimiyyətlərin onlarla ümumi sərhədlərə malik ol-
mayan tərəfdaşlarla ərazilərarası əməkdaşlıq haqqında sazişlər
bağlamaq hüququnu tanıyır.
Landşaftlar haqqında Avropa Konvensiyası (20 oktyabr
2000-ci il)
Konvensiya Avropada landşaftların tənzimlənməsi və
qorunması üçün hakimiyyət orqanları tərəfindən yerli, regional,
milli və beynəlxalq səviyyələrdə siyasətin həyata keçirilməsinə
və tədbirlərin görülməsinə köməklik göstərir. Bu sənəd insanla-
rın yaşadığı ətraf mühitin keyfiyyətini müəyyən edən bütün
landşaftları, həm adi, həm də görkəmli landşaftları əhatə edir.
Mətndə konkret əlamətləri müxtəlif tədbirlər növünü (saxlan-
madan qorunmaya qədər, idarə edilməsindən, təkmilləşdirilmə-
sindən – yaradılmasına qədər) tələb edən landşaftlara çevik ya-
naşmanı nəzərdə tutur.
Konvensiyada
“landşaft sahəsində siyasətin” işlənib ha-
zırlanmasına və yerli və regional hakimiyyət orqanları arasında
Dostları ilə paylaş: |