58
zifələrini etibar etmək zərurəti yaranır, dövlətin müdaxiləsi isə
məsələlərin yalnız həll olunmadığı hallarda mümkün olması
tələb olunur. Xartiyanın özündə səlahiyyətlərin həvalə olunması
anlayışı belə ifadə olunur: “Dövlət səlahiyyətlərinin həyata
keçirilməsi, bir qayda olaraq, əsasən vətəndaşlara daha yaxın
olan hakimiyyət orqanlarına həvalə edilməlidir”. Xartiya
Avropa Şurasının təşəbbüsü ilə 1985-ci ildə qəbul edilmişdir.
Xartiyanın məqsədi yerli özünüidarəetmə orqanlarının
hüquqlarının təmin edilməsi və müdafiəsindən ibarətdir. Bunun
əhəmiyyəti aydındır: məhz yerli özünüidarəetmə vətəndaşlara
onların gündəlik həyatı ilə bağlı olan qərarların qəbul edilmə-
sində iştirak etməyə imkan yaradır. Bundan əlavə, bu hüquqa
riayət olunması digər vətəndaş hüquqlarının həyata keçirilməsi-
nə təminat verir: məsələn, paytaxt idarəsi kəndinizin yaxınlığın-
da hava limanı tikdirmək qərarına gəldikdə və siz buna mane
olmaq iqtidarında olmadıqda və sizin rəyiniz qərarın qəbul edil-
məsində nəzərə alınmadıqda nəinki sizin istirahət hüququnuz,
habelə həyat hüququnuz təhlükə altına düşmüş olur. Buna görə
də qeyd edilən sənəd Avropa Şurasının üzvü olan dövlətlərini
yerli icmaların siyasi, inzibati və maliyyə sərbəstliyinin qorun-
masına və gücləndirilməsinə məcbur edir. Bununla belə, yerli
özünüidarəetmə orqanlarının sərbəstliyi prinsipi ə yüksək bey-
nəlxalq səviyyədə təsbit olunur, ona riayət olunması isə həqiqi
demokratiyanın əsas meyarlarından biri hesab olunur.
Xartiya preambuladan və üç hissədən ibarətdir. Pream-
bulada Avropa Şurasının məqsədləri təsbit olunur, habelə vur-
ğulanır ki, yerli özünüidarəetmə səmərəli və ən əsası, vətəndaş-
lara yaxın idarəetməni təmin etməklə, demokratik quruluş əsas-
larının birini təşkil edir. Sənəddə xüsusi qeyd edilir ki, yerli
59
özünüidarəetmə başlıca vətəndaş hüquqlarından biridir, həqiqi
xalq hakimiyyətini isə mərkəzləşdirilmiş hakimiyyət olan yerdə
deyil, onun yayıldığı və ötürüldüyü yerlərdə axtarmaq lazımdır.
Xartiyanın birinci hissəsində yerli özünüidarəetmənin anlayışını
açıqlayır, onun səlahiyyət dairəsini, hüquqi müdafiəsinin təmi-
natlarını və mexanizmlərini, onun fəaliyyəti üzərində nəzarət
üsullarını və maliyyələşdirmə mənbələrini müəyyən edir: “Yerli
özünüidarəetmə dedikdə qanun çərçivəsində, öz səlahiyyətləri
daxilində və yerli əhalinin maraqları naminə fəaliyyət göstər-
məklə, yerli özünüidarəetmə orqanlarının dövlət işlərinin əhə-
miyyətli hissəsinin tənzimlənməsi və onun idarə olunması qabi-
liyyəti nəzərdə tutulur”. Xüsusilə qeyd olunmalıdır ki, həqiqi
yerli özünüidarəetmə azad seçkilər olmadan mümkün deyildir –
təsadüfi deyil ki, o “azad, gizli, bərabər, birbaşa və ümumi səs-
vermə yolu ilə seçilmiş üzvlərdən ibarət olan şuralar və ya yı-
ğıncaqlar tərəfindən həyata keçirilir”. Digərlərlə yanaşı, Xarti-
yada yerli icmaların öz ərazi sərhədlərini müəyyən etmək, yerli
tələbatlara cavab verən və səmərəli idarəetməni təmin edən in-
zibati strukturlarını sərbəst şəkildə müəyyən etmək, vergilər tut-
maq hüququ nəzərdə tutulur. Xartiyanın ikinci hissəsi onu imza-
lamış dövlətlərin öhdəliklərini müəyyən edir. Xartiyanın bu his-
səsində ən vacib məsələ Avropa dövlətlərində yerli özünüidarə-
etmənin qurulmalı olduğu əsas prinsiplərin müəyyən edilməsin-
dən ibarətdir. Nəhayət, üçüncü hissə sırf texniki xarakter daşıyır
və orada Xartiyanın imzalanması, ratifikasiyası və qüvvəyə
minməsi şərtləri izah olunur.
60
3.1.3. Yerli özünüidarəetmə demokratiyanın
əsas elementi kimi
Xartiyada təsbit olunmuş prinsiplərin təhlili göstərir ki,
müasir Avropa yerli özünüidarəetmədə demokratiyanın əsas
elementini görür. Dövlətin rolunu zəruri minimuma endirməklə,
gündəlik həyatı məmurlar tərəfindən nəsihətsiz və iradsız qur-
maqla, insanlar xalq hakimiyyətinin dəyərlərinə qoşulur. Özü-
nüidarəetmə bacarığı əhalidə vətəndaş məsuliyyət hissini tərbi-
yə edir – zərurət olduqda, belə məktəbi keçmiş vətəndaşlar döv-
lət hakimiyyətinin hədsiz tələblərini və hətta tiraniyasını dəf et-
mək iqtidarındadırlar.
Demokratik
cəmiyyətdə yerli özünüidarəetmə dövlətin
hakimiyyətini tarazlaşdırır, onu məhdudlaşdırır və onun tərə-
findən özbaşınalığa yol vermir. Hakimiyyət səlahiyyətlərin
yerlərə ötürülməsi, həmçinin mərkəzi hökumətin yerli cəmiy-
yətlər üçün vacib olan özəl problemlərlə yüklənməsinin qarşısı-
nın alınmasına imkan verir. Yerli özünüidarəetmə orqanları şəx-
siyyət və dövlət arasında vasitəçi rolunu həyata keçirirlər və
yerli şuraların şəhərlərdə və kəndlərdə fəaliyyəti tam mənası ilə
hər kəsə toxunur – çox vaxt yerli özünüidarəetmə vətəndaşlar
üçün mərkəzi hakimiyyətlərin fəaliyyətindən daha aydın və
konkret görünür.
Öz
ərazilərində vəziyyətdən yaxşı xəbərdar olaraq, yerli
özünüidarəetmə orqanları paytaxt məmurlarından daha səmərəli
bu və ya digər problemləri həll etməyə, gözlənilməz vəziyyət və
münaqişələrə reaksiya verməyə qadirdirlər. Yerli hakimiyyət-
lərdə eksperimentlərin və yeniliklərin tətbiq edilməsi imkanları
daha genişdir, çünki mərkəzi hakimiyyətlər yenilikləri, bir qay-
61
da olaraq, ümummilli miqyasda tətbiq edirlər ki, bu da mümkün
uğursuzluqlara səbəb ola bilər. Nəhayət, bələdiyyə seçkiləri
ümummilli seçkilərdən daha tez-tez keçirilir ki, bu da əhali
üçün öz vətəndaş hüquqlarından istifadə etmək və inzibati-ida-
rəetmə orqanlarının fəaliyyətinə münasibət bildirmək üçün əla-
və imkanlar yaradır.
Məhz buna görə müharibədən sonrakı Avropada yerli
özünüidarəetmə problemləri ön plana çıxmışdır. Bundan əlavə,
qitə ölkələrinin siyasi, iqtisadi, mədəni birləşməsinə cəhd etdik-
cə kommuna və özünüidarəetmə əsaslarının rolu hökmən arta-
caqdır: Avropanın tədricən iri inzibati və iqtisadi ittifaqa çevril-
məsi daha güclü məhdudlaşdırıcıları və tarazlaşdırılmanı tələb
edir və yalnız yerli özünü idarə edən icmalar bunları yaratmaq
iqtidarındadır.
3.1.4. Avropa Yerli və Regional
Hakimiyyətlər Konqresi
Avropa
Şurası, yerli özünüidarəetmə problemləri ilə
məşğul olarkən, işin yalnız “kağız” tərəfi ilə məhdudlaşmır. Qə-
bul olunmuş sənədlərin həyata keçirilməsində əhəmiyyətli rolu
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi oynayır. Av-
ropa Şurasının üzvü olan dövlətlərin yerli və regional orqanları-
nın təmsil olunduğu bu məşvərət qurumu 1959-cu ildən fəaliy-
yət göstərən Avropanın Yerli və Regional Hakimiyyətlərinin
Daimi Konfransını əvəzləmişdir. Konqres Parlament Assamble-
yası olduğu kimi, eyni üzvlərin sayından ibarətdir və həmin qu-
ruma nümayəndələri bütün qitədən olan yerli və regional haki-
Dostları ilə paylaş: |