14
Yerli
özünüidarəetmə orqanları, adətən bu orqanların
fəaliyyətinin səmərəliliyi birbaşa asılı olduğu şaxələnmiş mə-
mur aparatına əsaslanırlar. Yerli özünüidarəetmə orqanları bir-
başa olaraq yerlərdə idarəetmə funksiyalarını yerinə yetirirlər
və, eyni zamanda, hakimiyyət mexanizminin hüquqi baxımdan
sərbəst elementi kimi çıxış edirlər. Hazırda yerli özünüidarəet-
mə orqanları və onların icra aparatları sayına görə idarəetmə
sisteminin ən iri elementlərindən biridir. Bir sıra müasir dövlət-
lərdə yerli özünüidarəetmə orqanlarının hüquqi və faktiki sər-
bəstliyi spesifik xarakter daşıyır. Onların sərbəstliyi muxtar va-
hidlərin sərbəstliyindən fərqlidir, çünki yerli özünüidarəetmə
orqanları qanunvericilik səlahiyyətlərinə malik deyildilər və
dövlətin, və ya federativ dövlət olduqda, federasiya subyektinin
mərkəzi qanunvericilik orqanları tərəfindən qəbul edilmiş qa-
nunvericilik aktları əsasında və çərçivəsində fəaliyyət göstərə
bilərlər. Məsələn, Almaniya Federativ Respublikasında yerli
özünüidarəetmənin hüquqi tənzimlənməsinin üç şərti irəli sürü-
lür: federal qanunvericilik, ayrı-ayrı torpaqların qanunvericiliyi
və icmaların özləri tərəfindən qəbul edilən hüquqi təlimatlar.
Federal qanunvericiliyin normaların əsasını ilk növbədə Alma-
niya Federativ Respublikasının 1949-cu il tarixli Əsas Qanunu
təşkil edir, lakin yerli özünüidarəetmənin hüquqi tənzimlənmə-
sində aparıcı yeri torpaqların qanunvericiliyi tutur, halbuki
müxtəlif torpaqlarda kommunaların hüquqi vəziyyəti özünə-
məxsus xüsusiyyətlərə malikdir. Torpaqların konstitusiyaları,
bir qayda olaraq, AFR-in Əsas Qanununun əsas müddəalarını
təkrarlayır, habelə onun ayrıca normalarını tamamlayır və
konkretləşdirir. Kommuna özünüidarəetməsinin məsələlərinin
əksər hissəsi torpaqların qanunları ilə tənzimlənir və bunların
15
arasında əsas yeri kommunaların nizamnamələri tutur. Kommu-
nalar haqqında nizamnamələr AFR-in bütün torpaqlarında var-
dır. AFR-də yerli özünüidarəetmənin hüquqi tənzimlənməsinin
üçüncü hissəsi icmaların özlərinin hüquqi aktlarıdır. Onlar yerli
məsələlər üzrə öz hüquqi aktlarını qəbul etmək hüququna ma-
likdirlər. Bütün torpaqların kommunalar haqqında nizamnamə-
lərində hər bir kommunanın öz nizamnaməsini və ya əsasnamə-
sini qəbul etmək imkanına malik olması barədə müddəalar
mövcuddur. Bu nizamnamələr vergilərin müəyyən olunması və
onların tutulması, kommunanın xərclərinin rəsmiləşdirilməsi,
planlaşdırma sahəsində muxtariyyətin həyata keçirilməsi, kom-
munaл idarəçiliyinin təşkili imkanlarını müəyyən edirlər.
Təcrübədə yerli özünüidarəetmə prinsipi dedikdə sırf
yerli əhəmiyyətə malik olan bu və ya digər inzibati səlahiyyətlə-
rin həmin ərazi vahidinin əhalisi tərəfindən birbaşa seçilən or-
qanlara ötürülməsi nəzərdə tutulur. Demokratik dövlətlərdə yer-
li özünüidarəetmə orqanlarının rolu ilə bağlı “bələdiyyə haki-
miyyəti – siyasətdən kənar” doktrinası mövcuddur. Bu o de-
məkdir ki, yerli özünüidarəetmə orqanları siyasi məsələləri həll
etməməlidirlər, çünki siyasi məsələlərin həlli dövlətin maraqla-
rına toxunur və bununla əlaqədar sırf yerli əhəmiyyət kəsb edə
bilməz. Bu, şübhəsiz ki, yerli orqanların siyasi təsirə məruz qal-
masından xəbər vermir, çünki bu sadəcə olaraq bu qeyri-müm-
kündür, ona görə ki, onlar regional ictimai təşkilatların partiya
siyahıları ilə seçilirlər.
16
II FƏSİL
YERLİ ÖZÜNÜİDARƏETMƏ SAHƏSİNDƏ
BEYNƏLXALQ TƏCRÜBƏ
2.1. Yerli özünüidarəetmə sistemləri
azırda elmi ədəbiyyatda tez-tez dünya təcrübəsin-
də tanınmış və əsası yerli özünüidarəetmə orqanla-
rı və mərkəzi hakimiyyət orqanları arasında münasibətlər təşkil
edən yerlərdə hakimiyyətin təşkili modellərinin təsnifatına rast
gəlinir. Bu yanaşmaya uyğun olaraq yerli özünüidarəetmənin
dörd baza modelini seçmək olar: anqlosaks, kontinental, qarışıq
və sovet modelləri.
Anqlosaks (klassik) modeli, əsasən eyni adlı hüquq sis-
teminə malik dövlətlərdə, o cümlədən Böyük Britaniyada, Ame-
rika Birləşmiş Ştatlarında, Kanadada, Hindistanda, Avstraliya-
da, Yeni Zelandiyada və s. dövlətlərdə yayılmışdır.
Bu
modelin
əsas xüsusiyyətləri aşağıdakılardır:
a) formal muxtariyyət və yerli özünüidarəetmənin sər-
bəstliyi;
b) yerlərdə yerli özünüidarəetmə orqanlarına nəzarət
edən mərkəzi hökumətin səlahiyyətli nümayəndələrinin olma-
ması.
H
17
Bu
modelə istiqamətlənmiş dövlətlərdə mərkəzi haki-
miyyət və yerli özünüidarəetmə arasında münasibətlər “həvalə
edilmiş səlahiyyətlər daxilində fəaliyyət göstərmək” prinsipi ilə
müəyyən edilir, yəni yerli özünüidarəetmə orqanları yalnız qa-
nunla nəzərdə tutulmuş fəaliyyəti həyata keçirə bilərlər. Digər
fəaliyyət səlahiyyətlərin aşması hesab olunur və məhkəmə tərə-
findən hüquqazidd fəaliyyət kimi qiymətləndirilir.
Klassik
bələdiyyə formalarının vətəni olan Böyük Brita-
niyada yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri parla-
mentdən irəli gəlməsi və onların parlamentin əlaltısı (onun ira-
dəsinin itaətkar icraçısı) olması mübahisəedilməz bir faktdır.
Amerika
Birləşmiş Ştatlarında yerli özünüidarəetmə or-
qanlarının konstitusion statusunun müəyyən edilməsi zamanı
Amerikanın hüquq doktrinasının xüsusiyyətləri nəzərə alınır.
Bu məsələdə standart müddəa qismində “bələdiyyələr – ştatların
əlaltısı” formulu tətbiq edilir. Bununla yanaşı, Amerikanın ək-
sər ştatlarının konstitusiyalarında təsbit edilmiş özünüidarəetmə
prinsipi bələdiyyə orqanlarının yerli əhəmiyyətli məsələləri on-
lara həvalə edilmiş səlahiyyətlər daxilində ştatın müdaxiləsi ol-
madan sərbəst həll etmək hüququnu nəzərdə tutur.
Bu
model
yerlərdə özünüidarəetmə orqanlarına mərkəz-
dən nəzarət edilməsi məqsədilə təyin edilən hər hansı məmurun
olmasını nəzərdə tutmur. Yerli şuralar qanun, ənənə (əldə edil-
miş təcrübə), məhkəmə presedenti çərçivəsində sərbəst olaraq
və öz məsuliyyəti ilə mərkəzi orqanların səlahiyyətlərinə aid
edilməmiş məsələləri həll edirlər. Yerli özünüidarəetmə orqan-
ları üzərində nəzarət dolayısıdır, yəni onların fəaliyyətinin ma-
liyyələşdirilməsi, sahə nazirlikləri tərəfindən təftişlərin keçiril-
məsi, adapti qanunların qəbul edilməsi (parlament nümunəvi
Dostları ilə paylaş: |