10
bul edilmiş və bütün Avropa dövlətləri üçün özünüidarəetmənin
əsas hüquqi əsası kimi çıxış edən Yerli özünüidarəetmə haqqın-
da Avropa Xartiyası faktiki universal xarakter daşıyan və bütün
demokratik dövlətlər tərəfindən qəbul edilmiş yerli özünüidarə-
etmənin ümumi anlayışını verir. Xartiyaya əsasən yerli özünü-
idarəetmə dedikdə “yerli özünüidarə orqanlarının dövlət işləri-
nin xeyli hissəsini reqlamentləşdirmək və qanun çərçivəsində
fəaliyyət göstərərək, məsuliyyəti öz üzərinə götürməklə onu
yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququ və real qa-
biliyyəti” başa düşülür.
Yerli
özünüidarəetmə konsepsiyası ilk növbədə ondan
irəli gəlir ki, yerli cəmiyyətlər istənilən demokratik rejimin əsas
elementlərin birini təşkil edir, vətəndaşların ictimai işlərin idarə
edilməsində iştirak etmək hüququ isə əksər müasir dövlətlərin
demokratik quruluş prinsiplərinin tərkib hissəsidir.
Bundan
başqa, yerli özünüidarəetmə prinsipi ondan irəli
gəlir ki, vətəndaşların ictimai işlərin idarə edilməsində iştirak
etmək hüququ, bilavasitə olaraq məhz yerli səviyyədə reallaşdı-
rıla bilər. Burada bəllidir ki, real səlahiyyətlərə malik olan yerli
cəmiyyətlərin mövcudluğu belə idarəetmənin sadələşdirilməsini
mümkün edir və belə idarəetmə daha səmərəli və əhalinin tələ-
batına maksimal dərəcədə yaxın ola bilər.
Müxtəlif dövlətlərdə yerli özünüidarəetmə orqanlarının
qüvvəsi və nüfuzu mövcud olan siyasi rejimin demokratizm
dərəcəsini əks etdirir. Bu orqanlar mərkəzin hakimiyyətinə bir-
başa müqabil kimi yaradılaraq inkişaf etmişlər. Buna görə də
onlar tez-tez mərkəzi hakimiyyətə müxalif mövqeyində olmuş
və onların qarşılıqlı münasibətləri, səlahiyyətlərə bölünməsi, iq-
tisadi-maliyyə məsələləri üzrə açıq-aşkar qarşıdurma kimi xa-
11
rakterizə olunmuşdur. İlkin olaraq bu orqanlar zəngin vətəndaş-
lar tərəfindən məhdudlaşdırılmış seçki hüququ əsasında senz
baryerləri (savad, təhsil, oturaqlıq, əmlak senzi) olmaqla for-
malaşırdı. Sonralar yerli özünüidarəetmə orqanlarının formalaş-
dırılma sistemi demokratikləşdirilmişdir, bu orqanlar daha küt-
ləvi və əhaliyə ən yaxın olan orqanlara çevrilmişdir.
Yerli
özünüidarəetmə orqanlarının əhəmiyyəti onunla da
müəyyən edilir ki, gündəlik həyatda vətəndaşlar məhz bu orqan-
ların fəaliyyəti ilə üzləşirlər, çünki həmin orqanlar müvafiq əra-
zi vahidində əhalinin həyatı üçün şəraitin yaradılmasına həlledi-
ci təsir göstərirlər, lakin sosial-iqtisadi və siyasi fəaliyyətin
ümumi istiqaməti dövlət hakimiyyətinin mərkəzi orqanları tərə-
findən müəyyən edilir. Böyük əhəmiyyət, həmçinin o hal kəsb
edir ki, yerli özünüidarəetmə orqanları təşkilati vahidliklə bağlı-
dırlar, müəyyən əmlaka sahib olmaq və sərəncam vermək,
əqdlər bağlamaq, yerli büdcəni idarə etmək və s. hüquqlara ma-
likdirlər. Bununla əlaqədar bazar iqtisadiyyatı şəraitində yerlər-
də geniş özünüidarəetmə zərurəti, bir qayda olaraq, istənilən
dövlətin əhalisinin əksər hissəsi tərəfindən dəstəklənir və müda-
fiə olunur.
Hazırda xarici dövlətlərdə yerli özünüidarəetmə sistemi-
nin ən vacib əlamətləri onların universal seçilməsindən və yerli
məsələlərin həllində xeyli sərbəstliyindən ibarətdir. Bu sərbəst-
lik bələdiyyə mülkiyyətinə, yerli vergilər tutmaq və sərəncam
vermək hüququna, yerli idarəetmə məsələləri üzrə normativ hü-
quqi aktların qəbul edilməsi imkanına və s. əsaslanır.
Kommuna idarəetməsi, məsələn, Almaniyada bir çox di-
gər inkişaf etmiş demokratik dövlətlərə xas olan aşağıdakı prin-
siplərlə xarakterizə olunur:
12
- digər orqanlardan müstəqil olaraq yerli kommuna
funksiyalarının sərbəst həyata keçirilməsi;
- yerli ictimai vəzifələrin yerinə yetirilməsində məsuliy-
yətin mövcudluğu;
- kommuna təmsilçiliyində qulluqçuların fəaliyyətinin
qeyri-peşəkar əsasda həyata keçirilməsi.
Yerli özünüidarəetmə orqanlarına yerli özünüidarəetmə
orqanlarını seçmək və normativ hüquqi aktlar qəbul etmək
hüququ, maliyyə muxtariyyəti, kadr siyasətinin aparılmasında
və kommuna planlaşdırılmasında müstəqillik verilir. Belə prin-
siplər digər Avropa dövlətlərində də yerli özünüidarəetmə sis-
teminin ən səciyyəvi xüsusiyyətlərini əks etdirir. Bununla
yanaşı, Avropanın yerli özünüidarəetmə sistemi digər
regionlarda yerli özünüidarəetmənin formalaşdırılması və
fəaliyyətinin əsas prinsiplərinə ciddi təsir göstərmişdir.
Məsələn, Latın Amerikasında bərqərar olunmuş yerli
özünüidarəetmə haqqında qanunvericilik bir sıra amillərlə, o
cümlədən ispan müstəmləkə qanunvericiliyinin təsiri ilə
şərtləndirilmişdir. Burada yerli özünüidarəetmə orqanlarının
yaradılması elə bu dövrdən başlayır. Yerlərdə hakimiyyət
orqanlarına, bir tərəfdən, kifayət qədər geniş səlahiyyətlər
verilmiş, digər tərəfdən isə, onlar mərkəzi orqanların sərt
nəzarəti altında olmuşlar. Belə ilk müəssisələr Meksikada 1519-
cu ildə təsis edilmiş və onların fəaliyyəti ispan parlamenti olan
Korteslər tərəfindən qəbul edilmiş ordonanslarla (fərmanlarla)
tənzimlənirdi. Şəhər bələdiyyələrinin mülkiyyətinə əmlak
verilmiş, onlara yerli məsələləri həll etmək, vergilər tutmaq və
normativ hüquqi aktlar qəbul etmək hüquqları həvalə
edilmişdir. Lakin, bələdiyyə orqanların rəhbərləri baş alkaldlar
13
(merlər) və ya korrexidorlar (müşavirlər) mərkəzi orqanların
qulluqçuları hesab edilirdi. Belə ki, Latın Amerikasında ilk dəfə
olaraq inzibati muxtariyyət sistemi, yəni mərkəzi hakimiyyət
tərəfindən yerli nümayəndələri vasitəsilə sərt nəzarəti altında
qanun çərçivəsində yerli qurumların xeyli sərbəstliyi tətbiq edil-
mişdir. Yerli özünüidarəetmə haqqında qanunvericilikdə başlıca
olan bu prinsip indiyə kimi Latın Amerikasında tətbiq edilir.
Belə ki, Venesuelanın 1961-ci il tarixli Konstitusiyası-
nın 29-cu maddəsi bələdiyyələrin muxtariyyətini öz hakimiyyə-
tinin orqanlarını seçmək, öz səlahiyyətləri daxilində sərbəst
fəaliyyət həyata keçirmək və pul gəlirlərini yığmaq hüququ ki-
mi təsbit edir.
Məsələn, Braziliyada 4300 bələdiyyə fəaliyyət göstərir
və onlarda maraqlarına aid olan istənilən işləri sərbəst idarə et-
mək hüququna malikdirlər. Bələdiyyələr inzibati və maliyyə
muxtariyyətinə malikdirlər. Bununla yanaşı, Braziliya Federativ
Respublikasının mərkəzi hakimiyyətlər tərəfindən federasiya
subyektlərinin işlərinə ən geniş şəkildə müdaxilə etmək hüqu-
qunu nəzərdə tutan xeyli mərkəzləşdirmə prinsipləri əsasında
qurulduğunu nəzərə alaraq, ştatların konstitusiyalarında bələ-
diyyələrin işlərinə müdaxilə institutu da təsbit edilmişdir. Bu-
nunla bağlı bələdiyyə muxtariyyətinin pozulması, federal ödə-
mələrə görə borclar, federal qanunların və ya məhkəmə qərarla-
rının icra olunmaması, insan hüquqlarının pozulması və s. əsas
kimi çıxış edə bilər. Federal müdaxilə prinsipi braziliyalı tədqi-
qatçılar tərəfindən dövlətin bütövlüyü və hakimiyyətin konstitu-
sion orqanlarının, demokratik rejimin və yerli özünüidarəetmə
sisteminin normal fəaliyyət göstərməsi təminatlarının biri kimi
hesab olunur.
Dostları ilə paylaş: |