MəHƏMMƏD Əliyev həMİd həMİdov


İŞ QANUNLARI VƏ ÇALIŞMA ŞƏRTLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   135
KY0000382

 İŞ QANUNLARI VƏ ÇALIŞMA ŞƏRTLƏRİ
İŞ QANUNLARI: 
- işçilər hərəkətlərinə sərhəd qoyur və ya tənzim edir. 
İş qanunları, həm müəssisə daxilində, həm də ayrı-ayrı şöbələrdə hazırlanır.
İnsanların rəftarlarını tənzim edən bir vasitədir. Nailiyyət ölçülərindən fərqli olaraq 
qanunlar hər kəsin riayət etdiyi bir normativdir. İş qanunları əl kitablarında yazılır və 
müəssisədə çıxarılan qəzet və ya bülletenlər vasitəsi ilə işçilərə bildirilir. 
ÇALIŞMA ŞƏRTLƏRİ 
isə sağlamlıq, təhlükəsizlik və rahatlıq baxımından 
əmək mühitinin vəziyyətini göstərir. 
İş qanunları hər kəsin tabe olduğu və hər kəsin icra edəcəyi hərəkətlərdir. 
Məsələn: işə başlamaq və işi bitirmək üçün müəyyən edilmiş vaxt, nahar fasiləsi üçün 
ayrılmış vaxt, iş zamanı spirtli içkilərin içilməməsi, dava-dalaş və ixtişaşlara yol 
verməmək, qəzalarla bağlı hesabat vermək, yanğın baş verdiyi zaman həyata keçirilən 
tədbirlər və s. 
İş qanunları ilə əmək intizamı tənzimlənir. Çalışma şərtləri ilə işçilərin bəzi 
təhlükəsizlik tədbirləri əvvəlcədən hazırlanır və sağlamlığı qorunur. 
İş qanunlarına uyğun olaraq davranmaq hər kəsin vəzifəsidir. Əks təqdirdə bəzi 
cəzalandırma tədbirləri tətbiq edilir. 
Yekun olaraq bunu söyləmək olar: idarə və təşkilatlarda oğurluq hallarının 
qarşısını almaq, ixtişaşlara mane olmaq lazımdır. Bu kimi hallara göz yummaqla
bunun idarə üçün xoşagəlməz nəticələri ola bilər. 
İnsanların iş şəraitindəki rəftarları isə ancaq qanunlarla tənzimlənməlidir. 
downloaded from KitabYurdu.org


36 
İŞ ANALİZİNDƏ VƏ İŞ QANUNLARININ HAZIRLANMASINDA 
MƏSUL OLAN ŞƏXSLƏR 
Orta və böyük həcmli idarə və təşkilatlarda iş analizləri prosesini yerinə-yetirən 
və sənədləri hazırlayan insan resurlarının idarəedilməsi bölməsidir

Ancaq iş analizlərindən əldə edilən məlumatlar təminat, seçim və əmək haqqı 
ödənilməndən istifadə edildiyi üçün bu bölmələrin məsul şəxsləri də iş analizində 
iştirak edirlər. İnsan resurslarının idarə edilməsi digər bölmələrlə əməkdaşlıq edərsə, 
bu bölmələr birlikdə çalışarlarsa, bu zaman hazırlanmış sənədlər daha təsirli olar. 
İş şərtnamələrinin hazırlanmasında da bütün bölmələrin məsul şəxsləri iştirak 
edirlər. Digər bölüm rəhbərlərinin fikir və düşüncələri insan resurslarının idarə 
edilməsi bölməsinin rəhbərliyi tərəfindən diqqətə alınır və buna görə də şərtnamələr 
həqiqətə uyğun və təşkilatın məqsədlərini əks etdirə biləcək,şəkildə hazırlanır. 
İş qanunlarına gəldikdə isə, təşkilatda qanunları təyin edən əsas meyar döv lətin 
hüquqi normalarıdır. 
Dövlətin Konstitusiyasında, Əmək Məcəlləsində və başqa qanunverici aktlar da 
şəxslərin idarə və təşkilatların daxilində əmək intizamına tabe olmaqla bağlı bir çox 
maddələr vardır. Bundan başqa müəssisə çərçivəsində hazırlanan və ya tərtib olunan 
qanunlar da insan resurslarının davranışlarını tənzimləyir. 
Kiçik həcmli idarə və təşkilatlarda qanunlar işəgötürən və ya idarə rəhbəri 
tərəfindən hazırlanır. Böyük həcmli idarələrdə isə qanunlar yüksək səviyyəli 
hüquqşünasların dəstəyi və səyi nəticəsində hazırlanır. İnsan resurslarının bölmə 
rəhbərləri isə onlara idarə və təşkilatlarla əlaqədar məlumatlar verir. 
SUAL LİSTİ 
(Soru Formu ) 
downloaded from KitabYurdu.org


37 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə