MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə75/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   71   72   73   74   75   76   77   78   ...   106

_____________Milli Kitabxana______________

Ağ, sarı, qırmızı balıqlara bax,

Zəncir yaratmışdır, halqa vuraraq.

Su gah ətək vurur, gah səpələnir,

Güzgü qarşısında sanki bəzənir.

Çalınır musiqi, başlanır oyun,

Rəqs edir şüası güzgünün, suyun.

Abadan qəsrində qurulmuş məclis,

O qəsrin dövrəsi eyvandır təmiz.

Fəzası açıqdır hər yana baxsan,

Hərlənən fələkdir o qəsrə tavan.

Lakin örtülüdür eyvanlar bütün,

Damlar səngər imiş burada bir gün.

Burada sərbazlar pusquda durmuş,

Ox ilə düşmənin gözündən vurmuş.

Şah təxtə oturmuş taclı, əsalı,

Fələkləri ötmüş cahi-cəlalı.

Təxtinə brilyant düzülmüş lay-lay,

Təxt kəhkəşandır, şah isə bir ay.

Durub xidmətində hörmətli vəzir,

Ərz etmək üçün o, bir fursət gəzir.

Təxtin ayağında iki şux dilbər,

Manqala ud töküb, üzərlik səpər.

Tüstü yayıldıqca ipək tel kimi,

Yayır ud ətrini səba nəsimi.

Parlayır ay kimi padşahın üzü,

O üzə dikilmiş hamının gözü.

Şahın arxasında cavan vəliəhd,

Şah üçün arxadır, həyan, vəliəhd.

Onun da dalında baş möbid durur,

Mələkdən artıqdır ondakı qürur.

Baş möbid dalında əsləhədardır,

Belində şahanə xəncəri vardır.

Xəncərin qınında Çin naxışları,

Odur padişahın əsləhədarı.

Qəsrin hər yerindən gur şənlik yağır,

Kimsə görməmişdir belə çal-çağır.

Məclis qurtaranda söz çatdı şaha,




_____________Milli Kitabxana______________

O göyə əl tutub oxudu dua.

Zərdüşt nəğməsiylə başlandı bayram,

Bütün el göndərdi Zərdüştə salam.

O zaman çatdı ki, göydə ay batdı,

Şah da yatağına girərək yatdı.

Uçdu xəyal kimi işıq-kölgələr,

Film sona çatdı, düşdü pərdələr.

Bir qaranlıq gecə qaldı, bir də mən,

Mən yuxu görürdüm, yarəb, deyəsən!

Gördüm dayanmışam bilmədən özüm,

Şahın otağına dikilmiş gözüm.

Saraydan enərkən çıxdı qarşıma,

Pıspısa, süsəli, ya cırcırama.

Məni qarşıladı fit verə-verə,

Bəlkə də edirdi mənə məsxərə.

Ki, ey xəyalpərəst şair, yavaş gəz!

Şah yatıb, bu ayaq səsinə dözməz!

GÜNDÜZÜN YIRTICISI

Gecənin bağrından doğunca səhər,

Meşədən ağ bəbir çıxaraq gələr.

O gülər gördüyüm ağ səhər deyil,

Bəbirdir, qıcamış dişlərini, bil!

Quyruğunu düyüb, pəncə göstərər,

O, xalqın başına açar fitnə, şər.

Saçıdır bu qoca dünyanın yalı,

Pəncəsi bəşərin vəzri, vəbalı.

Günəşdir üzündə qızaran gözü,

Alnında parlayır ədavət gözü.

Həsədi sonsuzdur, acıqlı gülər,

Nə utanmaq bilər, nə həya bilər.

Çeynər insanları, birbəbir udar,

Onun dişsiz ağzı məzardır, məzar!

Hamının sinrini açar o, keçər,

Qudurğan vəhşidir, daim qan içər.

Qanlı pəncəsini hər anda atar,




_____________Milli Kitabxana______________

Bir vacib insanın köksünü yırtar.

Ondan zərər görməz heç bir nakişi,

Yalnız mərdlərlədir onun hər işi.

Dünyada səhərdən axşama qədər,

Qaniçən bu vəhşi hey cövlan edər.

Gecənin səsini eşidən zaman

Meşədə gizlənər, əl çəkər ondan.

Başını yuxudan qaldırcaq səhər,

Yenə tüğyan edər, parçalar, didər.

GECƏNİN FİRİŞTƏSİ

Gecə cadugəri tüstü bürümnüs,

Hər yerdə qəzəblə gəzib görünmüş.

Kabus çəngəlində gündüzü tutur,

Qara dalğaların içində udur.

Bir əjdaha kimi bəbvi yaxalar,

Qanını axıdar, didər, parçalar.

Ulduzlar fələkdə qaldıraraq baş,

Nazlanar, göz qırpar hey yavaş-yavaş.

Bu zaman açılar yuxulu gözlər,

Qəribə bir aləm sirrini izlər.

Tüstünün sinəsi birdən yarılar,

Gecə firiştəsi ay kimi parlar.

Mələklək ərşdən qanadlanaraq,

Fələyin səqfinə basaraq ayaq.

Üzünün örtüsü mavi bir işıq,

Telləri mehtabdan tapmış yaraşıq.

Çətri var dibadan, qara məxmərdən,

Ay üzündə halə, ipək tellərdən.

Görüncə od tutub yanır yer üzü,

Su çilər, söndürər odlu gündüzü.

Gündüzün tozunu göyə sovurar,

O toz tüstü kimi fələkdə durar.

Görcəyin aləmin üzünü qara,




_____________Milli Kitabxana______________

Döşündən çıxarar sahir aypara.

Ayın ətəyindən bir dalğa vurar,

Yuyar yer üzündən nə qədər toz var.

Ehmalca-ehmalca göydən enərək,

Qonar torpaq üstə bir pərvanə tək.

Sanki mişk qoxuyan səba yelidir,

Gülün yanağından öpərək gəlir.

Qonur şəhidlərin cəsədi üstə,

Ətrindən dirilir can verən xəstə.

Alır xəstələri qara torpaqdan,

Gətirir yatağa salır mehriban.

Zülfüdür hər ağır yaraya məlhəm,

Silər nəfəsiylə könüllərdən qəm.

Bir xəstə yanından oturar bəzən,

Kirpiyi çıxarar tikan ürəkdən.

Şəkər ləblərini büzərsə əgər,

Bizim yaxamızdan əl çəkər zəhər.

Əl atıb saçına verərsə tumar,

Yüz nəğmə gəzdirər tellərində tar.

Başlanar bir həzin layla nəğməsi,

Kirpiyin yuxuya gələr həvəsi.

GECƏNİN RÖYASI

Çalındıqca şirin, mehriban layla,

Dünyanı qərq edər ağır yuxuya.

Yuxu asta-asta qanad çalınca,

Ruhlar ordusunu çəkir dalınca.

Gənclik röyasına dalsın gözümüz,

Bəlkə o aləmə düşək özümüz.

Ayın işığıyla göylərə varaq,

Çatıb ulduzları köpük tək yaraq.

Xəyal aləmində qanad gərərək,

Camal dənizində seyr edək gərək.

Gah ipək ləpələr qoynunda üryan




_____________Milli Kitabxana______________

Üzüb pərilərlə əylənək bir an.

Gah qızıl qanadlı pərvanlərtək

Eşq bağçasında yarla eylənək.

Gah necə səbrsiz, dəcəl bir uşaq,

Bulud kəpənəyi dalınca qaçaq.

Şəbnəm incisitək səhər nəsimi,

Düzsün gül boynuna boyunbaq kimi.

Mişk olub qarışaq səba yelinə,

Qonaq pərilərin ipək telinə.

Gah cənnət quşuyla verək baş-başa,

Səs-səsə qataraq, oxuyaq qoşa.

Gah göyərçin kimi çevik tərpənək,

Fələyin damından yer üstə enək.

Fələk kilisəsi damında, nurdan,

Mələk kimi geyək əba, teyləsan.

Gah naqus səsiylə ərşi dolduraq,

Mavi üfüqlərdə sükutu qıraq.

Geyinib yamyaşıl fələk çəməni,

Zöhrənin neyindən dinlər nəğməni.

Göydə çoban qızı ney çala-çala,

Sürüsünü yayır fələkdə yala.

Zümrüd sırğasını qulaqdan asmış,

Saz kimi zülfünü bağrına basmış.

Əzəli ahənglə nəğmə oxuyur,

Əbədi ahular otlayır, budur.

Çalaraq ecazkar nəfəsiylə ney,

Yanar şövq odunda, oxuyar o hey.

Fələk nalə çəkər nəfəsimizdən,

Fələyin qəsrini bizik titrədən.

O səmavi neyi gətirrik dilə,

Yerin ahəngiylə, bəşər eşqiylə.

Göylər qulağını açaraq dinlər

Ki, yerdə insanlar həsrətdən inlər.

Fələk qızlanyla gah olub yoldaş,

Mələk ismətiylə sayılıb sirdaş.

Səmavi turaclar kimi çəkib səf,



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə