MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə76/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   72   73   74   75   76   77   78   79   ...   106

_____________Milli Kitabxana______________

Uçaraq fələyin səqfinə tərəf,

Olarıq ölməzlik mülkünə rəvan,

Canı yar hüsnünə verərik qurban.

O kərəm çeşməsi qaytarar yenə

Bir əmr ilə bizi varlıq mülkünə.

Yenə üfüqlərin mehrabında biz

Salaq tüstülənən ahımızla iz.

Yüksəlsin ahımız mavi fələkə,

Orda məbudunu axtarsın, bəlkə.

Gah fələk qəndili yandırsı bizi,

Açaq o mehrabda diləyimizi.

Gah olaq fələkdə şığıyan şimşək,

Gah da nərə çəkək bir ildırımtək.

Gah fələk xumunda düşüb qaynayaq,

Gah şəfəq camını içib məst olaq.

Gah qara buluddan bir təyyarədə,

Aya hücum edək, yağdıraq hədə.

Gah şimşək nizəsin alaraq ələ,

Qərbi Şərqə tikək o nizə ilə.

Gah ulduz boynuna uzadaraq əl,

Ətəyə dolduraq çoxlu inci, ləl.

Gah ay qayığına yığıb dostları,

Fələkdən yollanaq sahilə sarı.

Kəhkəşan körpüsü üstünə çıxaq,

Yığaq ulduzları hey qucaq-qucaq.

Gah göy qurşağına naxışlar düzək,

Gah da ay işığı gölündə üzək.

Gah bəyaz nur kimi olunca səhər,

Ayın işığından bağlayaq kəmər.

Gah bulud torunu alaraq ələ,

Ayın qarşısında quraq bir tələ.

Fələyin o çılpaq balığı, mütləq,

Düşəcək tələyə söküncə şəfəq,

Lakin o kiçicik çevik balıqlar,

Torun deşiyindən çıxıb qaçırlar.

Gah çiçək şimşəkdən iti bir şəmşir,



_____________Milli Kitabxana______________

Edək Marsa tərəf hücum, necə şir.

Gah kəməndimizə salmsın Keyvan,

Gah da Zöhrə ilə oynayaq çovqan.

Gah fələk atına qoyaraq yəhər,

Ay ilə günəşdən zər üzəngilər.

Çaparaq fələyin atını hər an,

Bəhram kəməndiylə tutaq bir aslan.

Kamanı alaraq mavi fələkdən,

Qoyub oxlar ataq odlu şimşəkdən.

Ayın qalxanını çokərək başa,

Girək pəri (cimi divlə savaşa.

Gah qoşun düzəldək biz ulduzlardan,

Qozaya, qədərə verməyək aman.

Ütarid əlindən alaq qələmi,

Firuzə lövhəyə yazaq rəqəmi.

Bəşərin taleyi düşünsən bir az,

Bundan gözəl olmaz, bundan xoş olmaz!

Gah zalım fələkdə bir büsat quraq,

Şahmatın şahını nərddə aparaq.

Nəsrdən, Nahiddən düzək möhrələr,

Günəşin tasına salınsın zərlər.

İşlədək oyunda yüz hiylə, kələk,

Bu cığal fələyi aparaq gərək.

Gövhəri, incini biz qalaq-qalaq,

Tutaq o hərifin əlindən alaq.

Qovaq Əhriməni qoca dünyadan,

Aləmin hakimi tanınsın Yəzdan.

Gah büllur don geyək necə bir şəbnəm,

Qoyaq gəzmək üçün behiştə qədəm.

Təkcə ruhlar deyil, bitkilər, daşlar,

Səhər badəsindən olsunlar xumar.

Bax, ağıl sahibi bütün ariflər,

Baş qoyub səcdəyə ibadət edər.

Çulğayıb hər yanı səmavi bir şur,

Bir sükut sazıtək bir aləm susur.

Tavus lələyinə bənzər yarpaqlar,



_____________Milli Kitabxana______________

Gül, fanus içində bir şama oxşar.

Qumru, qırqovullar hər yana baxsan,

Qanadı bağdakı güllərdən əlvan.

Başqa bir aləmdir röya aləmi,

Dindirir baxışla məhrəm məhrəmi.

Gözəllik bir sonsuz kamala yetər,

Xəyal sürətiylə sevgi yüksələr.

Pərdəsiz qorunar hüsndə ismət,

Ehtiras ləkəsi bilməz məhəbbət.

Bir çadır yuksələr dağın döşündən,

Onu Leyli-Məcnun çadırı bil sən.

Orda qəribəlik, kəramət vardır,

Xacə vəsf etdiyi həmin diyardır.

Hafiz dərvişlərlə vurmuşdur həlqə,

Hamı sufi kimi geyinmiş xirqə.

Gəlin, qarşısında salama duraq,

Onun sağlığına doyunca vuraq.

Büllur kuzələrdən mişk ətirli mey

Süzək, badələri başa çəkək hey.

Bir qədər kənara indi nəzər sal,

Sədi dayanmışdır, başında cəlal.

"Bustan"ı bir cənnət bağına oxşar,

Aləmə nur saçan "Gülüstan"ı var.

Hurilər bağından toplayır çiçək,

Hər biri qızılgül dərib bir ətək.

Hərlənir başları gül qoxusundan,

Ətək əldən çıxır elə bu zaman.

Bərzəx, alminə nəzər salanda,

Cəhənnəm bir yanda, cənnət bir yanda,

Görərsən, hər addımbaşı bir nəfər

İtmiş, unudulmuş heyrətlə gəzər.

Musa, İsa, Məryəm o diyardadır,

Adəm baba, Həvva nənə ordadır.

İskəndər zülmətdə qalmışdır heyran,

Doyunca Xızr içmiş abi-həyatdan.

Qafın qülləsində simürğ hərlənir,



_____________Milli Kitabxana______________

Çabəlqa yamnda Qaf bir qələdir.

Vəhdət Kəbəsidir o yerlər ki, biz

Orada görmərik ayaq salmış iz.

Gəlin yenə edək göylərə pərvaz,

Əbədi neğmələr oxuyaq bir az.

Zöhrə ilə olaq bəzən həmağuş,

Uçsun sinəsinde başımızdan huş.

Gah əson küləklə verək əl-ələ,

Uçuşaq fəzada bİz güle-gülə.

Nahidin sazıyla rəqsə gələrək,

Vəhdət nəğməsini dildə vird edək.

Ayın işığında titrəyib qalaq,

Əzəli bir hüsnün aşiqi olaq.

Halə tək gəzişək ay ilə gahdan,

Çiçək güzgüsünə pərdələr ahdan.

Hüsnün, məlahətin şeydast olaq,

Eşqin şərabından məst olub qalaq.

Mavi üfüqlərin saf badəsindən

Güzgütək qəlbimiz nur alsın bəzən.

Gah da mələk kimi qara geyinək,

Fələk qəndilinin başına dönək.

Gecəni tərk edib aynlanda biz,

Ay ilə ulduzdan silkinək təmiz.

Üfüq yaxasında qəhqəhə vuraq,

Sübhün nəfəsindən canlansın afaq.

Fəcrin ürəyindən nur dalğa vursun,

Üfüqlər şəfəqdən qanda otursun.

Aləm al geyinsin lalələr kimi,

Qızılgül üstündə jalələr kimi.

Şəfəq çeşməsinin kənarında biz,

Yığaq ulduzları çiçəktək təmiz.

Gecə sona çatmış, odur, bir kərə,

Ruhları qovurlar fələkdən yerə.

Bir göz qırpımında səhər açılcaq.

Ruhların zindanı bədən olacaq.

Ah, neçin yuxudan durub hər səhər,



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə