MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə84/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   80   81   82   83   84   85   86   87   ...   106

_____________Milli Kitabxana______________

PƏRİ

Ey kəndli bacım, konül çırağı,

Şadlıq gətirən gülün budağı,

Qəlbim üzünün xətində şeyda,

Bunlarla lətafətin hüvəyda.

Nazınla adın pəri misaldır,

Mənan da, sözün də dildə baldır.

Ey nazlı pərivəş, ey gur ilham,

Özgə nə deyim, sənə nə cür nam?

Bənzər bu adın uca səmaya,

Bəh-bəh, tapılarmı misli, aya?

Gül əkdi atan, anan doğub gül,

Bar verdi bu nəslinin bağı gül.

Əslin elə safdı - nadir inci,

Sənsən çırağı, gözü, sevinci.

Gül dəstəsitək bəzəkli, gülgün,

Məktəb yolunu gedirsən hər gün.

Çıxdınmı, günəş doğur o andan,

Bir kölgə düşür saçından əlan.

Gizli pərilər halay vurunca,

Ay halədə bənzəyir turunca.

Gül ətri deyir ki, kölgə sallam,

Şümşad deyir - gözətçi qallam.

Nur saçmalıdır bu nazü qəmzən,

Paklıqla həyadır uzdə pərdən.

Sən evdə sevimli gülsən, ancaq,

Məktəbdə bənövşəsən, utancaq.

İlham bağımın baharı sənsən,

Şerin uca şahkarı sənsən.

Saptək keçib iynənin gözündən,

Yırtdın donunu gülün, gülüm, sən.

İşçi qızıtək əməllərin var,

Ev marşına bax, o oldu sərdar.

Gül nəqşi yaratdığm bu tikmən,

Şerindi və varlığmdı hökmən.

Quştək ki uçar əlində millər,




_____________Milli Kitabxana______________

Çağlar ipəyin dilində millər.

Ol razü niyaz ki, bir soraqdır,

Zülfündə gəzən qızıl daraqdır.

Çöhrəndi səadətin baharı,

Zülfünsə - qaranquşu, əyan.

Kuyin əbədi behiştdi, vallah,

Ancaq pəriyə yetişdi, vallah.

Ulduzlara cüt bacı gözündür,

Dərya qızının tacı gözundür.

Zülfün tacı şahpalıdla həmrəng,

Bir cüt qanada olub həmahəng.

Bu möcüzü görməyib xəlayiq,

Ol tuti və hümayə layiq.

Qıvrım hörüyünlə durna boynun,

Salmış yada quyla dalğa oynun.

Yumcaq dilini o qönçə, bişək,

Dərhal gələcək bu, "Şəbçıraq"tək.

Xətrin ürəyəyatan şerdir,

Ay batil olar, məgər sehirdir?

Bir yaz günüdür - nazın, qaçır qış,

Keçdikcə o, qönçələr açılmış,

Tubadı boyun, özün firiştə,

Olsan harada dönür behiştə.

Hər yerdə ki şux lətafətin var,

Ölməz camalındı bil səbəbkar.

Nəğmən can evində zəng çalandır,

Bir sazdı, lətif, ürək alandır.

Sərvin fidanı, bağın vurur bərq,

İlhamıma, veribdi rövnəq.

Ol gül ki, nisaın olmalıydı,

Bil ki, Şəhriyarın olmalıydı.

Əfsus ki, təbim deyildi yüksək,

Yazdım bunu, çox zəifdi gerçək.

Pak gövhərin ilki öz atandır,

Saf cövhəri bil ki, öz atandır.

Azər elı çün kərəmdə təkdi,

Ondan Dəri torpağında əkdi.




_____________Milli Kitabxana______________

Sirlərlə dolu səfa yerindən –

Təbriz dağının ətəklərindən.

Bir dağ ətəyi ki, o diyarda

Cadu sarayı, behişt də orda.

Yaz göytüyü orda filmə bənzər,

Lakin payızı əsil qızıl, zər.

İlhamla həyat bulağı orda,

Zövqün beşiyi düşüb o yurda.

Saxlardı düha xəzinəsin o,

Qoymazdı çıxa uca, səsin o.

Ol pak anada olan lətafət

Saxlamış idi ərə əmanət.

Pak adla ki yüksəlirdi bir vəqt,

Tapdıqca zəminə, tapdı şöhrət.

Hər il budağında gözlənən bər,

Bir meyvə idi - sədəfdə gövhər.

Xurma ilə sərv olunca peyvənd,

Şaxlar uca oldu; meyvəsi qənd.

Hər bir bulağı təbii halla

Göstərmədə cilveyi-təcəlla.

Bu, lütfi-təbin yaratdığı pay,

O, zövq verən saz ilə həmtay.

Bu, nəğmə qoşar, təbi rəvandır,

O1 məşqsiz ərğənun çalandır.

Burda ah ilə şikayət olmuş,

Orda gözə şölə-ayət olmuş.

Qaşın kamanı çatıldı burda,

Zülfü oxusa atıldı orda.

Söz ustası Vərzi-fəxri-Şiraz,

Huşəng şəkərilə - fəxri-Əhvaz.

Var bunda şəkər, düşüb bəyanə,

Onda ürəyə yatan təranə.

Hər don geyinərsə dilbərim, bil,

Mütləq tanıram ki, doğmadır dil.

Vərzi böyüyündü, qardaşındı,

Gövhərdir o da, üzük qaşındı.

Saf gövhərini görüb ilahi,




_____________Milli Kitabxana______________

Şair təbini verib ilahi.

Çaldıqca mələk, o da həmahəng,

Sözlə ürəyi çalır, sanıb çəng.

Eşqi sazının burur qulağın,

Şeri - əbədiyyətin bulağı.

Oğlandakı gül nə safdı, yarəb?

Bu, gül ki deyil, sərabdı, yarəb?

Əks olmadadır- gözündə dərya,

Fikrində qərar tutubdu dünya.

Beynində aşıb-daşır şərarə,

Dünya baxışında min səyyarə.

İlhamı doğub mətinliyindən,

Qorxmaz özü haq çətinliyindən.

Zövqün gözəli ad almış, əhsən,

İlham pərimin bəkarətindən.

Hər cadusu, sehri, sirri vardır,

Ölməz, ulu dildə aşikardır,

O, bir pəridir, gülab məkanı,

Təmsil eləyir ürəklə canı.

Təriflərinin əşası vardır,

Hüsnünlə onun qiyası vardır.

İncindi, həm ulduzun – nəsihət,

Qiymətlidi sırğadan fəzilət.

Məktəbdə çalış sən elmi öyrən,

İşlətsən onu evində, əhsən!

Öyrən sənə vacib olsa hur dərs,

Öyrən qadının işi nədir məhz.

Öyrən analıq işin, ol evdar,

Gəl getmə, idarədə ziyan var.

Qızçın bu da az olur müyəssər;

Seçsin özünə ər oğlu bir ər.

Qız xeylağı qönçədən açılcaq,

Saf inciyə bənzəyər o, parlaq.

Görmüşsə həyatda təkcə nöqsan,

Qəlp gövhər olar, nəinki insan.

Bir sadə misal da söyləyək biz:

Ağ dəftərə bənzəyir zərif qız.




_____________Milli Kitabxana______________

Ağ olsa əgər kağızla dəftər,

Layiqli yazı olar müyəssər.

Vardır yazı, yaxşıdan-yamandan,

Keçmiş daha yaxşıdan, yamandan.

Səy et, salasan, gülüm, gözəl xət,

Ta çəkməyəsən pozanda zillət.

Layiqli əməldi səhvi anmaq,

Lakin əzabı olurmu danmaq?

Bir gənc qız üçün qüruru sonda

Dibsiz quyuya donür yolunda.

Hər kim pula, hiyləyə qoşar baş,

Quldurlara uğrayar o, birbaş.

Zövqün çırağıyla sən işıq saç,

Axtardığm ali haqqa yol aç.

Gəl, yolda unutma ehtiyatı,

Tut əldə əsa, verər nicatı.

Hər sərv ağacı sənə ər olmaz,

Hər baş da cahanda sərvər olmaz.

Vardır çoxu ki, tanınmır andır,

Güldürsə üzü, içi tikandır.

Üzdə yaranan gözəllik azdır,

Bir gəldi-gedər sutək dayazdır.

Ol hüsn əbədi və cavidandır –

Lütfilə lətafəti nihandır.

Ruhən doğulan parıltı, rövnəq,

Zahirdə verir büruzə, mütləq.

Həqdən nur alıbsa ruh, o aşkar

Öz cilvəsini üzə bağışlar.

Yoxdur bu gözəlliyin zavalı,

Solmaz əbədi gülən camalı.

Burdan yaranıbdı zövqün ilki,

Hər sarvətin öz əsası, bil ki.

Ancaq odu "Şəbçırağ"a varlıq,

Etməkdədir eşqə hökmüdarlıq.

Həssas yeri - nəbzidir həyatın,

Həm cilvəsidir o, pak zatın.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə