MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə81/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   77   78   79   80   81   82   83   84   ...   106

_____________Milli Kitabxana______________

Tufanda tutulsa teleqraf yolu,

Yayardı yenə də küləklər onu.

Bütün yer üzünün üfüqlərinə

Səpələrdi sevən ürəklər onu.

Heyhat! Parçalayır dərdim qəlbimi,

Yağışdan sonrakı göbələk kimi

Yetişir, çoxalır şairciyəzlər,

Acgözlər, dargözlər, pulgir, xəbislər...

İlhamı xəsisdir, təbi xəsisdir,

Fikrində, hissində qurumlar, hislər...

Sənətin abrını aparır onlar,

Qəlbimi köksümdən qoparır onlar.

Saray qapısında var-gəl edənlər,

Fahişələr kimi alver edənlər.

Şerin gövhərini qəpiyə satan,

Qəlbini, hissini ayağa atan.

Şairlik adını yerə vuranlar,

Sinəmə yüz yerdən yara vuranlar.

Böyüklər önündə dördqat olanlar,

Abrının üstündən körpü salanlar.

Mirvarini verib saxsı alanlar

Sənətin qəsrini etdi tarimar!

Nə günə qalıbdır görün şerimiz,

İndi göz yumuruq, görüb şeri biz.

Heç yaxşı şeri də saya salmırıq,

Şerimiz tabutda uzanıb artıq.



_____________Milli Kitabxana______________

Qalxanımız idi şeir bir zaman,

İndi şeir oxdur, özümüz qalxan.

Şeri insanlığa düşmən sanırıq,

Az qala Hafizin özün danırıq.

Bütün yer Üzündə fitnəni, şəri,

Cəmi fənalığı, cinayətləri

Şairlərdən görür az qala millət,

Ətalət sayırlar şeri, ətalət,

Qəzəl olmasaydı guya İranda,

İndi biz uçardıq aeroplanda.

Xalqı geri qoyan qəzəldi guya,

Yox, qardaş, qəzəldə deyildir günah.

Sözündə həqiqət olsa da, coşma,

Bir az çək cilovu, həddini aşma.

Misqaldan danışıb xalvara keçmə,

Hafizin, Sədinin üstünə düşmə.

Bədəndə hər üzvün olur öz yeri,

Qolun qol yeri var, gözün göz yeri.

Ölkəyə bilək də, göz də gərəkdir,

Qılıncla bərabər, söz də gərəkdir!

Hafizi, Sədini, Firdovsini sən,

Könül dəftərindən biryolluq silsən.

Yurdunda, yuvanda bəs nəyin qalar?

Bircə ağzı qırıq nəlbəkin qalar.

Açıb gözlərini bax yaxşı-yaxşı,

Qurunun oduna yandırma yaşı.



_____________Milli Kitabxana______________

Biz demirik şeir göydən enibdir,

O, insan əliylə qönçələnibdir.

Şeir mədəniyyət, incəsənətdir,

İncə ruh, incə zovq, incə sənətdir.

O da musiqitək qəlbin səsidir,

İnsanın ən böyük möcüzəsidir.

Sən təkcə torpaqda axtarma zəri,

Ürəkdə yaranır şerin gövhəri.

O tənqid etdiyin Avropaya bax,

Ədibə, şairə qiymət qoyaraq

Gör hara ucaldıb söz rütbəsini,

Sənətin qranit abidəsini!

Havalı köhləntək baş aparma, dur,

Bəlkə kasa aşdan isti olubdur?

Anadan mehriban dayədir bəlkə?

Günəşsiz səmadır şersiz ölkə!

Şeir də insaın vuran əlidir,

Yaradan əlidir, quran əlidir.

Xor baxma şerə sən, şeir həyatdır,

Qartal ürəkliyə bir cüt qanaddır!

Kimin güclüdürsə şeri-sənəti,

Onun əbədidir mədəniyyəti!



_____________Milli Kitabxana______________

USTADIN SURƏTİ

Unudulmaz müəllimim Hacı

İsmayıl ağa Əmir-Xizinin

xatirəsinə

Görkəmi möhtəşəm, başı vüqarlı,

Bir azca qaraşın üzündə təmkin.

İri, qara gözlər nüfuzedici,

Üst göz qapaqları bir azca şişkin.

Hər sözü sanballı, hər fikri qəti,

Sevdiyi kütlədən bir azca öndə.

Böyüklüyə məxsus hər şeyi vardı,

Heç nə kəm deyildi böyüklüyündə.

Çatılı qaşları bir azca qalın,

Bir az ətli-canlı, ortaboy, dolu,

Köksü, çiyinləri geniş və möhkəm,

Nəvazişi - ipək, kini alovlu.

Tanrı elə görkəm vermişdi ona,

Görənlər az qala cadulanırdı.

Onun baxışıyla rastlaşanların

Gözündə ehtiram nuru yanırdı.

Sadə insan idi, riyadan uzaq,

Nə tütün çəkərdi, nə mey içərdi.

Elə bil tunc idi sağlam bədəni,

Zərbəsi qurşundan, misdən keçərdi.

Sənətkar xülqünə hopmuşdu onun

Təlim-tərbiyənin zövqü, ahəngi.

İzzətlə, vüqarla yaşadı yüz il

Bir sərkərdə sayaq, bir xadim təki.

Həm xəttat, həm nasir, həm də şairdi,

Can qoyduğu işin hamısı ciddi.

Əmirlər, vəzirlər onun yanında

Necə balacaydı, necə kiçikdi.



_____________Milli Kitabxana______________

Hansı bir məclısə bassaydı ayaq,

Yaramaz adamlar ordan qaçardı.

Onun yolu üstdən ötüb keçməyə

Hansı hiyləgərin hünəri vardı?

Vicdan hökm edərdi olduğu yerdə,

Yalandan, rüşvətdən qalmazdı əsər,

Başı uca idi, mərd, alnı açıq,

Mənliyi susmadı ötənə qədər.

Arxada qoysa da uzun bir ömür,

Yazıb yaratsa da səksən, doxsan il.

İki nisgil qaldı qəlbində yalnız –

Azadlıq nisgili, bir də Vətən, el.

Gənclikdə zamanla ayaqlaşaraq,

Qorxunc döyüşlərdə qəhrəman oldu.

Ancaq döyüşlərdən qayıdan zaman,

Yaralar bağlayan bir loğman oldu.

Əziz həyatını elmə, sənətə,

İnsana, dəftərə, qələmə verdi.

Tükənən ömrünün son çağlarını

Yenə kitab adlı aləmə verdi.

Az bir təqaüdtə məğrur dolandı,

Qənaət bağından bar dərə-dərə.

Ölüm ayağında azca varını

Payladı mərd, yoxsul tələbələrə.

Ağaclar kimiydi, güllər kimiydi,

Həmişə bar verər, ətir saçardı.

Doğulub, boy atıb kim ki, Təbrizdə,

Ondan ürəyində bir şölə vardı.



_____________Milli Kitabxana______________

İnqilab - Məşrutə tərazisinin

Yerdən çətin qalxan çəki daşıydı.

Firqəyə rəhbərdi, Sərdara katib,

Bütün el-obanın can sirdaşıydı.

İkinci Səditək, Fərahanitək,

Şair əzəmətli, katib qələmli,

Şeyx Məhəmmədin məslək elçisi,

"Gavə" toplusunun baş müvəkkili.

Kinı qalıb Təbrizdə ondan savayı?

Bir Yegani qalıb, bir Tağızadə.

Arayıb axtarsaq başbilənləri,

Dövran hamısını veribdi bada.

Sinif müəllimi, məktəb müdiri

Yüksəldi, maarif başçısı oldu.

Bütün küləklərə açdı könlünü,

Əl boyda ürəyə daryalar doldu.

Özü köhnə dəbdə şeir yazsa da,

Yenilik gözlərdi məndən hər zaman.

Dünəndən ayrılmaz, bu günə bağlı,

Sabaha can atan teşnə bir insan!

Ruhani ataydı şagirdlərinə,

Köksü dar gələrdi iftixarına.

Ondakı məhəbbət, ondakı şəfqət

Sığmırdı insanlıq hüdudlarına.

Ayrılıq çağında, yay tətilində,

Sınıq könülləri sözlə yamardı.

Bəzən köyrətərdi vida dəmində,

Kişi sifətinə yaslar damardı.

Mən evə bilirdim mirvarilərdir,

Üzündə, gözündə parlayır dən-dən.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə