MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə78/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   74   75   76   77   78   79   80   81   ...   106

_____________Milli Kitabxana______________

Yoruldum deməzsən, nə qədər getsən.

Könül verdiyin iş ucaldar səni,

Könül vermədiyin qocaldar səni.

Sənin yüz sənətdən başın çıxsa da,

Birini sevirsən yəqin dünyada.

İnsanlar görmüşəm, üzlər görmüşəm,

Acizi məhv edən sözlər görmüşəm.

Yazığın, fağırın başından basan,

Zalımın döşündən ordenlər asan

Nökərlər görmüşəm, söz nökərləri,

Boynuyoğunların öz nökərləri.

Mən onda sıyırdım öz qılıncımı.

Məslək qılıncımı, söz qılıncımı!

Yetər! Saxta sözlər! Yalançı sözlər!

Ömrü oğurlayan talançı sözlər.

Zövqün, hissiyyatın daşan camıtək,

Günəşlə, baharla doludur ürək.

Gəl, sənə bakirə sözlər verim mən,

Ürəkdə bəslənmiş gövhər verim mən.

Dursun gəlin kimi qarşında sənin,

Bir sevdaya dönsün başında sənin.

Bir muştuluq kimi səsləsin səni,

Bir ana qoynutək bəsləsin səni.

Həyatda hər şeyi unutsan da sən,

Onu eşq kimi əzbər biləsən.




_____________Milli Kitabxana______________

Neyləyim, əlimdən ayrı iş gəlmir,

Mən şair yarandım, sadəcə şair.

Sənin səadətin sevdiyindədir,

Eşqi iliyində, sümüyündədir.

Ona gözlərinin nurunu ver sən,

Ona ürəyindən atəş içir sən.

Dünyada ən gözəl şah əsərləri

Yaratdı zəhmətin cəsur əlləri.

Zəhmətə arxalan, işə güvən sən,

Budur tərəqqinin yolu əzəldən.

Atalar nə qədər gözəl deyiblər,

Deyiblər: çörəyi çörəkçiyə ver.

Bizdən qabaqdadır avropalılar,

İşi iş bilənə tapşırır onlar.

Gətir xəyalına firəng dostları,

O cərrah bıçaqlı böyük Pastoru.

Volteri, Didronu xəyala gətir,

Onlar Fransanın əzəmətidir!

Volterin əlindən qələmini al,

Ona kamança ver, de, bir hava çal.

Kim bilir, bəlkə də alar, çalardı,

Fəqət bəşəriyyət onsuz qalardı.

Bu dərdlər mənimdir düşünsən əgər,

Qələm istəyirəm, sayğac verirlər.

Mənə nə idarə, nə möhür gərək,

Söz üstə odlanan bir ömür gərək!



_____________Milli Kitabxana______________

Bu aslan könlümü çox incitməyin,

Şiri şifrələrə əsir etməyin.

Düzdür, başım çıxır riyaziyyatdan,

Qovluqdan, hesabdan, mühasibatdan.

Fəqət inanın ki, gözüm ondadır, -

Şerimin yarımçıq misrasındadır.

Şeir - azadlığım, şeir - həyatım,

Ömrüm, səadətim, müqəddəratım!

Qartalı səmadan ayırmayın siz,

Övladı anadan ayırmayın siz.

Mənimtək mühasib həyatda çox var,

Mənimtək şairsə çətin tapılar.

Min qəlbdə çalınan tar kimiyəm mən,

Əsrimin Hafizi, Saibiyəm mən.

Qələmimdən çıxan irıci misralar,

Neçin boş çöllərə edilsin nisar?

Şeir - göz üstündə bəslənən xilqət,

Ayaqlar altına düşübdür fəqət.

Dilənçi şairlər əskiltdi şeri,

Qara bir pul kimi zay etdi şeri.

Şeri oyuncağa döndərdi onlar,

Şeri mərtəbədən endirdi onlar.

Şeir bir müqəddəs, işıqlı bina,

Qoy natəmiz əllər dəyməsin ona.

Həyhat! Bu sözləri eşitməz onlar,

İlhamı, sənəti pula satanlar.



_____________Milli Kitabxana______________

Bu bağın bar verən ağacıyam mən,

Sınmış qol-budağım gör neçə yerdən.

Fəqət yandırsa da şimşəklər məni,

Döysə də tufanlar, küləklər məni.

Yenə bar verməli, gül açmalıyam,

Yenə şeir üstündə dil açmalıyam.

Şair şam kimidir, şam özü yanar,

Özgənin süfrəsi nura boyanar.

Nə qəm! Qoy şam kimi yansın həyatım,

Təki torpaq altda bəxtiyar yatım.

Məndən gövhər kimi söz istəyirlər,

Qoy ürək qanımdan yaransın gövhər.

Mənim bir ağ saçlı məmləkətim var,

Əcaib, qəraib bir millətim var.

İynənin gözündən kecsək də ellik,

Bəzən darvazadan keçə bilmərik.

Şairlik bir zaman burda dəb oldu,

Kəndlər, şəhərlər də şeirlə doldu.

O zaman şairin şöhrəti artdı,

Şair Fərhad kimi dağ qoparardı.

Dillərə düşəndə bəzən bir sözü,

Bəxtini oyadıb, yatardı özü.

Heyhat! Bu təmizlik uzun sürmədi,

Şöhrəti, sərvəti, varı-dövləti

Doğma balasından əziz sayanlar,

Qızıl yığmaq üçün xalqı soyanlar.



_____________Milli Kitabxana______________

Yaltaq şairləri qamarladılar,

Əl çəkib, oxşayıb-tumarladılar

Saraya çəkdilər, dar saraylara,

Gözü kor, qulağı kar saraylara!

Ravilər, rəmmallar, qəsidəçilər

Axışıb gəldilər hey birər-birər.

Gəldilər zahirdə şan-şərəf üçün,

Əslində bir qarın ot-ələf üçün.

Bu ağır zamanda, çətin zamanda,

Sənətin hörməti tapdalananda

Yaxşı ki, dünyaya Firdovsi gəldi,

Məhkum bir ölkənin gur səsi gəldi!

O, sözdə-sənətdə misilsiz düha,

Baxdı qaranlıqda qızıl sabaha.

Gəldi, fikrimizin baharı gəldi,

Bağlı dilimizin açarı gəldi.

Vətən sevgisilə ürəyi dolu,

Vətən torpağının ən böyük oğlu.

Mətin addımlarla çıxdı irəli,

Əlində ilhamın, sozün məşəli.

Yardı qaranlığı şair gözləri...

Zirvələrdə gəzən şahin gözləri...

Yox! Asan deyildi. Bu çətin işdi,

Onda ki, məmləkət ərəbləşmişdi.

Onda ki, Təbrizdən Tehrana qədər

Ərəb dəvələri nər-nər nərildər,



_____________Milli Kitabxana______________

Vətən torpağını ayaqlayardı,

Ərəb dodaq tikər, qol bağlayardı.

Onda ki, ərəbə təslimdi hamı,

Ərəb əqidəsi, ərəb məramı

İliyə, sümüyə, qana girmişdi,

Xəyalı, idrakı zəncirləmişdi.

Onda bu torpaqdan ucaldı bir səs,

İldırımlar saçan qaynar bir nəfəs!

Yetər bu məhkumluq! Yetər bu zillət!

Bağdada baş əyəlı başlara lənət!

Nifrət əliqanlı qəsbkarlara!

Qoyun qiyafəli canavarlara!

Nifrət fatehlərə əl verənlərə!

Milli simasını itirənlərə!

Əslindən, kökündən ayrılanlara,

Ərəb boşqabını yalayanlara.

O Tus meşəsinin cəsur aslanı,

Belə harayladı o vaxt İranı.

Qəfil nərə çəkib bar-bar bağırdı,

Almas pəncəsilə tilsimi qırdı.

Onun köksündəki pələng ürəyi,

Tağını titrətdi doqquz fələyin.

Hər sözü İranda top səsi oldu,

Sinəsi azadlıq qələsi oldu.

O dedi: bu ellər yasa batmasın,

İntiqam qılıncı qında yatmasın.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə