MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə80/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   76   77   78   79   80   81   82   83   ...   106

_____________Milli Kitabxana______________

Bircə misra belə yarada bilməz,

Qəlbi yanmayana şair deyilməz!

Übeyd Zakaninin zərafətləri,

Hələ Səfahani komplimentləri...

Bunlar da kəlamdır, oxumaq olar,

Fəqət şair deyil, nazimdir onlar.

Şair xalqın səsi, əsrin səsidir,

Vətənin ağsaqqal sərkərdəsidir!

Hökmüylə ordular ayağa qalxır,

Şerinin nəhrindən daşlar da axır.

Şerdə cadu var, şerdə əsrar,

Yatırar, oyadar xumarlandırar.

Üreyin cövhəri, canı ondadır,

Qartal misraların qanadındadır.

Daşürəkliləri yumşaldan odur,

Bağlı gözü açan onun nurudur.

Şerin düşməni var, şerin dostu var,

O da qılınc kimi döyüşdə parlar.

Ölkələr oyanar şerin səsindən,

Şimşək misraların qəhqəhəsindən.

Göz üstə yeri var hər bir diyarda,

Mayağa bənzəyir firtınalarda!

Onun pıçıltısı top səsi kimi,

Sədinin, Hafizin nəğməsi kimi!

Hafiz! Günəş dolu bir könüldür o,

Güllərin içində qızılgüldür o.



_____________Milli Kitabxana______________

Şairlər içində çələng onundur,

Ən gözəl təranə, ahəng onundur.

Tar kimi zili var, bəmi var onun,

Sevincdən qiymətli qəmi var onun.

Onun "Divan"ma nəzər salmışam,

Yüz dəfə, min dəfə heyran qalmışam.

Mən ona sənətin reyhanı deyim,

Yoxsa fars dilinin Quranı deyim?

Ləpələr, küləklər onun səsidir,

Ulduzlar əbədi qəhqəhəsidir.

Yerdə addımlayan o göy şairi

Topladı başına səyyarələri.

Döşündə kiçik bir dəftər saxladı,

Sanki güzgü üstdə gövhər saxladı.

Dünyada yeni bir dünyadı Hafiz,

Göyləri göstərən aynadı Hafiz.

Şerin qılıncım çəkib bülövə,

Gözəl bir dil verdi doğma elinə.

Qeybdən yaratdı "Lisanül-qeyb"i,

Baharın eybi var, onun yox eybi.

Gözün yol çəkirsə, buyur, gəl fal aç,

Elə bil ondadır hər dərdə əlac.

Əsrlər dolanır, əsrlər keçir,

Hafiz çeşməsindən nəsillər içir.

Hər kəs öz dərdini ona söyləyir,

Hər kəsə o, təzə məna söyləyir.



_____________Milli Kitabxana______________

Hafiz bir kainat: təmiz, nurlu, pak,

Fövqünə qalxmaqdan acizdir idrak.

Sonu görünməyən bir dənizdir o,

Ay kimi, gün kimi ləkəsizdir o.

Baxıram, işıqdan gözüm qamaşır,

Açıq, gen alnında nurlu qırışıq.

O baxır təfəkkür zirvələrindən,

Dünyaya nur tökən bir dan yerindən.

O, nələr düşünür, o nələr deyir,

Min dərdin dərmanı nəğməlr deyir.

Onun nəğmələri bahar bülbülü,

Bağrının başında bəsləyir gülü.

Qoruyur gülləri tikandan, xardan,

Qızıl qönçələri yağışdan, qardan

Qoruyur körpəcə qanadıyla o,

Qoruyur qəlbinin fəryadıyla o.

Yox, o, bülbül deyil, şair qəlbidir,

Cəmi aşiqləri çəkir, cəlb edir.

Bağrının başını yandıranda ah,

İnsanlar Hafizə aparır pənah.

Hafiz yaraları açır, bağlayır,

Neçə əsrdir ki, gülür, ağlayır.

Qonağa yer verir gözünün üstdə,

Oxşayır, yatırır dizinin üstdə.

Ürəyi, süfrəsi, qapısı açıq,

Kimsə bu qapıdan sənə deməz: çıx.



_____________Milli Kitabxana______________

Asiman boydadır şair otağı,

Kəhkşan özüdür onun çırağı.

Kimin bu mənzilə ayağı dəysə,

Yeri var, şahlara naz eləyərsə.

Gözünün ucuyla baxmaz taca o,

Çiynini dağ kimi tutar uca o!

Hafizdən mətinlik, mərdlik öyrənən,

Yüksəkdə dayanır səyyarələrdən.

Ay ilə, günəşlə gəzir yanaşı,

Ulduzlu göylərə toxunur başı.

Hafiz dərgahına ayaq basan kəs

Şahlara əl açmaz, saraya girməz.

Hafiz günəş oldu bir cam əlində,

Əbədi xumardır öz mənzilində.

Onun artığını gəlib Xızr içir,

Onun boş taxçası bir xəzinədir.

Ulduzlar içində durur xeyməsi,

Üzünün niqabı - ayın şöləsi.

Onun məktəbində dərs alır bəşər,

Onun məktəbinə gəlir mələklər.

Əhsən xumarlara xələt verənə,

Bu iki dünyanı fəth eyləyənə!

Şamı keçən üçün şam yandırana,

Əqlin göylərini nurlandırana!

Papağı bir yanda, özü bir yanda,

Pərişan saçları çəndə, dumanda.



_____________Milli Kitabxana______________

Bütün yer üzünün əşrəfiydi o,

Adəmin ən böyük xələfiydi o.

Adəm bir arpaya satdı behişti,

Hafiz də eşqdə bu yolu seçdi.

Verdi Buxaranı, Səmərqəndi də

Bir xala, işıqlı bir təbəssümə.

Onun nəzərində var-dövlət fəna,

Yığdı gözəlləri öz otağına.

Açıldı çöhrəsi al səhər kimi,

Baxdı zirvələrdən peyğəmbər kimi.

Dünyanı köksündə saz kimi çaldı,

Günəş şüaları mizrabı oldu.

O səsi dərk edən bir qulaq gərək,

Hafiz məqamına ucalmaq gərək!

Ən gözəl təşbehlər, istiarələr,

Onun bağçasında qönçə kimi tor.

Ariflər şairi, mənalar kanı,

Onu axıracan qavrayan hanı?!

Sənə badə vərər - ürək şərbəti,

Nuş et. Bas bağrına əbədiyyəti.

Qaynar bir arzudur, diləkdir Hafiz,

Təpədən dırnağa ürəkdir Hafiz!

İnsanlıq, məhəbbət nümunəsidir,

İnsan çırağının pərvanəsidir.

Yandırır fitnəni küləş kimi o,

Sevir insanları günəş kimi o.



_____________Milli Kitabxana______________

Bəlkə də günaha batmazdı Şümür,

Hafizin yanında sürsəydi ömür.

Onu dərk etsəydi avropalılar,

Bu qədər amanlar, bu qədər ahlar,

Bu qədər göz yaşı, bu qədər tufan

Bəlkə də olmazdı başdan-binədan.

Hafizi dərk edən, Hafizi sevən

Qan tökə bilərmi? Özün düşün sən.

Hafiz çörəyimiz, Hafiz suyumuz,

Hafiz qəlbimizdə ən saf duyğumuz.

Hafizə vurulan birmi, ikimi?

Qocamı, cavanmı, böyük-kiçikmi?

Əzbər bilməsə də onlar Quranı,

Sinədə əzbərdir Hafiz "Divanı".

Nədir bu sənətin səbəbi, sirri?

Yaşayır! Fəfh edir qərinələri!

Gətir xəyalına mərhum Arifi,

Qəlbə od tökərdi onun təsnifi.

Gecə yayılmamış bu təranələr,

Əzbər deyərdilər uşaqlar səhər.

Aşaraq kəndbəkənd, şəhərbəşəhər,

Şerlər dünyanı bürüyürdülər.

Hələ Tehran poçtu yola düşməmiş,

Arifin sözləri sərhədi keçmiş,

Sədləri, mərzləri aşmış olardı,

Bütün yer üzündə qanad çalardı.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə