MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə88/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   84   85   86   87   88   89   90   91   ...   106

_____________Milli Kitabxana______________

Haq görən göz daha yoxdurmu bu gün aləmdə?

Haqqı təbliğ edən ayati-xudamız da ölür.

Rəsmdir öldürür hər yerdə dəva dərdləri,

Bu necə dərd idi, ya rəb ki, dəvamız da ölür.

Yaşadırdı hünəriylə o, düha əhlimizi,

O gedir indi, bizim əhli-dühaımz da ölür.

Sənətin qumrusu Şahnazi, İbadi yaşasın

Ki, susub bülbülümüz, sövtü-sədamız da ölür.

Hanı Tehrani dəfi, harda Bənan avazı?

Ağlasınlar ki, nə ustad, xudamız da ölür.

Göndərin şurü nəva ilə ona xeyr-dua,

Bizi tərk etdi hünər, şurü nəvamız da ölür.

O hünər qibləsinə üz tutun, ey əhli-hünər,

Bivəfa çıxmaz o ustadə, vəfamız da ölür.

Soruşun siz, hünər əhlini boğan Tehrandan

Ki, nədəndir orada əqlü-zəkamız da ölür.

Əbədi ömr hünərsizlərə olmaz qismət,

Dərd odur ki, daha ölməz fuzəlamız da ölür.

Hünər əhlinə çəkibdir ölüm hər yerdə hücum,

Nə qədər vardır hünər əhli aramızda, ölür.

Ölməz insan olanın ölməsi bir dərd deyil,

Ölməyə qalsa əgər, şahü gədamız da ölür.

Lakin hər yerdə ki, cəkmiş hünərə pərdə qərəz,

Zövq ölür, sənət ölür, işvə-ədamız da ölür.

Bağiban mehrini salmışsa alaq otlarına,

Gül solur, qönçə yanır, badi-səbamız da ölür.



_____________Milli Kitabxana______________

Boş yerə salma özün zəhmətə, bir qanun var,

Yaşayan eşq olacaq, hirsü həvamız da ölür.

Şəhriyara, elə zənn etmə Səba ölmüşdür,

Bütün aləmdə hünər ölsə, Səbamız da ölür.

SƏDİNİN BARİGAHINDA

Dahi Sədi, eşqin ilə gəlmişik bu gülüstana,

Bülbül kimi şən nəğmələr qoşuraq biz bu bustana.

Əsərlərin əbədi bir məhəbbətə olub məxzən,

Gəldik qoca yaşımızda dərs alaq bu məktəbindən.

Yeddi yüz il yatdıq bəsdir, zaman çatmış biz oyanaq,

Dur, gəl Reydən Şirazına, biz də sənə gəldik qonaq.

Bəs deyilmiş Gülüstandan yığdığımız güllər hələ,

Gəlmişik ki, bir az giley tikanların alaq ələ.

Karvan əhli utanırdı gətirməyə bizi bura,

Dərvişlərtək cildə girib min cür hiylə qura-qura,

Gecə yarı hamı yuxu zindanında qalan zaman,

Simurğ kimi Süleymanın dərgahına olduq rəvan.

Sənin əsil dostunuq biz, fəqət xəyal eyləmədən,

Əhdi pozduq, hüzuruna gəldik belə namüəyyən.

Ustadımız, kömək əli uzatsana can dostuna,

Axı dərdə dərman üçün gəldik sənin hüzuruna.

Oyrətdiyin dərslər bizə ziyan verir indi, ustad,

Möhtac olduq hər cəhətdən, kimsədən yox bizə imdad.

Çətinliklə boğuluruq, baxan yoxdur şikayətə,

Qumdan durub gəlmişik ki, son qoyaq bu fəlakətə.

Gözümüzə nur verməyir sürmələnmiş bu İsfəhan,

Bize fayda verərmi heç öz gözü kor olan zaman.

Özümüzü məhtab kimi Zindəruda vurub gəldik,

İnci kimi, ümmanlarda gizlənmədən durub gəldik.

Gecələr ay işığında, gizli, açıq yol keçərək,

Hüzuruna gəlmişik ki, eyləyəsən bizə kömək.

Şamlar kimi yana-yana ağlayırıq, səs-səmirsiz,

Ahü nalə çəkə-çəkə dərgahına gəlmişik biz.



_____________Milli Kitabxana______________

Əfqanımız boğur bizi, nəfəsimiz cətin gəlir,

Ruhumuz ah etəyindən tutaraq göyə yuksəlir.

Ruminin dar külbəsində Şəms olmarıq heç bir zaman,

Əsrin Əbu-Səidiyik, vətənimizdir Xorasan.

Nasir Xosrov taleyinə bənzəməz heç taleyimiz,

Ayrı cürə avarəyik, şəhərlərdə, çöllərdə biz.

Zavalsız bir nəhəng kimi üzüb vəhdət ümmanında,

Çarpışrıq yaşamaqçın bu ümmanın tufanında.

Ərəblərin şəmşirinə sinə gərdik biz dəmadəm,

Kafir ikən müsəlmanlıq aləminə qoyduq qədəm.

Küfrü atıb biz qaldırdıq islamiyyət bayrağını,

Dinü iman aləmində qurduq inam novrağmı.

Qara bulud qaranlığa salan zaman hər bir yeri,

Qəlbimizə işıq saçdı qüdsi Quran ayətləri.

Ey barigah sahibi! Sən qonaq hesab eylə bizi,

Soruşma heç kimik, bilmə adımızı, yerimizi.

Gərdənləəndi inci olan sədaqətli bəndənizik,

Qarşında baş əyib səni daim təqlid edən bizik.

Namərd zaman təqib edir, bizi qoyur yana-yana,

Biz dərvişlik paltarını geyib gəldik bu meydana.

Vətən "qərib" adlandırıb hey gətirir cana bizi,

O ayaqlar şil olsun ki, gətirdi İrana bizi.

Öz xatirat cənnətindən neçün gərək xaric olum?!

Neçün gərək buğda yeyib Adəm kimi mən qovulum?

Ey Şirazın dərd əhlinə pənah olan mürəbbi sən,

Rəhm eyləyib qurtar bizi bu Tehranın məhbəsindən.

Sakit, əmin bir guşə ver, ömrümüzü başa vuraq,

Qoy şerimlə qaralansın dəftərimdə hər ağ varaq.

TƏBRİZİN ŞAHZADƏ BAĞI

Bu haman bağdı ki, burda yaşayıb şahzadalar,

Parça-parça olub indi, yenə xoş görkəmi var.

Elə bir ayinədir, əks eləyir indi yenə,

O Abas Mirzəni ki, burda tutardı o qərar.

O ki, öz başını qoydu bu Vətən torpağına,




_____________Milli Kitabxana______________

Tarix olmuş o hekayət, gecə-gündüz ağlar.

Gördüyü xeyirli işlər çıxa bilməz yaddan,

Qəlb evində o bulaqtək hələ qaynar, çağlar,

Bir bu şahzadə bağı, bir də ki, o Şahgölüdür,

Bil ki, o şahzadədən bizlərə bir töhfə qalar.

İnqilab tarixi burda gələcək göz önünə,

Kino lenti kimi bax sən ona təkrar-təkrar.

Atının kişnəməsi indi də dağlarda qalır,

Ona rus saldatı bir vaxt burada oldu səvar.

Sərdarın nərəsini dostları yad eylər hələ,

Adı Səttarxan idi, cəbhədə oldu sərdar.

Hər tərəf qapqara dağlar, necə də qorxuludur,

Sanki zindana çəkilmiş qara daslardan hasar.

Dünən o milli bağın hökm idi qanuni işi,

O bu gün gör necə səssizdi, nə fərman, nə qərar.

Yansın futbol üçün meydan edib gənclər onun,

Nə zaman olsa yarış, orda cavanlar oynar.

Bir azın ordu tutub indi nizamiyyədir o,

Tutub ərbab bir azın da çəkilib dövrə divar.

Onun hər hissəsi hərrac olunub da satılıb,

Udub o milli bağı, iştahalı əjdahalar.

Qaldırardı başını göydə fələkdən də uca,

Bir zaman hər gecəsi nəğəli, dastanlı diyar.

Yıxılır köhnə binalar belə söylərdi o da,

Var bizimçin belə tale, görünür lap aşkar.

Asimanın öz əlilə tikilər şanlı saray,

Tanrıya bəlkə şikayət eləyər leylü nahar.

Burda bir arif adam var, o yatıbdır əbədi.

Xarici abad olan daxili bərbad bu məzar.

O dağın keçmişi, bu indiki halı, nə deyim,

Nə gələrsə başına ümmid o Allaha qalar.

Hər şey o bəxt ilədir, çərxi fələk də dolanır,

Nə Süheyl ulduzu vaqifdi, nə də bir səyyar.

Milli bağ park idi bir vaxt bu şəhər əhli üçün,

Nə gözəl günlər idi, xoş da keçərdi rüzgar.

Mən özüm şahidəm, onda qocalar parka gələr,

Kimi vərziş eləyərdi, kimi də nərd oynar.




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə