MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə91/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   87   88   89   90   91   92   93   94   ...   106

_____________Milli Kitabxana______________

Zorla yoldan tutulub

Zindanda ömrü talandı.

Qarnından qırmızı rəng yarandı.

Biri də,

Bir yetim üzündən uçan

Heç vaxt geri qayıtmayan

Çəhrayı rəngdir.

Biridə

Zəhərlə parçalanan ciyər.



Şeytana aldanan,

Mövhumata uyanın

Göy rəngidir.

Biri də,


Zindan şüşələri ardından

Cavanların gördüyü baharın

Bir az solğun göy rəngi.

Riyalardan uzaq,

Sənin vicdan heybənə biganə

Hər cür yaramaz rəngələrə dəyməz.

Fəqət sədaqət və məhəbbət rəmzi

Rəngləri ya özündən,

Ya da özgədən al.

Ona məzlum bəşərin göz yaşından

Bir-iki damla sal.

Qəlbindən, canından

Qaynayıb gələni qat ona.

Onda sənin bu rəngin

Gəlməz əsrimizin xoşuna.

Bilmirəm bəs nə ad verək rəngə...

Əziz rəssam!

İstərəm bu rənglə,

Kağızla, fırçanla

Bir əsər yaradasan vicdanla.

Qoy mən deyim, sən çək.

Çək zövq ilə, ilhamla,

Ürəyin istəyən tək.

Axı sən rəssamsan...




_____________Milli Kitabxana______________

Nakamlıq istedadır

Sənə deyəcəyim,

İstərəm bir ay çəkəsən,

O, hilal vaxtından

Bədr olanadək

Çıxa bilməyib buluddan bir an.

İstərəm bir tablo çəkəsən,

Rəssamın sinəsində öldü,

Həyata gəlmədən.

Bir arzu çək!

Məhv etdilər onu

Doğulanadək.

Bir dağ laləsi çək!

Şəhla gözləriylə

Nə aynaya, nə suya baxa bildi.

Bir kəndli qızı çək!

Ayaqyalın, basaçıq.

Ömrünü səhralar taladı.

Günəş altında yanıb,

Lalə tək təndirlər qaladı.

Bir bulaq çək!

Bir ömür dağda

Qayalar arasında çırpındı,

O, heyata təşnə qaldı, həyat ona.

Səd çəkildi bu zümrüd gözlü

Şəlalənin yoluna.

Bir nalə çək!

Kimsə yetişmədi dadına.

Bir abidə çək!

Memar səy etdisə nə qədər

Axırda dağıdıb xaraba etdilər...

Əziz rəssam!

Bu tablo dünyaya dəyər,

Bir ilham, bir asudə vaxt ola əgər.

O əsər ki, əbədiyyətə qovuşar,

Ruhda və ürəkdə izi qalar.

Xəyalda yaranan hər tablo




_____________Milli Kitabxana______________

Kətan üzərinə gələr sonradan.

Keşikçi şallağı altında

Can verən bir məhbusun

İman şöləsini çək!

Səmum küləyinə bənzər

İmansızların əzabına dözüb fəqət

Bir kəlmə yalan deməyən,

Ülvi məhəbbətli şəxsiyyət.

Kimsəyə düşmənlik etməyən,

Lakin dövlətlə döyüşən,

Qələbə kandarına düşən

Ulduzun işığının söndüyünü,

Dan yerindən söküldüyünü,

Günəşin doğmasından xəbər verən

O günəşə ki,

Əjdaha yuvasını xarab edib,

Bu qara ləkədən təmizləyəcək hər yeri.

Bəli, o günəşin şəfəqləri.

Əziz rəssam!

Bu tablo inan ki, çox vaxt aparmaz.

Rənglərlə çəkilər xətlərdəki hər rəmz.

Elə bir tablo ki,

Onu hər görən

Hərəkətə gələcək mütləq.

Bəlkə də dəyişəcək yerini,

İşıq əvəz edəcək səmtini.

Bir mələk surəti görünəcək

Divin pəncəsində.

Bir də qul satan,

Yusif onun qulu.

Qardaşları arxasında qalan

Xətər yolu.

Mehriban gözlərdən axan yaş,

Yanaqlarda donub,

Təsəllisi ancaq ah olub.

Üzündə həm məhəbbət var,

Həm itaət.




_____________Milli Kitabxana______________

Atadan qəzəb, anadan şəfqət.

Ciyərinin qanıdır göz yaşı.

Ürək yanğısında acı bir nifrət,

Nifrət!

Dua cilvəsində oyan.



Məsiha simasıdır xaç zindanında.

Bir Rüstəm qəmi!

Söhrabın taleyi!

Həkim Sokrat şükürü!

Qərq olmuş nicat gəmisi!

Nuh peyğəmbər!

Qorxulu tufan səsi,

Müharibə dəhşəti?

Faşist cəhənnəmindən bir səhnə...

Bunları çək,

Demək istəyirəm sənə.

Daha heç nə!

Yox, bir də

Alında bir neçə sınıq xət,

Baxışlarda məğlub bir qüdrət.

Zamanın qıvrılmış ilanı,

Əsəblərin gərginliyi,

Bir də yadından çıxmasın ha.

Röyalardan yaranmış bir tablo.

Çəkib onu suya axıtmışlar...

Əziz rəssam!

Bu tablo yaransa əgər,

Zamanın muzeyinə verərlər.

Yadigar albomlarda qalar.

Sənət əsəri kimi yaşar.

İndi bu zülmətdə

Bü qədər küdurət var, yetər.

Birdir – görələr, ya görməyələr,

Bu tablodur,

Rəssamın yadigarı.

Heç kəsdən əvəz, ənam gözləmə.

Nə qəm, Nobel mükafatını




_____________Milli Kitabxana______________

İstəyirlər versinlər hər kimə.

Fikr edələr,

Ya etməyələr,

Biz da varıq.

Bu tablonu biz yaratdıq,

Hər yurda su olsa əgər,

Ora Sərab deyərlər...

Əziz rəssam!

Şeir idealımız Hafizdən,

Gərək bir şeir tabloda yazasan.

Ancaq divandan köçürtmə ona.

Bir şeir ki, düşməyib

Heç bir divana.

Bir şeir ki,

Düşüncəyə sığmaz,

Bir şeir ki, şairlərin idealıdır -

Hafiz gizlədib bizdən

İllərdən bəri.

Bəlkə də cənnətdə yazıb

Hafizə şeri!

Orda ayirıdir şerin hər kəlməsi.

Qarışıb bir-birinə zir və zəbər.

Hər nöqtədə zamanın zəngi səslənər.

Orada qəlbə yatan sözlər

Zamanın qəlbinin döyüntüsüdür.

Yaradanın kəlamı,

Bəşər karvanının ahəngi,

Sirlərin açarı var.

Yoxdur məndə belə bir şeir,

Onu Xacə Hafizdən axtar,

O şeir belə deyəcək yəqin:

- Bu qəmli tablo

Qəm xəstəsindən,

Zamanın əzablarından,

Musiqi, şeir ve fırça dərmanından

İki min nüsxəyə

Büküləndən sonra hələ,

Qalmış belə...



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə