MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə93/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   89   90   91   92   93   94   95   96   ...   106

_____________Milli Kitabxana______________

Bu nazlı balıqların yatağı,

Yaxud, əbədiyyət məkanının köşəyi,

Gecələr musiqi və dəvə zəngləri ilə süslənən

Fikir bəşiyi, yuxu yurdudur.

Gecə ilə gündüz öz duyulmaz hərəkətlərilə

Sanki bu beşiyi tərpədirlər.

Şirin bir laylayla beşiyi yırğılayır,

Öz fotoaparatının şüşəsi ilə

Şəkil çəkməklə məşğuldur.

Bir kino pərdəsi kimi hərəkətdə olan dünyanın

Həm dili var, həm də dilçəyi.

Bütün ürəklər o üzün aynasında

Arzu və xəyal dünyasını görür.

Yer üzündə kəhkəşantək

Sarı və göy rəngli karvanlardan fərş döşənib.

Qayıqsürənlərin şam və çıraqları ilə

Daim axan ay və ulduzlarla

Sanki yer üzündə də nazlı ulduzlar

Mavi göyün ənginliyində

Əzəlin xəbərini əbədiyyətə aparırlar.

Sənətin dünya təbiətinə qovuşması

Çayın bətnindəki qüvvədəndir.

İsrafilin suru ilə Allah can verən kimi,

Maşınlara da elektrik ilə can verilib,

Ya da, bu ərşlə fərşin körpü ilə birləşməsidir.

"Dirilik suyu" əfsanəsindəki kimi

Sirli bir dünyaya körpü salmışdır.

Çaylardan yüksələn əbədiyyət nəğməsi

Təbiətin qulağında ilahi ərğənun səsidir.

Keçənlərdən gələcəyə

Əbədi ömr haqqında əfsanə söyləyir,

Ana doşündə eşidilən laylaydır o,

Gecələr ay işığında, ya qaranlıqda

Qəm yuxusuna gedənlərin əfsanə deyənidir.

Onun keçmişdə necə də məhzun görkəmi varmış,

Nə çox qəmü səhnələrin şahidi olmuşdur.

Sonuncu dünya müharibəsində-




_____________Milli Kitabxana______________

Bu vəhşi mədəniyyətin ətəyində olan

Tarixin yüzlərlə qara bədnamlıq ləkəsi ki,

Ölən əsgərlərin qanı ilə yuyulub,

Onları Dunay həşrə qədər ağlasa da

Dünyanın üzündən yuya bilməyəcək.

Qulaq as gör, Dunay çayı

Fələklərin fəryadına, vicdanın nidasına bənzər

Sazının mizrabıyla bəşəriyyətə nə deyir:

Ey özünü "insan" adlandıran ikiayaqlı növ,

Adam da, div də, adamyeyən vəhşi heyvan da

Sənətin yüksəlişiylə mədəniyyətin zirvəsində,

Əxlaqın süqutu ilə vəhşiliyin dibindədir.

O yandan ərş mülkü və kosmosun qamarlanması,

Bu yandan gilyotin və qətl aləti!

O, ruzigarın gilyotini, bu raketlər,

Pərdənin dalında da namərdin soyuq müharibəsi!

Yırtıcılar öz həmnövlərinə hücum etmirlər...

Amma sən! Ya rəbbim, amma sən!..

İnsaf elə.

Yaralarından hələ də qan axan

Təkcə bu iki qanlı müharibədəki ölüm

Bəlkə də yöz milyon olub.

İsti müharibənin qırğını bəlkə

Soyuq müharibənin qırğını yanında bir heç olacaq.

Allahın lütfilə özünə gəl, ayıl!

Gəl, bu gün dünyanın ərazisini

Əhalinin nisbətinə görə bölüşdür.

Millətlərin hər nəfərinin üzünü güldür,

Hər kəsin səhmini öz əlinə tapşır.

Torpaq genişliyi, içki qabı və istiqlal payından

Azmkını artır, çoxa az ver.

Gərək bütün millətlər bərabər olsun,

Əlbəttə, xalqın sayına görə.

Həm də hamısı bir rejim və qanunun himayəsində olsun -

Nə o qədər ifrat olsun, nə bu qədər israf,

Nə bu kommunistlik olsun, nə də o müstəmləkəçilik.

Ayrıseçkiliyi kökündən qopar!




_____________Milli Kitabxana______________

Keçmişdən ürəklərində kin saxlayan

O məzlum millət və xalqlarla

Bütün keçmişlərə görə üzrxahlıq elə,

Milləti narazı qoyma.

Qoyma xalqlar çerçəng olsunlar.

Öz böyüklüyün naminə əllərini ətəyindən üzmə.

Müharibə divanəsi öz qəbrini itirir.

Elm və mədəniyyətin doğurduğu bu təkəbbürdən

Bəşəriyyətin xeyrinə tərəf bir addım at,

Heç olmazsa bircə addım.

Dünyanın tutqun üzünü güldür.

Ayıq ol ki, atom açılarsa

Allahın vəd etdiyi cəhənnəm yaranar.

Qayıt və dünyanın cəhənnəmini cənnətə döndər.

Ehtiyatlı ol ki, pərdə dalında sirr var -

Qurani-kərimdə işarələr edilib:

Hər başda on min illik bir məhşər var,

Ölkələrdəki dəhşərli zəlzələlərlə,

Dərin, dibsiz yarğanlardan

Gurultu ilə axan torpaq

Qaynayıb, fəvvarətək tökülər,

Bütün dünya lavaya və qaynar suya dönər,

Birinci dövr başa çatıb və indi ruhlar

Bədən qəlbini tərk etməklə

Nurdan və atəşdən ibarət axirət dünyasında

Əməllərinə layiq mövqə tutmağa tələsiriər.

İki min ildən sonra dünya az-az

Soyuyub və dincliyə, inkişafa qabil olub.

Onda ruhların parlamasına imkan yaranıb.

İlk ruhlar cansızlar və bitkilərdə idi,

Sonra növbə heyvanlara və insanlara çatdı.

Birhüceyrəli heyvanın nütfəsindən

İnsanın yaranması dövrünədək

"Mən öz qəlbimlə onu canlandırdım"

Buna dörd min il vaxt sərf olundu.

Allahın xilqəti yaratdığı bu altı gün üçün

Altı min illik yetişmə dövrü lazım gəldi.




_____________Milli Kitabxana______________

Allahın hər günü bizim min ilimizdir.

Sonrakı o biri dörd min il ki, qalır,

Cinin də, insanın da sınaq müddətidir.

Dostluğa əhd-peyman bağlayanlar

Allaha qovuşmaq istəyənlərdir.

Bu dövrdə ruhlar böyük məsuliyyət daşıyaraq,

Vəhdətin şərəfli paltarını geyinirlər.

Zülmkarlığa və cahilliyə qarşı

Ağılla peyman bağlamaq şərt qoyulur.

Yenidən Tanrı tərəfindən peyğəmbərlər gəlirlər,

Və o köhnə əhdi qulağa oxuyurlar.

Hər dəfə bir rüşeymin doğuluşu ilə

Bir işıqlı ruh da dünyaya gəlir,

Onun ölümü ilə təkrar geri dönür.

Bərzəx dünyası ilə bu dünya arasında

Bu hal yüz dəfə, ya bir qədər az-çox təkrar olunur.

Çox, ya az, irq, millət və din

Öz növbəsində yolunu başa çatdırmalıdır.

Yaxşı və pis əməllərin hekayətindən başqa

Qiyamətdə hamı bərabər olur.

O, dünyanın bütün zərrələrində əks olunub.

Xəbis ruhların çoxu xəbis adamlara qovuşur,

Xoşbəxt ruhlar da xoşbəxtlərə qovuşur.

Şübhəsiz, ziddiyyət donuna bürünmüş bir ruh da o cürdür.

Dənizdən bir nümunə:

Xəşayar şahın dövranı və Aten müharibəsi,

İskəndərin dövranı və Təxti-Cəmşid,

Və onların hər biri belə idi.

Zalımlığa adət etmiş cəmiyyət

Öz zülmündən intiqam da almışdır.

Özlərinin qabaqlar zülm etdikləri

Məzlumlar da yəqin həmin cür olublar.

Mənim əziz oxucum,

Bu hekayətdən özünə nəticə çıxart.

Tam küfr, ya tam imanlı bir ruh

(Rəhmliliyin lüzumu istisna olmaqla),



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə