MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə92/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   88   89   90   91   92   93   94   95   ...   106

_____________Milli Kitabxana______________

MUMYALANMIŞ ADAM

Gözlərimi ovuşdururam hələ də,

Oyanmışam neçə əsrlik yuxudan.

Axtarıraın qədim, doğma dünyamı,

O gördüyüm daşlardan biri də yoxdur ki,

Hal-əhval tutam.

Yuxuluyammı, oyağammı, bilmirəm.

Gördüklərim həqiqətmi, röyamı?

Nə bir dost qalıb, nə bir tanışım.

Dərdimi kimə danışım, həsrətimi kimə danışım?

Mumyalanmış adamam, fəqət, diriyəm.

Gözlərim iki qara çuxura bənzəyir,

Bədənimdən gəlir məzar iyi.

Bəlkə də Misir ehramlarından durmuşam.

Yoxsa Buxt-ən-Nəsrəm,

Yoxsa fironlardan biriyəm.

Çürümüş libasımla

Əsrlərdən qalan bir mirasam.

Yeriyirəm soyuq və ağır addımlarla...

Dörd yanım pərişan çöhrələr...

Gəzirəm sərgərdan, mükəddər...

İtirmişəm gedəcəyim yolu da.

Keçirəm döngələrdən, küçələrdən;

Əziz bir məhləyə dönürəm,

Bəlkə o doğma mənzilimdə

Məndən bir xatirə qalıb.

Hanı o mənzilim, hanı o xatirəm?

Yol verin mənə!

Arzumu itirmişəm, eşqimi itirmişəm.

Onları gəzirəm.

Kölgələr də qaçır məndən;

Onlar dostlarımdır bəlkə də...

Qaranlığa qarışıb ərisə də özləri,

Orda-burda qalır tanış izləri.

Qulaqlarıma pıçıltı gəlir.



_____________Milli Kitabxana______________

Yoxsa simasızlar bərkdən danışmazlar?

Yoxsa itibdir onların adları, qəbirləri?

Bəlkə də onlar bir anlığa

diriliblər mənimtək?

Bəlkə məhşər günüdür bu?

Mənim gördüyüm bu çirkli aləm

Daşqalaq olsun gərək.

Parlaq gövhər tapılmaz bu mədəndə.

Ata malı kimi bölüblər məni;

Yanaqlarımın qızartısı birindədir,

Gözlərimin işığı birində.

Biri çapıb bir yanımı aparıb,

Biri ürəyimi yerindən qoparıb.

Bəs sazım-çəngim kimdədir görən?

Bəlkə də bütün əzalarım yerindədir?

Axı bu qədər dərdlərimlə

Kimə lazımam mən?!

Qarşımdan bir kölgə keçdi.

Necə də oxşadı bir dostuma,

Boy-buxunu, yerişi eynən.

Bəs niyə belə soyuq ötüşdü?

"Dost, bir danış görüm?"

(Bu laldır, nədir?)

Birisi də bunu qarət edib, deyəsən.

Dağa bax, dilə gəlib,

Kimdən kiməsə danışır.

Yaxşı ki, mənimlə deyil,

Dili topuqçalır,

pəltəkdir elə bil.

"Dağ dili bilmirəm mən.

Sənə mütərcim gərək.

Şair də deyiləm mən.

Dərdini o adama danış ki,

Dağın da, şerin də dilini bilir".

Bir qıza rast gəldim.

Qara gözlərinə baxcaq,

On yeddi əsr qabaq




_____________Milli Kitabxana______________

Qeysərin tabutunda gördüyüm gözəli xatırladım.

O gözəlin sürməsindən çəkmişdi bu qız da.

"Üzr istəyirəm, pərim!

Mənə səmalar darısqallıq edirkən,

Sənin də dar gözlərinə sığınaram.

Mən meşələri bəyənirəm,

Sənin bir tutam saçın nədir ki, əylənəm.

Dərd əlindən elə təşnəyəm ki,

Dənizlər də söndürə bilməz məni.

Öz yolunla get, pərim!

Quzularından muğayat ol!

Arx ensizdir, qaçarlar.

Sən nə bilirsən ki, dünyada nə var."

Bu çərxifələk

Oyunlarla dolu köhnə dağarcığını

Hər dəfə bir axmağın dalına çatır,

Yenə bir axmaq yük altındadır.

Bu yükü daşımışam mən də bir zaman.

Ozümü gülməkdən necə saxlayım?

O dağarcığm yükü

Pərişanlıq və qəlb ağrılarıdır.

Bu acı taleyə

Gülümmü, yoxsa ağlayım?!

Verdiklərini geri aldı bir-bir...

Bu dünya məni uşağa oxşatdı,

Qaqqa göstərdi, vermədi, aldatdı.

Xəstəlik verdi, dərman vermədi.

Əyləncə öyrətdi, əyləndirmədi.

Sonra da quraşdırdıqlarını açıb yığdı bir yerə.

Vurdu qoltuğuna.

"Bir daha qaytarmaram" deyib apardı.

(Daha nə deyəsən buna!)

"Dünya kişi deyil" - deyən qadınlar

Min yaşasınlar.

Dumanlı və qaranlıq bir çayxana

Qucaqlayıb səkilərin dizini.

Pəncərələri açıb taybatay,




_____________Milli Kitabxana______________

Bir incə qəzəl, bir dərdli saz

məst edib bunları.

Divarlarındakı kaşılar da yuxudadır,

Fəqət göz vururlar qapının arxasından.

Bir məcnun söyüd də küçədə durub,

dalğın, pərişan...

Su həsrətilə əyilib arxa.

Bir dostum da qorxa-qorxa

Kölgəm olub məni izləyir.

Hərdən titrək səslə,

Hərdən də qəzəblə nə isə deyir.

Soruşuram: "Nə istəyirsən?"

O baxır mənə sərt-sərt.

Dönüb bir də baxır dərdli baxışla

Deyir:"Dirilt məni!"

Arzuya bax, aman Allah!

Qaçmaq, qaçmaq istəyirəm,

Uçmaq, uçmaq istəyirəm.

Dörd bir yanım bağlıdır, zindandır.

Nə qədər ki, ayağımın altında yer var,

Başımın üstündə səma.

Cahan həmin cahandır,

Dünya da həmin dünya.

Yoxdur nicat üçün bir yer.

Taleyimin qəzəbli qartalı-

Sakit gecənin qaranlığında,

səhərin alatoranında,

Sərt və ağır, dağların zirvələrinə bərkidilmiş

dumanlı bir körpüyə bənzər.

Ay da bu yerlərə baxıb yan keçər,

Ah... bu gözəllik diyarı, bu arzu dünyası!..

Ah... bu ümid cığırları!

Ah, bu vəhşi qayalar, bu iti qayalar,

Niyə yolumu bağlasın?!

Necə uçum, necə qalxım?

Bu çürümüş libasım

Qayalara ilişib qalacaq axı,




_____________Milli Kitabxana______________

Tikə-tikcə olacaq axı.

O tikələrdən qanad düzəldərəm.

Taleyimin bağlarını açaram.

Ay işığı bu darısqal dərəyə düşəndə, uçaram.

Ucalaram dağların fövqünə....

Ucub bu yerlərdən gedərəm.

Uzaqlara...lap uzaqlara!



DUNAY ÇAYININ

BƏŞƏRİYYƏTƏ MÜRACİƏTİ

Baharda bulaqlar sevincdən

Xizəkçi zirəkliyi və oyunbazlığı ilə

Dağın döşündən aşağı sürüşürlər.

Oynaya, oxuya bir-birinin üstünə yuvarlanırlar

Ki, əzəmətli bir çay yaratsınlar.

Sanki dağın nəvə-nəticələridir.

Qocanın havada süzülən saçlarını hörüb

Çöllərin sinəsinə salırlar.

Həmin qayda ilə göy

Dunayın uçan dalğalarını da

Avropanın qucağına tökürlər.

Bu uca və ürəyəyatan dağların hörükləri

Əsrlərin və qərinələrin torpağından keçərək,

Dərya sevincli sinəsini

Təbiətin zəngin süfrəsitək sərmişdir.

Bu səxavətli qonaqlıq süfrəsindən

Bir dünya bəhrələnir.

Bu mütəhərrik güzgüyə bənzər dünya öz gərdişində

Kəhkəşandakı məiyyəti arasında şahlara bənzəyir.

Bütün gözəllikləri qucmaq istəyən

Dəryanın açılmış qollarına oxşayır.

Gecə, mavi səmanın gərdəyidir,

Əyilib galinə şirin öpüşlər səpir.

Çəmənə bənzər sinəsinə

Aydan iri, parlaq almaz parçası taxır,

ulduz güllərindən saçına

Gövhər sancaqları düzür.




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə