MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə77/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   73   74   75   76   77   78   79   80   ...   106

_____________Milli Kitabxana______________

Görürəm könlümü çulğamış kədər?!

Hər sabah yerimdən ayağa durcaq,

Qəmlə möhnət olur mənimlə ortaq.

Gündüzün üzünü görüncə, aman,

Ürəyim köksümdə əsir qorxudan!

Şər, fəsad çulğayır dünyanı gündüz,

Kor qoyur insanda vicdanı gündüz.

Salır min möhnətə gündüz bizləri,

O bizə göstərir xəbis üzləri.

GECƏ VƏ ƏLİ

O, Allahın şiri, ərəbin şahı,

Unutmaz heç zaman Əli Allahı.

Əlinin sirrini bilirdi gecə,

Allahın sirrinə məhrəmdir necə?

Gecə çox yaxından görübdür Əli,

Daha qaranlıqdan görübdür Əli.

Gecə münacatı oxudu Əli,

Qaynardı xaliqə eşqi əzəli.

Şirin yuxudaykən o şahı gördü,

Bir uçuq divara dayanıb durdu.

Fələyin qəsrini qoruyanlara,

Çatırdı naləsi yerin onlara.

Şəmtək göz yaşından olmuşdu bezar,

Göz yaşı tökərək edib ahü zar.

Dərdlinin dodağı açılan zaman,

Qapı, ev, eşik də cəkirdi aman.

Qulaqdan dürr kimi söz asılıbdır,

Kufə məscidi de bihuş olubdur.

Səhərin sinəsin üfüqlər yarıb,

Ölkənin gözləri yuxusuz qalıb.

Oruc tutan üçün gün ki, qurtarar,

Arpa çörəyiylə o, iftar açar.

Gecə qaranlıqda heç kəs bilmədən,




_____________Milli Kitabxana______________

Ərəb yetiminin şamını verən,

Bir şah ki, gecələr gizlincə gedər,

Yoxsullar evinə hədiyyə verər.

Ortürdü bu sirri pərdeyi-cəli,

Heç kimsə bilməzdi Əliydi Əli.

Sirlər qanadında uçan o şahin,

Gedir əbədiyyət tərəfə yəqin.

Elə ki, düşmənə o, qılınc çəkər,

Şirlərin başına göydən od tökər.

Xətər dənizinə batmışdı Əli,

Peyğəmbər yerində yatmışdı Əli.

O səhər qiyamət kimi alovlu,

Məscid qapısı da nə başılovlu.

Qapı da həsrətlə deyər: "Vəlini,

Qoymaram içəri keçsin Əlini".

Şah da açıldı, yolu bağladı,

Ata, getmə dedi, Zeynəb ağladı.

Gizli bir səs gəldi, ey şahi-zəmən,

Şəhadət kəmərin möhkəm bağla sən.

Haqla görüş üçün o böyük insan,

Qatili oyatdı səhər yuxudan.

Səcdəyə düşəndə, zalım arxadan,

Zəhərli qılıncla vurdu başından.

Qatili tutaraq əsir etdilər,

İşarə eyləyib ona dedilər:

Ey əsir! Əlinin qatili sənsən,

Məyər sən Allahsan? Allaha düşmən?

Salıbsan aləmə gör nə böyük şər,

"Əli bəşərdirsə, ən yüksək bəşər",

Ağlayır yuyucu, ağlayır kəfən,

Ağlayır oraya hər gəlib gedən.

Hamı vurulubdur sənə, ya Əli,

Aləm qurban olsun sənə, ya Əli.




_____________Milli Kitabxana______________

ŞEİR VƏ HİKMƏT

Hanı yer üzündə elə bir insan,

Şəhriyar, sən ona arxalanasan?

Qəlbi hünər dolu, özü mərd olsun,

Səhər nəsimitək könlünə dolsun.

Silsin ürəyindən qəmi-qüssəni,

Qolundan yapışıb qaldırsın səni.

Son qoysun ömründə bu müsibətə,

Qədr-qiymət versin şerə, sənətə.

Əlindən yapışıb, qəlbinə girsin,

Sənin ulağını çaydan keçirsin.

Məni qorxutmayır acından ölmək,

Qorxuram: faydasız yanan bir şamtək.

Tənha bir guşədə yanım, məhv olum,

Bir ovuc qum kimi yelə sovrulum.

Yox! Mənim od qəibim bir bulaq istər,

Yaratmaq naminə yaşamaq istər.

Mən atdan düşsəm də, şahiddir aləm:

Yenə də atlanıb çapa bilərəm.

Öz yatmış bəxtirndən agaham özüm,

Uzaq üfüqlərə dikilib gözüm.

Nə yaylı çarpayı, nə bağ istərəm,

Nə də zər-zibalı otaq istərəm.

Mən aza qailəm, çoxda gözüm yox,

Nəfsimin gözünə batırmışam ox.




_____________Milli Kitabxana______________

Nədir istədiyim? Bir həsir, bir şam,

Bir balınc, bir kuzə arzulamışam.

Bir az ay işığı, bir cam təmiz su,

Bir yaşıl söyüdün bahar qoxusu.

Bir parça çorəyin ağız ləzzəti,

Fəqət dünya boyda ilham qüvvəti!

İnan ki, o suyu, o çörəyi də,

O ay işığını, o küləyi də

Havayı, məccani istəmirəm mən,

Əlimlə qopardıb yanar qəlbimdən,

Mən sizə od kimi sözlər verərəm,

Söz nədir, alovlu gözlər verərəm.

Misra verərəm ki, deşilməmiş dürr,

Hər biri qəlbimin döyüntüsüdür.

Yanar bir ürəkdə yaranan sözlər,

Fikrin şanəsilə daranan sözlər!

Bir söz ki, yolsuzu yola gətirən,

Bir qəlbdən çıxaraq min qəlbə girən.

Sədinin şeritək dərdlərə dərman,

Hafiz qəzəlitək əbədi qalan.

Tutulmuş gözləri aça bilən söz,

İllərin üstündə uça bilən söz!

Yaxşını yaşadıb, pisi yandıran,

Namusu, qeyrəti qanadlandıran.

Yatmışı oyadan qüdrətli bir söz,

Ölünü dirildən şəfqətli bir söz.!



_____________Milli Kitabxana______________

Bir söz ki, Firdovsi nərəsi kimi,

Döyüşdə azadlıq gülləsi kimi!

Düşmənin əlindən bayraq salan söz,

Haqqın ciyərilə nəfəs alan söz!

Bir söz ki, sulanmış xəncərə dönsün,

Atəşi namərdin başında sönsün!

Yumruğu dəmirə, daşa döndərən,

İnsanı havalı quşa döndərən.

Döyüş meydanına aparan bir söz,

Qəhrəman ürəkdə qəhrəman bir söz!

Şairəm, dinlə gör nə deyir ilham:

Mən söz xiridarı, söz sərrafıyam.

Dünyada hər kəsin öz sənəti var,

Şairin əlində söz sənəti var.

Şahiddir gecələr od tökən ürək,

Sözlər qələm ilə güləşən pələng.

Şair nərə çəkir qəhrəman kimi,

Pələnglə güləşən pəhləvan kimi.

Şairin həyatı - əbədi döyüş,

Bütün ömrün boyu hücum et, döyüş!

Sən özün bilirsən mənim əzizim,

İşimiz, gücümüz ayrıdır bizim.

Dünyada nə qədər iş var, sənət var,

Birindən yapışar aqil adamlar.

Hər kəs öz yerini tapsa həyatda,

Sanki xəzinə var başının altda.

Sevdiyin sənəti intixab etsən,




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə