MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə79/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   75   76   77   78   79   80   81   82   ...   106

_____________Milli Kitabxana______________

Cəmşid diyarında, Key ölkəsində

Ağalıq etməsin beş-altı gədə.

İrandan danışdı, böyük İrandan,

Qılınclı, qalxanlı min qəhrəmandan.

Fikrini torpağa, daşa söylədi,

İnsana, çiçəyə, quşa söylədi.

Ayağa qaldırdı dağı-daşı o,

Şimşəyə döndərdi gözdə yaşı o!

Zərdüştün səsiylə oyatdı bizi;

Qeyrətlə doldurdu ürəyimizi!

Əgər qalıbdırsa, millət onundur,

Can onun, qan onun, qeyrət onundur.

İranın gözünün işığıydı o,

Qaranlıq ölkənin mayağıydı o.

Heyhat! Həyatının qoca çağında

Baş götürüb getdi öz torpağından.

Dostlardan qaçaraq, fəryad qopardı,

Düşmən diyarına pənah apardı.

Gözündə böyük bir ölkənin qəmi,

Pay-piyada getdi Bağdada kimi.

Ağsaqqal Firdovsi düşəndə çölə,

Ünsüri əlində qızıl piyalə.

Taxtın kölgəsində xumarlanırdı,

Aldığı ənamla qürurlanırdı.

Tfu pis üzünə, ey çərxi-fələk!

Sən ikiüzlüsən gecə-gündüztək!



_____________Milli Kitabxana______________

Hünərsiz insanlar səndən kam alır,

Hünər sahibləri kənarda qalır.

Günəş buludlarda fəğan eyləyir

Yarasa ortada cövlan eləyiri

Şair ehtiyacın qulu olubdur,

Şeir məddahların malı olubdur.

Onların nə təbi, nə ilhamı var,

Fqət əllərində şərab camı var.

Onlaın bildiyi bircə "Əlfiyyə".

Şerdən qisməti vəzn-qafiyə.

Çürümüş ip kimi beş-on sətir söz,

Mis kimi, daş kimi utanmaz bir üz.

Nə üzlə şairlik eləyir onlar,

Övlad əvəzinə ölü doğanlar.

Onlar eldən deyir, obadan deyir,

Onlar xarabaya abadan deyir.

Maraqlan, seyr elə şerin ömrünü.

Vəfatı günüdür təvəllüd günu.

Haram tikə kimi dadı bilinməz,

Bic uşaqlar kimi zatı bilinməz.

Heyhat, şair adı daşıyır onlar,

Bizim ömrümüzü yaşayır onlar.

Ən zərif, ən lətif kəlamdır şair,

Ürəkdə qaynayan ilhamdır şair.

Onun cazibəsi, onun sehrı var,

Onun hər sətrində fikir nəhrı var.



_____________Milli Kitabxana______________

Sönmüş ürəklərdə məşəl yandırar,

Şeri duyanları qanadlandırar.

Şeir insan gücü, insan əzmidir,

Şeir Firdovsinin ulu nəzmidir.

Sevincdir, şadlıqdır, qəmdir, kədərdir,

Ən təmiz, ən dərin düşüncələrdir.

Gözə işıq verən xilqətdir şair,

Ürəkdən qəm silən qüvvətdir şair.

Harda ki göründü hüsnün cilvəsi,

O yerdən ucalır bir şair səsi...

Aslanın qəzəbi, maralın səsi,

Coşan bir dənizin nərildəməsi.

Qalın cəngəlliyin mübhəm əsrarı,

Yazda şaqqıldayan bahar suları.

Ürkmüş bır ceyranın birdən durması,

Gül üstdə bülbülün cəh-cəh vurması.

Mətin bir qocanın nurani üzü,

At üstə bir gəncin od dolu köksü.

Bir bala yuxusu, bir ana qoynu,

Namuslu bir qızın sevgi oyunu.

Bir söyüd kölgəsi, bir dağ çeşməsi,

Sellərin dağlarla pəncələşməsi.

Gizli bulaqların üzə çıxması,

Günəşin yayılıb düzə çıxması.

Dağın qılınc beli, qaynayan döşü,

"Gəl" - deyən gözəlin oğrun gülüşü.



_____________Milli Kitabxana______________

Hicranın atəşi, vüsalın dadı,

Bir cüt gül dodaqda ürəyin odu.

Yarın yar əliylə tumarlanması,

Doymayan aşiqin xumarlanması.

Cəsur insanların pak məhəbbəti,

Bax, budur yaradan şeri, sənəti!

Xəzəllər tökülsün qoy payız günü,

Seyr edim qızılın töküldüyünü.

Çırpsın qanadını qara kəkliklər,

Sovuşsun, düşməsin tora kəkliklər.

Turaclar dad çəkib qaqqıldasınlar,

Ərzi dolaşanlar addımlasınlar.

Dinləyim Səbanın saz çalmasını,

Hərdən Şəhriyardan söz salmasını.

Comərd insanlara baxım şadlanım,

Şerin köhlənində mən də atlanım.

Şeir də övladtək canda bəslənir,

İlikdə, sümükdə, qanda bəslənir.

Şairin dilindən saçılan o dürr,

Xalqın dodağında şəkərdir, süddür.

Şersiz bir dünya -ı kədər, qəm kimi,

Şersiz cənnət də cəhənnəm kimi.

İnsanlar şersiz yaşaya bilməz,

Şerə kəm baxana insan deyilməz.

Ey şeir, həyatım, ömrüm sənindir,

Gözümün işığı sətirlərindir.



_____________Milli Kitabxana______________

Ömrümü, canımı alan da sənsən,

Ömrümün qeydinə qalan da sənsən!

Sənsən başım üstə açılan səhə,

Sənsiz gündüzüm də gecəyə bənzər.

Bu sulu, palçıqlı, kirli dünyada,

Səməndər quşunu salırsan yada!

Sən torpaq deyilsən, cansan, ürəksən,

Sən qartal qanadlı bir gələcəksən!

Apar qəlbimizi əbədiyyətə,

Qovuşdur əlinlə bizi hikmətə.

Yaxşı ki, sən varsan, bir də hikmət var,

Bir heçdir gözümdə, inan, qalanlar.

Hikmət bu dünyanın vücudunda qan,

Hikmətdir dünyada əbədi qalan.

Hikmət mahiyyətdir, hikmət əsasdır,

Şeir bir təlatüm, bir ehtirasdır.

Şeir bu dünyanın zövqü, sevinci,

Hikmət təfəkkürün tapdığı inci.

Başlanğıc da odur, intiha da o,

Şeir isə hikmətin bəzəkli donu.

Şeir söz libası geyinən zaman,

Sanki qız bəzənib çıxar otaqdan.

Mən verdim canımı sözə, sənətə,

Öldüm, çatmaq üçün əbədiyyətə.

Sözün köksündədir şairin canı,

Şairi sözündən, şerindən tanı.



_____________Milli Kitabxana______________

Sevirəm şairin qüsurunu da,

Şerin mənzumunu, mənsurunu da.

Al, bir də varaqla "Gülüstan"ı sən,

Əsrlər şahidi o dastanı sən.

İllərcə döysə də yağış, qar onu,

Soldura bilmədi tufanlar onu.

Payız bağa girdi, şerə girmədi,

Şeyxin "Gülüstan"ı xəzan görmədi.

Nə gözəl demişdi böyük sənətkar:

"Gül solar, "Gülüstan" əbədi qalar".

...Məni düşündürür nə vaxtdan bəri,

Şerin şəkilləri, şerin növləri.

Mənsur şeir də var, mənzum şeir də,

Musiqi çırpınar mənzum şerdə.

Mövzun şeir də var, ali nəzm də,

Axtarma atəşi, odu nəzmdə.

O şerin sazını oğurlasa da,

Özününkü deyil o səs, o səda.

Vəzni, qafiyəsi buzdan soyuqdur,

Bədəni olsa da, ürəyi yoxdur.

Yaşasın dünyada ürəkli sənət,

Odlu, ehtiraslı, məsləkli sənət!

Gəlsin qiymət versin sənətşünaslar,

Kimdir qafiyəbaz, kimdir sənətkar.

Dünyada nə qədər şeir yazan var,

Xalqın dərdlərinə gendən baxanlar



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə