MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə82/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   78   79   80   81   82   83   84   85   ...   106

_____________Milli Kitabxana______________

Şirin canını da əsirgəməzdi

Yaxşı, dərrakəli şagirdlərindən.

Dərnəklər yaratdı o, gecə-gündüz,

Mərifət dərnəyi, ədəb dərnəyi.

Çıraqlar keçsəydi axşam bir anlıq,

Çırağa dönərdi eşqi, ürəyi.

Mühəndis Natiqlə mütərcim Püsyan –

Onun üzük qaşı, çıraq işığı.

Yaddaşım yar olsa, yad eyləyərəm

Ondan qüdrət alan yüz-yüz uşağı.

Ən gözəl sifətlər timsalı olan

Əyalət maarif başçısı Dehqan

Keçirdi ömrünü dağ çayı kimi,

Safdı, atəşliydi qəlbindəki qan!..

Onun idrakından işıq alıbdır

Gör neçə məktəbin zəka ocağı.

Ona şagird olub gör neçə ustad,

Görüm heç sönməsin onun çırağı!

Alimlər çağırdı Reydən Təbrizə,

Gəldi Müdərrisi, Hümayi, Bina.

Təbrizin özündə gözlərimizə

İşıq verdi Nüxbə, Hadi və Sina.

Onun məktəbini bitirənlərin

Hərəsi bir müdir, bir igid, bir zat.

Hayanda olsalar, xalqın, vətənin

Başını ucaldar yaxşı bir övlad.

Neçə il elmdə nərd oynadı o,

Ulduz tələbələr onun zəriydi.

Hüseyn Umud kimi, Dibaclar təki,

Böyük şəxsiyyətlər möhrələyirdi.



_____________Milli Kitabxana______________

Sənət sarayının özül dasları,

Onun öz çiynidir - desəm, yeridir.

Nə qədər dualar etsən də ona,

Yenə zəhmətinin mindən biridir.

Təkcə müəllimim deyildi, inan,

Xərcimi ödəyən atamdı mənim.

Cismim də, canım da adına qurban!

Onun sevgisilə yaşar bədənim.

Məni o apardı şanlı, şərəfli,

Əziz Yeganinin yanına bir gün.

O da Şeydaniyə tanıtdı məni...

Tanışlıq, doğmalıq hər şeydən üstün.

Sayğacı öyrətdi Şeydani mənə,

Bank işçisi oldum, imtahan verib.

Onun çörəyidir yediyim bu gün,

Könül o gülzardan neçə gül dərib.

Bir gün İsfahana apardı məni,

Mənimlə birlikdə dostu Nüxbəni.

İsfahan- dünyanın solmaz gülşəni,

Səpdi yolumuza gülüşlərini.

Neçə mərd əllərə əlimiz dəydi,

Sədr ilə, Tac ilə gəzdik elatı.

Min işi olsa da, qızıl vaxtını

Ustadımız bizdən qızırqanmadı.

Ölkənin ən böyük alimlərilə,

Əl verib görüşdük məsud, bəxtiyar.

İnsan ömür boyu başdan keçəni

Dərk eləsə, yazsa, "Şahnamə" olar.

Təbrizə hər dəfə mən qayıdarkən,

Mənim görüşümə o özü gəldi.



_____________Milli Kitabxana______________

Qapandım hər dəfə ayaqlarına,

Səpdim göz yaşımı yanaqlarına.

Ölünü göz yaşı dirildə bilsə,

Mən qan-yaş tökərdim, əziz müəllim!

Əgər can verməklə, can geri dönsə,

Həyatımı sənə qurban verərdim!

Hafizi, Sədini tanıtdın bizə,

Xəzinələr açdın, əlində açar.

Şəhriyar, Həriri, Rədi özü də

Sənin ocağında alovlandılar.

Bərzəgar, Nəsudi, hətə Xürrəm də,

Bir vaxt min eşq ilə sizi anıblar.

O nəsil bir azca bizdən qabaqdı,

İndi məzar içrə rahatlanıblar.

Bütün ömür boyu cəzb etdin bizi,

Ey maqnit vücudlu möhtərəm ustad!

Ata-ana ətri alardıq səndən,

Kamal göylərində açaraq qanad.

Kaş geri dolana zamanın çərxi,

Sən yenə müəllim, ustad olasan.

Biz də o məktəbli, dəcəl balalar...

Onda biz qoymazdıq sən qocalasan.

Sən ayrıseçkilik qoyardınmı heç?

Hamıya bir gözlə baxardm, ata.

Düz yola çəkərdi mələklər bizi,

Nə qədər ki, vardın sən bu dünyada.

Təmiz yaşamağı öyrətdin bizə,

Kirli cəmiyyətə ögeydi bu dərs.

Sənin qazanında qaynadıq, ancaq

Həyat kif içində, arzu müqəddəs.



_____________Milli Kitabxana______________

Qaranlıq gecədə yadıma düşsən,

Xatirən nur olub yarar zülməti.

Adına, kölgənə səcdə qılıram,

Mümkünmü unutmaq o pak xilqəti?

Tələbə könlündə yaşar müəllim,

Bu yeri başqası tuta bilərmi?

Ürəyi yaşadan ustad eşqidir,

Eşqdir yaşadan bütün aləmi.



_____________Milli Kitabxana______________

HAQQIN SƏSİ

Bu nurani dünya, pirani dünya,

Əzəldən meyvəli bir bağa banzər.

Bəşərin qocaman sərt ağacında

Hər insan bir gülə, yarpağa bənzər.

Yarpaqlar, budaqlar ayrı olsa da,

Bu dünya bağının bəhəri birdir.

Udduğu hava bir, icdiyi su bir,

Yerdən şirə çəkən kökləri birdir.

Budaq heç yaşarmı budaqdan ayrı,

Ömr edə bilərmi insan insansız?

O doğma gülşəndən, o bağdan ayrı

İnsan xəzəl kimi ölüdür yalnız!

Mənə elə gəlir: hardasa, kimsə

Bir insan ömrünə qələm çəkirsə,

Özü də bilmədən yüz qan salır o,

Bəşər ağacına balta çalır o.

Bir insan köçürsə dünyadan əgər,

Sən elə bilmə ki, tək bir can gedir.

Hər sönən baxışda saysız diləklər,

Hər kiçik tabutda bir cahan gedir.

O gedir... qalırıq biz yana-yana,

Bu dərdi ürəkdə daşımaq çətin.

Hər gün yer üstündən yerin altına

Köçür bir parcası bəşəriyyətin.

Bəşər dedikləri vahid bir bədən,

Bəs nədən düşübdür ürəklər ayrı?

İnsan cəmiyyəti yaranan gündən

Yollar, təriqətlər, məsləklər ayrı...

Bəlkə buna görə biganəyik biz,

Bəlkə buna görə divanəyik biz?



_____________Milli Kitabxana______________

Bəlkə buna görə ürəyi daşıq,

İnsanı insandan oğurlarmışıq!

Bir kiçik budağı qıranda rüzgar,

Budaq qan-yaş tökər, ağac qan ağlar.

Bir durna ayrılsa öz qatarından,

Qatar mənziləcən gedər pərişan.

Bəs bir durna qədər olmadıqmı biz?

Neçin buza döndü qaynar qəlbimiz?

Axı biz hamımız yaxın sirdaşıq,

Atabir, anabir doğma qardaşıq.

Eynidir havamız, suyumuz bizim,

Eyni torpaqdandır mayamız bizim,

Yoğurub yapanda xüqotimizi,

Eyni gözdə görüb təbiət bizi.

Heç kəsi heç kəsdən əskik etməyib,

Heç bir balasını ana atmayıb.

Sən ey qılınc çəkib, nahaq qan tökən,

Kimə qaldırırsan o qılıncı sən?

Seyr et, qarşındakı can sirdaşındır,

İnsandır, deməli qan qardaşındır,

Nədir bu azğınlıq, bu qudurğanlıq?

O qanlı səngəri seyr et bir anlıq.

Atanın qanıdur, axır dəmbədəm,

Düşmən sandığının sinələrindən.

Təbiət - o böyük ağ saçlı ata,

Bizi bəxş edəndə bu kainata,



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə