MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   47   48   49   50   51   52   53   54   ...   59

 
 
172
Elektron kommersiyanın təhlükəsizliyi -  elektron kom-
mersiya  texnologiyalarının  köməyi  ilə  kommersiya  əməliyyat-
larını  (sövdələşmələrini)  həyata  keçirən  bir-birilə  münasibətdə 
olan subyektlərin maraqlarının qorunulması halı, vəziyyətidir. 
 
2.
  Təhlükəsizliyin  mövcud  beynəlxalq  praktikasına 
ə
sasən müdafiə olunan obyektlər, onların üstünlük dərəcələrinə 
ə
sasən aşağıdakılardan ibarətdir: 
- insan; 
- informasiya; 
- maddi dəyərlər 
Hər  bir  müəssisənin  və  yaxud  təşkilatın  «təhlükəsizliyi» 
özündə aşağıdakıları cəmləşdirir: 
 
fiziki təhlükəsizlik (əməkdaşların həyat və şəxsi ma-
raqlarına olan qəsdetmələrdən müdafiənin təmin olunması); 
 
iqtisadi təhlükəsizlik (münasibətdə olan subyektlərin 
iqtisadi  maraqlarının  qorunması  –  bunun  çərçivəsində  maddi 
dəyərlərin  yanğından,  təbii  fəlakətlərdən,  oğurluqdan  və  digər 
qəsdetmələrdən müdafiəsinin təmin olunması başa düşülür); 
 
informasiya  təhlükəsizliyi  (informasiyanın  yeniləş-
dirmədən,  modifikasiyadan  (təhrifolunma,  məhv  edilmə)  və 
icazəsiz istifadədən qorunması). 
Fiziki təhlükəsizliyin ə
sas qorxularına aşağıdakılar aiddir: 
- psixoloji  terror,  qorxutma,  fırıldaq  (hədə-qorxu,  zor) 
gəlmək, şantaj; 
- maddi  dəyərləri  və  yaxud  sənədləri  ələ  keçirmək 
məqsədilə oğurluq; 
- firmanın  əməkdaşlarının  və  onların  ailə  üzvlərinin 
oğurlanması; 
- firma əməkdaşlarının öldürülməsi. 
   qtisadi  təhlükəsizliyin  əsas  qorxularına  aşağıdakılar 
aiddir: 
- ümumi ödəmə qabiliyyətinin olmaması; 
- saxta sənədlərlə əməliyyatlar üzrə vəsaitlərin itirilməsi; 


 
 
173
- firmaya olan inamın dağıdılması. 
Bu qorxuların mövcudluğu əsasən aşağıdakı səbəblərdən 
baş verir: 
- kommersiya  informasiyasının  itirilməsi,  məhv  edilməsi 
və yaxud modifikasiya olunması (məsələn, təhrifetmə yolu ilə); 
- firmanın  əməkdaşları,  tərəfdaşları  və  müştəriləri  haq-
qında tam və obyektiv informasiyanın olmaması; 
- rəqiblər  tərəfindən  qeyri-obyektiv,  firmanı  nüfuzdan 
salan informasiyanın yayılması. 
nformasiya  təhlükəsizliyinin 
təmin  olunması  firmanın 
təhlükəsizliyinin  təmin  olunmasının  əsas  məqamlarından 
biridir. 
Kommersiya  informasiyası  müxtəlif  təqdimolunma  for-
malarına  malikdir.  Bu,  həm  şifahi  yolla  ötürülən  informasiya 
da ola bilər, həm sənədləşdirilmiş və maddi daşıyıcılarda (mə-
sələn,  kağızda  və  yaxud  diskdə)  fiksasiya  olunmuş  (təsbitlən-
miş)  informasiya,  müxtəlif  rabitə  xətləri  və  yaxud  kompyuter 
şə
bəkələri ola bilər. 
nformasiya sferasında cinayətkarlar informasiyanın əldə 
olunmasının  müxtəlif  metodlarından  istifadə  edirlər.  Buraya: 
casusluğun «klassik» metodları (şantaj, pulla ələalma və s.); sə-
naye  casusluğunun  metodları;  hesablama  texnikası  vasitələ-
rindən icazə olmadan istifadə edilməsi; analitik metodlar. Buna 
görə  informasiya  təhlükəsizliyinin  hədə-qorxu  spektri  çox 
genişdir. 
Sənaye  casusluğu  texniki  vasitələrin  köməyi  ilə  nəinki 
müxtəlif  üsullarla  rəqiblərin  danışıqlarına  qulaq  asırlar  və  on-
ların  hərəkətlərinə  göz  qoyurlar,  həmçinin  birbaşa  hesablama 
texnikasında  işlənilən  informasiyanı  əldə  edirlər.  Burada  daha 
çox təhlükəni cinayətkarlar tərəfindən hesablama texnikasından 
istifadə olunması  yaradır ki, bu da cinayətlərin  yeni növünü – 
kompyuter  cinayətlərini,  yəni  kompyuterdə  işlənilən  informa-
siyaya  icazəsiz  daxilolmanı,  o  cümlədən  elektron  kommersiya 
texnologiyalarının köməyi ilə yaratmışdır. 


 
 
174
Kompyuter  cinayətinə  qarşı  durmaq  çox  çətindir,  bu  da 
ə
sasən aşağıdakılarla izah olunur: 
- problemin yeniliyi və mürəkkəbliyi ilə; 
- kompyuter  cinayətinin  vaxtında  müəyyən  edilməsinin 
və cinayətkarların identifikasiya olunmasının çətinliyi ilə; 
- cinayətin uzaqda olan vasitələrin köməyi ilə həyata ke-
çirilməsi  imkanının  olması  ilə,  yəni  cinayətkar  ümumiyyətlə 
cinayət yerində olmaya da bilər; 
- kompyuter cinayətlərinin sübut bazasının toplanmasının 
və onun hüquqi rəsmiləşdirilməsinin çətinlikləri ilə. 
Bütün  yuxarıdakıları  ümumiləşdirərək  təhlükəsizliyin 
təmin edilməsinin üç tərkib hissələrini ayırmaq olar: 
- hüquqi müdafiə,; 
- təşkilati müdafiə; 
- mühəndis-texniki müdafiə. 
Hüquqi müdafiənin
 mahiyyəti onun öz adından irəli gəlir. 
Təşkilati  müdafiə
  obyektin  qorunmasının  və  iş  rejiminin 
təşkilini nəzərdə tutur. 
Mühəndis-texniki müdafiə
 altında təhlükəsizlik hədə-qor-
xusunun aradan götürülməsinə yönəldilmiş mühəndis, proqram 
və digər vasitələrin məcmusu başa düşülür. 
 
3.
  Müdafiənin təmin olunmasının ümumi prinsipləri 
 Təhlükəsizliyin təmin edilməsi sisteminin yaradılması və 
fəaliyyət göstərməsinin prinsiplərini üç əsas bloka bölmək olar: 
müdafiənin  təmin  olunmasının  ümumi  prinsipləri
;  təşkilati 
prinsiplər
müdafiə sisteminin reallaşdırılması prinsipləri
 
 
 
 
 
 
 


 
 
175
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şə
kil 14.
 Təhlükəsizliyin təmin edilməsi sisteminin 
yaradılması və fəaliyyət göstərməsinin prinsipləri 
 
 
nternet-texnologiyaların  açıq  xarakterli  olması,  Şəbəkə 
vasitəsilə  ötürülən  informasiyanın  əlçatan  olması  onu  göstərir 
ki,  elektron  kommersiyanın  subyektlərinin  ümumi  maraqları 
elektron  kommersiyanın  informasiya  təhlükəsizliyinin  təmin 
edilməsindən  ibarətdir.  nformasiya  təhlükəsizliyi  özündə  - 
qarşılıqlı  fəaliyyətdə  olan  tərəfdaşların  autentikliyinin  təmin 
olunmasını, Şəbəkə vasitəsilə ötürülən informasiyanın bütövlü-
yünün  və  məxfiliyinin  təmin  olunmasını,  servislərin  əlçatan 
olmasını və infrastrukturun idarə oluna bilməsini cəmləşdirir.   
Təhlükəsizlik sistemi-
nin yaradılması və iş 
prinsipləri 
Ümumi prinsiplər: 
 
-  qeyri-
müəyyənlik; 
-  ideal sistemin 
yaradıl-masının 
mümkün 
olmaması; 
-  minimal risk; 
-  hamının hamı 
tərəfindən 
qorunması 
Təşkilati prinsiplər: 
 
-  qanunilik; 
-  fərdi məsuliyyət; 
-  səlahiyyətlərin 
müəyyən 
olunması; 
-  qarşılıqlı əlaqə 
və əməkdaşlıq 
Müdafiə sisteminin 
reallaşdırılması 
 
-  komplekslilik 
və fərdilik; 
-  hüdudların 
ardıcıllığı; 
-  müdafiə 
vasitələrinin 
qorunması 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə