MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   51   52   53   54   55   56   57   58   59

 
 
182
XXVII.
  ELEKTRON KOMMERS YADA R SK. 
SAH BKARLIQ FƏAL YYƏT NDƏ R SKLƏR N 
ÜMUM  XARAKTER ST KASI 
 
1.  Sahibkarlıq fəaliyyətində risklər 
2.  Elektron  kommersiyanın  spesifik  riskləri  və  onların 
yaranma təbiəti 
 
1.
  «Ticarət  biznesində  risk»  anlayışı  bir  neçə  aspekti 
(məqamı) nəzərdə tutur: 
 
ilk  növbədə,  bu,  bazarda  son  nəticənin  qeyri-müəy-
yən  olmasını  əks  etdirən  vəziyyətdir  (bu  nəticə  həm  müsbət 
(mənfəətli), həm də mənfi (zərərli) ola bilər; 
 
bundan başqa, o, bazar subyektlərinin hazırkı zaman-
da  həyata  keçirdiyi  hər  hansı  bir  hərəkətinin  potensial  nəticə-
sinin  necə  olacağının  qabaqcadan  müəyyən  oluna  bilmə-
məsidir; 
 
nəhayət, 100 faizlik dəqiqliklə bu, iqtisadi, təşkilati-
hüquqi  və  bazarda  digər  hadisənin  baş  verə  biləcəyini  və  bu-
nunla  bağlı  olan  itkilərin  (xeyirin)  olmasını  qabaqcadan  gör-
məyin mümkün olmamasıdır. 
Ticarət  biznesində  risk  –  sahibkarlıq  fəaliyyətinin  labüd 
olan hissəsidir. 
Riskin  tənzimləməsinin  daha  çox  yayılmış  metodu  – 
riskin  minimallaşdırılmasıdır. 
Bu  zaman  bazarın  hər  bir 
subyekti çalışır ki, iki və ya ondan çox hadisədən daha az riskli 
olanını  seçsin  və  yaxud  göslənilən  hadisənin  riskini  mümkün 
ola biləcək xeyirlə tutuşduraraq optimal nisbəti seçə bilsin. 
Bu zaman onu nəzərə almaq lazımdır ki, riskin səviyyəsi 
nə  qədər  aşağıdırsa,  bütün  digər  eyni  şərtlər  daxilində  yüksək 
mənfəət əldə etmə ehtimalı da aşağıdır. 
Riskin  tənzimləməsinin  ikinci  metodu  –  riskin  maksi-
mallaşdırılmasıdır. 
Bu zaman belə strategiyanı seçən sahibkar 


 
 
183
məhdud  şansa  malik  olur  və  cüzi  uğur  qazanmaq  ehtimalı 
neqativ nəticələr doğurur. 
Bu zaman bazarda vəziyyət əksinə olur - riskin səviyyəsi 
nə qədər yuxarıdırsa, bütün digər eyni şərtlər daxilində yüksək 
mənfəət əldə etmə ehtimalı yüksəkdir. 
Ticarət  firmasının  əməliyyatlardan  gəlirlə  və  onun 
fəaliyyətinin  riski  arasındakı  əlaqəni  sadələşdirilmiş  formada 
düzxəttli əlaqə ilə 
ifadə etmək olar. 
Risk  heç  bir  zaman  sıfra  bərabər  olmur,  lakin  sahibkar 
onun həcmini firmanın bazardakı mövqeləşdirilməsindən və bu 
və  ya  digər  bazar  proseslərinin  inkişafının  qeyri-müəyyənlik 
amillərindən  asılı  olaraq  müəyyən  etməlidir.  Mütəxəssislərin 
fikrincə, əsas məsələ riskin elə müəyyən ölçüsünü  əldə etmək 
lazımdır  ki,  qrafikdə  düz  xətt  parabolaya  çevrilməsin.  Bu 
zaman zərərə düşmək ehtimalı yaranır.  
Risk «təsadüf» kateqoriyası ilə sıx bağlıdır. Təsadüf – elə 
bir münasibətdir ki, bu zaman hadisə təsadüf kimi çıxış edir. 
Kommersiya  riski  baxımından  təsadüfün  iki  növünü 
fərqləndirmək olar: 
 
ayrı-ayrı  halların,  hadisələrin  təsadüflüyü 
(öz-
özlüyündə bu, o qədər də əhəmiyyətli deyildir); 
 
kütləvi,  stoxastik  prosesin  xarakteristikası  kimi  çıxış 
edən  təsadüf 
(malların  bazarda  qanunauyğun  hərəkətinin 
məzmunu təşkil edir).  
Ticarət  sahəsində  «təsadüf»ün  özünü  büruzə  verməsi 
iqtisadi konyunktura 
ilə bağlıdır.  
Bazarın  konyunkturu  deyəndə  –  bazarda  müəyyən  vaxt 
ə
rzində  yaranan  konkret  iqtisadi  vəziyyət  və  bunları  şərtlən-
dirən səbəblər toplusu başa düşülür.  
Bazar  şəraiti  (vəziyyəti)  aşağıdakılarla  xarakterizə 
olunur:  
 
tələb və təklifin nisbəti,  


 
 
184
 
bazarın  tutumu  (bazarda  malların  müəyyən  şərtlər 
daxilində və müəyyən vaxt ərzində mümkün ola bilən satışının 
həcmi),  
 
qiymətin səviyyəsi,  
 
inflyasiya (böhran) tempi,  
 
bazarın  sabit  və  yaranmaqda  olan  tendensiyaları 
(meyilləri),  
 
rəqabətin dərəcəsi,  
 
 mal qalıqlarının vəziyyəti və s. 
Bazar  konyunkturuna  müəyyənedici  təsiri  aşağıdakılar 
göstərir:  
 
 milli iqtisadiyyatın inkişaf meyli (tendensiyası),  
 
 dövlətin maliyyə, kredit, vergi və gömrük siyasəti,  
 
 dövlətin  xarici  siyasətinin  səmərəliliyi  (effektivliyi) 
və xarici iqtisadi əlaqələrin vəziyyəti,  
 
 ölkədə və regionlarda demoqrafik vəziyyət. 
Bazar  konyunkturunun  tərkib  hissələrindən  biri  də  tica-
rətin konyunkturudur ki, bu da ticarətin bir sahə kimi müəyyən 
vaxt ərzindəki vəziyyətini özündə əks etdirir.  
Ə
gər kommersant risk və təsadüfü firmanın fəaliyyətinin 
ümumi istiqaməti kimi nəzərdən keçirirsə, bu zaman onları nrəf 
etmək üçün kompleks yanaşma lazımdır.  
Soros hesab edir ki, öz kapitalını bir deyil, minimum üç 
istiqamətdə  sərmayələşdirmək  lazımdır:  səhmlərə  qoyuluş; 
qiymətli  kağızlarla  əməliyyatlar  (bunlar  üzrə  müəyyən  faiz 
ödənilir); valyuta əməliyyatları. 
Marketinqin idarə olunmasından asılı olaraq

 
strateji planlaşdırma riski; 
 
təşkilati risklər; 
 
icraedici risklər; 
 
nəzarət riskləri. 
Bazar  mühitində  təsadüfün  özünü  büruzə  vermə 
zonasından asılı olaraq:
 
 
likvidlik riski; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə