MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   2   3   4   5   6   7   8   9   ...   59

 
 
5
ların iqtisadiyyatda tez dövr etməsində və əlavə xərclərin azal-
dılmasında maraqlıdır. On-line rejiminə keçid avtomatik idarə-
etmə  sistemlərinin  yerləşdirildiyi  şirkətlərdə  xərclərin  aşağı 
düşməsinə gətirib çıxarır. 
2. Elektron kommersiyanın tarixi iyirmi ildən çox intensiv 
inkişaf  tarixinə  malikdir.  Özünün  yaranması  ilə  o,  təyyarə  bi-
letlərinin satışının avtomatlaşdırılması, plastik kartların və müəs-
sisələrin  resurslarının  avtomatlaşdırılmış  idarə  edilməsi  sistem-
lərinin  qurulması  texnologiyalarının  meydana  gəlməsinə  borc-
ludur.  
Elektron kommersiya mərhələsinin başlanğıcı kimi 1960-cı il 
hesab  oluna  bilər  ki,  bu  zaman  American  Airlines  və  IBM  şir-
kətləri  aviareyslərə  biletlərin  qabaqcadan  ehtiyatda  saxlanılıb 
yerləşdirilməsinin  avtomatlaşdırılmış  sisteminin  –  SABRE 
(Semi-Automatic  Business  Research  Environment)  yaradıl-
masına başladılar. 1964-cü ildə bu sistem bir gün ərzində 26 min 
sərnişin üçün yerləri qabaqcadan ehtiyatda saxlaya bilirdi. Ame-
rican Airlines SABRE sisteminə telefon xətlərinə qoyulmuş ter-
minalları 150-dən çox şəhərdə fəaliyyət göstərirdi. 
XX əsrin 60-cı illərinin əvvəli. ABŞ-da ehtiyatların idarə 
edilməsi  üzrə  işlərə  başlanıldı.  Xalq  istehlakı  mallarının  iri 
seriyalarla və kütləvi istehsalının artımı və  kinci Dünya müha-
ribəsindən  sonra  ticarətin  inkişafı  nəticəsində  məlum  oldu  ki, 
tələbin  və  ehtiyatların  idarə  edilməsinin  planlaşdırılmasının  ri-
yazi modellərindən istifadə olunması,  ehtiyatlar və başa  çatma-
mış istehsal formasında dondurulmuş vəsaitlərin qənaətinə səbəb 
ola  bilər.  Müəyyən  olunmuşdu  ki,  sifarişin  optimal  həcminin 
seçilməsi  –  müəssisənin  ticarət-alış  fəaliyyətinin  effektivliyinin 
artırılmasının əsas şərtlərindən biridir, çünki partiyanın az həcmi 
təkrar sifarişlərin edilməsinə çəkilən inzibati xərclərin artmasına, 
izafi,  artıq  həcm  isə  -  vəsaitlərin  dondurulmasına  gətirib  çıxara 
bilər. 
Buna görə də elektron kommersiya əsrinin başlanğıcı kimi 
60-cı  illərin  ortalarını hesab  etmək olar ki, bu zaman ilk dəfə 


 
 
6
kredit  kartları  (maqnit  haşiyəsi  olan  plastikdən  hazırlanmış) 
meydana  çıxdı  və  onlar  maliyyə-hesablaşma  əməliyyatlarının 
avtomatlaşdırılmasına  imkan  yaratdılar.  Təxminən  bu  zaman 
MRP konsepsiyası da yarandı. 
1962-cı  il.  Bob  Teylor  (Bob  Teylor,  ABŞ)  ARPA  (Ad-
vanced  Research  Project  Agency)  eksperimental  kompyuter 
şə
bəkəsi  layihəsinin  hazırlanmasına  1  milyon  dollar  həcmində 
dövlət tərəfindən maliyyə vəsaitləri aldı. 
1967-ci  il.  L.Roberts  (Lawrence  G.  Roberts)  ARPAnet 
şə
bəkəsinin qurulmasının planını nəşr etdi. 
20 oktyabr 1969-cu il. Кaliforniya universitetinin bir qrup 
ə
məkdaşı  öz  kompyuterlərini  Stenford  Tədqiqat  nstitutunun 
kompyuteri ilə calaşdırmağa cəhd göstərdi.  
60-cı illərin sonu. Oliver Uaytın (Oliver Wight) nəşrlərin-
də və Amerika Ehtiyatların və  stehsalın  darə Edilməsi üzrə Cə-
miyyətin (APICS) material resurslarının planlaşdırılması (MRP) 
kimi tanınan planlaşdırmanın alqoritmləri ifadə olundu.  
70-ci  illərin  sonu.  lk  dəfə  olaraq  məlumatların  elektron 
mübadiləsi (EFT) vasitərlərindən istifadə olunmağa başlanıldı.  
1975-ci  il.  Fransız  Roland  Moreno  (Roland  Moreno) 
elektron  yaddaş  kartını  ixtira  edib  ona  patent  aldı.  Onun  kəşfi 
ə
sasında 80-ci illərin əvvəllərində Bull şirkəti (Fransa) içərisində 
qurulmuş  smart-kartı  olan  mikroprosessoru  işləyib  hazırladı  və 
ona patent aldı. 
1976-cı il. Beynəlxalq bazara çıxışı asanlaşdırmaq məqsə-
dilə Bank of Americanın kart sistemi  Americard milli adından 
Visa International adına çevrilir.  
Həmin  ildə  Yamaykada  (Kinqston  şəhərində)  konfrans 
keçirildi  və  1944-cü  ildən  mövcud  olan  və  beynəlxalq  ödəniş-
lərdə qalıq vəsaitlərin qızıldan istifadə etməklə ödənişinin həyata 
keçirilməsinə  əsaslanan  Bretton-Vuds  sistemi  başa  çatdı.  Yeni 
sistemin  əsas  elementləri kimi valyuta münasibətlərinin və val-
yutaların  konvertasiyasını  nizamlayan  dövlətlərarası  təşkilatlar 
çıxış edirdilər. Milli valyutalar ödəniş vasitələrinə çevrildi. Bey-


 
 
7
nəlxalq valyuta əməliyyatlarını həyata keçirən əsas mexanizm – 
kommersiya  bankları  tərəfindən  formalaşdırılmış  bazar  Forex 
meydana  çıxdı.  Onun  formalaşması  üçün  banklar  tərəfindən 
bağlı VAN-şəbəkələrindən istifadə olunmağa başlanıldı.  
Stenford Universitetinin iki gənc riyaziyyatçısı olan Uitfild 
Diffinin  və  Martin  Hellmanın  məqaləsində  rəqəmli  imza  (elek-
tron  sənədin  həqiqiliyini  və  müəllifliyini  təsdiq  edən  hüquqi 
vasitə) ideyası özünün tam ifadəsini tapdı. Müəlliflər tərəfindən 
açıqlanan prinsiplər autentifikasiyanın, sövdələşmələrin elektron 
qaydada bağlanılmasının və elektron pulların əsasını qoydu.  
9  may  1977-ci  il.  Banklararası  Maliyyə  Məlumatlarının 
Ötürülməsi  Şəbəkəsinin  -  S.W.I.F.T.  (Society  for  Worldwide 
Interbank  Financial  Telecommunication  –  Ümumdünya  Bank-
lararası  Maliyyə  Telekommunikasiya  Cəmiyyətinin)  yaranma 
tarixi.  Şəbəkənin  yarandığı  zaman  ondan  Avropanın  və  Şimali 
Amerikanın  15  ölkəsinin  513  bankı  istifadə  etməyə  başladı  ki, 
onun  gündəlik  trafiki  500  min  məlumatdan  çox  idi.  Hazırda 
S.W.I.F.T. sisteminə 197 ölkənin 7000-dən çox iri kredit və ma-
liyyə  idarələri  daxildir:  gündəlik  trafiklərin  ümumi  həcmi  1,5 
milyard məlumatdan ibarətdir. 
1 yanvar 1983-cü il. ARPANET (ABŞ) şəbəkəsi informa-
siyanın ötürülməsinin TCP IP protokoluna keçdi. Bu gün  nter-
netin yaranmasının rəsmi ad günü hesab edilir. 
1980-ci  illərin  ortaları.  Beynəlxalq  standart  ISO  (ISO 
9735)  olan  EDIFACT  (idarəetmədə,  kommersiyada  və  nəqliy-
yatda məlumatlarla elektron mübadilə) qəbul olundu.  
1988-ci il. SABRE səyyahlara informasiya xidmətləri, yer-
lərin  ehtiyatda  saxlanılması  və  tranzaksiyaların  emal  olunması 
üçün nəzərdə tutulan GDS (Global Distribution System – qlobal 
bölüşdürücü sistem) sisteminə çevrildi.   
1989-cu il. Tim Berners-Li (Tim Berners-Lee), Cenevrədə 
Avropa Elementar Hissəciklər Fizikası Mərkəzində (CERN) iş-
ləyərkən  World  Wide  Web  (WWW)  –  qlobal  hipermətn  sis-
temini уaratdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə