MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   4   5   6   7   8   9   10   11   ...   59

 
 
25
2003-cü  ildə  EDI  və  nterneti  birləşdirən  AS-2  formatı 
işlənilmişdir.  Yeni  standart  Web-səhifələrin  nəzərdən  keçi-
rilməsi  üçün  istifadə  olunan  http  protokolu  vasitəsilə  rəqəmli 
məlumatlarla mübadilə etməyə imkan verir. 
EDI  sistemi  üçün  birbaşa  əlaqələrin  yayılmış  növləri: 
VPN (Virtual Private Network), FTP (File Transfer Protocol), 
EDIINT  (EDI  over  the  Internet),  əlavə  olunmuş  xidmətlərlə 
olan xüsusi şəbəkələr (Value-added Networks, VANs). 
 


 
 
26
 
VI.
 BEYNƏLXALQ TƏŞK LATLARIN ELEKTRON 
KOMMERS YANIN PROSEDURALARI                                   
VƏ QAYDALARI ÜZRƏ ƏSAS TƏLƏBLƏR                                
VƏ TÖVS YƏLƏR  
 
Ticarət  qaydaları  və  proseduraları  üzrə  beynəlxalq  tə-
ləbləri və tövsiyələri işləyib hazırlayan əsas orqanlar: BMT-nin 
Ticarət  və  nkişaf  Konfransı  çərçivəsində  Sahibkarlıq,  işgüzar 
praktikanın  sadələşdirilməsi  və  inkişafı  üzrə  Komissiyası 
(UNCTAD),  BMT-nin  Beynəlxalq  ticarət  hüquqları  üzrə  Ko-
missiyası  (United  Nations  Commission  on  International  Trade 
Law,  UNCITRAL)  və  Avropa  qtisadi  Komissiyası  çərçivə-
sində  fəaliyyət  göstərən  beynəlxalq  ticarət  proseduralarının 
sadələşdirilməsi üzrə Mərkəzi (CENFACT). 
Elektron  ticarət  özlüyündə  ticarətin  spesifik  forması 
olduğu  üçün  onun  üzərinə  tariflər  və  ticarət  üzrə  Baş  saziş 
(GATT)  tərəfindən  nəzərdə  tutulan  ticarət  mübahisələrinin  ni-
zamlanmasının mütləq və məcburi qaydaları bütövlükdə tətbiq 
olunur.  Mübahisələrin  ədalətli  və  effektiv  nizamlanma  mexa-
nizmi bütün ticarət növlərinin zəruri elementidir. 
UNCTAD  normativ-hüquqi  bazanın  yaradılması  zamanı 
UNCITRAL-ın  Elektron  ticarət  haqqında  nümunəvi  qanunun-
dan  (Model  law  on  Elektronic  Commerce)  və  onu  müşayiət 
edən  qanunun  qəbul  olunması  haqqında  Rəhbər  qaydalardan 
(Guide to Enactment) istifadə etməyi məsləhət bilmişdir.  
Nümunəvi  qanun  bir  sıra  vacib  prinsipləri  müəyyən  et-
mişdir: elektron formada təqdim olunduğu üçün informasiyanı 
hüquqi  qüvvəsi  olmayan,  həqiqi  olmayan  və  yaxud  iddia 
qüvvəsi  olmayan  kimi  qəbul  etmək  olmaz.  Bu  prinsipin  fəa-
liyyyətliliyini təmin etmək üçün Nümunəvi qanunda belə qay-
dalar  müəyyən  olunmuşdur  ki,  elektron  mühitdə  nəyi  məktub 
formasında  olan  sənədin  ekvivalenti  kimi  hesab  etmək  olar. 
Bundan  əlavə  elektron  məlumatların  imza  və  əsliliyi,  onların 
ə
ldə olunma və sübutedici qüvvəsi, məlumatların saxlanılması, 


 
 
27
kontraktların  bağlanılması  və  həqiqiliyi  məsələləri  haqqında 
qaydalar müəyyən olunmuşdur. 
Qanun aşağıdakıları özündə əks etdirir: 
Hissə I 
Fəsil 1. Elektron ticarət. Ümumi müddəalar 
Fəsil 2. Verilən məlumatlara qarşı qoyulan hüquqi tələb-
lərin tətbiq olunması 
Fəsil 3. Verilən məlumatların ötürülməsi 
Hissə 2 
Elektron  ticarət  müəyyən  (spesifik)  sahələrdə  (malların 
daşınması). 
 
BMT-nin  Avropa  qtisadi  Komissiyasının  (A K  BMT) 
idarəetmədə, ticarətdə və nəqliyyatda proseduraların və prak-
tikanın sadələşdirilməsi üzrə Mərkəzin (CEFAKT) tövsiyələri  
A K 1995-ci ildə elektron məlumatların mübadiləsi (EDI 
Interchange Agreement) üzrə nümunəvi Saziş qəbul etmişdir ki, 
bu  da  elektron  məlumatların  mübadiləsini  tətbiq  edən  bütün 
tərəflər üçün məcburi qüvvəyə malikdir. 
2000-ci  ilin  fevralında  CEFAKT  hüquqi  məsələləri  üzrə 
işçi  qrupu  elektron  ticarət  üzrə  Sazişin  (Electronic  Commerce 
Agreement) layihəsini təklif etmişdir. Sənəd elektron məlumat-
ların  mübadiləsi  üzrə  nümunəvi  Sazişə  (EDI  Interchange 
Agreement) əsaslanır. 
CEFAKT  «Elektron  ticarət  və  inzibati  məhdudiyyətlərin 
minimallaşdırılması»  (Electronic  commerce  and  the  simpli-
fication  of  administrative  constraints)  sənədini  işləyib  hazır-
lamışdır.  Burada  elektron  ticarət  anlayışı  nəzərdən  keçirilir  və 
onun  işgüzar  əməliyyatların  elektron  yolla  aparılması  üsulu 
baxımından  anlayışı  verilir.  Bu  da  həm  standart  struktursuz, 
həm də strukturlu işgüzar informasiyanın (biznes üzrə informa-
siyalar)  istənilən  elektron  imkanlar  -  elektron  poçt  və  yaxud 
elektron  məlumatlarla  mübadilə,  WWW  texnologiyası, 


 
 
28
məlumatların elektron mübadiləsi – vasitəsilə bölüşdürülməsini 
nəzərdə tutur.  
Elektron  ticarətin  aparılmasının  nümunəvi  Kodeksi 
(Model  Code  of  Conduct  for  Elektronic  Commerce)  Hollan-
diyanın  elektron  ticarət  üzrə  əlaqələndirici  Mərkəzi  tərəfindən 
işlənib  hazırlanış  və  BMT-yə,  Avropa  Birliyinə,  CEFAKT, 
qtisadi Əməkdaşlıq və  nkişaf Təşkilatına təqdim olunmuşdur. 
Kodeksdə  elektron  ticarətlə  bağlı  olan  hüquqi  problemləri  və 
bu  problemlərin  həllində  özünü  nizamlama  məsələləri,  infor-
masiyanın  mötəbərliyinin,  şəffaflığının,  məxfiliyinin  ümumi 
ə
lamətləri  öz  əksini  tapmışdır.  Kodeks  dinamik  və  qıvraq, 
çevik nümunəvi model kimi nəzərdən keçirilir. 
Beynəlxalq Ticarət Palatasının (International Chamber 
of Commerce, ICC) tövsiyələri 
Beynəlxalq  Ticarət  Palatası  elektron  ticarət  sahəsində 
Layihə işləyib hazırlamışdır. Layihə çərçivəsində elektron tica-
rətin  praktiki  tətbiqi,  informasiyanın  qorunması  üzrə  və 
elektron terminlər üzrə işlər aparılır. 
ICC  əsas  vəzifəsi  elektron  ticarətin  daxili  nizamlanma 
çərçivələrinin işlənib hazırlanmasından ibarətdir. Bu məqsədlə 
işgüzar  dairələr  tərəfindən  istifadə  olunmaq  üçün  bir  sıra  işçi 
məhsulları hazırlanmışdır.  
Bunlardan  birincisi  ICC  Internetdə  reklam  və  marketinq 
fəaliyyəti  üzrə  yenidən  baxılmış  rəhbər  prinsiplərdir.  Bu  prin-
siplərin  əsas  müddəaları  reklamverənin  şəxsiyyəti  barəsində 
məlumatın  elan  olunmasını,  elektron  ticarət  və  marketinq  ilə 
bağlı olan bütün xərclər və öhdəliklər haqqında informasiyanın 
açıqlanmasını  tələb  edir  və  şəxsi  məlumatların  toplanması  və 
onlardan istifadə olunması üzrə məhdudiyyətlər qoyur. 
 ICC  tərəfindən  işlənilmiş  ikinci  iri  rəqəmli  sənəd  for-
masında təminatlandırılmış beynəlxalq ticarət əməliyyatlarının 
həyata keçirilməsinin Ümumi metodlarıdır. 
Sonuncu  layihələrdən  biri  elektron  terminlər  üzrə  layi-
hədir. Nəzərdə tutulur ki, elektron terminlər xidməti özlüyündə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə