MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   2   3   4   5   6   7   8   9   ...   59

 
 
18
Təcrübə göstərir ki, rəqabət və onun nəticəsi olan bazarın 
qeyri-mükəmməlliyi satıcıların və yaxud alıcıların qazandıqları 
ə
lavə  üstünlüklər  və  treyderlərin  arbitraj  imkanları  hesabına 
ə
lavə mənfəət əldə etməyə imkan verir.  
 
3.  Bazar  mühitində  kommersiya  fəallığı  dörd  amillə 
müəyyən olunur: 
• infrastrukturda qarşılıqlı fəaliyyətlə; 
• bazar məkanı ilə; 
•  mexanizmləri  ilə  (onlar  da  istifadə  olunan  kommuni-
kasiya  vasitələrindən  asılıdırlar  –  sövdələşmələri  necə  bağla-
malı  və  icra  etməli,  sifarişi  necə  göndərməli,  ödənişi  rəsmi-
ləşdirməli və s.); 
• malın çatdırılması üsulları ilə. 
Elektron  texnologiyaların  biznes-proseslərə  müdaxilə 
nəticəsində kommersiyanın dörd kateqoriyasını ayırmaq müm-
kündür: 
• xalis ənənəvi kommersiya (burada elektron texnologiya-
lardan istifadə olunmur); 
•  birinci  səviyyəli  elektron  kommersiya  (burada  ənənəvi 
kommersiya fəaliyyətində elektron texnologiyalarından istifadə 
olunur); 
•  kombinə  olunmuş  elektron  kommersiya  (ikinci  sə-
viyyəli  elektron  kommersiya)  –  elektron  bazar  məkanının  ya-
radılması,  digər  tərəfdən  isə  alınan  malların  alıcılara  ənənəvi 
yolla çatdırılması; 
•  xalis  elektron  kommersiya  (üçüncü  səviyyəli  elektron 
kommersiya) – malların və xidmətlərin elektron formasında ol-
ması  və  onların  elektron  bazar  məkanında  çatdırılmasının 
elektron formasından istifadə olunması. 
 
 
 
 


 
 
19
IV.
 MÜAS R DÜNYADA ELEKTRON 
KOMMERS YANIN  NK ŞAF PROBLEMLƏR  
 
nternet-biznes  son  zamanlar  yeni  imkanlar  yaradır.  La-
kin  digər  tərəfdən  elektron  bazar  hələ  ki  ənənəvi  bazarlarla 
müqayisədə zəifdir. Elektron kommersiyanın potensialının tam 
reallaşdırılması üçün bir sıra problemlər həll olunmalıdır. 
Qloballaşmanın keçid dövrü problemləri 
Prinsip etibarilə qlobal şəbəkə dünyanın o başındakı şir-
kətlə  biznesin  aparılmasını  qonşu  küçədə  yerləşən  şirkətlə 
olduğu kimi asan edə bilər. Lakin bu əlaqə vasitəsi həmişə la-
zımi səviyyədə olmur. Müxtəlif kontinentlərdə yerləşən şirkət-
lər  özlərinin  və  yaxud  təklif  etdikləri  malların  və  xidmətlərin 
real olmasına necə inana bilərlər? Hər hansı bir şirkət dünyanın 
o  tayında  yerləşən  və  fərqli  ənənəyə  malik  olan,  digər  qay-
dalarla  işləyən  şirkəti  necə  başa  düşə  bilər?  Bütün  bunlar  və 
bunlarla bağlı olan digər məsələlər qloballaşma probleminin bir 
hissəsini təşkil edir. 
Müqavilə və maliyyə problemləri 
Elektron  yolla  bağlanılan  və  elektron  üsulla  ödəniş  apa-
rılan müqavilə bir sıra əsaslı, fundamental problemlər doğurur. 
Ş
irkətlər  arasında  bağlanılan  kontrakt  hansı  mərhələdə  bağla-
nılmış  hesab  olunur?    Bu  kontraktın  hüquqi  statusu  necədir? 
Hansı  təşkilatın  hüquqi  tabeliyinə  düşür?  Maliyyə  qayda-
larındakı  fərqləri  nəzərə  almaqla    ödəniş  necə  həyata  keçirilir 
və  təsdiq  olunur?  Məhsula  olan  vergilər  və  gömrük  yığımları 
necə  olmalıdır?  Bu  yığımlar  və  vergilər  necə  alınacaqdır? 
Digər  tərəfdən  kredit  və  debet  kartlarından  on-layn  hesablaş-
malarında istifadə olunması – xüsusilə pərakəndə ticarət sekto-
runda  -  müəyyən  risklə  bağlıdır.  Onlardan  istifadənin  təhlü-
kəsizlik  baxımdan  problemli  olması  (kartlarla  yüksək  riskli 
fırıldaqların  olması),  həmçinin  bu  ödəniş  sistemlərinin  istis-
marının yüksək dəyəri alıcılar, həm də satıcılar üçün istifadəni 
az maraqlı və cəzbedici edir. 


 
 
20
Ə
məliyyatların məxfiliyi və təhlükəsizliyi məsələləri 
Açıq  şəbəkələrdə  elektron  kommersiya  sistemləri  məx-
filiyi  və  təhlükəsizliyi  təmin  edən  effektiv  və  etibarlı  mexa-
nizmlərin  tətbiq  olunmasını  tələb  edir.  Bu  mexanizmlər  məx-
filiyi,  identifikasiyanı,  eyniləşdirməni  (yəni  bağlanılan  sövdə-
ləşmə  tərəflərinin  bir-birlərinin  şəxsiyyətini  təsdiqləməyə  im-
kan  verilməsi)  və  avtorizasiyanı  (yəni  adama  və  yaxud  proq-
rama  nəyi  etməyə  icazə  verilməsinin  müəyyən  olunması  pro-
sesi)  təmin  olunmalıdır.  Belə  mexanizmlər  sistem  istifadəçini 
identifikasiya  edən  kimi  işləməyə  başlamalı  və  bütün  seans 
zamanlı işləməlidir. Son nəticədə bu mexanizmlər ona zəmanət 
verməlidir ki, tərəflər sonradan sövdələşmədə iştirakdan imtina 
edə bilməsinlər. Məxfiliyin və təhlükəsizliyinin təmin olunması 
üzrə tanınan mexanizmlər üçüncü tərəfdən sertifikatlaşdırmağa 
ə
saslandığı üçün elektron kommersiyanın qlobal sistemi qlobal 
sertifikatlaşdırma sisteminin yaradılmasını tələb edəcəkdir. 
Mülkiyyət hüququ 
Elektron  üsulla  yayılan  və  buna  görə  də  asanlıqla  surəti 
çıxarılıb  çoxaldıla  bilən  mallar  üçün  əqli,  intellektual  mül-
kiyyət hüquqlarının qorunması problemi xüsusilə ciddi dayanır.  
 Şəbəkələrin  qarşılıqlı  əlaqələri  və  onların  bir-birinə 
uyğunluğ
Elektron kommersiya potensialının reallaşdırılması daxil-
olmanın  universallığını  tələb  edir.  stənilən  şirkət  və  istənilən 
sifarişçi  coğrafi  yerləşmələrindən  və  yaxud  şəbəkələrin  fərqli 
xüsusiyyətlərindən asılı olmayaraq məhsul və xidmətləri təklif 
edən  bütün  təşkilatların  saytlarına  daxilolma  imkanına  malik 
olmalıdır.  
Yeni iştirakçıların cəlb olunması 
Elektron kommersiyanın inkişafına mane olan amillərdən 
biri  –  biliklərin  və  ixtisasın,  xüsusilə  dünyanın  mərkəzi 
ölkələrindən uzaq periferiyasında, «üçüncü dünya» ölkələrində 
lazımi səviyyədə olmamasıdır. Belə bir təhlükə mövcuddur ki, 
bir  çox  şirkətlər  (xüsusilə  böyük  olmayan  və  orta)  elektron 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə