MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   2   3   4   5   6   7   8   9   ...   59

 
 
8
90-cı  illərin  əvvəli.  lk  ERP-sistemləri  –  müəssisənin 
resurslarının planlaşdırılması sistemi meydana gəldi. 
1992-ci  il.  ABŞ  Konqresi  tərəfindən  nternet  şəbəkəsinin 
kommersiyalaşdırılması bəyənildi. 
1994-cü  il.  Ceff  Bizos,  ABŞ  (öz  karyerasını  proqramçı 
kimi başlayan), Amazon  şirkətini  yaratdı.  1995-ci  ilin iyulunda 
Amazon  nternet-mağazası özünün web-saytını açdı.  ndi Ama-
zon – dünyanın ən iri Internet-mağazasıdır. 
Oktyabr  1994-cü  il.  First  Virtual  şirkəti  malın  pulunun 
ödənişi  -  nternetdə  ilk  elektron  ödəniş  sistemi  üzrə  xidmətləri 
təklif etdi.  
1994-cü  ilin  sonu.  lk  debet  elektron  ödəniş  sistemi  – 
NetCash yarandı.  
1995-ci  il.  Forex  bazarında  nternet-treydinq  sistemləri 
ə
mələ  gəlməyə  başladı.  Onlar  bütün  gün  ərzində  işləyir  və  xü-
susi  mülkiyyəti  olan  fərdi  şəxslərdən  iri  investisiyaları  cəlb 
edirlər.  Hazırda  bu  cür  elektron  sövdələşmələrin  bütün  dünya 
üzrə gündəlik dövriyyəsi – 1-3 trilyon dollar təşkil edir.   
1 fevral 1996-cı il. Visa International и MasterCard  nter-
national  plastik  kart  texnologiyası  əsasında  müdafiə  olunmuş 
vahid  açıq  nternet-hesablaşmalar  –  SET  sistemi  fəaliyyət 
göstərməyə başladı.  
May 1998-ci il. Ümumdünya Ticarət Təşkilatı  nternet va-
sitəsilə  əldə  olunmuş  və  çatdırılmış  məlumatları  və  proqram 
məhsullarını gömrük rüsumlarından azad etdi.  
1998-ci il. Stenford Universitetinin məzunları Sergey Brin 
(Sergey  Brin)  və  Lari  Peyc  (Larry  Page)  tərəfindən  Google 
axtarış sistemi yaradıldı.  
 
3. Hazırda elektron kommersiya texnologiyasının inkişa-
fına təsir edən aşağıdakı amilləri ayırmaq olar. 
Ümumiqtisadi amillər: 
qtisadi vəziyyətin sabitliyi; "kölgəli" bölmənin iqtisadiy-
yatda  payı;  milli  iqtisadi  kompleksin  ölçüləri;  milli  istehsalın 


 
 
9
və istehlakın göstəricilərinin dinamikası; iqtisadiyyatın inhisar-
laşdırılma  səviyyəsi;  vergi  mühiti;  investisiya  (sərmayə)  mü-
hiti; iqtisadiyyatın pulla təminat səviyyəsi; həmcins məhsullara 
və s. qiymətlərin fərqli səviyyələri; elektron ödənişlərin həyata 
keçirilməsi  vasitələrinin  inkişaf  səviyyəsi;  malların  istehlakçı-
lara çatdırılmasının rahat və nisbətən ucuz üsullarının mövcud 
olması və s. 
nfrastruktur amilləri: 
nformasiya  texnologiyalarının,  ilk  növbədə  telekommu-
nikasiyaların inkişafı;  
nternet-auditoriyanın ölçüləri və inkişaf templəri;  
Kompyuter  texnologiyalarının  inkişafı  sferasında  əqli 
(intellektual) potensialın səviyyəsi. 
darəetmə amilləri: 
korporativ idarəetmənin effektivliyi; 
rəhbər işçilərin yenilikləri qavrama dinamikliyi; 
korrupsiyanın səviyyəsi. 
Hüquqi  amil  —  elektron  ticarətin  hüquqi  nizamlanma 
səviyyəsi. 
 


 
 
10
II.
 
NFORMAS YA TEXNOLOG YALARININ 
YARANMA VƏ  NK ŞAF MƏRHƏLƏLƏR . 
ELEKTRON KOMMERS YANIN PREDMET  
 
1.
  nformasiya  texnologiyalarının  yaranma  və  inkişaf 
mərhələləri 
2.
 Elektron kommersiyanın predmeti və anlayışlar aparatı 
3.
 Elektron ticarət anlayışı 
 
1.
  nformasiya  texnologiyalarının  yaranma  tarixi  bir 
qayda olaraq 1888-ci ildə ixtiraçı U.Berrou tərəfindən yaradıl-
mış hesablama maşını ilə bağlanılır. 1890-cı ildə Q.Hollrit şərt-
ləri perforasiya olunmuş kartlarla daxil edilən riyazi məsələləri 
həll  edən  maşın  quraşdırmışdır.  1925-ci  ildə  V.Buş  ilk  dəfə 
olaraq  analoji  hesablama  maşınını  ixtira  etmiş,  12  ildən  sonra 
isə onun tərəfindən diferensial tənliklərin həllini yerinə yetirən 
maşın yığılmışdır. 
1945-ci  ildə  Pensilvaniya  Universitetinin  alimləri 
J.Ekkert  və  J.Mokli  ilk  ENIAC  (Electronic  Numerical  Inteq-
rator and Computer) elektron kompyuterini  yaratmışlar. 1946-
cı  ildə  J.  fon  Neyman  bu  cür  maşınların  idarə  olunması  üçün 
ikili  hesablama  sistemini  təklif  etmiş,  həmçinin  maşına  təkcə 
məlumatların verilməsi və onların saxlanılması prinsipini deyil, 
həm  də  idarəetmə  komandalarının  verilməsi  prinsipini  də 
işləyib hazırlamışdır. 
1951-ci ildə dünyada ilk dəfə olaraq UNIVAC kommer-
siya  kompyuteri  yaradılmışdır.  Təxminən  həmin  vaxtlarda 
alman  alimi  K.Suze  tərəfindən  fəaliyyətdə  olan  ilk  proqramlı 
rəqəmli hesablama Z3 qurğusu təklif olunmuşdur. 1960-cı illə-
rin  əvvəllərinə  kibernetik  sistemlər  nəzəriyyəsi  işlənib  hazır-
lanmışdır  ki,  bu  da  yeni  kibernetika  elminin  əsasını  təşkil  et-
mişdir.  1971-ci  ildə  ilk  mikrosxem  meydana  gəlmiş,  1974-cü 
ildə isə bazara fərdi kompyuterlərin sələfi çıxarılmışdır. 
1960-cı ilə kimi dünyada 7 minə qədər kompyuterlərdən 
istifadə olunurdu. Tarixi dönüş isə ancaq 1993-cü ilə baş verdi; 


 
 
11
bu zaman ilk dəfə olaraq fərdi kompyuterlərin istehsalı muinik 
avtomobillərinin  istehsal  həcmini  ötüb  keçdi  və  35,4  milyon 
ə
dəd  təşkil  etdi.  Hazırda  bir  çox  ölkələrdə,  məsələn,  ABŞ-da 
fərdi  kompyuterlər  televizorlardan  çox  istehsal  olunub  satılır. 
Cəmiyyətin  kompyuterləşdirilməsi  göz  qabağındadır:  əgər  son 
3-4 onilliklər ərzində milyonlarla adamın (televizoru olan) əla-
qəsində  televiziya  mühüm  rol  oynayırdısa,  gələcəkdə  kom-
pyuter  istifadəçilərinin  auditoriyası  daha  çoxsaylı  olacaqdır. 
2004-cü ildə təşkil olunmuş Facebook artıq 2010-cu ildə bütün 
dünya üzrə 500 milyon istifadəçiyə malikdir.  
Hesablama  vasitələri  texnikasının  görünməmiş  istehsalı 
ə
sas məqsəd kimi qarşıda durmur. Son bir neçə illər kompyuter 
texnologiyaları və onlardan istifadəyə olan baxışlar ciddi dəyi-
ş
ikliklərə  məruz  qalmışdır.  1994-cü  ilə  kimi  lokal  şəbəkələr, 
məlumat  bazası  ilə  idarəetmə  sistemləri,  mətn  prosessorları, 
tranzaksiyalarla  idarəetmə  sistemləri  və  hətta  multimedia  tex-
nologiyaları şirkətlərin və ayrı-ayrı firmaların əsasən daxili av-
tomatlaşdırılması  aləti  kimi,  yəni  korporativ  sistemlərin  avto-
matlaşdırılması vasitəsi kimi istifadə olunurdu. 
Lakin  1995-ci  ildən  başlayaraq  vəziyyət  tezliklə  dəyiş-
məyə  başladı  –  bu  inkişaf,  müxtəlif  ölkələrdə  müxtəlif  sürətlə 
və  müxtəlif  variantlarda  getdi,  lakin  bütövlükdə  isə  irəliləyiş 
bir  istiqamətdə  baş  verdi.  Bu  prosesin  vacib  katalizatoru,  tez-
ləşdiricisi  kimi  nternet  sisteminin  bütün  dünyada  tanınması 
oldu.  nternetin  çoxsaylı  sınaqdan  keçirilmiş  üstünlükləri  de-
mək  olar  ki,  bütün  dünyada  edilmiş  çoxmilyardlı  sərmayələrə 
baxmayaraq  açıq  standartlaşdırılmış  sistemlərin  və  nternetin 
xeyrinə  yerli korporativ və yaxud idarə şəbəkələrindən kütləvi 
olaraq imtina olunmasına gətirib çıxardı.    
nformasiya  texnologiyaları  daimi  olaraq  təkmilləşmək-
dədir.  Bu  prosesin  templəri  müqayisəolunmazdır,  həddindən 
artıq  yüksək  inkişaf  sürətinə  malik  olması  hesabına  informa-
siya  sənayesi  ən  dinamik  sahələrdən  biridir.  ndiyədək  onun 
inkişafı  ixtisaslaşma  və  diferensiasiya  istiqamətində  gedirdisə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə