MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   2   3   4   5   6   7   8   9   10   ...   59

 
 
21
kommersiya  sistemlərinin  inkişafı  üçün  vəsaitlərə  malik  olan 
iri  rəqiblərlə  müqayisədə  geridə  qala  bilər.  Buna  görə  də  yeni 
texnologiyaların  biznesə  tətbiqini  təbliğ  etmək  və  təhsilalma 
imkanını  yaratmaq  lazımdır  (məsələn,  ABŞ,  Yaponiya,  Sin-
qapur, Cənubi Koreya və digər ölkələrdə olduğu kimi). 
 


 
 
22
 
V.
  ELEKTRON KOMMERS YANIN KOMPLEKS 
ŞƏ
K LDƏ REALLAŞDIRILMASININ ƏSAS 
MƏRHƏLƏLƏR  
 
Elektron  kommersiya  konsepsiyasının  kompleks  şəkildə 
reallaşdırılmasına  çoxdan  cəhd  edilir.  Onlar  demək  olar  ki, 
EHM-lərin  yarandığı  1950-1960-cı  illərdən  sonra  başlamışdır. 
Elektron  kommersiyanın  ilk  tətbiq  sahələrindən  biri  nəqliyyat 
üçün proqamlardan – biletlərin sifarişindən, həmçinin reyslərin 
hazırlanması  zamanı  müxtəlif  xidmətlər  arasında  məlumat 
mübadiləsinin aparılmasından ibarət idi. 
1968-ci ildə ABŞ-da xüsusi komitə  - TDCC (Transpor-
tation Data Coordination Committee) təşkil olunmuşdu ki, bu-
nun  da  əsas  vəzifəsi  müxtəlif  nəqliyyat  sistemləri  –  aviasiya, 
dəmiryolu və avtomobil nəqliyyatları üçün mövcud olan müx-
təlif sənaye standartlarını razılaşdırmaqdan və onları bir-birinə 
uyğunlaşdırmaqdan  ibarət  idi.  Komissiyanın  işinin  nəticələri 
təşkilatlar  arasında  məlumatlarla  elektron  mübadilə  standar-
tının  –  EDI  (Elektronic  Data  Interchange)  əsasını  təşkil  etdi. 
Standart ANSI X.12 (host-based) adını aldı. 
EDI üç istiqamətin: biznesin, məlumatların işlənilməsi və 
mübadiləsi istiqamətlərini özündə birləşdirir. EDI biznes tərəf-
daşlarının (istehsalcıların, riteylerlərin, brokerlərin, topdan satı-
cıların,  daşıyıcıların,  gömrüyün  və  s.)  qarşılıqlı  əlaqəsinin  ef-
fektiv  vasitələrindən  olmaqla  kommersiya  məlumatlarının  bir 
kompyuter  sistemindən  digər  kompyuter  sisteminə  ötürülməsi 
yolu ilə həyata keçirilir. 
EDI əsas üstünlükləri aşağıdakılardan ibarətdir: 
Qənaətcillik
  –  işlənilmə  üçün  nəzərdə  tutulan  kağızların 
həcminin  əhəmiyyətli  dərəcədə  azalması  işçi  heyətinə  və  in-
zibati-idarəetməyə  çəkilən  xərclərin  aşağı  salınmasına  səbəb 
olur. EDI «dəqiq vaxtında» (just in time) strategiyasının vacib 
tərkib hissələrindən biridir. 


 
 
23
Operativlik 
–  kommersiya  məlumatlarının  böyük  həcm-
ləri  qısa  müddət  ərzində  bir  hesablama  sistemindən  digərinə 
ötürülə  bilər.  Bu  məlumatların  işlənilməsinin  nəticələri  müş-
tərilərin tələblərini dərhal ödəməyə imkan verir. 
Dəqiqlik 
–  EDI  istifadə  olunması  informasiyanın  kom-
pyuter sisteminə əl ilə daxil edilməsi zamanı labüd olan səhv-
lərin olmasını istisna edir. 
1970-ci illərdə Böyük Britaniya və  sveçdə məlumat mü-
badiləsi  üçün  standart  qərarların  axtarılmasına  başlanılmışdı. 
Bu axtarışların əsas istiqaməti – ticarət prosesləri idi. Bu zaman 
beynəlxalq  ticarət  üçün  Tradecoms  standartlar  dəsti  meydana 
çıxdı. Məhz onu Avropa  qtisadi Komissiyası UNECE (United 
Nations  Economic  Commission  for  Europe)  beynəlxalq 
standartlar sistemi - GTDI (General-purpose Trade Data Inter-
change  Standards)  kimi  qəbul  edir.  Beləliklə,  iki  standartın  – 
Avropa  və  Amerika  standartlarının  birgə  fəaliyyət  göstərməsi 
vəziyyəti yarandı ki, bu da ticarət biznesini qane edə bilməzdi. 
Okeanın iki tərəfi arasında ticarət əlaqələrinin fəallaşması EDI 
və GTDI standartlarının birləşdirilməsini tələb edirdi. 
Keçən əsrin 80-ci illərində BMT-nin Avropa  qtisadi Ko-
missiyasının köməkçi orqanı olan beynəlxalq ticarət prosedura-
larının  sadələşdirilməsi  üzrə  şçi  qrupu  özünün  «Xarici  ticarət 
məlumatlarının  digər  metodlarla,  kağız  sənədlərindən  savayı, 
mübadiləsi;  xarici  ticarət  məlumatları  ilə  mübadilə  proto-
kolları» proqramına yenidən baxılması haqqında qərar verdi və 
oraya  «BMT-nin  Standart  EDIFACT  məlumat  vermənin 
işlənilməsi»  proqram  elementini  əlavə  etdi.  1996-cı  ilin  sen-
tyabrında  şçi  qrupunun  42-ci  sessiyasında  25  №-li  tövsiyə 
qəbul  olundu  və  EDIFACT  (Electronic  Data  nterchange  for 
Administration,  Commerce  and  Transports)  beynəlxalq  stan-
dartının  tətbiqi  başlanıldı.  Nəqliyyat  sahəsi  üçün  X.400 
elektron poçt standartı tətbiq olunur. Lakin ABŞ-da X.12 əsas 
standart  kimi  qalmaqdadır.  1997-ci  ildə  EDIFACT  və  X.12 
standartlarının birləşdirilməsi üzrə son cəhdlər göstərildi, lakin 


 
 
24
real  nəticə  əldə  olunmadı,  çünki  məlumatların  elektron  müba-
diləsi üçün yeni, daha perspektiv istiqamət – Internet vasitəsilə 
məlumat mübadiləsi imkanı yarandı. 
nternetin  1990-cı  illərdə  Web-texnologiyaların  yaran-
ması ilə bağlı olan coşqun inkişafı EDI qızğın pərəstişkarlarını 
elektron  kommersiyanın  sonrakı  inkişafı  haqqında  planlarını 
dəyişməyə  vadar  etdi.  Biznesin  yeni  tipi  –  nternet  vasitəsilə 
pərakəndə ticarət yarandı. Belə ki, internet informasiya ötürül-
məsinin  ən  ucuz  məkanı  (cədvəl  1)  olduğu  üçün  (əlavə  olun-
muş  xüsusi  şəbəkə  VAN  (Value-added  Networks)  vasitəsilə 
elektron  poçt  sistemi  ilə  müqayisədə)  nternetin  elektron  poçt 
standartları 
olan 
SMTP/S–MIME 
bazasında 
EDIINT 
(EDIFACT over Internet) standartı yaradıldı. 
Cədvəl 1  
Bank tranzaksiyalarının dəyəri, ABŞ dolları ilə 
 
  1997-ci  ildə  daha  bir  standart  –  OBI  (Open  Buying  on 
the  Internet)  yarandı. OBI standartının əsas ideyası – açıq sis-
temlərə  istiqamətlənmədir.  OBI  EDIINT  standartına  əsaslanır, 
lakin  alış-satış-mal  göndərişi  üzrə  tam  dövriliyə  cəlb  olunmuş 
təşkilatlar  arasında  bütün  qarşılıqlı  əlaqələr  formalarının 
standartlaşdırılmasının daha böyük dairəsini əhatə edir.  
  ndiyədək  elektron  kommersiya  sahəsində  həyata  ke-
çirilən  layihələrin  əhəmiyyətli  hissəsi  EDI  standartı  altında 
işlənib  hazırlanırdı.  EDI-sisteminin  müsbət  cəhətlərindən  biri 
də dəqiq və anlaşılan standartların olmasıdır. Hazırda EDI sis-
temlərində on ikiyə  yaxın standartlardan  geniş istifadə olunur, 
lakin ən çox yayılanları: UN/EDIFACT və ANSI ASC X.12. 
Standard Bank tranzaksiyası 
1.08 
Korporativ bank sisteminin ayrılmış kanalları ilə həyata 
keçirilən Standart Bank tranzaksiyası 
 
0.54 
Kommutasiya olunan (müştəri-bank) kanalları ilə həyata 
keçirilən Standart Bank tranzaksiyası 
 
0.26 
nternet  şəbəkəsinin  açıq  kanalları  ilə  həyata  keçirilən 
Standard Bank tranzaksiyası 
 
0.13 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə