MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   2   3   4   5   6   7   8   9   ...   59

 
 
12
yəni hər bir məsələnin həlli üçün ayrıca texnologiya  yaradılır-
dısa, hazırda vəziyyət köklü surətdə dəyişmişdir. 
Diferensiasiya  və  texnoloji  həllərin  mürəkkəbləşməsi  ilə 
yanaşı, onların konvergensiyası (uygunlaşması) baş verir ki, bu 
da  universal  texnologiyaların  yaranmasına  gətirib  çıxarır. 
Müasir  texnologiyalar  qarşısında  qoyulan  əsas  şərt  onlardan 
istifadənin  universallığı  və  istifadəçilərin  fərdi  ehtiyaclarına 
uyğunlaşmasının (adaptasiyasının) sadəliyidir. 
nformasiya  texnologiyaları  inkişaf  etmiş  ölkələrdən  in-
kişafda  olan  ölkələrə  doğru  yayılmaqda  davam  edir  və  həmin 
texnologiyaların  yarandığından  fərqli  olan  yeni-yeni  mə-
dəniyyətləri  əhatə  edir.  Bu  mədəniyyətlər  daxilində  «avtomat-
laşdırılma» və «kompyuterləşdirmə» müxtəlif cür dərk olunur, 
çox vaxt bu, fərdi insanların şəxsi həyatlarına və cəmiyyətlərə 
müdaxilə  qorxusu  ilə  bağlıdır.  nternet-mədəniyyətin  inkişafı 
təhsildən başlayır. 
Texniki  və  texnoloji  tərəqqi  özü  ilə  mətni,  səsi  və  təsviri 
özündə  birləşdirən  tamamilə  yeni  informasiya  məhsullarının, 
həmçinin  informasiya  xidmətlərinin  yeni  növlərinin  yaranmasını 
ə
mələ  gətirir.  Texniki  vasitələrin  inkişafı  həyatın  bütün  sahə-
lərində dərin keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olur. 
nformasiya texnologiyaları qlobal miqyasda ictimai fikrə 
çox  ciddi  təsir  göstərmə  imkanına  malik  olmaqdadır.  2010-cu 
ildə  WikiLeaks  saytının  Əfqanıstan  müharibəsi  haqqında  və 
beynəlxalq diplomatiyanın digər məsələlərinə aid yüz minlərlə 
sənədin  nternet  şəbəkəsində  yerləşdirməsi  bütün  dünyada  və 
ABŞ-ın özündə qalmaqal yaratmışdır. 
 
2.
   Elektron  kommersiyanın  öyrənilməsi  ilə  bağlı  olan 
ilkin vəzifələrdən biri onun predmetinin müəyyən olunması və 
anlayışlar aparatının
 yaradılmasıdır.  
Məsələnin  çətinliyi  ondan  ibarətdir  ki,  hamı  tərəfindən 
qəbul  edilmiş  «elektron  kommersiya»  termini  yoxdur,  buna 
görə də elmi fənn kimi o, faktların toplanılması və onların dərk 
olunması mərhələsindədir. 


 
 
13
Elektron  kommersiya  kimi  elektron  vasitələrdən,  məlu-
matların  mübadiləsindən  istifadə  etməklə  kommersiya  əməliy-
yatlarının  həyata  keçirilməsini  nəzərdə  tutan  sahibkarlıq 
fəaliyyəti başa düşülür. 
Elektron  kommersiyanın  əsasında  məlumatların  mübadi-
ləsi üzrə elektron vasitələrinin tətbiq olunması ilə kommersiya 
ə
məliyyatlarının aparılmasının və istehsalat proseslərinin idarə 
edilməsinin yeni informasiya texnologiyaları durur. 
« stehsalat  proseslərinin  idarə  edilməsi»  anlayışının 
«elektron kommersiya» termininin məzmununa daxil olunması 
onunla əsaslandırılır ki, məhz ticarətin, maliyyənin və inkişafın 
bir-biri  ilə  bağlı  olan  problemlərinə  sistemli  yanaşma  nəticə-
sində elektron kommersiya vasitəsilə ticarət və investisiya (sər-
mayə)  axınlarının  idarə  edilməsi  və  müvafiq  maliyyə  risklə-
rinin effektiv qaydada birləşdirilməsi mümkün olur. 
Elektron kommersiya sahəsində irəli addımlayan ölkələr-
də  bu  yanaşma  müəssisə  resurslarının  idarəedilmə  sisteminin 
(Enterprise  Resource  Planning,  ERP)  qurulmasında  özünün 
təcəssümünü tapmışdır. Bu sistem elektron biznesin əsas infra-
strukturunu  təşkil  edir.  Klassik  ERP-sistem  özündə  alışların 
idarə  edilməsini,  istehsalatı,  satışı,  anbar  ehtiyatlarını,  əmək 
resurslarını  birləşdirir.  Bu  zaman  maliyyə  modulu  sistemin  ən 
sadə hissəsini təşkil edir.  
 
3.
  Elektron kommersiyanın vacib hissələrindən biri elek-
tron ticarətdir.  
Bu terminin Beynəlxalq Ticarət Təşkilatı tərəfindən təfsi-
rinə əsasən (sentyabr 1988-ci il) elektron ticarət - ticarətin spe-
sifik  forması,  malların  və  xidmətlərin  alışının,  satışının  və 
bölgüsünün  tamamilə  yeni  üsulu  olmaqla  hazırda  beynəlxalq 
miqyasda  tanınmış  çoxtərəfli  ticarət  qaydaları,  o  cümlədə
xidmətlərlə ticarət üzrə Baş sazişlə nizamlanır. 
 Bu anlayışlardan  görünür ki,  «elektron kommersiya»  və 
«elektron  ticarət»  sözbirləşmələrində  əsas  sözlər  -  «kommer-
siya» və «ticarət» sözləridir və «ticarət» termini bu zaman ge-


 
 
14
niş  şərh  olunmalıdır  ki,  bu  da  onun  ticarət  xarakterinin  (həm 
müqavilə, həm də qeyri-müqavilə xarakterli) bütün münasibət-
lərindən irəli gələn məsələləri əhatə etməsi ilə bağlıdır.  
Elektron  kommersiya  öz  təbiətinə  görə  beynəlmiləldir. 
Hələ ki, o, daha çox tətbiqini ABŞ, Yaponiya və Avropa Birliyi 
arasında aparılan əməliyyatlarda tapmışdır. 
Elektron  kommersiyanın  müasir  inkişaf  mərhələsinin 
xüsusiyyəti 
ondan ibarətdir ki, onun fəaliyyət göstərməyə qabil 
olması  barədə  ümumi  ayılma  dövrü  başlamışdır.  Bütün  dünya 
inanmışdır  ki,  xarici  formatdan  başqa  heç  bir  yeni  prinsipial 
ş
ey təklif olunmayıb. Kütləvi istehlakçılar ilə virtual məkanda 
işləmə cəhdləri heç bir uğura gətirib çıxarmamışdır. Bunun sə-
bəbi  də  ondan  ibarətdir  ki,  nternet-şirkətlər  biznesin  ənənəvi 
modellərini şəbəkəyə köçürür, lakin onlarla işləməyi bacarmır-
lar.  Virtual  texnologiyalara  aludə  olaraq  onlar  real  biznesin 
marketinq, əmtəəşünaslıq, logistika, istehlakçılar və malgöndə-
rənlərlə münasibətlər və s. kimi tərkib hissələrini (komponent-
lərini) haqsız olaraq unudurlar. 
Hazırda  nternetdə keçmiş xeyirxah ənənəvi biznes erası 
başlamışdır ki, o da yeni informasiya texnologiyalarından isti-
fadə etməklə onları özünün texnoloji halqasına daxil edir. 
Buna görə də haqlı olaraq qeyd eləmək lazımdır ki, elektron 
kommersiyanın  predmeti 
kommersiya  əməliyyatlarının  aparılma-
sının bütün formaları, yəni ticarət; distribütor sazişləri; kommersiya 
nümayəndəliyi  və  agent  münasibətləri;  faktorinq;  lizinq;  sənaye 
obyektlərinin tikintisi; konsultativ (məsləhət) xidmətlər; injinirinq; 
lisenziyaların alışı/satışı; investisiya (sərmayə) qoyuluşu; maliyyə-
ləşdirmə; bank xidmətləri; sığortalanma; istismar olunma və yaxud 
konsessiya haqqında saziş; birgə müəssisələr, sənaye və sahibkarlıq 
ə
məkdaşlığının digər formaları ola bilər.    
Bundan  başqa,  kommersiya  sövdələşməsinin  modeli 
(şəkil  1)  göstərir  ki,  onun  tərkibinə  daxil  olan  bütün  proseslər 
(bazarın tədqiq olunması, kommersiya tərəfdaşının axtarılması, 
ödəniş  əməliyyatları,  risklərin  sığortalanması  və  s.)  həm  də 
elektron kommersiyanın predmetini təşkil edirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə