MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   51   52   53   54   55   56   57   58   59

 
 
200
• müəssisənin inkişaf planları; 
• ticarət firmasının bazar strategiyası; 
•  malgöndərənlərin  və  vasitəçilərin  siyahısı,  malların 
göndərilməsi şərtləri (qiymətlər, miqdar, çeşid strukturu və s.); 
• məsrəflərin quruluşu; 
• bank əməliyyatları haqqında məlumatlar; 
• təsərrüfat fəaliyyətinin iqtisadi nəticələri; 
• qiymət siyasəti; 
•  satılan  mallara  tələbin  tədqiqinin  nəticələri  haqqında 
məlumatlar (mümkün ola bilən həcm, alıcıların xarakteristikası, 
ə
vəzedici malların mövcud olması və s.); 
•  açıq  mənbələrdən  əldə  olunmayan  rəqiblər  haqqında 
informasiya; 
• firmanın işçi heyəti barəsində məlumat; 
•  kommersiya  sirri  haqqında  qanunla  müəyyən  olunmuş 
və  ticarət  müəssisəsi  tərəfindən  müstəqil  olaraq  işlənilən  və 
yaxud  işəgötürən  tərəfindən  işçinin  əmək  kontraktına  daxil 
edilən digər informasiya. 
nkişaf  etmiş  iqtisadiyyata  malik  olan  ölkələrdə,  ABŞ, 
Almaniya,  Böyük  Britaniya,  Yaponiya  və  digərlərində,  kom-
mersiya  sirrinin  qorunması  müvafiq  hüquqi  bazaya  əsaslanır. 
Lakin onun qorunmasında əsas rolu dövlət orqanları deyil, fir-
maların öz bölmələri oynayırlar.  
Kommersiya  sirrini  təşkil  edən  informasiyaya  iqtisadi 
cəhətdən  inkişaf  etmiş  ölkələrdə  elmi-texniki,  texnoloji,  kom-
mersiya,  təşkilati  və  iqtisadi  fəaliyyətdə  istifadə  olunan  digər 
informasiya, o cümlədən nou-hau aid edilir.    
Kommersiya  sirrinin  açılması  kimi  qanunun  və  yaxud 
müqavilənin, məsələn, əmək müqaviləsinin pozulması yolu ilə 
baş  verən  hərəkət  və  yaxud  hərəkətsizlik  və  onun  nəticəsində 
kommersiya  sirrinin  üçüncü  şəxslərə  məlum  olması  başa 
düşülür. 
Kommersiya informasiyasının əhəmiyyətli hissəsi onunla 
xarakterizə olunur ki, sahibkarın onu gizlətməyə marağı olmur. 


 
 
201
Bu, ilk növbədə, reklam informasiyasına aiddir.  Lakin reklam 
aksiyaları sahibkar üçün mənfi tərəfə malikdir – kənar şəxslərə 
qorunmalı  olan  informasiya  məlum  ola  bilər.  Digər  tərəfdən 
isə, informasiya girişin həddindən artıq məhdudlaşdırılması işçi 
heyətinin işini çətinləşdirir və əsassız iqtisadi məsrəflərə gətirib 
çıxarır. Buna görə də kommersiya sirrinin qorunmasının təşkil 
olunması  zamanı  kommersiya  sirrini  tərtib  edən  şəxslərin  dai-
rəsini dəqiq müəyyən etmək lazımdır.  
Elektron  kommersiyada  informasiyanın  itirilməsi  müx-
təlif səbəblərlə bağlıdır, o cümlədən: 
•  elektron  informasiya  texnologiyaları  vasitəsilə  yaradı-
lan,  ötürülən  və  saxlanılan  informasiyaya  icazəsiz  girişin 
olması; 
• kompyuter viruslarının təsiri; 
• kommersiya informasiyasına çıxışı olan şəxslərin qəsd-
siz edilən texniki səhvləri; 
• proqram təminatının proqram təminatı. 
Hüquqi müdafiə ilə yanaşı elektron kommersiyada infor-
masiyanın qorunmasının əsasını texniki müdafiə də təşkil edir.  


 
 
202
 
XXIX.
  ELEKTRON KOMMERS YANIN 
PERSPEKT VLƏR  
 
1.
 Elektron kommersiya sistemlərinin inkişaf amilləri 
2.
 G S-texnologiya – elektron cəmiyyətinin qurulmasının 
ə
sası kimi 
3.
 Elektron ödəniş sistemlərinin inkişaf perspektivləri 
4.
 Elektron  kommersiya  sistemlərinin  inkişafının  əsas 
istiqamətləri 
 
1.  Yaxın  onillkilər  ərzində  nternet  xüsusiləşmiş  mühit 
kimi  deyil,  universal  kommunikasiya  strukturu  kimi  fəaliyyət 
göstərəcək  və  rəqəmli  video,  audio,  web-səhifə,  maliyyə  tran-
zaksiyası və s. özündə cəmləşdirəcəkdir. Bu isə ona gətirəcək-
dir ki, elektron ticarət adi kommersiya ilə biləşəcək və ənənəvi 
mağazalarda  alışlar  nağdı  pullarla  deyil,  elektron  pullarla, 
məsələn,  mobil  telefonda  və  yaxud  saatlarda  yerləşdirilmiş 
CDMA-kompyuter vasitəsilə ödəniləcəkdir.  
Yaxın  gələcəkdə  geniş  yayımı  gözlənilən  elektron 
kommersiya texnologiyaları arasında aşağıdakıları qeyd etmək 
olar: 
–  elektron  pullar  əsasında  qarşılıqlı  hesablaşmalar  me-
xanizmləri; 
– elektron hökumət konsepsiyasının reallaşdırılması; 
– coğrafi cəhətdən yerləşdirilmiş birgə fəaliyyət iştirakçı-
larının qrupvari iş texnologiyaları (teleiş, virtual müəssisələr); 
–  sahibi  tərəfindən  lazımi  informasiyanın  toplanmasına 
və  filtrdən  keçirilməsinə,  kontragentlərin  (qoyulan  meyarlara 
cavab  verə  bilən  adamların,  təşkilatların,  digər  virtual  agent-
lərin) axtarılmasına, onlarla danışıqlar aparılmasına və s.  proq-
ramlaşdıran  informasiya  robotunun  Şəbəkədə  daimi  iştirakı 
effektini  yaradan  virtual  agent  texnologiyası.  Bu  cür  texno-
logiya şəbəkə iqtisadiyyatının iştirakçıları üzərinə düşən yükün 
azaldılmasına  imkan  verəcək,  əlaqələrin  yaradılması,  danışıq-


 
 
203
ların keçirilməsi, sazişlərin təmin edilməsi və s. proseduraların 
sürətinin və effektivliyinin qaldırılmasına şərait yaradacaqdır. 
nformasiya  texnologiyaları  mütəxəssislərinin  və  onların 
xidmətləri  istehlakçılarının  əsas  diqqəti  ticarət  sferasında 
х
üsusi  kompyuter  texnologiyalarından  istifadəyə  yönəldil-
mişdir.   
Azərbaycanda  nternet-ticarətin  inkişaf  səviyyəsi  hələ 
Qərb ölkələrindəki səviyyədən çox-çox aşağıdır. 
 
2. Müasir müəssisələrə satışlar, müştərilər, partnyorlar və 
rəqiblər,  əhalinin  demoqrafiyası,  göndəriş  siyahıları  və  çoxlu 
digər informasiya həcmi ilə işləmək lazım gəlir. Bu informasi-
yanın  əsasında  coğrafi  yerləşmə:  ünvan,  poçt  indeksi,  xidmət 
zonasının  sərhədi,  məhsulun  satış  sahəsi,  daşınma  marşrutu 
durur.  Bütün  bu  informasiya  xəritədə  yerləşdirilə  bilər  və  onu 
interaktiv rejimdə idarə etmək olar.  
Bu məqsədlər üçün mövcud və qurulmaqda olan nəqliy-
yat  və  informasiya  kommunikasiyaları,  sənaye  və  kənd  təsər-
rüfatı  müəssisələri,  yaşayış  fondu,  digər  binalar  və  qurğular, 
ə
halinin, sənayenin mühəndislik təminatı, qaz, su, istilik, elek-
trik  təchizatı  axınlarının başlanğıc,  son  məntəqələri  və  trayek-
toriyaları  üzrə  informasiyaları  birləşdirən  texnologiyalar  la-
zımdır.   
Belə texnologiya geoinformasiya sistemlərinin (G S)  ya-
radılması  zamanı  reallaşdırıla  bilər.  Bu  texnologiya  məlumat 
bazası  ilə  ənənəvi  əməliyyatları  tammənalı  vizuallaşdırmanın 
və  coğrafi  (məkanda)  təhlilin  üstünlükləri  ilə  birləşdirir.  Bu 
xüsusiyyətlər  G S-i  digər  informasiya  sistemlərindən  fərqlən-
dirir  və  bizi  əhatə  edən  dünyada  baş  verən  halların  və  hadi-
sələrin təhlili və proqnozlaşdırılması ilə bağlı olan geniş məsə-
lələr spektrində onun istifadəsində unikal imkanlar yaradır.  
G S-texnologiyaların  ilk  istifadə  sahələri  aşağıdakılar 
olmuşdur: 
– torpaq resurslarının idarə edilməsi, torpaq kadastrı; 


 
 
204
–  bölüşdürülmüş  istehsalat  infrastruktur  obyektlərinin 
inventarizasiyası, uçotu və idarə olunması; 
– şəhərsalmada, arxitekturada, sənaye və nəqliyyat tikin-
tisində layihələşdirmə, mühəndis işləmələri və planlaşdırma; 
– dəniz xəritə çəkilməsi (kartoqrafiyası) və naviqasiyası; 
–  aeronaviqasiya  kartoqrafiyası  və  hava  nəqliyyatı 
hərəkətinin idarə olunması; 
– distant (məsafədən) zondlaşdırma; 
– təbii resursların (su, meşə və s.) idarə olunması, o cüm-
lədən  təbii  mühitdə  proseslərin  modelləşdirilməsi,  təbiəti  mü-
hafizə  tədbirlərinin  idarə  olunması,  mineral-xammal  resursla-
rının inventarizasiyası, uçotu və idarə olunması; 
– yerin relyefinin təqdimatı və təhlili; 
–  ətraf  mühitin  vəziyyətinin  monitorinqi,  fövqəladə  və 
böhran hallarına münasibətin göstərilməsi; 
– daşımaların planlaşdırılması və operativ qaydada idarə 
olunması; 
–  nəqliyyat  və  telekommunikasiya  şəbəkələrinin  inki-
ş
afının planlaşdırılması; 
– marketinq, bazarın təhlili; 
– arxeologiya; 
–  ərazilərin,  yaşayış  məntəqələrinin  kompleks  qaydada 
idarə olunması və planlaşdırılması; 
–  hərbi  iş  və  kəşfiyyat,  ümumi  və  xüsusi  təhsil,  kənd 
təsərrüfatı və s. 
 
3.  Elektron  kommersiyanın  inkişaf  tempini  müəyyən 
edən  mühüm  amillərindən  biri  –  nağdsız  hesablaşmalar  siste-
minin inkişaf etməsidir.  Hazırda  nternet vasitəsilə alış etmək 
istəyən  hər  bir  adam  bir  neçə  hesablaşma:  nağdı  qaydada  he-
sablaşma,  bank  köçürməsi  ilə  ödəniş,  plastık  kartlardan,  elek-
tron pullardan və yaxud çeklərdən istifadə etməklə qabaqcadan 
ödəniş    imkanlarına  malikdir.  Bütövlükdə  demək  olar  ki, 


 
 
205
nternet-kommersiyada  ödəniş  prioblemi  texniki  səviyyədə 
demək olar ki, həll olunub.  
Lakin yeni ödəniş sistemlərinə keçid hamı tərəfindən ey-
nimənalı  qiymətləndirilmir.  nformasiya  texnologiyaları  sahə-
sində  irəliləyiş  mərkəzi  bankların  inhisarçı  vəziyyətinə  təsir 
göstərir.  Müstəqil  ödəniş  sistemləri,  istifadə  olunan  elektron 
pullar pul kütləsinin həcmini nəzarətsiz olaraq artıra bilər. Pul-
ların emissiyası ənənəvi olaraq mərkəzi bankların müstəsna hü-
ququdur, lakin elektron pulların emissiyasını xüsusi şirkətlər də 
həyata  keçirməyə  başlamışdır  ki,  bu  prosesi  dövlət  həmişə 
nəzarətdə saxlaya bilmir. 
 
     4. Elektron kommersiya sistemlərinin inkişafının əsas 
istiqamətləri 
1. Lap yaxın vaxtlarda banner mübadiləsi şəbəkələrinin iş 
prinsipi dəyişmişdir ki, bu da banner reklamı strukturunda də-
yişikliklərə  gətirib  çıxara  bilər.  Banner  mübadiləsi  şəbəkələri-
nin  informasiya  ötürmə  sürətinin  artımı  banneri  yerləşdir-
məzdən  əvvəl  web-səhifənin  məzmununu  qabaqcadan  təhlil 
etməyə imkan verəcəkdir. 
Web-səhifənin  məzmununun  qabaqcadan  təhlili  reklamı 
ünvanlı, baxılan səhifənin məzmununa uyğun olaraq yerləşdir-
məyə  imkan  verəcəkdir.  Əgər  bu  imkanlar  profaylinqdən  isti-
fadə edilməklə tamamlanarsa, onda banner reklamında istifadə-
çinin  maraqlarının  nəzərə  alınmasında  yeni  güclü  alət  yarana-
caqdır.  Bu cür alətin yaranması targetinqin mövcud metodları-
nı dəyişdirəcək və xüsusiləşdirilmiş, tematik banner mübadiləsi 
şə
bəkələrinin yaradılmasını lazımsız edəcəkdir.  
2.  nternet-kommersiya  sisteminin  digər  vacib  inkişaf 
sistemi  –  nternetə  daxilolma  infrastrukturasının  təkmilləşdi-
rilməsidir.  Telefon  xətləri  ilə  nternetə  çıxış  (Azərbaycanda 
istifadəçilərin  əksər  hissəsi  bundan  istifadə  edir)  aşağı  keyfiy-
yətdə  əlaqəni  təmin  edir  ki,  bu  da  informasiyanın  ötürülməsi 
sürətində  də  öz  əksini  tapır.  Bundan  başqa,  telefon  xətti  ilə 


 
 
206
nternet  əlaqəsi  zamanı  istifadəçi  çox  vaxt  adi  telefondan 
istifadə edə bilmir.    
Bu  birləşdirmə  metoduna  alternativ  kimi  –  nternetə 
ayrıca  ayrılmış  xətt  vasitəsilə  çıxışın  təmin  olunmasıdır. 
Hazırda  yeni  mənzillərin  tikintisi  zamanı  tikinti  şirkətləri  adi 
telefon  xətti  ilə  yanaşı  hər  bir  mənzilə  nternet-provayderlə 
ə
laqə üçün kabel çəkilir ki, bu da birləşdirmə xərclərinin azal-
dılmasna şərait yaradır.  
3.  Yaxın  illər  ərzində  müəssisələr  biznesin  aparılması 
üçün istifadə etdikləri istiqamətləri dəyişəcək və bütün biznes-
proseslərin əsasını  nternet təşkil edəcəkdir.  
Bir  çox  şirkətlər  öz  diqqətlərini  web-servislərdə  cəmləş-
dirəcəkdir.  Web-servislər  öz  daxili  informasiya  sistemlərində 
tədric  olunmuş  şirkətlər  üçün  maraqlı  olacaqdır  və  onlar  iri 
meynfreymdən  bölüşdürülmüş  şəbəkələrə  keçməyə  can 
atacaqlar.   
Web-servislərdən istifadə olunması - əvvəlllər bir-biri ilə 
ziddiyyətdə olan informasiya sistemlərinin qarşılıqlı əlaqəsinin 
təşkil olunmasının effektiv üsuludur.  
4.  Böyük  inkişaf  perspektivi  vəd  edən  ayrıca  istiqa-
mətlərdən biri – virtual  müəssisələrin  yaradılmasıdır. Elektron 
kommersiya  texnologiyaları  onlara  yüksək  rəqabətqabiliyyəti 
səviyyəsini təmin edir. Bu da istehsalın təşkilinin aşağı xərclə-
rinin  olması,  bazar  konyunkturuna  yüksək  qaydada  uyğun-
laşma, kapitaltutumlu avadanlığın əvəz olunmasına və işçi he-
yətinin  yenidən  öyrədilməsinə  əsaslanan  daimi  texniki  təkmil-
ləşmənin  həyata  keçirilməsi,  virtual  müəssisənin  yeni  işti-
rakçılarının cəlb olunması nəticəsində mümkün olur.    
5.  nformasiya  texnologiyalarının  inkişafı  nəticəsində 
bəşər  tarixində  ilk  dəfə  olaraq  ictimai  quruluşun  təşkilində 
demokratik prinsiplərdən daha tam istifadə olunmasının texniki 
imkanları  yaranmışdır.  Elektron  hökumət  texnologiyaları 
dövlət  aparatını  minimuma  endirməyə  və  məmurların  özbaşı-


 
 
207
nalıq  imkanlarını  azaltmağa  imkan  verir  və  iqtisadiyyatda 
sahibkarlıq təşəbbüsü üçün geniş imkanlar yaradır. 
6.  Neoklassik  məktəbin  (Milton  Fridmen,  Fridrik  fon 
Hayek,  rvinq  Fişer,  Robert  Solou)  nəzəri  müddəalarının  iq-
tisadi sferada reallaşdırılması imkanları yaranır. Elektron haki-
miyyət texnologiyalarının sonrakı inkişafı onların geoinforma-
siya sistemləri ilə inteqrasiya olunması ilə bağlıdır.  


 
 
208
TƏKL F OLUNAN ƏDƏB YYAT 
 
1.  Алексунин  В.А.,  Родигина  В.В.  Электронная  ком-
мерция
  и  маркетинг  в  Интернете:  Учебное  пособие.  М.: 
Изд
. Дашков и Кº, 2007 
2.  Банки и банковское дело/ под ред. И.ТБалабано-
ва
. СПб.: Питер, 2001 
3.  Гридасов  А.Ю.,  Ивасенко  А.Г.,  Павленко  В.А.  Ин-
формационные
  технологии  в  экономике  и  управлении.  – 
М
.: КОНКУРС, 2005. 
4.  Журнал 
«Мир 
электронной
 
коммерции
»: 
http://wwwosp.ru/ecom/.
 
5.  Кобелев  О.А.,  Пирогов  С.  В.,  Резго  Г.Я.  и  др.  Ос-
новы
 электронной коммерции: Учеб. пособие / под ред. С. 
Ю
. Глазьева. — М.. МГУК. 2001 
6.  Козье ЛЭлектронная коммерция / пер. с англ. М.: 
Издательско
-торговый дом «Русская редакция», 1999 
7.  Мир Interneta. 1999 - 2002 гг. 
8.  Новомлинский  Л.  С  чего  начать  создание  элек-
тронной
 
коммерции
 
// 
www.wilmark

ra/wilddcsign/company.asp, 
www.e-commerce.ru
 
9.
  Новомлинский Л. Анатомия виртуальной торговли 
//  www.witmark.ru/wilddesign/  company.asp,  www.  e-
commerce.ru 
10. Попов  В.  М.,  Маршавин  Р.  А.,  Ляпунов  С.И.  Гло-
бальный
  бизнес  и  информационные  технологии.  Совре-
менная
 практика и рекомендации / под ред. В. М. Попова. 
— М.: Финансы и статистика. 2001 


 
 
209
11. Пэйтэл  К.,  Мак-Картин  М.П.  Секреты  успеха  в 
электронном
 бизнесе / пер. с англ. под ред. Г. С. Осипова. 
СПб
.: Питер, 2001 
12.
 Что  такое  электронная  коммерция?  В.  Завалеев, 
Центр
 
информационных
 
технологий

http://www. 
citforum.ru/marketing/articles/ art_1.shtml 
13. Эймор  Д.  Электронный  бизнес:  эволюция  и  (или) 
революция
 /пер. с англ. М.: Издательский дом «Вильяме», 
2001 
14. Электронная  коммерция/Под  ред.  Брагина  Л.А. 
М
.: Экономист, 2005 
15. Юрасов  А.В.  Электронная  коммерция.  М.:  Изд. 
«Дело», 2003 
16.
 www.assist.ru 
www.pgpru.com/links
 
www.zeiss.net.ru/docs
 
www.pgp.org
 
www.pgpi.com
 
www.gloffs/com
 
www.amazon.com
 


 
 
210
MÜNDƏR CAT 
 
I. Elektron kommersiyanın nəzəri əsasları ....................... 
II.  nformasiya  texnologiyalarının  yaranma  və  inkişaf 
mərhələləri. Elektron kommersiyanın predmeti ............... 
III. Elektron bazarın strukturu ..........................................  
IV.  Müasir  dünyada  elektron  kommersiyanın  inkişaf 
problemləri ……………………………………………... 
V.  Elektron  kommersiyanın  kompleks  şəkildə  reallaşdı-
rılmasının əsas mərhələləri ............................................... 
VI.  Beynəlxalq  təşkilatların  elektron  kommersiyanın 
proseduraları  və  qaydaları  üzrə  əsas  tələbləri  və  tövsi-
yələri ................................................................................. 
VII.  Elektron  kommersiyanın  inkişafının  iqtisadiyyata 
təsiri .................................................................................. 
VIII. Elektron kommersiyanın alətlər bazası ................... 
IX. Ştrixli kodlaşdırılmanın elektron kommersiyada rolu.  
X. Elektron poçt vasitəsilə yazışmalar. Forumlar. Çatlar . 
XI.  Elektron  kommersiyanın  avtomatlaşdırılmış  sistem-
ləri .................................................................................... 
XII.  nternetdə pərakəndə ticarətin təşkil olunması ......... 
XIII.  B2C  modeli  (business-to-consumer):  onun  qurul-
masına yanaşmalar………..……………………………  
XIV.  Elektron  kommersiyada  В2B  (business-to-
business) modeli………………………………………...  
XV. Xidmət sənayesi sahəsində elektron kommersiya .... 
XVI.  Korporativ  bölmədə  elektron  kommersiya 
sistemləri ..........................................................................  
XVII.  nternet-marketinqin  mahiyyəti  və  onun  alətlər 
bazası ................................................................................  
XVIII. Saytpromoutinq anlayışı və onun strukturu .......... 
XIX. Elektron ödəniş sistemləri ....................................... 
 
 

 
10 
16 
 
19 
 
22 
 
 
26 
 
35 
41 
75 
81 
 
85 
98 
 
101 
 
103 
107 
 
113 
 
119 
129 
134 
 
 


 
 
211
XX. Elektron-rəqəmli imzaların yaradılması və elektron 
poçt  vasitəsilə  verilən  məlumatların  qorunması  üçün 
kriptosistemlərin tətbiq olunması ………......................... 
XXI. Elektron sənəd dövriyyəsi sistemləri ....................... 
XXII. Elektron hökumət .................................................. 
XXIII. Rəqəmli elektron imza vasitələrinin infrastruktu-
runun yaradılması ………………………………….........  
XXIV.  Elektron  kommersiyanin  təhlükəsizliyi.  Termin-
lər və ifadələr…………..………………………………. . 
XXV. Təhlükələrin növləri və mənbələri………………. 
XXVI.  Elektron  kommersiyanın  effektivliyi.  Elektron 
kommersiyanın effektivliyinin əsas anlayişları ................ 
XXVII.  Elektron  kommersiyada  informasiya  təhlükə-
sizliyi ……………………………………........................ 
XXVIII.  Elektron  kommersiyada  risk.  Sahibkarlıq 
fəaliyyətində risklərin ümumi xarakteristikası.  Elektron 
kommersiyanın normativ-hüquqi təminatı ....................... 
XXIX. Elektron kommersiyanın perspektivləri ............... 
Təklif olunan ədəbiyyat……………………………….. 
 
 
 
151 
157 
162 
 
165 
 
167 
171 
 
177 
 
182 
 
 
194 
202 
208 
 
 
 
 
 
 
 


 
 
212
 
Няшриййатын мцдири 
Камил Щцсейнов 
 
Баш редактор 
Исмят Сяфяров 
 
Редактор 
Исабя Щцсейнова 
 
Корректор 
Сцдабя Манафова 
 
Компйутер operatoru 
Тяраня Бахшялийева 
 
 
Дизайнер 
Вцсаля Ахундова 
 
 
 
M.Q.  Əkbərov  
Elektron kommersiya  
-------------------------- 
Dərs vəsaiti 
 
 
 
 
 
 
 
Чапа имзаланыб 1803. 2011. Каьыз форматы 60х84 1/16. 
Щяжми  13,3  ч.в. Сифариш 106.  Сайы   500
--------------------------------------------------------------------------- 
" Игтисад Университети " Няшриййаты. 
АЗ 1001, Бакы, Истиглалиййят кцчяси, 6  
__________________________________________________ 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə