MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   51   52   53   54   55   56   57   58   59

 
 
192
vaxt  fırıldaqçılar  istifadə  edirlər.  Burada  xarakteril  fırıldaqlar: 
qiymətli  kağızlara  investisiyalar,  lotereyada  uduşlar  və  Nige-
riya məktubları adlandırılan fırıldaqlardır.  
Qiymətli  kağızlara  investisiyalar  zamanı  fırıldaqçılar 
həddindən  artıq  böyük  həcmlərdə  az  tanınan,  böyük  olmayan 
firmanın aşağı likvidli səhmlərini alırlar. Sonra isə firmanın gö-
rünməmiş potensialı haqqında yanlış informasiya yayılır və bu 
işə  iri  şirkətlərin  və  ciddi  ekspertlərin  adları  cəlb  edilir,  bu 
yolla  səhmlərin  artımı  üçün  şərait  yaradılır.  Səhmin  qiyməti 
yüksək  həddə  çatanda  fırıldaqçılar  bütöv  paketi  satırlar,  sonra 
isə  qiymət  tezliklə  ilkin  həddinə  düşür.  Nəticədə,  fırıldaqçılar 
ə
həmiyyətli  miqdarda  mənfəət  əldə  edirlər  (alış  və  satışın  fər-
qində),  onların  qurbanları  isə  bir  o  qədər  əhəmiyyətli  zərərə 
düşürlər.  
Lotereyada görünməmiş uduş da – pulların toplanıb əldə 
olunması yollarından biridir. Bunun mahiyyəti ondan ibarətdir 
ki,  hər  hansı  «bəxtəvər»  bir  şəxsə  bildirilir  ki,  o,  guya,  xarici 
ölkənin lotereyası ilə iri məbləğdə pul udub, lakin həmin uduşu 
almaq  üçün  həmin  ölkənin  qanunvericiliyi  ilə  nəzərdə  tutulan 
müxtəlif  vergi  və  yığımlar  ödənilməlidir.  «Asan  pul»  qazan-
maq  arzusu  o  qədər  yüksək  olur  ki,  yalançı  uduşun  məblə-
ğ
indən bir neçə dəfə az olan məbləğlə asanlıqla vidalaşırlar. 
Fırıldaqçılığın  daha  bir  maraqlı  üsulu  -  Nigeriya  mək-
tublarıdır. Ünvan sahibinin adına Nigeriyadan olan yüksək və-
zifəli şəxsdən belə bir məktub (bəzən də hər hansı bir nazirliyin 
blankında)  gəlir  ki,  adresatın  olduğu  ölkənin  bank  hesabında 
onun astromonil məbləğdə pulu ilişib qalıb və yaxşı komissiya 
ilə  onu  oradan  çıxarmaq  xahiş  olunur.  Bunun  üçün  müəyyən 
adamlara az bir məbləğdə rüşvət verilməlidir və bu rüşvəti ün-
van  sahibi  nigeriyalının  göstərdiyi  adamların  hesablarına  kö-
çürməlidir.  Rüşvətin  pulu  keçirildikdən  sonra,  aydındır  ki,  ni-
geriyalı ilə əlaqə kəsilir. 
Burada  məsləhət  kimi  «investisiya»  layihələrinin  risk-
gəlirlilik  baxımından  diqqətlə  və  hərtərəfli  təhlil  olunması  və 


 
 
193
onun  başa  düşülməsi  ki,  yüksək  gəlirlilik  özündə  həmişə 
qoyulan vəsaitlərin itirilməsi kimi yüksək risk daşıyır. 
Ödəniş  sistemlərinin  qeyri-mükəmməlliyi  ilə  bağlı 
olanlar. Burada sadəlik ondan ibarətdir ki, istifadəçinin identi-
fikasiya  olunmasının  dəqiq  və  birmənalı  yolu  yoxdur.  Buna 
görə də pulun köçürüldüyü adamı tapmaq demək olar ki, müm-
kün olmur. 
Burada  məsləhət  –  tanımadığın  adamlara  (yaxud  inam 
doğurmayan)  istifadəçinin  dəqiq  və  birmənalı  indentifikasi-
yasını  təmin  edə  bilməyən  ödəniş  sistemləri  vasitəsilə  pul  kö-
çürmək olmaz.  
  


 
 
194
 
XXVIII.
  ELEKTRON KOMMERS YANIN 
NORMAT V-HÜQUQ  TƏM NATI 
 
1.
  Mövcud Azərbaycan qanunvericiliyinin icmalı  
2.
  Hazırlıq mərhələsində olan qanunvericilik sənədləri 
3.
  Kommersiya xarakterli informasiya  
 
1.  Azərbaycanda  müasir  informasiya  texnologiyaları  və 
nternet  şəbəkələri  bazasında  sahibkarlıq  strukturlarının  fəal 
inkişafı  elektron  kommersiyanın  normativ-hüquqi  təminatının 
formalaşdırılmasını tələb edir.  
Elektron  kommersiyanın  istinad  qaydası  üçün  — 
«elektron  üşülla  bağlanılmış  müqavilənin  qanuni  və  həqiqi 
olması»  —  Azərbaycanda  ardıcıl  olaraq  hüquqi  zəmin 
yaradılır. 
Elektron  sövdələşmələr  sahəsində  üç  əsas  anlayış: 
«sənədləşdirilmiş  informasiya  (sənəd)»,  «informasiya  sistemi» 
və  «avtomatlaşdırılmış  informasiya  sistemləri  vasitələri  və 
onların texnologiyaları» vardır. 
Sənəd və yaxud sənədləşdirilmiş informasiya
 kimi maddi 
daşıyıcıda  təsbit  olunmuş  informasiya  (onu  identifikasiya  et-
məyə imkan verən rekvizitlərlə) başa düşülür. 
nformasiya  sistemi 
sənədlərin  (sənəd  massivlərinin)  və 
informasiya  texnologiyalarının  təşkilati  və  qaydaya  salınmış 
toplusu kimi ifadə olunur. 
Avtomatlaşdırılmış  informasiya  sistemlərinin  və  onların 
texnologiyalarının
  təmin  olunması  vasitələrinə  informasiya 
sistemlərinin  layihələşdirilməsində  istifadə  olunan  və  yaxud 
yaradılan  və  onların  istismarını  təmin  edən  proqram,  texniki, 
linqvistik,  hüquqi,  təşkilati  vasitələr  (elektron  hesablayıcı  ma-
ş
ınlar  üçün  proqramlar;  hesablama  texnikası  və  rabitə  va-
sitələri;  lüğətlər,  tezauruslar  və  təsnifatlar;  təlimatlar  və  meto-
dikalar; əsasnamələr, nizamnamələr, vəzifə təlimatları; sxemlər 


 
 
195
və  onların  təsviri,  digər  istismar  və  müşayiətedici  sənəd-
ləşmələr) aiddir. 
Avtomatlaşdırılmış  informasiya  və  telekommunikasiya 
sistemlərinin  köməyi  ilə  saxlanılan,  işlənilən  və  ötürülən 
sənədin hüquqi qüvvəsi rəqəmli elektron imza ilə təsdiq oluna 
bilər. Yəni elektron sənədlər hüquqi qüvvəyə o vaxt malik olur 
ki, onlar mövcud standarta uyğun olaraq rəsmiləşdirilsin.  
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  (maddə 
406.3)  nəzərdə  tutur  ki,  «yazılı  formada  tərəflərin  imzaladığı 
bir  sənədin  tərtibi  yolu  ilə,  habelə  poçt,  teleqraf,  teletayp, 
telefon, elektron rabitə və ya sənədin müqavilə üzrə  kim tərəf-
dən  gəldiyini  dürüst  müəyyənləşdirməyə  imkan  verən  digər 
rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər».  
Hazırkı şəraitdə sövdələşmələrin real olaraq həyata keçi-
rilməsində əsas rolu rəqəmli elektron imza oynayır. Onun əsas 
funksiyaları  iki  məqamla  bağlıdır:  birincisi,  müasir  elektron 
texnologiyalar  vasitəsilə  ötürülən  informasiyanın  həqiqiliyini 
təsdiq etmək və ikincisi, ötürülən informasiyanı tərtib edən və 
onu  lazımi  qaydada  imzalayan  şəxsin  səlahiyyətlərini  təsdiq 
etmək.   
«Elektron  imza  və  elektron  sənədlər  haqqında»  2004-cü 
il  Azərbaycan  Respublikası  Qanununun  məqsədi  rəqəmli 
elektron  imzanın  elektron  sənədlərdə  istifadə  olunmasının  hü-
quqi  şərtlərini  –  yəni  həmin  şərtlərə  əməl  olunması  zamanı 
elektron sənəddəki rəqəmli elektron imza adi kağız daşıyıcısın-
da  olan  şəxsi  imzaya  bərabər  tutulur  –  müəyyən  etməkdən 
ibarətdir. 
Rəqəmli elektron imzanın mahiyyətini başa düşmək üçün 
Qanunda istifadə olunan aşağıdakı əsas anlayışları qeyd etmək 
lazımdır: 
•  imza  açarı  sertifikatının  sahibi  —  mərkəz  tərəfindən 
imza açarının sertifikatının verildiyi fiziki şəxsdir və o, qapalı 
rəqəmli  elektron  imza  açarına  malikdir  və  rəqəmli  elektron 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə