MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   51   52   53   54   55   56   57   58   59

 
 
196
imza vasitələri ilə elektron sənədlərdə özünün rəqəmli elektron 
imzasını yarada bilər (elektron sənədləri imzalaya bilər); 
•  imza  açarının  sertifikatı  —  səlahiyyətli  şəxsin  kağız 
daşıyıcısında olan sənəd və yaxud rəqəmli elektron imzası olan 
elektron sənəddir; 
•  rəqəmli  elektron  imzanın  bağlı  açarı  —  ancaq  imza 
açarı sertifikatının sahibinə məlum olan və elektron sənədlərdə 
rəqəmli  elektron  imzaların  yaradılması  üçün  nəzərdə  tutulan 
unikal (bənzərsiz) simvollar (rəmzlər) ardıcıllığıdır; 
• rəqəmli elektron imzanın açıq açarı — informasiya sis-
teminin istənilən hər bir istifadəçisinə məlum olan və elektron 
sənədlərdə  rəqəmli  elektron  imzaların  təsdiq  olunması  üçün 
nəzərdə  tutulan  və  rəqəmli  elektron  imzanın  bağlı  açarına  uy-
ğ
un gələn unikal (bənzərsiz) simvollar (rəmzlər) ardıcıllığıdır. 
 
2.  nternet-texnologiyalar  vasitəsilə  aparılan  biznesin 
inkişafında bir sıra maneələr vardır ki, bunlardan aşağıdakıları 
qeyd etmək olar: 
•  elektron  kommersiya  üçün  əsas  olan  anlayışların, 
məsələn, elektron kommersiya, elektron ticarət, elektron məlu-
mat  mübadiləsi,  elektron  sənəd,  elektron  imza  və  s.  qanunve-
riciklə müəyyən edilmiş təfsirinin olmaması; 
• elektron formatda bağlanılan sövdələşmələr zamanı isti-
fadə olunan sənədlərin siyahısında, strukturunda və formasında 
qeyri-müəyyənliyin olması; 
• mövcud Mülki Məcəllədə sövdələşmələrin ancaq kağız 
daşıyıcısında bağlanılması tələblərinin olması; 
•  elektron  sənədlər  üzrə  xidmətlər  təklif  edən  elektron 
(informasiya)  vasitəçilərinin  qanunvericiliklə  rəsmiləşdirilmiş 
vəzifə siyahısının olmaması; 
•  « stehlakçıların  hüquqlarının  qorunması  haqqında» 
Azərbaycan Respublikası Qanununda və istehlakçıların hüquq-
larını  qoruyan  digər  qanunvericilik  aktlarında  elektron  ticarət 


 
 
197
iştirakçıları  maraqlarının  və  qanuni  hüquqlarının  müdafiəsi 
üçün lazım olan müddəaların olmaması. 
Real  addımlardan  biri  «Elektron  ticarət  haqqında»  Qa-
nunun 2005-ci ildə qəbul olunmasıdır. Qanun ticarət xarakterli 
(həm  müqavilə,  həm  də  qeyri-müqavilə  xarakterli)  bütün  mü-
nasibətlərdən  irəli  gələn  məsələləri  əhatə  edir.  Ticarət  xarak-
terli münasibətlər aşağıdakı sövdələşmələri özündə əks erdirir: 
–  malların  göndərilməsi  və  yaxud  xidmətlərin  göstəril-
məsi üzrə istənilən ticarət sövdələşmələri; 
– distribütor sazişləri; 
– kommersiya sahibkarlığı və agent münasibətləri; 
– faktorinq; 
– lizinq; 
– sənaye obyektlərinin tikintisi; 
– 
konsultativ 
(məsləhət 
xarakterli) 
xidmətlərin 
göstərilməsi; 
– injinirinq; 
– lisenziyaların alqısı/satqısı; 
– investisiya (sərmayə) qoyuluşu; 
– maliyyələşdirmə; 
– bank xidmətləri; 
– sığortalanma; 
– istismar və konsessiya haqqında saziş; 
–  birgə  müəssisələr  və  sənaye  və  yaxud  sahibkarlıq 
ə
məkdaşlığının digər formaları; 
malların  və  sərnişinlərin  hava,  dəniz,  dəmir  yolu  və  ya-
xud avtomobil nəqliyyatı ilə daşınması. 
Qanun beş bölmədən ibarətdir: 
I. Ümumi müddəalar 
II. Elektron ticarətin təşkili 
III. Elektron ticarətin həyata keçirilməsi 
IV.  Elektron  ticarət  haqqında  qanunvericiliyin  pozulma-
sına görə məsuliyyət 
V. Yekun müddəalar  


 
 
198
Bu  Qanunda  yeni  anlayışların:  elektron  ticarət,  elektron 
məlumat,  elektron  məlumatı  göndərən  (alan),  informasiya 
vasitəçisi və s. təfsiri verilmişdir.  
Elektron  ticarətdə  müqavilənin  bağlanılması  qaydası  da 
dəqiq  müəyyən  olunmalıdır.  Elektron  ticarətdə  müqavilə 
bağlanılarkən  bir  tərəfdən  göndərilən  oferta  və  digər  tərəfdən 
isə  aksept  elektron  məlumat  şəklində  göndərilə  və  alına  bilər. 
Müqavilə  oferta  göndərmiş  şəxsin  onun  akseprtini  aldığı  anda 
bağlanmış sayılır.  
Elektron ticarət müqaviləsinin şərtlərinə aiddir: 
1) oferta müqavilənin bütün əhəmiyyətli şərtlərini özündə 
ə
ks etdirməlidir; 
2)  müqavilədə  nəzərdə  tutulmalıdır  ki,  onun  ayrı-ayrı 
şə
rtləri  müqaviləyə  digər  elektron  məlumata  istinadən  daxil 
edilə bilər; 
3) oferta və ofertaya dəvət aşağıdakıları nəzərə almalıdır: 
• müqavilənin bağlanılması qaydası; 
• şəxsi imzanın analoqundan istifadə qaydası; 
•  müqavilə  şərtlərinin  razılaşdırılması  zamanı  dəyişi-
kliklərin edilməsi mümkünlüyü və qaydaları; 
• aksept qaydası; 
• akseptin geri çağrılması qaydası; 
• elektron məlumatların saxlanılması və təqdim olunması 
üsulları  və  onlara  çıxma  şərtləri,  həmçinin  elektron  məlumat-
ların surətlərinin kağız daşıyıcıda təqdim olunması şərtləri. 
 
3. Hər bir kommersiya fəaliyyəti müxtəlif cür informasi-
yanın  alınmasını,  toplanılmasını,  saxlanılmasını,  işlənilməsini 
və  istifadə  olunmasını  nəzərdə  tutur.  Lakin  ancaq  o  informa-
siya müdafiə olunub qorunur ki, o, sahibkar üçün qiymətli ol-
sun.  Kommersiya  informasiyasının  qiymətliliyi  onun  faydalı-
lığı, vaxtlı-vaxtında olması və dürüstlüyü ilə müəyyən olunur.   


 
 
199
nformasiyanın  faydalılığı  ondan  ibarətdir  ki,  o,  ticarət 
təşkilatına  son  nəticə  baxımından  səmərəli  idarəetmə  qərarını 
qəbul etməyə imkan verir.  
nformasiya  ancaq  o  zaman  faydalı  olur  ki,  o,  vaxtında 
qərar  qəbul  edən  şəxsə  çatdırılmış  olsun.  Əks  halda  həmin 
informasiya lazımsız olur, onu firmanın maraqları üçün istifadə 
etmək olmur. Potensial gəlir itirilmiş xeyirə çevrilir.  
Səhih  kommersiya  informasiyası  —  firmanın  iqtisadi 
rifah halına real təhlükədir. Bunun nəticəsi isə alqı-satqı sövdə-
ləşməsinin  sərfəli  olmayan  şərtlərlə  bağlanılmasında,  perspek-
tiv partnyorla əməkdaşlıqdan imtna ediməsində və s. ola bilər.  
Bazar şəraitində kommersiya informasiyası dəyərə malik-
dir və bəzən əmtəə, mal olur. Məhz buna görə də kommersiya 
işçisi təkcə biznesin aparılması üçün lazım olan informasiyanın 
ə
ldə olunmasını təşkil etməli deyil, həm də ticarət müəssisəsin-
də  olan  informasiya  axınları  məzmununun  qorunmasını  təmin 
etməlidir.  
Ticarətdə  sahibkarlıq  informasiyası  müxtəlif  növlərə 
bölünür: təşkilatı,iqtisadi, maliyyə, kommersiya (məsələn, mal-
göndərənlər,  bazarın  tədqiqinin  nəticələri,  rəqiblər,  marketinq 
strategiyası  haqqında informasiya). Bazar şəraitində sahibkar-
ların  kommersiya  informasiyasının  təhlükəsizliyinin  təmin 
olunması  zəruriyyəti  yaranır.  Bunun  üçün  hüquqi  və  xüsusi 
tədbirlərdən istifadə olunur. 
Hansı informasiya kommersiya sirrini təşkil edir? 
Ticarətdə  kommersiya  sirri  kimi,  malların  istehsalçıdan 
alqı-satqı  yolu  ilə  istehlakçılara  doğru  hərəkəti  prosesinə  xid-
mətə yönəldilən texnolji və təsərrüfat əməliyyatlarının müxtəlif 
məqamları haqqında qəsdən gizlədilən iqtisadi məlumatlar başa 
düşülür.  nformasiyanın  giizlədilməsi  rəqabət  mübarizəsi  və 
ticarət  müəssisəsinin  təsərrüfat  fəaliyyətindən  maksimal  mən-
fəətin əldə edilməsi səyləri ilə bağlıdır.    
Kommersiya sirri təşkil edən məlumatlara aiddir: 
• malların alışı və satışı planları; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə