MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   51   52   53   54   55   56   57   58   59

 
 
189
Qabağını  alan,  qöruyucu  tədbir  kimi  viruslarla  mübari-
zədə  xüsusi  antivirus  proqramlarından  (özü  də  təzə  və  ye-
niləşdirilmiş) istifadə olunmasıdır.  
Haker  hücumları.  Proqram  təminatının  və  şəbəkə 
resurslarının  sındırılması  zarafat  xarakterli  hüquqa  zidd  hərə-
kətdən vicdansız rəqabətin güclü silahına çevrilmişdir. Demək 
olar ki, hər şey sındırılır:  nternet-mağazaların,  nternet provay-
derlərinin  xidmət  saytları,  ödənişli  saytlarda  bağlı  bölmələr, 
hətta dövlət orqanlarının saytları. 
Haker  hücumlarından  və  həm  də  viruslardan  yüzfaizli 
müdafiə  mövcud  deyil.  Bu,  onunla  bağlıdır  ki,  proqram  təmi-
natında  bütün  deşikləri  tutmaq  çox  çətindir,  hakerlər  isə  daim 
hücum edərək yeni zəif yerləri axtarıb tapırlar.  
Son  vaxtlar xüsusi  proqramlar  və  şəbəkə  ekranları  möv-
cuddur ki, onlar avtorizə olunmayan istifadəçilərin daxil olma-
sının qarşısını alır. Doğrudur, istedadlı hakerlər bu maneəni də 
dəf edə bilirlər, lakin digər tərəfdən, hakerlərin hamısı o qədər 
də  istedadlı  deyillər  və  özlərinin  daha  ciddi  həmkarlarının  bir 
qədər köhnəlmiş işləmələrindən istifadə edirlər. 
Fırıldaqçılıq (adamaldatma). Hazırkı zamanda fırıldaq-
çılığın növləri həddindən artıq çoxdur. Onların ağlasığmaz də-
rəcədə  çoxluğunu  nəzərə  alaraq  şərti  olaraq  elektron  kom-
mersiyaya daha yaxın olan növləri ayırmaq olar: 
 
kredit  kartların  nömrələrindən  istifadə  edilməklə 
bağlı olanlar; 
 
leqal  saytların  surətlərindən  istifadə  edilməklə  bağlı 
olanlar; 
 
saxta  ticarət  meydançalarından  istifadə  olunması  ilə 
bağlı olanlar; 
 
investisiyalar  (sərmayə  qoyuluşları)  ilə  bağlı  olanlar 
və qazanc xətrinə edilənlər; 
 
ödəniş  sistemlərinin  qeyri-mükəmməlliyi  ilə  bağlı 
olanlar. 


 
 
190
 Kredit  kartların  nömrələrindən  istifadə  edilməklə 
bağlı  olanlar.  Bu  növdə  fırıldaqçıların  kredit  kartlarının  rek-
vizitlərini əldəetmə yolları müxtəlif olur. Informasiya texnolo-
giyalarının  coşqun  inkişafına  baxmayaraq  şəxsi  məlumatların 
ə
lə  keçirilməsi  off-layn  rejimində  edilir.  Buraya,  əsasən,  kart-
ların oğurlanması, saxta bankomatların quraşdırılması və yaxud 
mövcud  bankomatlara  xüsusi  qurğuların  calaşdırılması  və  on-
dan  məlumatların  oxunması  (kartın  rekvizitlərini  ələ  keçirmək 
üçün) və s. aiddir. 
Digər yoldan biri ingiliscə fishinq (fişinq, yəni hərfi mə-
nada «balıq tutmaq», burada balıq kimi qurban olan şəxslərdir, 
daha  doğrusu,  onların  rekvizitləridir)  adlandırılan  fırıldaqdır. 
Bu zaman istifadəçiyə bankın firma blankında məktub gəlir ki, 
burada «məlumat bazasının təzələnməsi», «yenidən qeydiyyat-
dan keçmə» və sairə adı altında özünün fərdi göstəricilərinin ya 
yazılı formada birbaşa cavabla göndərilməsi, ya da ki, nəyə isə 
istinadla keçiddən istifadədən sonra maliyyə idarəsinin saytına 
(real olmayan, saxta sayta - yəqin ki, fırıldaqçıya məxsus olan) 
göndərilməsi xahiş olunur. Aydındır ki, özünə hörmət edən heç 
bir bank elektron poçt vasitəsilə informasiya tələb edə bilməz.  
Leqal  saytların  surətlərindən  istifadə  edilməklə  bağlı 
olanlar.  Bu  zaman  fırıldaqçılar  hər  hansı  bir  bankın  saytını 
götürüb  tamamilə  onun  dizaynının  surətini  çıxardırlar  və  bu 
zaman  bankın  adında  xırda  bir  dəyişiklik  edirlər  (məsələn, 
Citibank yerinə Cytibank yazırlar). Sonrakı mərhələdə fırıldaq-
çılar  çoxlu  sayda  müştəriləri  saxta  sayta  cəlb  etmək  istəyirlər 
ki,  burada  da  xüsusilə  diqqətli  olmayanlara  öz  rekvizitlərini 
təkrar etmək təklif olunur; aydındır ki, bu rekvizitlər sonradan 
fırıldaqçıların öz məqsədləri üçün istifadə olunacaqdır.   
Digər  variant.  Müştərinin  mobil  telefonuna  bank  əmək-
daşı adından zəng vurulur və kartın təcrid olunması (blokirovka 
olunması),  onun  fəaliyyət  müddətinin  qurtarması,  PIN-kodun 
dəyişməsi  və  s.  kimi  səbəblər  göstərilməklə  fırıldaqçının  ver-


 
 
191
diyi  nömrəyə  yenidən  zəng  olunması  və  rekvizitlərin  dəqiq-
ləşdirilməsi barəsində xahiş olunur. 
Bankların  saytlarının  saxtalanmasından  başqa,  tanınmış 
nternet-mağazaların  dizaynlarından  istifadə  olunmasıdır.  Bu 
zaman  fırıldaqçıların  məqsədləri  iki  olur:  ya  saytdan  müştə-
rilərin  bank  rekvizitlərinin  əldə  edilməsi  üçün  istifadə  olun-
ması, ya da ki, onlarda olmayan real malların pulunu almaqdır. 
Bu iki məqsəd «uğurlu» şəkildə uzlaşa da bilər. 
Burada, nəyə isə istinadla  bankların və  nternet-mağaza-
ların saytlarına keçməkdən çəkinməyi məsləhət vermək olar. 
Saxta  ticarət  meydançalarından  istifadə  olunması  ilə 
bağlı olanlar. Bu zaman saxta  nternet-mağaza təşkil olunur və 
burada  qiymətlər,  bir  qayda  olaraq,  həddindən  artıq  cəlbedici 
olur.  Onun  yaradılmasından  sonra  fəal  olaraq  mağazanın  «fır-
ladılması»,  axtarış  sistemlərində  indeksasiyası  və  müxtəlif 
elanlar  lövhəsində  reklam  başlanır.  Sonradan  fırıldaqçılar  real 
mövcud olmayan malın pulunu ya kredit kartlarının köməyi ilə, 
ya  da  ki,  elektron  ödəniş  sistemi  ilə  əldə  edirlər.  Fırıldaqçılar 
onlara  lazım  sifarışın  məbləğini  topladıqdan  və  onun  pulunu 
yığdıqdan  sonra  saytı  sağ-salamat  bağlayırlar  və  istifadəçi  ay-
dındır ki, heç bir malı almır. 
Bundan başqa, tamamilə real və uzun müddət fəaliyyətdə 
olan  ticarət  meydançalarından,  əsasən  isə  nternet-auksion-
lardan  (hərraclardan)  da  istifadə  olunur.  Bir  qayda  olaraq, 
burada  söhbət  satıcıların  vicdansızlığından  və  elektron  ödəniş 
sistemlərində olan çatışmazlıqlardan gedir.Göndərilmiş pullara 
görə alıcı lazımi keyfiyyətdə olmayan malı alır, yaxud heç bir 
mal almır. Bu cür fırıldaqçılıq daha çox ABŞ-da yayılmışdır.  
Məsləhət  kimi,  ancaq  inanılmış  və  yoxlanılmış,  özlərini 
yaxşı  cəhətdən  tanıtmış  satıcılarla  iş  görülməsi  təklif  oluna 
bilər. 
nvestisiyalar  (sərmayə  qoyuluşları)  ilə  bağlı  olanlar 
və  qazanc  naminə  edilənlər.  nsanın  pul  qazanma  arzusu, 
xüsusilə  tez  və  çoxlu,  başa  düşülən  arzudur,  bundan  da  çox 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə