MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   5   6   7   8   9   10   11   12   ...   59

 
 
29
şə
bəkəvari müxtəsərləşdirilmış terminlər üzrə sorğu kitabçasını 
(məsələn,  ICC-nın  INCOTERMS  kimi)  nəzərdə  tutacaqdır. 
Rəqəmli  məkanda  tətbiq  oluna  bilən  qaydalar  və  müxtəlif 
növlü terminlər elektron terminlər sorğu kitabçasından avtoma-
tik olaraq alınmaqla vahid idenfikatora (eyniləşdiriciyə) istinad 
olunmaqla kontraktlara elektron formada daxil ediləcəkdir. 
Elektron ticarətin praktiki olaraq tətbiqi çərçivəsində ICC 
tərəfindən elektron ticarət və nizamlanması üzrə əsas Qaydalar 
toplusu  (Rules  for  Elektronic  Trade  and  Settlement,  oktyabr 
1998-ci il).  
qtisadi  Əməkdaşlıq  və  nkişaf  Təşkilatının  (Orqani-
zation  for  Economic  Cooperation  and  Development,  OECD) 
tövsiyələri 
OECD  öz  diqqətini  əsasən  elektron  ticarətin  iqtisadi  və 
sosial  nəticələrinin  öyrənilməsinə  yönəltmiş  və  elektron 
ticarətin  iqtisadi  və  sosial  təsirini  (The  Economic  and  Social 
mpacts of Electronic Commerce) nəşr etmişdir. Sənəddə qeyd 
olunur  ki,  elektron  ticarətin  hərəkətverici  qüvvələri  işgüzarlıq 
fəaliyyətinin  çərçivələrinə  yenidən  baxılmasını,  ticarət  sahə-
sində  dövlətin  siyasətinin  və  ənənəvi  ticarət  praktikasının  və 
proseduralarının effektivliyinin öyrənilməsini tələb edir. 
OECD  1998-ci  ildə  Kanada  hökuməti  ilə  birgə  nazirlər 
səviyyəsində «Sərhədsiz dünya: qlobal elektron ticarətin poten-
sialının reallaşdırılması» mövzusunda və Ottava konfransı kimi 
tanınan  praktiki  konfrans  keçirmişdi.  Bu  zaman  konkret 
fəaliyyətə  istiqamətlənmiş  üç  sənəd:  OECD-in  elektron  ticarət 
sahəsində  fəaliyyət  Planı;  Beynəlxalq  orqanlar  haqqında  mə-
ruzə və hökumətlər üçün tövsiyələri özündə cəmləşdirən elek-
tron  ticarət  sahəsində  Qlobal  fəaliyyət  planı  işlənib  hazırlan-
mışdı.  
OECD  üvləri  olan  ölkələrin  nazirləri  və  digər  tərəflər 
aşağıdakı nəticələrə gəlib çıxmışlar: 
 
elektron ticarət bütün dünyada iqtisadi artım və inki-
ş
afın sürətləndirilməsi üçün potensial imkanlar təklif edir; 


 
 
30
 
siyasətin  işlənilməsi  zamanı  bütün  iştirakçılar  ara-
sında  əməkdaşlıq  həvəsləndirilməli,  həmçinin  hərəkətlərin 
dünya səviyyəsində razılaşdırılmasına can atılmalıdır; 
 
hökumətlər  elektron  ticarətin  çiçəklənməsi  üçün  rə-
qabətin  inkişafına  həvəsləndirilməli,  ticarətin  inkişafı  qar-
ş
ısında  qoyulan  maneələrin  azaldılması  üzərində  işlənilməli, 
dövlət  maraqları  sahəsində  əsas  məqsədlərin  lazımi  qaydada 
müdafiəsinə yönəldilmiş hərəkətlər edilməlidir; 
 
hökumətin  lazım  olan  hallarda  müdaxiləsi  adekvat 
(uyğun),  aydın,  ardıcıl  və  qabaqcadan  deyilə  bilən  xarakter 
daşımalı,  həmçinin  texnoloji  nöqteyi-nəzərdən  neytral  olma-
lıdır;  
 
hökumətlər  könüllülük  və  konsensus  prinsiplərinə 
riayət  edilməsinə  əsaslanmış  beynəlxalq  əməkdaşlıq  çərçi-
vəsində  sənaye  standartlarının  müəyyən  olunması  və  beynəl-
xalq  qarşılıqlı  fəaliyyətin  inkişafı  üzrə  hərəkərlərin  vacibliyini 
qəbul etməlidirlər. 
Beynəlxalq  ntellektual  Mülkiyyət  Təşkilatının  (World 
ntellectual Property Orqanization, WIPO) tövsiyələri 
Beynəlxalq  ntellektual  Mülkiyyət  Təşkilatı  öz  diqqətini 
elektron  ticarət  sahəsində  ticarət  nişanlarının  qorunması, 
intellektual (əqli) mülkiyyətin, müəllif hüquqları və patentləri, 
xüsusilə  informasiyanın  foto-  və  kinolentlərdə  verilməsi  sahə-
sində,  həmçinin  nəşr,  multimedia  və  informasiya  texnologi-
yaları hüquqlarının qorunması ilə bağlı olan məsələlərdə cəm-
ləşdirmişdir.  WIPO  təşkilatının  elektron  ticarət  sahəsində  əsas 
vəzifələrindən  biri  domen  adları  haqqında  olan  mübahisələrin 
həlli ilə bağlıdır ki, həmin mübahisələr çox vaxt domen adları 
ilə  ticarət  nişanları  arasında  olan  əlaqənin  qeyri-müəyyənliyi 
ilə bağlıdır. 
WIPO  iki  ildə  bir  dəfə  elektron  kommersiyada  intellek-
tual mülkiyyət məsələləri barəsində çağırdığı konfranslar artıq 
ə
nənə halını almışdır. 


 
 
31
Beynəlxalq 
Ticarə
Təşkilatının 
(World 
Trade 
Orqanization, WTO) tövsiyələri 
1998-ci  ildə  «Elektron  kommersiya  və  Beynəlxalq 
Ticarət  Təşkilatının  rolu»  tədqiqatı  çap  olunmuşdur.  Tədqiqat 
işində  elektron  ticarətin  inkişaf  etməkdə  olan  ölkələr  üçün 
imkanları  qeyd  olunmuş,  lakin  bu  imkanların  reallaşdırılması 
üçün  lazımi  infrastruktura  daxilolmanın  genişləndirilməsi  və 
istifadəçilərin  hazırlıq  səviyyəsinin  artırılmasının  zəruriliyi 
vurğulanmışdır. 
1988-ci ilin mayında keçirilən BTT nazirlərinin Konfran-
sında qlobal elektron ticarət haqqında Deklarasiya qəbul olun-
muşdur.  Deklarasiyada  inkişaf  etməkdə  olan  ölkələrin  iqtisa-
diyyat,  maliyyə  və  inkişaf  sahələrində  tələbatlarının  ödənil-
məsində  elektron  ticarətin  vacib  rolu  qeyd  olunmuş  və  ən  va-
cibi odur ki, digər forumlarda işlənib hazırlanmış nəticə və tək-
liflər  tanınmışdır.  Bundan  başqa,  Deklarasiyada  o  üzv-dövlət-
lərin praktikası təsdiq olunur ki, onlar verilən elektron bildiriş-
lərinə  gömrük  rüsumları  təyin  etmirlər.  BTT-nin  mövqeyi 
ondan ibarətdir ki, onun üzv-dövlətləri telefon rabitəsi, faksimil 
bildirişləri,  elektron  poçt  və  yaxud  kompyuter  birləşmələri 
dövlət  sərhədlərini  keçən  hallarda  rüsumlar  tətbiq  etmədikləri 
üçün,  nternet  vasitəsilə  verilən  elektron  məlumatlara  da  rü-
sumlar  tətbiq  etməməlidirlər.  BTT-nin  apardığı  bu  siyasət 
Internetdən  qlobal  bazar  kimi  istifadə  etməyə  imkan  yaratdı. 
internetdə beynəlxalq ticarətin artımı bir də onunla izah olunur 
ki,  ölkələr  öz  üzvlərini  gələcəkdə  də  heç  bir  vergi  qoyamama 
siyasətini yeritməyə çağırırlar. 
BTT  tərəfindən,  həmçinin  elektron  bazar  qlobal  əsas-
larının yaradılması haqqında (Global Framework for Electronic 
Commerce)  məruzə  hazırlanmışdır.  Qlobal  elektron  bazar 
dünya  iqtisadiyyatının  qloballaşdırılmasının  əsası  kimi  nəzər-
dən keçirilir. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə