MəHƏRRƏM ƏKBƏrov


Avropa Birliyi  Komissiyasının tövsiy



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   6   7   8   9   10   11   12   13   ...   59

 
 
32
Avropa Birliyi  Komissiyasının tövsiyələri  
Bütün  beynəlxalq  təşkilatlardan  fərqli  olaraq  Avropa 
Komissiyası  elektron  ticarət  sahəsində  direktiv  və  siyasətin 
işlənilməsi üzrə aktiv fəaliyyəti həyata keçirir. Özünün TEDIS 
(Xatici ticarət məlumatları ilə elektron mübadilə Sistemi) proq-
ramının  çərçivəsində  özünün  üzv-dövlətlərində  elektron  tica-
rətin  hüquqi  statusu  haqqında  bir  sıra  məruzələr  çap  etmiş, 
sənədlərin elektron mübadiləsi üzrə Avropa nümunəvi sazişini 
və  üzv-dövlətlərdə  imzaların  rəqəmli  və  elektron  formasında 
tanınması  haqqında  təkliflər  işləyib  hazırlamışdır.  1998-ci  ilin 
mayında  Komissiya  elektron  imzalar  üçün  ümumi  çərçivə 
ə
sasında  təklif  olunan  direktivi  (Common  Framework  for 
Electronic  Signatures)  buraxmışdır.  Komissiya  öz  izahatında 
onun hazırlanması üçün əsaslara xüsusi diqqət yetirmişdir. 
Birincisi
,  o,  elektron  ticarətin  ümumi  bazar  daxilində 
maneələrin  yaranmasını  istisna  edən  razılaşdırılmış  hüquqi 
çərçivələrin  yaradılmasının zəruriliyini qeyd  etmişdir.  kincisi
o,  belə  bir  nəticə  əldə  etmişdir  ki,  istənilən  hər  bir  direktiv 
(göstəriş) texnoloji nöqteyi-nəzərdən neytral olmalı və rəqəmli 
formada  imzaların  yaradılması  texnologiyaları  ilə  məhdudlaş-
dırılmamalıdır.  Üçüncüsü,  bazarın  və  texnologiyanın  inkişafı 
məqsədilə «ilkin razılıq» və yaxud lisenziya alınmasını nəzərdə 
tutan  sxemlərdən  imtina  etmək  lazımdır.  Dördünçüsü,  müqa-
vilələrin  sərbəst,  müstəqil  olaraq  bağlanılması  hüququ  qəbul 
olunmalıdır.  Beşincisi,  elektron  imzaların  hüquqi  cəhətdən 
tanınmasının  vacibliyi  xüsusilə  qeyd  olunmuşdur.  Və  nəhayət
qeyd olunmuşdur ki, elektron imzaların bütün dünyada tanınıl-
mış  standartlarının  işlənilib  hazırlanmasında  aparıcı  rolu 
sənaye oynamalıdır. 
Komissiyanın elektron ticarət üzrə 1988-ci il noyabr Av-
ropa təşəbbüsündə vahid bazar konsepsiyası əsas götürülməklə 
elektron  ticarətin  inkişafı  üçün  vacib  olan  əlverişli  normativ 
çərçivələrin yaradılması, elektron ticarətin inkişafına mane olan 
səbəblərin müəyyən edilməsi mühüm bir vəzifə kimi sayılır.  


 
 
33
Elektron pulların hüquqi problemlərinin həlli yolları Av-
ropa  Parlamentinin  2000  /  46  /  EU  Direktivində  öz  əksini 
tapmışdır.  
Elektron  pullar  və  ödəniş  sistemlər  terminlərinin  açıq-
lanması öz əksini 1997 və 1998-ci il Tövsiyələrində tapmışdır. 
1998-ci  il  Tövsiyəsində  də  elektron  pullar  üzrə  «ödəniş  aləti» 
vahid  termini  işlədilirdisə,  1997-ci  il  Tövsiyəsində  «elektron 
ödəniş aləti» anlayışı verilmişdir. 
 Bundan əlavə «kredit idarələri» alətinin açıqlanması əhə-
miyyətli  dərəcədə  genişləndirilmiş  və  klassik  depozit-borc 
institutları ilə yanaşı elektron pulların emitentləri də kredit ida-
rələrinin  tərkibinə  daxil  edilmişdir.  Kredit  idarələri  –  elektron 
pulların emitentləri üçün ciddi fəaliyyət rejimi müəyyən olun-
muşdur.  Məsələn,  idarənin  elektron  pul  emitenti  olması  üçün 
onlar  ilkin  kapitalın  və  xüsusi  kapitalın  ölçülərinə  qoyulan 
tələblərə uyğun olmalıdırlar: 
• ilkin kapital – 1 milyon avrodan az olmamamqla, xüsusi 
vəsaitlər bu səviyyədən aşağı düşməməlidir; 
• xüsusi  vəsaitlər  -  ən  yüksək  göstəricinin  -  ya  buraxılan 
elektron  pullar  üzrə  maliyyə  öhdəliklərinin  cari  həcminin,  ya 
da  bu  öhdəliklərin  əvvəlki  altı  aylıq  həcminin  orta  aylıq 
həcminin 2%-dən az olmamaqla. 
Asiya-Sakit  okean  qtisadi  Əməkdaşğının  (PAEC) 
tövsiyələri  
PAEC  elektron  ticarət  sahəsində  fəaliyyət  Proqramında 
beş əsas prinsip qoyulmuşdur. Birincisi, elektron ticarətlə bağlı 
olan  texnologiyaların,  tətbiqi  proqramların,  praktika  və  xid-
mətlərin  işlənilməsi  sahəsində  aparıcı  rolu  sahibkarlıq  sektoru 
oynamalıdır.  kincisi, hökumətin rolu elektron ticarətin inkişafı 
üçün əlverişli şəraitin  yaradılmasında (hüquqi və maliyyə mə-
sələləri  də  daxil  olmaqla)  cəmləşməlidir.  Üçüncüsü,  elektron 
ticarətin  hər  vasitə  ilə  inkişaf  etdirilməsi  məqsədi  ilə  işgüzar 
dairələr  və  hökumətlər  bütün  mümkün  ola  bilən  hallarda  bir-
biri  ilə  əməkdaşlıq  etməlidirlər.  Dördüncüsü,  müəyyən  dövlət 


 
 
34
nizamlanmasının  olmasının  zəruriliyini  qəbul  edərək,  rəqabəti 
dəstələyərək  effektiv  daxili  nizamlanma  qaydalarının  yaradıl-
masına dəstək vermək lazımdır. Və nəhayət, işgüzar dairələr və 
hökumətlər inam və əminlik yaradan texnologiyaların və siya-
sətin aparılması məqsədilə məxfiliyin, əsilliyin təsdiqlənməsini 
və  istehlakçıların  müdafiəsini  təmin  edən  məsələlərin  həlli  və 
ə
məkdaşlıq sahəsində ciddi işlər görməlidirlər. 
Bazarın  müasir  infrastrukturunun  yaradılması  təcrübəsi 
göstərir ki, bu məsələ dövlət yardımı yolu ilə daha effektiv həll 
olunur.  Məsələn,  hələ  1993-cü  ildə  bütün  dünya  üzrə  elektron 
ticarətin  həcminin  beşdə  dördünün  düşdüyü  ABŞ-da  dövlət 
idarələrinin  kağıza  qənaət  edilməsi  və  dövlət  ehtiyacları  üçün 
alışların  elektron  formasında  həyata  keçirilməsi  məqsədilə 
elektron  formatına  keçirilməsi  tapşırılmışdır.  1994-cü  ilin 
oktyabrında  müvafiq  qanunlar  qəbul  edilmiş,  1998-ci  ilin  iyu-
nunda  Dövlət  Departamenti  elektron  ticarətin  pilot  layihəsinin 
işə başlamasını rəsmi olaraq elan etmişdir. 
ABŞ  Administrasiyası  tərəfindən  nəşr  olunmuş  nter-
netdə  elektron  ticarət  üçün  çərçivə  əsasının  yaradılması  üzrə 
qlobal  layihədə  (Global  Internet  Project,  Framework  for 
Electronic Commerce on the Internet) hüquqi məqamlara aidiy-
yatı  olan  vacib  sahələr  müəyyən  olunmuşdur:  gömrük  və  ver-
giqoyma, elektron ödənişlər sistemləri, elektron ticarət hüququ, 
intellektual mülkiyyətin qorunması, beynəlxalq ticarət hüququ-
nun oxşarlı prinsipləri, təhlükəsizlik və məxfilik. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə