MəHƏRRƏM ƏKBƏrov


VII.  ELEKTRON KOMMERS YANIN  NK



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   7   8   9   10   11   12   13   14   ...   59

 
 
35
 
VII.
 ELEKTRON KOMMERS YANIN  NK ŞAFININ 
QT SAD YYATA TƏS R  
 
1.
  Elektron  kommersiyanın  inkişafının  iqtisadiyyata 
təsiri 
2.
  Ticarətin  avtomatlaşdırılmasının  əsas  meyilləri 
(tendensiyaları) 
 
1.
  Elektron  kommersiyanın  Şəbəkədə  ilk  və  daha 
yayılmış əlavəsi  nternet-mağaza olmuşdur. Onlar özləri ilə heç 
bir  yeni  şey  gətirmədilər,  sadəcə  olaraq  Qərbdə  (xüsusilə, 
ABŞ-da) geniş yayılmış malların poçtla/telefonla sifarişi siste-
mini Mail Order-Telephone Order və yaxud MoTo) virtual mə-
kanda reallaşdırdılar. Bu sistem üçün təfsilatı ilə çoxdan işlənib 
hazırlanmış  normativ  baza  mövcud  idi.  Bu  sistemi  heç  bir 
xüsusiyyəti  nəzərə  almadan  nternetə  köçürdülər  (hətta  ilk 
nternet-mağazaların  saytında  verilən  sifariş  blankları  ənənəvi 
kanalllarda  istifadə  edilən  kağız  formalara  oxşar  idilər).  Mal-
ların çatdırılması mövcud kanallar vasitəsilə həyata keçirilirdi. 
Sövdələşmələrin  normativ  bazasını  poçt/telefon  sifarişləri 
sistemindən götürmüşdülər. 
Başqa  sözlə,  birinci  mərhələdə  şəbəkə  iqtisadiyyatı  real 
iqtisadiyyata  deyil,  əksinə  təsir  göstərirdi.  Məhz  buna  görə  də 
fərdi  adamların  nternetdə  malsatanlarla  hesablaşmasının  əsas 
forması  ödəniş  kartoçkaları  idi,  çünki  Qərbin  alıcısı  üçün 
poçtla  və  yaxud  telefonla  sifariş  olunmuş  malların  ödənişini  - 
ödəniş kartoçkaları ilə yerinə yetirmək daha əlverişli idi. Əgər 
ödəniş  üçün,  məsələn,  çeklərdən  istifadə  olunardısa,  Internet 
vasitəsilə hesablaşmalar indi başqa cür ola bilərdi. 
Lakin biznesin aparılmasının elektron üsulu özünün həm 
konseptuallığına  və  reallaşdırılmasına  görə  qlobal  bir  haldır. 
Elektron  kommersiyanın  iqtisadiyyata  təsiri  artıq  başlamışdır 
və yaxın gələcəkdə bu təsir həm kommersiya şirkətlərinə, həm 
də bütövlükdə cəmiyyətə toxunmaqla hərtərəfli olacaqdır.  


 
 
36
Elektron  kommersiya  təkrar  istehsalın  bütün  tsiklinin 
bölüşdürücü-mübadilə  sferasına  əhəmiyyətli  dərəcədə  dəyi-
ş
ilkik edir. Bunun kassik misalı kimi müəssisənin resurslarının 
idarə edilməsi sisteminin (Enterprise Resource Planning, ERP) 
tətbiq olunmasıdır. 
Klassik  ERP-sistemi  özündə  idarəetməni,  alışları,  isteh-
salı,  satışı,  anbar  ehtiyatlarını,  əmək  resurslarını  cəmləşdirir. 
Bu  zaman  maliyyə  modulu  sistemin  ən  sadə  hissələrindən 
birini  təşkil  edir.  ERP-sistemi  istehsalat  xətlərinin  avtomatik 
olaraq doldurulmasını planlaşdırmağa imkan verir.  
Elektron  kommersiyanın  alətlərinin  köməyilə  avtomat-
laşdırılmış texnologiyaları elə inteqrasiya etmək olar ki, bu da 
firmadaxili  biznes-satışlarda  əməktutumluluğunu  azaltmağa 
imkan verə bilsin. 
Öz  biznesini  məhz  bu  cür  qurmaqla  Dell  şirkəti  qısa  bir 
müddət  ərzində  fərdi  kompyuter  satışı  sahəsində  birinci  yerə 
çıxdı. Bu yolla dünyanın aparıcı avtomobil şirkətləri və digər-
ləri gedirlər.  
Elektron  kommersiya  malgöndərənlərə  və  sifarişçilərə 
bərabər  qaydada  yeni  sərfəli  imkanlardan  istifadə  etməyə 
imkan verir. 
1.  Qlobal  iştirak  və  qlobal  seçim.  Elektron  kommer-
siyanın çərçivəsi coğrafi və yaxud milli sərhədlərlə deyil, kom-
pyuter şəbəkələrinin yayılması ilə müəyyən olunur. Buna görə 
də ən mühüm şəbəkələr qlobaldır, elektron kommersiya sistemi 
hətta  ən  xırda  malgöndərənləri  dünya  miqyasında  biznes  ilə 
məşğul  olmağa  imkan  verir.  Həmçinin,  sifarişçilər  də  coğrafi 
yerindən  asılı  olmayaraq  malları  və  yaxud  xidmətləri  təklif 
edən  bütün  potensial  malgöndərənlər  arasından  seçim  edə 
bilirlər. 
2.  Rəqabət  qabiliyyətinin  artırılması.  Elektron  kom-
mersiya  malgöndərənlərə  rəqabət  qabiliyyətini  «sifarişçiyə 
yaxınlaşma» hesabına artırmağa imkan verir. 


 
 
37
Bir  çox  şirkətlər  elektron  kommersiya  texnologiyala-
rından  ona  görə  istifadə  edirlər  ki,  məhsul  haqqında  təfsilatlı 
informasiya,  ondan  istifadə  haqqında  təlimat  və  sifarişçinin 
iddiasına cəld reaksiya (münasibət) verilməsi kimi geniş satış-
dan  qabaq  və  ondan  sonra  dəstək  verə  bilsinlər.  Buna  uyğun 
olaraq sifarişçiyə xidmət keyfiyyəti artır.  
3.  Satışın  fərdiləşdirilməsi.  Elektron  təsir  imkanla-
rından istifadə edərək şirkətlər hər bir fərdi sifarişçinin sorğusu 
haqqında  tam  informasiya  alaraq  fərdi  tələblərə  uyğun  olaraq 
məhsulları  və  xidmətləri  avtomatik  olaraq  təqdim  edə  bilirlər. 
Elektron  mağaza  sistemləri  ayrı-ayrı  alıcıların  mütəmadi  şə-
kildə  təkrar  olunan  alışlarını  yadda  saxlayaraq,  müştəri  mağa-
zanın  serverinə  daxil  olarkən  avtomatik  olaraq  malların  bu 
növlərini alıcıya çatdırılır. 
4.  Tələbə  qarşı  cəld  reaksiya  göstərilməsi.  Elektron 
kommersiya  malın  malgöndərəndən  sifarişçiyə  doğru  yolunu 
ə
həmiyyətli  dərəcədə  azaltmağa  imkan  verir.    Mallar  istehsal-
çıdan topdan və pərakəndə anbarlar kimi bir sıra ənənəvi yük-
boşaltma  məntəqələrini  keçmədən  birbaşa  istehlakçıya  çatdı-
rılır.  Elektron  kommersiya  sistemlərinin  xidməti  təkcə  bu  cür 
birbaşa  çatdırılmadan  deyil,  həm  də  maliyyə  və  vaxt  məsrəf-
lərini  azaltmaqla  optimal  yol  təklif  edilməsindən  ibarətdir.  Bu 
zaman  sifarişçilər  məhz  o  məhsulları  almaq  imkanına  malik 
olurlar  ki,  həmin  mallar  onlara  lazımdır,  yəni  onlar  öz  seçim-
lərini anbarda olan mallarla məhdudlaşdırmırlar. 
5.  Tədavül xərclərinin azaldılması. Elektron kommer-
siyanın ən mühüm nailiyyətlərindən biri sövdələşmələr zamanı 
xərclərin  azaldılmasıdır.  Sövdələşmələrin  elektron  üsulu  ilə 
aparılması  xidmətə  çəkilən  xərclərin  dəyərini  qat-qat  azaldır, 
bu  da  son  nəticədə  sifarişçilər  üçün  qiymətlərin  azaldılmasına 
imkan yaradır. 
6.  Biznesin  aparılması  üçün  yeni  imkanlar. Mövcud 
mallar  və  xidmətlər  bazarlarının  dəyişilməsindən  başqa, 
elektron  kommersiya  konsepsiyası  tamamilə  yeni  məhsulların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə