~ 107 ~
növüdür) yarpaqları ilə qidalanır və hər bir qurd bir barama
hazırlamaqla və sonda isə bu yolda özünü fəda etməklə iĢlərini
bitirir. Lakin onları artırmaq üçün iri toxumluq baramalar götü-
rürlər və baramanın içərisində qurdun kəpənəyə dönmüĢ forması
sürfə qoyub uçur...
Beləliklə, kəlağayının istehsalında istifadə olunan baramanı
tanrının möcüzəsi kimi qəbul edən xalq ondan istehsal olunan bu
əĢyaya da bir növ sehrli qüvvə kimi baxmıĢ, onu baĢqa növ baĢ
örtüklərindən fərqləndirmiĢlər. Elə buna görə də, kəlağayı
toxunarkən, zəngin mifik görüĢlərə sahib olan soydaĢlarımız bu
örtüyün yelənindəki naxıĢlara da xüsusi həssaslıqla yanaĢmıĢ və
uğurlu, sehirli yozumları olan ornamentlərə müraciət etmiĢlər.
Onu da qeyd etmək lazımdır ki, kəlağayıların yelənində iĢlənən
butalarla yanaĢı nöqtəli, göbəkli naxıĢlar da toxunub, təbii ki,
bunların da müxtəlif pozitiv yozumları var. Daha çox buta naxı-
Ģına diqqət edən istehsalçılar yəqin ki, kəlağayılara bu naxıĢı həkk
etməklə bir tərəfdən də onun dəyərini, qiymətini artırmağa çalıĢ-
mıĢlar. Çünki, buta özü də yuxarıda qeyd etdiyimiz kimi bir çox
mifik anlamlarla ilgili iĢlənən motiv kimi folklorĢünaslarımız
tərəfindən daim diqqət mərkəzində olmuĢdur. Butanın ən bəsit,
sadə anlamı gül-çiçək məfhumu ilə bağlıdır, yəni gül butasıdır ki,
bu da daha çox qönçə mənasını ifadə edir. Buta Ģəklində qızıl-
gümüĢ əridilən bir qab əĢyası da mövcuddur ki, o da buta adlanır
və həmin qab da çox güman ki, quruluĢuna görə qönçəyə
bənzədiyindən bu adı almıĢdır.
Ümumilikdə isə əgər ―Buta‖nın Ģərq mifologiyasında daha
çox gözəllik və məhəbbət verən Butanın adı ilə bağlı olduğunu
nəzərə almasaq belə, bütün tərəflərinə baxmayaraq bir əsgi
anlayıĢ kimi badama bənzər, qönçə naxıĢını xatırladan Azərbay-
can ornamentinin çox yayılmıĢ bəzək elementlərindən olduğunu
düĢünməliyik. Ancaq unutmaq olmaz ki, butanın dastanlarımızın
mayasındakı, yuxuda aĢiqələrə verilən ―buta‖ anlayıĢı ilə də sıx
əlaqəsi var, o zaman gəlinlərə üstü butalı, ağ, qırmızı kəlağayılar
aparılmasının magik anlamı aydınlaĢar.
Tədqiqat zamanı 87 yaĢlı Xədicə Əyyub qızı Qəhrəman-
ovanın da fikirləri diqqətimi çəkdi:
―Butalı ipək kəlağayıları o zaman hər kəs alıb örtə bilməzdi,
həm az tapılardı, həm də adət idi ki, onu əsasən bəy arvadları alıb
örtə bilərdi, kimsə sadə birisinin baĢında kəlağayı görəndə
deyərdilər ki, xeyir ola, bəy arvadısan? Nə yaxĢı baĢına butalı
kəlağayı salmısan... kiminsə uĢağı qızılca səpəndə, su çiçəyi
~ 108 ~
çıxaranda deyərdilər ki, gedin Ġldırım bəyin xanımının butalı
yaylığını iki-üç günlük alın, uĢağın üstünə salaq (4). Hətta qızıl-
canı ağır keçirən uĢaqları bu kəlağayılara bükərdilər və inanar-
dılar ki, bununla uĢaqdan bədxah qüvvələr, Ģər ruhlar uzaqlaĢar və
xəstə tez sağalar.
Buradan da aydın olur ki, bu uğurlu simvolu təkcə yaylıq
daĢımır. Çox güman ki, yelənindəki buta və bir çox uğurlu naxıĢ-
ların da mifik anlamlı tərəfinə güvən olub.
Ümumiyyətlə, yaylıq bütün tarixi dövrlərdə ucalıq rəmzi
kimi qətiləĢib. Hətta yuxuda baĢına yaylıq örtənin də Ģan-Ģöhrət
sahibi olacağına inanılıb (5,48).
Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Qarabağın
milli adət-ənənəsinə uyğun olaraq gənc qıza elçi gedib ―hə‖-sini
alarkən ilkin olaraq ona bir ağ yelənli kəlağayı, bir də sadə niĢan
üzüyü verərmiĢlər. NiĢan adlanan bu sınaq dövrü qızın bu kəla-
ğayı ilə artıq oğlana bağlandığını zənn edərlərmiĢ. Hətta əsgərliyə
və ya uzaq bir səfərə gedən oğlan da sevdiyi qıza kəlağayı
bağıĢlamaqla onu özünə bağladığına iĢarə verərmiĢ və bununla da
vəfalı sevgilisi özünü artıq ona bağlı hesab edərək, yolunu
gözləyərmiĢ.
Yelənli yaylıq getdi,
Səni mənə ram etdi.
Söz-söhbət burda bitdi
Qız niĢanəm səndədir.
***
Kəlağayı göndərmiĢəm
―Hə‖ni alıb gəlmiĢəm
Vücudun kəmənddədir
Qız niĢanəm səndədir (6).
***
Kəlağayını almısan
Məni tora salmısan
Bu sevgi könlümdədir
Qız niĢanəm səndədi.
El-oba arasında belə nəğmələr də səslənər və bu üç bənddə
də kəlağayının toyu olacaq qıza göndərilən ilk bəy hədiyyəsi
olduğu vurğulanır. Beləliklə, kəlağayının xalqımızın tarixi-mədə-
ni yaddaĢında xüsusi önəmi olubdur.
~ 109 ~
Hətta tayfalar arasında münaqiĢələr yaranarkən qəzəbli
insanların ayağı altına kəlağayı atılardısa, o zaman böyük hörmət
əlaməti olaraq, sakitləĢər, özünü ələ almağa cəhd edər və qəzəbini
boğardı. Bir ənənə olaraq hələ qədim zamanlardan xalq arasında
qətiləĢmiĢdir ki, qara kəlağayı ilə yas mərasimlərinə, soğanı və ağ
kəlağayılılarla isə Ģənliklərə getmək olar. Qırmızı, gül rəngli
kəlağayıları isə gəlin köçən qızın üzünə örtərdilər.
Qarabağda Novruz bayramının axırıncı təkinin axĢamı
gənclər arasında ―düymə salma sancaq salma‖ adlanan bir
mərasim də keçirilərmiĢ ki, burada içində su olan bir camın içinə
hərə bir düymə atarmıĢ və bu vəsfi-hallar söylənərkən kimin
düyməsi çıxsa ona aid edilərmiĢ və həmin bənddəki məzmun o
gəncin həyatını müəyyənləĢdirərmiĢ. Burada da kəlağayı ilə bağlı
ifadələrlə tez-tez rastlaĢırıq:
Kəlağayın soğanıdı
ġərlərin qovanıdı
Yelənində butası
Arzusuya kim çatası
Və ya Soğanı yaylığım var
Tur adlanan dağım var
Yelənində butalar,
Axtardığın tapılar.
Söylənən beytlərdə soğanı kəlağayının mifik yozumları
əksini tapır. Soğanı yaylığın bəd ruhlara qarĢı təsiri ilə ilgili
Qarabağ bölgəsindən toplanmıĢ bir mətndə də deyilir ki, Uzun
Həsənin anası Sara xatın baĢına həmiĢə sarı-soğanı kəlağayı salar-
mıĢ. O, bir dəfə səfərə çıxmalı olur, odur ki, qalın tirmə baĢ
örtüyündən istifadə etdiyi üçün qızılı kəlağayısını unudub evdə
qoyur. Ona hər zaman uğur gətirən bu kəlağayısını unutduğu üçün
narahat olur. Sara xatunun sadiq mehtəri bu narahatçılığı anlayır
və səbəbini öyrənən kimi, onları müĢayiət edən atlardan birinə
oturub, üzəngini çəkir bir günlük yolu, vaxtından bir neçə saat
əvvəl baĢa vurub, geri qayıdır və Sara xatunun qızılı kəlağayısını
ona çatdırır. Sara xatundan soruĢanda ki,
Yaylığın butası çox,
Boz atım tövlədə tox,
Tanrım mənə yar olsun,
DüĢmənin xatası yox.
Dostları ilə paylaş: |