~ 98 ~
tacirlərin malını yuyub aparır. Səfərin digər məntəqəsində
qəhrəman suyun yolunu açmaq üçün quyuya enir. Bir varianta
görə divlə (2, 379), baĢqa varianta görə bir oğlanla qarĢılaĢır (9,
335), onun «dünyada nə göyçək olar?» sualına cavab verməli
olur. Cavab verməsə onu quyuda gördüyü öldürülmüĢ saysız-
hesabsız insanların aqibəti gözləyir. Qəhrəman satın aldığı ikinci
məsləhəti xatırlayıb deyir: «Könül sevən göyçək olar». Bu zaman
tilsim sınır, divin aĢiq olduğu qurbağa gözəl bir qıza çevrilir.
BaĢqa variantda Ģahzadənin sevdiyi qız tilsimlənmiĢ ĢüĢənin
altından çıxır (10, 54). Bunun mükafatı olaraq div qəhrəmana
dənələri qiymətli ləl olan üç nar verir (2, 379). BaĢqa variantda
sevgililərin hədiyyəsi 40 belə nar və 60 yüklü dəvə olur (10, 54).
Üçüncü varianta görə, oğlan qəhrəmana ləl dolu 7 qarpız verib
heç kəsə göstərmədən ailəsinə göndərməsini tapĢırır (9, 336).
Həmin vəsaitlə qəhrəman səfərdən dönənədək arvadı bir imarət
tikdirib döĢətdirir. qəhrəman evə qayıdınca evinin yerində bir
sarayın ucaldığını, arvadının yanında isə bir oğlanın yatdığını
görür. Əvvəlcə qılıncıyla ikisinin də baĢını kəsmək istəyir. Lakin
səbrli olmaq barədə məsləhəti xatırlayıb əl saxlayır və oğul qatili
olmaqdan qurtulur.
«Novellistik (məiĢət
K.Ġ.) nağılda «müdriklik» mövzusun-
un xüsusi Ģaxələnməsi qəhrəmanlara xoĢbəxtlik gətirən «xeyirxah
məsləhətlər» haqqında nağıllardır (AT 910, 914, 915). ..... xeyirx-
ah məsləhətləri verən Ģəxs müəyyən dərəcədə sehrli köməkçini
xatırladır və məlum qeyd-Ģərtlə onun funksional transformasiya-
larından biri kimi nəzərdən keçirilə bilər» (14, 14-15).
Nağılın türk variantı «Yatalak Mehmet» adlanır (13, 109-
115). Bizim nağıllardan fərqli olaraq burada bir məsləhətin
sınanmasını müĢahidə edirik. Karvana qoĢulan Mehmet quyuya
endirilir ki, suyun yolunu açsın. Quyunun dibinə çatmamıĢ onun
gözünə nurani bir Ģəxs görünüb deyir ki, aĢağıda bir ərəb
görəcəksən. Onun qarĢısında bir dünya gözəli, bir də qurbağa
olacaq. Səndən soruĢacaq ki, bunların hansı gözəldir? Cavab ver
ki, «dünya gözəli nədi, qurbağanın gözləri məni yandırdı».
Müqayisə göstərir ki, Azərbaycan nağıllarında məsləhətlər
bu gün də sabit Ģəkildə, atalar sözü olaraq iĢlənən ümumiləĢ-
dirilmiĢ formullar kimi ifadə olunmuĢlar. Halbuki türk nağılında
qəhrəmana verilən məsləhət bu nümunənin kontekstindən kənarda
iĢlənmir. BaĢqa sözlə, «könül sevən göyçək olar» kəlamı yeri
gəldikdə, məqamında hər kəs tərəfindən söylənə bilər. «Qurbağa-
nın gözləri məni yandırdı» cümləsi barədə isə bunu deyə bilmərik.
~ 99 ~
Analoji məzmunlu rus nağıllarından «Bəxtsiz kəndli Ġvan»
(12, 53-56), «Əl qaldır, amma vurma» (12, 228-232), «Bədbəxt
Ġvan» (12, 383-386) kimi nümunələri göstərmək mümkündür.
Məsələn, birinci nağılda məsləhətlər belədir: «Allahın istəyi ol-
masa baĢdan bir tük belə düĢməz», «Ġki nəfər mübahisə edəndə
bitərəf ol», «Əl qaldır, amma vurma». Rus nağılında da bu kəlam-
ların hər birinin doğruluğu iĢdə, praktikada sübuta yetir. Onların
xalqın çoxəsrlik təcrübəsinin, müdrikliyinin ümumiləĢdirilməsi
kimi meydana çıxdığı yalnız nağılın qəhrəmanı tərəfindən deyil,
həm də dinləyici tərəfindən dərk edilir.
«Novellistik (məiĢət
K.Ġ.) nağılda sehrli varlıqların əvəz-
edicisi kimi qəhrəmanın yalnız ağlı deyil, həm də bir ali qüvvə
kimi onun taleyi çıxıĢ edir. Bu qüvvə təsadüfün deyil, insanların
iradəsinin və niyyətlərinin əksinə olaraq özünə yol açır. Təsa-
düflərin özlərinin (novellistik qeyri-adi hadisələrin) taleyin
təzahürləri kimi izah edilə bilməsi novellistik nağıl üçün xarak-
terikdir» (14, 15).
«Xeyirxah məsləhət» süjetli nağıllarda mənəvi-əxlaqi prob-
lemlər, zərərli adətlərdən, pis vərdiĢlərdən azad olma məsələləri
də ön plana çəkilir. Bu zaman əsasən valideynlər, yaxud həyat
yoldaĢı qəhrəmanın islah olunmasında vasitəçi statusunda çıxıĢ
edirlər. Bu tip nağıllara həm Azərbaycan həm də baĢqa xalqların
folklorunda rast gəlinir. Məsələn, «Ata məsləhəti» adlı nağılda (2,
381-382) ölüm ayağında olan ata harınlamıĢ oğluna məsləhət
görür ki, qumar oynamağa, içki məclisinə yoldaĢlarından iki saat
gec, məĢuqəsinin yanına isə sübh tezdən getsin. Atası dünyasını
dəyiĢdikdən sonra qəhrəman onun məsləhətlərini sınayır. Qumar
oynayan yoldaĢlarının pul üstündə bir-birini bıçaqladığını, içki
içən yoldaĢlarının sərxoĢ olub dalaĢdığını görüb hər dəfə özünün
də bu vəziyyətə düĢdüyünü anlayır və tövbə edir. Sübh çağı
qəfildən məĢuqəsinin yanına gedib onun ənliksiz-kirĢansız nə
qədər çirkin olduğunu görür. Halal arvadının məĢuqəsindən gözəl
olduğunu dərk edərək bu pis əməlini də tərgidir.
BaĢqa bir nağılda ata oğluna məsləhət görür ki, qumar
oynamaq istəsə, qumarbazların böyüyü ilə oynasın. Oğul qumar-
bazların baĢçısının dilənçi vəziyyətində yaĢadığını görüb bu
peĢənin axırı olmadığını anlayır (3, 302-307).
Rus nağıllarında məsələyə yanaĢmada müəyyən fərqlərin
olduğunu müĢahidə edirik. məsələn, nağıllardan birində qadın
ərinə tapĢırır ki, səfərdən ona hədiyyə əvəzinə ağıl alıb gətirsin.
Ər bir sərxoĢun boğçada ağıl satdığını görüb alır. Boğçanı
Dostları ilə paylaş: |