MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə34/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   30   31   32   33   34   35   36   37   ...   113

 
~ 100 ~ 
açdıqda içində köhnə pal-paltar olduğunu aĢkar edir. Həmin pal-
tarları  geyinib  dilənçi  cildində  vətəninə  dönür.  Tanınmaz  halda 
arvadının  və  məĢuqəsinin  yanına  gedir.  Birincisinin  sədaqətinin, 
ikincisinin  isə  xəyanətinin  Ģahidi  olur.  MəĢuqəsindən  ayrılıb 
ailəsinə qayıdır (5, 66). 
BaĢqa  bir  rus  nağılında  qəhrəmana  məsləhət  görülür  ki, 
dostlarını  tez-tez  ziyarət  etməsin,  uzaq  ölkədən  olan  qadınla 
evlənməsin  və  s.  Qəhrəman  bunların  əksini  edib  özünü  bəlalara 
salır və bundan sonra ağlı baĢına gəlir (5, 65). 
Azərbaycan  və  rus  nağıllarındakı  tərbiyə  üsulunun,  islah 
etmə  metodlarının  qarĢılaĢdırılması  bizi  çox  incə  məqamlardan 
xəbərdar edir. Diqqət yetirsək görərik ki, milli nağıllarımızda ata 
oğluna  məsləhət  verərkən  «qumar  oynama»,  «içki  içmə»  demir. 
Yəni  sözünü  yasaqlar,  qadağanlar  formasında  söyləmir.  Çünki 
insan  psixologiyası  elə  qurulmuĢdur  ki,  ona  bir  Ģeyi  qadağan 
etdikdə  Ģüurunda  daxili  bir  etiraz,  müqavimət  baĢ  qaldırır  və  o, 
yasağı pozur. Elə rus nağılında olduğu kimi. 
Nağıllarda  məsləhətlərin  ĢifrələnmiĢ  Ģəkildə,  məcazi  an-
layıĢların  vasitəsilə,  rəmzlərlə  verildiyini  də  görürük.  «Hər  vila-
yətdə  bir  ev  tik»  adlı  Azərbaycan  nağılında  padĢah  üç  oğluna 
məsləhət görür ki, bir vilayətdə çoxlu ev tiksinlər. Böyük oğlan-
ları  atanın  sözünü  hərfi  mənada  anlayıb  çoxlu  evlər  tikdirirlər. 
Kiçik  Ģahzadə  isə  atasının  məsləhətini  düzgün  baĢa  düĢüb  çoxlu 
dost  qazanır  və  hər  vilayətdə  özünə  açıq  qapı  qazanır.  Dostları 
onu  hörmətlə  evində  qəbul  etməyə  Ģaddırlar.  Ata  oğlunun  hərə-
kətini təqdir edir (8, 258). 
Rus  nağıllarında  da  belə  müəmmalı  məsləhətlərin  veril-
diyini,  onların  bəzən  düzgün  anlaĢılmadığını  izləyirik.  Məsələn, 
ana, yaxud ata ərə gedən qızlarına nəsihət edirlər ki, heç kəsə baĢ 
əymə, qoy hamı sənə baĢ əysin; hər həftə yeni çəkmə geyin və s. 
Bacılardan  biri  bunu  hərfi  mənada  baĢa  düĢür.  Onun  yeni 
ailəsində  iĢləri  pis  getməyə  baĢlayır.  Digər  bacı  isə  nəsihətləri 
məcazi mənada qəbul edir və hörmət qazanır. Əslində ana demək 
istəyirdi ki, hamıdan əvvəl oyanıb iĢə baĢla. O zaman səndən son-
ra  oyananlar  sənə  baĢ  əyib  salam  verməli  olacaqlar.  Ġkinci 
nəsihətin  mənası  odur  ki,  qız  çoxlu  iĢləməli,  ayaq  üstə  olub 
gəzməlidir.  Onda  hər  həftə  çəkməsi  köhnəlib  yırtılacaq  və  yeni 
çəkmə geyinməli olacaq (5, 66). 
BaĢqa  bir  nağılın  süjetinə  görə,  ata  oğluna  məsləhət  görür 
ki, dar gündə özünü tavandan assın. Bütün sərvətini itirmiĢ oğlan 


 
~ 101 ~ 
özünü  asmaq  istəyərkən  atasının  tavanda  gizlətdiyi  qızıllar  yerə 
tökülür (7, 75-77). Eynilə bu nağılın rus variantı da mövcuddur. 
Digər nağıl da valideynin övladını tərbiyə etməsi metodu ilə 
diqqəti  çəkir.  Ata  ölümündən  qabaq  oğluna  tapĢırır  ki,  bağda 
basdırdığı küpü tapıb çıxarsın. Oğlu bağı qazıq-qazıq etsə də küpü 
tapa  bilmir.  Lakin  həmin  il  bağdan  bol  məhsul  alıb  yaxĢı  gəlir 
götürür. Anlayır ki, atası ona bağı becər, bar versin, onunla dolan 
demək istəyirmiĢ (1, 104-105). 
Nağıllarımızdan  birində  ata  oğluna  məsləhət  görür  ki,  evi 
satmaq  istəsə,  əvvəl  onu  hasara  alsın.  Bunu  edən  oğlan  ev  tikər-
kən atasının hansı əziyyətlərə qatlaĢdığını anlayıb onu satmaqdan 
vaz keçir (4, 10-11). 
Atanın  nar  çubuqlarının  köməyi  ilə  oğlanlarına  diriliyin 
birlikdə olduğunu çatdırmağa çalıĢması  haqqındakı  məĢhur nağıl 
da bu qəbildəndir. (11, 244). 
Nəzərdən keçirdiyimiz nümunələr folklor təfəkküründə sözə 
verilən  qiyməti,  dilin  potensialından,  çoxmənalılıq  xüsusiyyətin-
dən  maksimum  istifadəni,  söz  oyunundan,  eyham  və  rəmzlərdən 
yararlanmanı nümayiĢ etdirməkdədir. BaĢqa xalqların nağılları ilə 
qarĢılıqlı  müqayisələr  isə  onların  və  bizim  milli  dəyərlərimizin 
çox  zaman  üst-üstə  düĢdüyünü,  xeyir  və  Ģər,  yaxĢı  və  pis  an-
layıĢlarımızın ümumiliyini sərgiləyir. Zahiri parıltıdan daha artıq 
mənəvi-əxlaqi  məsələlərə  əhəmiyyət  verdiyimizi,  öz  ədəbiyyatı-
mız  və  mədəniyyətimizlə  bəĢər  mədəniyyətinin  bir  parçası 
olduğumuzu bariz Ģəkildə göstərir. 
 
Ədəbiyyat: 
 
1.
 
Azərbaycan  folkloru  antologiyası.  XIV  c.,  Dərbənd  folkloru 
/Toplayanlar H.Ġsmayılov, S.Xurdamiyeva/, Bakı: Səda, 2006, 
430 s. 
2.
 
Azərbaycan  folkloru  antologiyası.  XVI  c.,  AğdaĢ  folkloru 
/Tərtib edən Ġ.Rüstəmzadə/, Bakı: Səda, 2006, 496 s. 
3.
 
Azərbaycan  folkloru  külliyyatı.  VIII  c.,  Bakı:  Nurlan,  2008, 
399 s. 
4.
 
Azərbaycan  xalq  söyləmələri  /Toplayıb  tərtib  edəni  S.PaĢa-
yev/, Bakı:1992, 
 212 s. 
5.
 
Андреев  Н.П.  Указатель  сказочных  сюжетов  по  системе 
А.Аарне. Ленинград: Издание Государственного Русского 
Географического общества, 1929, 119 с. 


 
~ 102 ~ 
6.
 
Əliyev  O.  Azərbaycan  nağıllarının  poetikası.  Bakı:  Səda, 
2001, 191 s. 
7.
 
Фольклор Азербайджана и прилегающих стран /Под ред. 
А.В.Багрия, в 3-х томах, Т. I, Баку: АзГНИИ, 1930, 302 с. 
8.
 
Qarabağ:  folklor  da  bir  tarixdir.  I  kitab  (Ağdam,  Füzuli, 
Ağcabədi,  Cəbrayıl,  Zəngilan,  Qubadlı,  Laçın  və  Kəlbəcər 
rayonlarından toplanmıĢ folklor örnəkləri). Bakı: Elm və Təh-
sil, 2012, 463 s. 
9.
 
Qarabağ:  folklor da bir tarixdir.  II kitab  (Bərdə  və Ağcabədi 
rayonlarından toplanmıĢ folklor örnəkləri). Bakı: Elm və Təh-
sil, 2012, 484 s. 
10.
 
Qaravəllilər,  nağıllar  /Toplayıb  tərtib  edənlər:  Hatəmi 
Məhəmməd  Tantəkin,  Salman  Əliyev/,  Bakı:  Yazıçı,  1988, 
172 s. 
11.
 
 Rüstəmzadə  Ġ.  Azərbaycan  nağıllarının  süjet  göstəricisi. 
Bakı:Elm və Təhsil, 2013, 368 s. 
12.
 
 Северные  сказки  /Сборник  Ончукова/  Санкт-Петербург: 
Типография А.С.Суворина, 1909, 643 с. 
13.
 
Zaman  zaman  içinde.  Tekerlemeler  –  Masallar  /Derleme  – 
Pertev Naili Boratav/ Ġstanbul: Remzi kitabevi, 1958, 224 s. 
Ġnternet resursları: 
14.
 
www.  gumer.  info  /bibliotek_Buks//Literat/melet  5/01.php 
(Мелетинский Е. Историческая поэтика новеллы) 
 
КЯМАЛЯ ИСЛАМЗАДЕ 
 
ОБЩЕЧЕЛОВЕЧЕСКИЙ ХАРАКТЕР НАЦИОНАЛЬНО-
ДУХОВНЫХ ЦЕННОСТЕЙ В БЫТОВЫХ СКАЗКАХ С 
СЮЖЕТОМ «ДОБРЫЕ СОВЕТЫ» 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: традиционный сюжет, добрые  
советы, бытовые сказки, мотив, иносказание, 
 полисемия, символы. 
В данной статье говорится о поднятии ума, знаний, пре-
красной морали и труда в бытовых сказках до уровня культа. 
В  бытовых  сказках  проявляется  опирающийся  на  столетия 
опыт  этноса,  а  также  повеления,  порожденные  обобщением 
результатов  этого  опыта,  применение  этих  повелений  в  раз-
личных жизненных ситуациях и эффект при решении многих 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə