~ 137 ~
BAKHTIYAR ASKEROV
TRUTHFULNESS AND ART FICTION UNITY IN
THE HISTORICAL NOVELS OF THE 20th CENTURY’S
30th YEARS
SUMMARY
Key words: Maiden Spring, Tabriz is Foggy, Avesta,
traditions, the source
From the point of view of unity of truthfulness and art fic-
tion, especially draw attention two historical novels – Tabriz is
Foggy and the Maiden Spring. In the article the subject line of
M.S.Ordubadi’s Tabriz is Foggy novel reveals, character of the
historical events taking the main place in this product is defined.
Clearness is brought in historical truthfulness and historic figures.
The review of ways of use of various historical sources is given in
the novel the Maiden Spring, in which Y.V.Chemenzeminli by
means of art fiction states historical truthfulness. That novel pri-
mary sources are Avesta and Zoroastrianism reaches attention,
and also communication of the past, a way of life, customs and
traditions with a modern life.
~ 138 ~
ALMARA NƏBĠYEVA
BDU, fil.ü.f.dok.
QARABAĞDA NOVRUZ BAYRAMI
Açar sözlər: Novruz, mart, folklor, çərşənbə, yaz,
folklorşünaslıq, bayram, mərasim, mədəni dəyərlər
Azərbaycan xalqının qədim ilkin qaynaqlarını özündə əks
etdirən bayramlarından biri də Novruz bayramıdır. Novruz
bayramı insanlar arasında bərabərlik, dostluq, sülh bayramı
olmaqla yanaĢı milli və bəĢəri dəyərlərimizi özündə əks etdirən,
xalqı firavan həyata, sülhə, dostluğa çağıran zəngin əvəzsiz yaz
bayramıdır. FolklorĢünas M.H.Təhmasib yazırdı: ―Bütün dünya
xalqları kimi, bizim xalqımızın da tarixində saysız-hesabsız
bayramlar olmuĢdur. Lakin bunların heç biri Novruz bayramı
qədər geniĢ yayılmamıĢ, xalqın məiĢətində bu bayram qədər kök
sala bilməmiĢdir‖. (1.s.198) Novruz bayramı 2009-cu ilin 30
sentyabrında YUNESKO-nun dünya xalqlarının qorunan qeyri-
maddi mədəni irsi siyahısına daxil edilmiĢ, 2010-cu ilin 23
fevralında BirləĢmiĢ Millətlər TəĢkilatı BaĢ Məclisinin 64-cü
sessiyasında martın 21-i dünyada «Beynəlxalq Novruz günü» elan
edilmiĢdir. Bundan əlavə 1993-cü ilin martında ulu öndər Heydər
Əliyev Novruz bayramı üzərindən bütün qadağaları götürmüĢ və
ona «Milli dövlət bayramı» statusu vermiĢdir. Bu qərar qədim
tarixi olan milli mədəniyyətimizin, bayramlarımızın qorunması və
yaĢaması üçün vaxtında verilən dəyərlərdəndir.
XX əsrdə Sovetlər dövründə Novruz bayramının qadağalara,
yasaqlara məruz qalmasına baxmayaraq Azərbaycan xalqının
zəngin folklor mədəniyyətinin tərkib hissəsi olan bu bayramın
ümummilli bayrama çevrilməsi, onun haqqında materialların
toplanması, nəĢri və tədqiqi sahəsində böyük zəhmətlər sərf etmiĢ
F.Köçərli, Ə.Abid, H.Zeynallı, S.Mümtaz, Y.V.Çəmənzəminli,
M.H.Təhmasib kimi ziyalılarla yanaĢı A.Nəbiyevin də folklor-
Ģünaslıqdakı xidmətlərini təqdirəlayiq hesab edirik. Azərbaycan
xalqının yaddaĢında qorunub saxlanılan Mirzə Ġbrahimov, Aidə
Ġmanquliyeva, Teymur Bünyadov, Vasim Məmmədəliyev, Mirzə
Ġbrahimov kimi tədqiqatçıların Novruz bayramı ilə bağlı elmi
məqalələri nəĢr olunmuĢdur. Dahi
mütəfəkkir Nizami Gəncəvinin,
Mövlanə Cəlaləddin Ruminin, ġah Ġsmayıl Xətainin, ZərdüĢtün
~ 139 ~
fəlsəfi dünyagörüĢlərində və digər ədiblərimizin yaradıcılığında
bu mövzuya geniĢ yer verilmiĢdir.
Akademik Vasim Məmmədəliyevin ―Novruz və Ġslam‖
mövzusunda dərc edilmiĢ məqaləsində Novruz bayramının
tarixən
hər cür siyasi görüĢ və əhvalatlardan uzaq olduğu, elat həyatının
bütün etnoqrafik gözəlliklərini özündə əks etdirən yüksək
ideyaları ilə xalqları birliyə, həmrəyliyə, qarĢılıqlı anlaĢmaya və
dostluğa səsləyən bir bayram olduğu qeyd edilmiĢdir. (8.s.128).
Filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ġslamzadə GünəĢin
mərkəzi ekleptika boyunca cənub yarımkürəsindən Ģimala keç-
diyi, gecə-gündüzün bərabərləĢdiyi anının Ģimal yarımkürəsində
baharın baĢlanğıcı hesab edildiyini təbiət qanunauyğunluqlarının
cəmiyyətə təsirinə, onların harmoniyasına geniĢ yer verərək
Novruzun məhz bu harmoniyanı təĢkil edən bir bayram olduğu
qənaətinə gəlmiĢdir.(7.s.109).
Ulu əcdadlarımız qıĢ fəslini üç qismə bölmüĢdülər. Birinci
Böyük Çillə, ikinci Kiçik Çillə, üçüncü Boz ay. Böyük Çillə bir
az mülayim, bir az sərt qırx gün davam edir. Professor A.Nəbiyev
yazırdı: ―Böyük Çillə xoĢ qılıqlıdır, insana o qədər də ziyan
vurmur. Böyük Çillənin ĢəxsləndirilmiĢ obrazının əksinə olaraq
Kiçik Çillə daha sərt təbiətli, amansızdır. Mərasim düĢüncəsində
insan özünün Ģərə, pisliyə münasibətinin müəyyən cəhətlərini
Kiçik Çillə ilə bağlı poetik düĢüncəsində vermiĢdir ‖ (5. s.238).
Sonra iyirmi günlük Kiçik Çillə gəlir və soyuq, Ģaxta, boran və
çovğunla özünü göstərir. Prof. Əzizə Cəfərzadə yazırdı: ―Çillə
sözü, ümumiyyətlə çoxmənalıdır. Amma əsas mənası, məğzi
ağırlıq, çətinlik, ağır imtahan mənalarına gəlir. Çillə çıxarmaq
bayramı isə olduqca Ģən, ağrılı-acılı Kiçik Çilləyə vida, baharın
gəlməsinə, Novruzun yaxınlaĢmasına sevinmək bayramıydı‖
(3.s.160). Sonuncu dörd çərĢənbənin yerləĢdiyi Boz ay gəlir. O,
fevralın 20-də girib martın 21-də sona çatır. Ġl mart ayının 20-də
təhvil olur
Azərbaycanın müxtəlif regionlarında Novruz bayramı məra-
simləri təntənəli Ģəkildə keçirilir. Novruzun strukturunda mövcud
olan dörd ünsürün çərĢənbələr Ģəklində burada verilməsi çox
diqqət çəkicidir. Minilliklərdə olduğu kimi Novruz adətləri bu
gün də ilkin mühafizəkarlığını əsasən aĢağıdakı Ģəkildə qoruyub
saxlamıĢdır: Su, Od, Yel (hava), Torpaq çərĢənbəsi. Bu mərasim-
lərin həyata keçirilməsi Novruzun əsas ünsürü olan Su çərĢənbəsi
ilə baĢlayır və bu proseslər Torpaq çərĢənbəsinə qədər davam
edir. Bu bayram ərəfəsində insanların təkcə ev-eĢiyi, həyət-bacası