Məhərrəmin yeni şeirləri



Yüklə 1,72 Mb.
səhifə19/44
tarix20.08.2018
ölçüsü1,72 Mb.
#63750
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

BİLGİNƏN

Sevənlərin ürəyinə sellənib,

Şəlalətək axmağımı bilginən.

El içində adı-sanı bəllənib,

Simşək kimi çaxmağımı bilginən.
Sevimli oğluyam ata-ananın,

Adına hopmuşam Azərbaycanın.

Toyunu diləyən hər bir cavanın,

Xeyir işlərə baxmağımı bilginən.


Gec qananı öyrədirəm qanmağı,

Sazı, sözü dərk etməyi, anmağı.

Məhərrəmi bir sənətkar sanmağı,

Günəş olub çıxmağımı bilginən.



LƏNGƏRDƏ
Haqq işimlə məni əymək asan döy,

Bir tərpənməz sal qayayam ləngərdə.

Günahsızı az lənətlə, az da söy,

Təlatümdə gur dəryayam ləngərdə.


Şükür düzü düz də görən gözüm var,

Taqətim var, halətim var, dözüm var.

Üstadım var, saz-sözüm var, özüm var,

Nur işıqlı bir ziyayam ləngərdə.


Qatmagınan boş işlərlə başımı,

Çatmagınan düyünlənmiş qaşımı.

Məhərrəməm, soruşmaynan yaşımı,

Duyanlara bir dünyayam ləngərdə.




APARMAYIB

Köçəndə dünyadan bir insan oğlu,

Lüt gedib, dünyadan var aparmayıb.

Firon, Şəddad, Nəmrud ilə Koroğlu,

İtirib gücünü, zor aparmayıb.
Dövlət başçısınnan geniş tanınar,

İnsan əməliylə hər an anılar.

Çoxu bəd işiylə eldə yanınar,

Yaxşılar yamanlıq, çor aparmayıb.


Yaradan,yaşadan ölməzdi-ölməz,

Aşıq Məhərrəmtək sözündən dönməz.

Kinlilər görmüşəm mən qaradinməz,

Qəlbini görməyə kor aparmayıb.


İNCİMƏ
Dədəsini, babasını anmazdan,

İnciməynən, dəli könül, incimə.

Oda düşənlərdən, qeydə qalmazdan,

İnciməynən, dəli könül, incimə.


Qismət verib güvəndiyin ərənlər,

Qoy var olsun sevinc dolu gülənlər.

Gedəcəkdir bu dünyaya gələnlər,

İnciməynən, dəli könül, incimə.


Bu dünyanı sevib seçmək gərəkdi,

Yaxşıları yaşadan da ürəkdi.

Məhərrəmin qınadığı fələkdi,

İnciməynən, dəli könül, incimə.



GÖRMÜŞƏM
Mülayim üzlünü, şirin sözlünü,

Hər yetənə yarınmağnı görmüşəm.

Daxili iblisi, min bir üzlünü,

Böyüklərə sırındığnı görmüşəm.


Məhv eləyib kim gəlməsə xoşuna,

Qılıncını fırlatmayıb boşuna.

Zəhər qatıb qeyrətlilər aşına,

Quduz sayaq darındığnı görmüşəm.


Söz vedim ki, aldanmayım dilinə,

Məhərrəməm, uymam fitnə-felinə.

Çalış vermə ətəyini əlinə,

Özü üçün sarındığnı görmüşəm.


VAR
Saz götürüb min cür hoqqa çıxaran,

Adını ad içrə sana çəkən var,

Mütrüblük eyləyib həşr qoparan

Sənətin başına turplar əkən var


Dəli könül, dövlət vara qul olma,

Hər ulaq misala qara cul olma

Eşqsiz ilhamlara işlək yol olma,

Saza kol dibinə əski bükən var.


Arifdən, alimdən bəhrələnməmiş,

Yonulub sənətdə dəhrələnməmiş

Kamil ustadların bəhrələnməmiş,

Düzün düzlərində dizə çökən var.


Aşıq yox, aşıqlıq edənlər artıb,

Özünü noxtalı quluntək dartıb.

Beş-altı havaya söykənib yatıb

Sanıram arada qara tikan var.


Ustadın əməyi ölməzdir, ölməz

Haqqı car eyləyən sözündən dönməz

Məhərrəm coşanda alovu sönməz.

Bir ulu tanrıdan ona təkan var.



DƏDƏ DE
Dədəsi, babası gəda olana,

Dəli könül, gəda söylə, gəda de.

İnsan görkəmində beli palana,

Haqqı görməz didə söylə, didə de.


Boşboğaz son qoymaz kiriməyinə,

Alovu başları bürüməyinə,

Ölüb üzü sulu çürüməyinə,

Vaxtı andır, vədə söylə, vida de.


Qocalıb tək-tənha qalan zamanı,

Dolub min fikirə dolan zamanı,

Ayrılıq havası çalan zamanı,

Məhərrəmmə dədə söylə, dədə de.



TƏPİKLƏYƏRLƏR
Düz danışma, kəs səsini, lal dayan,

Yoxsa yerə yıxıb təpikləyərlər,

O bədbəxt kasıbı de kimdi sayan

Arxanca əl çalıb, çəpikləyərlər.


Görünəni danışanı əyirlər,

Alçaldırlar, xatirinə dəyirlər.

Adına da qanmaz, nadan deyirlər,

Sonra da cibini qəpikləyirlər.


Dünyanın çoxunu, azını anla.

Gedib yadellinin cazını anla,

Arada cökənin pazını anla,

Üstəlik yaxşıca kötəkləyərlər.


Boyun əyənlərin sayı nə çoxdu.

Kim ki əyməyibdi, qisməti yoxdur

Məhərrəm əzəldən gözlərin toxdu,

Yoxsa xəlbirlərdə ələkləyərlər



ÜÇÜN

Ünvanını ürəyimdən silmişəm,

Məni namərdlərə satdığın üçün.

İnadına fikirləşib gülmüşəm,

Aldadıb-aldadıb atdığın üçün.
Yağdırdın arxamca qeybətli sözü,

Niyə danışılmır hər şeyin düzü.

Səni aldadanın xar olsun üzü,

Ən böyük günaha batdığın üçün.


Bünövrədən kin-kədərsiz olmuşam,

Ürəklərin sevinciylə dolmuşam.

Məhərrəməm, daha mətin olmuşam,

Canımda od alovlar çatdığın üçün.



MƏNƏ
Neçə dəfə dara düşüb, çıxanda,

Can deyən dostlarım sınandı mənə.

Mənim baxdığım da, mənə baxan da,

Bax onda bolluca qınandı mənə.


Çörəyimi tən ortadan böldüyüm,

Dönə-dönə baş-gözünə döndüyüm,

Dost söyləyib, xoş danışıb dindiyim,

Acı təəssüflə yanıldı mənə.


Bu günümdə, o günləri anıram,

Tanıdığmı indi-indi tanıram.

Məhərrəməm, için-için yanıram,

Zəndim o günlərdə yanıldı mənə.



ONDA

Meydan sulayırdın, gərdan çəkirdin,

Fürsəti əlinə almışdın onda.

Xain, xəbislikdən başlar əkirdin,

Çoxunu cənginə salmışdın onda.
Yerə, göyə sığışmırdın dinəndə,

Bahalı “Mersedes”,”Cip”-i minəndə.

Üstümüzə qısqırdılıb, hürəndə,

Düdükdə şən hava çalmışdın onda.


Məhərrəməm, əhli hal axtarırdın,

Fallıqdan fal yeyib, fal axtarırdın.

Özün mal olsan da, mal axtarırdın,

Nəfsinin əlində qalmışdın onda.




BİZDƏ

Çalhaçal,vurhavur, toydu-büsatdı,

Elə bil, qələbə,zəfərdi bizdə.

Bəhsə- bəhs,çal-çağır gündü, saatdı,

Bakımız dərd-qəmsiz şəhərdi bizdə.
Torpaq, vətən yadımızdan çıxıbdı,

Qarı düşmən küməmizi yıxıbdı.

Bu arsızlar bizi elə sıxıbdı,

Duyana hüzndü, qəhərdi bizdə.


Məhərrəmdi sizi haya səsləyən,

Yox olubdu düşmənə kin bəsləyən.

Özümüzük, özümüzü pisləyən,

Dadımız damaqda zəhərdi bizdə.


SÖYLƏ
Amandı ay aşıq şeiri, sözü,

Danəndə, dərd bilən, qanana söylə.

Saza tərs baxanın kor olsun gözü,

Kərəm yanğısını yanana söylə.


Ürəyini söz dağıtsa, dağa de,

Xəstə gəzmə, sağlam ara, sağa de.

Səni duyan dədələrə qağa de,

İsmət, abırlıya bacı,ana de.


Qanmazlara him-cim nədi, dil nədi,

Sızıltı nə, vızıltı nə, zil nədi.

Qanqal axtarana qızılgül nədi,

Məhərrəm, mətləbi canana söylə.





Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə