Məhərrəmin yeni şeirləri



Yüklə 1,72 Mb.
səhifə18/44
tarix20.08.2018
ölçüsü1,72 Mb.
#63750
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

АЙ МЯЩЯРРЯМ

Бир дцнйа эюзяли эюзцйля эцлцб,

Деди: Şян бир щава чал, ай Мящяррям.

Дедим: Üрякляри тян йары бюлцб,

Мяним дя щалыма гал, ай Мящяррям.
Дедим: Eшг ялиндян йаралыйам мян,

Деди: Dярд ящлиня чаралыйам мян.

Дедим: Gюзялликдян бил ,щалыйам мян,

Деди: Hал ящлисян, щал, ай Мящяррям.


Дедим: Cяфаныза дюзсям неъяди,

Деди: Nязакятин, гялбин инъяди.

Дедим: Sябр мяндя чохду, эенъяди,

Деди: Gял кюнлцмц ал, ай Мящяррям.


Дедим: Sинян цстя башымы гойум,

Деди: İстяйирям мян сяндян дойум.

Дедим: Sян оларсан щарайым, щойум,

Деди: Çох дейилям кал, ай Мящяррям.


Дедим: O эюзлярин дуруб гясдимя,

Деди: Qошуларсан арзу бясимя.

Дедим: Gцъ эятирдин сян щявясимя,

Деди: Sайыл эюрцм Зал, ай Мящяррям.


Дедим: Öзцм кими тайым тапылмаз,

Деди: Sящяряъян эюзцм гапылмаз.

Дедим: Kюнцл ханам сянсиз йапылмаз,

Деди: Bу дюзцмдя гал, ай Мящяррям.
Дедим: Mятлябимя чата биляйдим,

Деди: Dемирсян ки, сянля эцляйдим,

Дедим: Vядя версян сизя эяляйдим,

Деди: Gəl юзцмц ал, ай Мящяррям.


Дедим: Cцт йашайыб бир дювран гураг

Деди: Yашанты анлары биз сона вураг.

Дедим: Bядниййятли гой олсун ираг,

Деди: Xош эцнляря гал, ай Мящяррям.


Дедим: Sюйляйирсян мяни алдатма ,

Деди: Dцз дейирям алдадыб атма.

Дедим: İнан мяня ганnы гаралтма,

Деди: Oнда ися йай, ай Мящяррям.


Дедим: Bу гисмятя севин, эцл, гузум,

Деди:Biр юйадыр, мян неъя йозум.

Дедим: Əщдимизи инанма позум ,

Деди: чох мярщабa сяня, ай Мящяррям.



MƏHƏRRƏM
Atıb bu diplomu, danıb ad-sanı,

Qeyri-ixtisas seçmək istər Məhərrəm.

Can deyən kəslərin de indi hanı,

Bu şəhərdən köçmək istər Məhərrəm.


Çıxa bilmir ödənişdən, sələmdən,

Uzaqlaşmır dərd möhnətdən, ələmdən.

Qazanc yoxdu telli sazdan, qələmdən,

Əkib, səpib, biçmək istər Məhərrəm.
Görən deyir saralırsan, solursan,

Xəyalların qanadına dalırsan.

Bir ayına neçə manat alırsan,

Yaxşı-yaman seçmək istər Məhərrəm.


Özüm bilməm iş düz gəlmir, nədəndi,

Siyasətim bir öynəlik gödəndi.

Sələmlərin göz yaşıyla ödəndi,

Dərə-təpə aşmaq istər Məhərrəm.


Qonaq görcək yan gedirəm, düzü nə

Baxammıram arvad-uşaq üzünə.

Gündüzləri görünmürəm gözünə,

Qıl körpülər keçmək istər Məhərrəm.


Köhnə şalvar köhnəlibən ütülüb,

Rəngi gedib, didilərək sürtülüb.

Ayaqqabı beş yerindən sökülüb,

Zəhər tapıb içmək istər Məhərrəm.


Karlar, korlar sənətkara lağ edir,

Haramxorlar haqsızlığı ağ edir.

Söyüd əkən barsız bağı bağ edir,

Əlaqəni kəsmək istər Məhərrəm.




QALDI

(1988-ci ildə erməni təcavüzundan

qaçqın düşən Göyçəli soydaşlarımıza)
Aman Allah obamızın evinin,

Kilidi paslandı, cəftəsi qaldı.

Necə deyim ağlamayın, sevinin,

Arzunun, murazın xəstəsi qaldı.


Burnumdan getməyir qoxusu gülün,

Çiçəkli yamacın, ceyranlı çölün.

Yığışın, ay ellər, bu qəmi bölün,

Şeirimin, sazımın bəsdəsi qaldı.


Əllərdən alıblar dağı, ormanı,

Yadlardan kim umur ölüm fərmanı.

Axı bizlərdədi dərdin dərmanı,

Ruhu şad dədələr dəstəsi qaldı.


Dözəmmərik dedik, dözümlü olduq,

Yadlar hiyləsinə alışıb yandıq.

Kim bizi saxladı, biz necə qaldıq,

Nənənin , babanın gəl səsi qaldı.


Hər qarış torpağı tarixi yaddaş,

İndi sahibidir can deyən “qardaş”.

Sızlayıb bu qədər keçirmə təlaş,

Aşığın toylarda siftəsi qaldı.


Necə urcah olduq ahu-fəryada,

Qərq oldu gəmimiz batdıq dəryada.

İsti ocağımız qalıbdı yada,

Ozanın “xilas et” kəlməsi qaldı.

Ordadır əcdadın tarixi, izi,

Səsləyir ruhları çağırır bizi.

Neçə qəhrəmanın qatlanıb dizi,

Neçə nənələrin ilməsi qaldı.


Güman yeri ağılımdı, qolumdu,

Təsginliyim haqqa gedən yolumdu.

Məhərrəməm, güvənc sağla solumdu,

Sözümün hər kəsin bilməsi qaldı.




DUY GÖRƏK

Məni coşa gətiribsən, qulaq as,

Dinlə sazı, bu xoş anı duy görək.

Şirin kəlmələrlə quraraq təmas,

Dost axtaran əziz canı duy görək.
Yaxşı insanların dönüm gözünə,

Dədə ozanların çöküm dizinə.

Baxım gözlərinə, nurlu üzünə,

Sənətində soltan, xanı duy görək.


Gərək çörəyimi çörəkçi yesin,

Pulu lazım deyil, bir “sağ ol” desin.

Aşığı görməyə daim tələssin,

Dərindən dərk elə, tanı duy görək.


Mən də zil üstündə coşum, çağlayım,

Xotkarların gədiyini bağlayım.

Kərəm olub, Əsli deyib ağlayım,

Məhərrəmtək gövhər –kanı duy görək.




FƏRQİM VAR

Ay məni özünə bərabər tutan,

Mənlə sənin dağlar boyda fərqim var.

Əməlindən dediyindən bir utan,

Şeir, dastan, oxunacaq şərqim var.
Tufanları kamalımla keçmişəm,

Sərraf olub,ləli gövhər seçmişəm.

Bulaqların köbəyindən içmişəm,

Günəş dolu hərarətim,bərqim var.


Mənim qismətimdi yazıb yaratmaq,

Sənin vərdişindi yetənə atmaq.

Bu xülyaynan Məhərrəmə nə çatmaq,

Amalım var,imanım var,dərkim var.




ÇIRAMDI

Neçə ki, səndədir o ağıl-kamal,

Elə söndürdüyün mənim çıramdı.

Sənə can deyənin qədrini də bil,

Qanını sorduğun mənim yaramdı.
Azdırıbsan,aşırıbsan həddini,

Güclülərə tez əyirsən qəddini.

Pəsinmirsən övliyalar cəddini,

Zəlil olsan, çarən mənim çaramdı.


Başda gəzdirirsən qanlı çanağı,

Özünü sanmırsan dünya qonağı.

Axı sənsən kor şeytanın barmağı,

Məhərrəm dediyi qənim,haramdı.



YAZDI

Yaxşı axtarırdım qoca dünyada,

Taleyimi yazan yamana yazdı.

Bəxtim bəd gətirdi, saldı fəryada,

Zilləti sərt olan zamana yazdı.
Pay düşmədi yaxınımdan, yoldaşdan,

Həzz almadım sirri yayan sirdaşdan.

Bezikdim gözümdə tökülən yaşdan,

Ümid, istəyimi gümana yazdı.

Məhərrəm at çapdı söz meydanında,

Fərəh duydu şöhrətində şanında.

Saz onu yaşatdı hər bir anında,

Üstəlik meylini canana yazdı.




Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə