Məhərrəmin yeni şeirləri



Yüklə 1,72 Mb.
səhifə16/44
tarix20.08.2018
ölçüsü1,72 Mb.
#63750
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

A BƏDBƏXT

Boşuna çərləmə, mənasız sözün,

Tək bircə misrama dəyməz, a bədbəxt.

Eybini yer örtsün, qapansın gözün,

İnsan heç özünü öyməz, a bədbəxt.
Ağzın köpüklənir söz danışanda,

Kişilər işinə sən qarışanda.

Küsüb güclülərlə tez barışanda,

Qəddini min dəfə əyməz, a bədbəxt.


Uzaqsan söhbətdən, sazdan,sənətdən,

Kənar da gəzmirsən böyük qələtdən.

Məhərrəməm, gəl uzaqlaş adətdən,

Adam hər yetəni öyməz, a bədbəxt.



OLMAZ

Qartalı qayadan, durnanı göydən,

Əsrəmiş nərləri döndərmək olmaz.

Adi xəstəliyi diləməz bədən,

Haqq deyən sözlünü sindirmək olmaz.
Tanrıdan istərəm hər kəsə qismət,

Kişiyə ar-qeyrət, qadına ismət.

Yaxşıdan götürsün yamanlar ibrət,

At alıb namərdi mindirmək olmaz.


Məhərrəməm, dönüm şama-çırağa,

Onun üçün siz söz olun sorağa.

Ahıl görüb heç durmasan ayağa,

Onu acı sözlə dindirmək olmaz.




VAR OLSUN

İşim yoxdu qəlbi çirkab qarayla,

Təməlində düz olanlar var olsun.

İnsanlıq ölçülmür pulla, sarayla.

Bir yerinə yüz olanlar var olsun.
Xoş əməllə sayılanlar, seçənlər,

Çoxdu mərdlər şərəfinə içənlər.

Bu dünyanı qana-qana keçənlər,

Dodaqlarda söz olanlar var olsun.


Arzum budur diləyiniz çin çıxsın,

Sevinc dolsun, qəlbinizdən kin çıxsın.

Məhərrəmtək dostu sevən min çıxsın,

Babalara iz olanlar var olsun.



ADAM OĞLU

Deyiləni peysərinə vermə gəl,

Dərk elə sözləri qan adam oğlu.

Dünyada iz qalar, birdə ki əməl,

Deyirəm dərk elə, an, adam oğlu.
Dərdlilər çox sevər dərdi çəkəni,

Dost dostla tən bölər bircə tikəni.

Daim yad et yaxşı övlad əkəni,

Dərindən hallara yan, adam oğlu.


Dinib danış təklifimi bəyənsən,

Deməsinlər sən ilansan, çəyənsən.

Duyduğunla Məhərrəmə əyansan,

Daha eyləməynən qan, adam oğlu.




VAR OLSUN

Mənim oğuz elim, Tovuz mahalım,

Qibləgahım, bu ünvanım var olsun!

Min nübar yetirən cahi-cəlalım,

Cənnət misal gulüstanım var olsun!
Dağları əl çatmaz, qarlı, qartallı,

İnsanları müdrik, ağıl-kamallı.

Cavanlar səbrli, dodağı ballı,

Ellərimdə şövkət-şanım var olsun!


Məhərrəmə nur sabahlar açandı,

Ürəyinə şəfəqlərni saçandı.

Könül quşu xəyalıyla uçandı,

Hər bir fərdim, hər həyanım var olsun!



BU GƏLİN

Arzu, istək, ismətini özüylə,

Qafa,vəfa gətiribdi bu gəlin.

Hər şeyə mehriban, şirin sözüylə,

Tərbiyəni götürübdü bu gəlin.
Ayağı ruzili, üzü nurludur,

Sinəsi atəşli, qəlbi qorludur.

Haqsızlığa qənim olan zorludur,

Sağlam zəka yetiribdi bu gəlin.


Gözəl görən, gözlər ona dikildi,

Nankor, haram ətrafından əkildi.

Zəhmətiylə ev-eşiklər tikildi,

Ürəkdə gül bitirəndi bu gəlin.


Danışanda bal süzülür dilindən,

Gileyi yox, kimsə onun əlindən.

Məhərrəməm, ibrət alın gəlindən,

Aylar, illər ötürübdü bu gəlin.




DEYİRLƏR

Qul olub quduran, yolunu çaşan,

Atır öz başına daşı deyirlər.

Çöldə çaqqallara, itə yaraşan,

Bəyənmir yağ, balı,aşı deyirlər.
Kimliyini anlayan döy, qanan döy,

Bir kimsənin acısına yanan döy.

Sayılmazdı, sayılanı sanan döy,

Nə olsun insandı, naşı deyirlər.


Haqq kəlamın rəva bilmir özünə,

Heç inanmır Məhərrəmin düzünə.

Bu səbəbdən söyən artıb üzünə,

Dünyanın çəp gözü, çaşı deyirlər.




OLSAYDI
Sən də mənim kimi alovlanardın,

Eşq adlı qəlbində qorun olsaydı.

Sehrinə düşərək cilovlanardın,

Oduma odlanan yarın olsaydı.


Dolanıb gəzmirsən Məcnun sayağı,

Özü-öz könlünə çəkilən yağı.

Həyatı mənasız, özü lağlağı,

Evlər uçurardın zorun olsaydı.


Məhərrəmin qəlbində var vəfası,

Üz ağardıb alın təri, cəfası.

Nə bilirsən nədi gözəl səfası,

Yanmaz idim düz ilqarın olsaydı.




O VAXTI

Boşlayanda xəyanəti, pisliyi,

Mən deyənə gələcəksən o vaxtı.

Atan zaman xislətindən tərsliyi,

Öz-özünü biləcəksən o vaxtı.
Unsan odur , onu oba-el deyir,

Xoş əməlnən sorağını dil deyir.

Dodaq qaçır, saz diliylə zil deyir,

Bu səbəbdən güləcəksən o vaxtı.

Məhərrəməm, müdriklikdi qocalıq,

Bir qismətdi o tanrıdan ucalıq.

Ağıl ilə qocalmaqdı qocalıq,

Sirri haqla böləcəksən o vaxtı.



VAR İDİ
Mənim gəncliyimin erkən çağında,

Şirin-şəkər uşaqlığım var idi.

Atamın, anamın sağı-solunda,

Dəcəlliyim, şıltaqlığım var idi.


Dinləmişəm aşıqların səsini,

Bəyənmişəm həm zilini, pəsini.

Gizlədə bilməyib eşq həvəsini,

Sazlı-sözlü qonaqlığım var idi.


Aludəydim ozanların sözünə,

Meyl eylədim şeriyyatın yüzünə.

Dədə Azaflının dönüm gözünə,

İstək dolu qoçaqlığım var idi.


Qara telim ustadım tək ağ oldu,

Əkbər, İmran ayrılığı dağ oldu.

Fikirlərim ruhum kimi sağ oldu,

Subaylığım, sultanlığım var idi.


Məhərrəməməm, qurulmuşam təməldən,

Çox uzağam pis niyyətdən, əməldən.

Telli sazı verərəmmi mən əldən,

Gur nəfəsim, odlu çağım var idi.



BARIŞAMMIRAM

Sazı oyuncağa döndərənlərlə,

Barışa bilmirəm, barışammıram.

Şöhrəti göylərdən endirənlərlə,

Yarışa bilmirəm, yarışammıram.
Milli simasını itirənlərlə,

Nifrəti, töhməti götürənlərlə,

Ozana əksiklik gətirənlərlə,

Duruşa bilmirəm, duruşammıram.


Məhərrəməm, haqq sözündən qalmazam,

Hər yetənin minnətini almaram.

Mən aşığam, hər yetənlə çalmaram,

Sayrışa bilmirəm, sarılammıram.





Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə