Gülüstan müqaviləsi
93
Səbəbinə toxunmadan İbrahim xanın Şuşa qalasını tərk etməsi mayor
Lisaneviçin yaxınlaşan təhlükə qarşısında İbrahim xanın da yardım-
larından məhrum olması demək idi. Bundan başqa İbrahim xanın Şuşa
qalasını tərk etməsi Şuşa əhalisində onsuz da ruslara qarşı mövcud olan
barışmazlıq əhval-ruhiyyəsini daha da gücləndirə bilərdi. İbrahim xanın
qaladan kənarda olmasını mayor Lisaneviç özü üçün təhlükə sayırdı və
bu təhlükənin sovuşdurulması üçün o öz rəhbərləri ilə məsləhətləşmədən
İbrahim xanın aradan götürülməsini və bununla da xanlığın daxilində
antirus əhval-ruhiyyəsinin qarşısının alınmasını qərarlaşdırdı.
N.Dubrovin hadisələrin sonrakı gedişini belə təsvir edirdi: 1806-cı
ilin may ayında şah qüvvələri Ərdəbilə toplaşıb oradan Naxçıvan və
İrəvan istiqamətində hərəkət etmək niyyətində idilər. Bir qoşun dəstəsi də
Qarabağ istiqamətində hərəkət etməli idi. Bu istiqamətdə isə çoxsaylı şah
qüvvələrinin qarşısını almaq üçün kifayət qədər rus qüvvələri yox idi.
General Nesvetayev hətta Qarabağa göndərmək üçün əlavə qüvvə tapa
bilmədi. İyun ayının 1-də Abbas Mirzə qoşunlarının 20 min nəfərdən
ibarət olan avanqard dəstəsi Şuşa qalasına yaxınlaşdı. Bunu görəndə ma-
yor Lisaneviç İbrahim xandan tələb etdi ki, qalaya qayıtsın və ailə
üzvlərini də ora gətirsin. İbrahim xan isə nəinki qayıtmadı, əksinə 400-
500 nəfərlik dəstə toplayıb möhkəmlənməyə başladı. Bundan başqa
İbrahim xan ətraf kəndlərə çaparlar göndərərək yerli əhalini narahat
olmamağa çağırdı. O xəbər yaydı ki, əhali şah qüvvələrinin Qarabağa
gəlişindən narahat olmasın və şah qüvvələrinin məqsədi yerli əhalini
qorumaqdır. Bütün bunları İbrahim xanın Rusiyaya xəyanəti kimi
dəyərləndirən rus tarixçisinin məlumatına görə, mayor Lisaneviç əvvəlcə
Cəfərqulu bəyi, sonra da Mehdiqulu ağanı İbrahim xanın yanına göndərdi
və onların vasitəsilə İbrahim xanı Rusiyaya xəyanət yolundan
çəkindirməyə çalışdı. Müəllif mərhum Məhəmməd Həsən ağanın oğlu
Cəfərqulu bəyi etibarlı ruspərəst kimi, Mehdiqulu ağanı isə ruslara loyal
münasibətdə olan şəxs kimi təqdim edir və əlavə edirdi ki, onlar hər ikisi
gün ərzində İbrahim xanı təkidlə Şuşa qalasına qayıtmağa çağırsalar da
nəticə olmadı. Sözünün üstündə dayanan İbrahim xan əksinə, Cəfərqulu
bəydən xahiş etdi ki, mayor Lisaneviçi həbs edib onun yanına gətirsin.
Guya İbrahim xan onu da bildiribmiş ki, bu gecə ya özü şah qüvvələrinə
birləşəcək, ya da şah qüvvələri qala divarları altında onunla birləşəcəkdir.
Bu məlumatları eşidəndə mayor Lisaneviç İbrahim xanı həbs etmək
qərarına gəldi (104).
N.Dubrovinin yazdığına görə, mayor Lisaneviç 100 nəfərlik dəstə ilə
İbrahim xanın həbsinə yollandı və əsgərlərinə ilkin olaraq atəş açmamaq
əmri verdi. Guya İbrahim xan ehtiyat tədbirlərinə əl ataraq qaladan
Mehman Süleymanov
94
başlayıb yaşadığı çadıra qədər yol boyu mühafizəçilər düzdürmüşdü.
Lisaneviç isə kəsmə yolla hərəkət etdiyindən rusları yalnız İbrahim xanın
çadırına yaxınlaşan zaman müşahidə etmək mümkün oldu. Bildirilir ki,
İbrahim xanın mühafizəçiləri heç bir sözə, xahişə baxmayaraq atəş
açmağa başladılar. Onda Lisaneviç də atəş açmaq əmri verdi. İbrahim
xan güllə ilə yerindəcə qətlə yetirildi. Onun oğlunun və qızının meyiti
sonradan kolluqda tapıldı (105).
Bununla da 1806-cı ilin iyul ayında Qarabağ xanlığının möh-
kəmləndirilməsində böyük xidmətləri olan İbrahimxəlil xanın həyatına
təbəəliyini qəbul etdiyi Rusiyanın hərbçiləri tərəfindən son qoyuldu.
Yuxarıda qeyd edilənlər rus tarixçilərinin fikirləri olduğu üçün həmin
qeydlər daha çox İbrahim xanın qatili mayor Lisaneviçin amansızlığına
haqq qazandırılmasına xidmət edir. Ona görə də sözsüz ki, bu fikirlərin
birmənalı şəkildə qəbul edilməsi mümkün deyildir. Özlüyündə müəllifin
yazılarında diqqəti cəlb edən bir sıra məqamlar da bunu göstərir. İbrahim
xanın niyə görə Lisaneviçi qala daxilində tərksilah etməməsi, İbrahim
xanın söylənildiyi kimi şah qüvvələri ilə birləşmək istəyirdisə niyə görə
şah qüvvələrini qalada qarşılamaması, ətrafında 400-500 nəfərlik dəstə
olduğu halda niyə görə mayor Lisaneviçin 100 nəfərlik dəstəsinin
qarşısını ala bilməməsi, mayor Lisaneviçin hücum zamanı İbrahim xanın
ətrafının müqavimət göstərib-göstərməməsi və s. məqamlar müəyyən
suallar doğurmaqdadır. Qarabağnamə müəlliflərinin yazdıqları da rus
tarixçisinin fikirlərinə çox ciddi şəkildə yanaşılmasını tələb edir.
V. Potto isə öz əsərində İbrahim xanın qətlə yetirilməsinə rus
hərbçilərinin təşəbbüsü kimi toxunmuşdur. Onun yazdıqlarında belə bir
maraqlı məqam var ki, İbrahim xan həftə sonu, yəni həftənin 4-5-ci
günləri ailəsi ilə birlikdə qaladan kənarda vaxt keçirər və cümə günü
axşamı geri qayıdardı. Çox güman ki, qətlindən əvvəl də İbrahim xan
məhz istirahət məqsədilə bütün ailəsi ilə birlikdə şəhər kənarına çıxmışdı.
Amma müəllif rus hərbçilərinin cinayətinə haqq qazandırmaq üçün
İbrahim xanın qala kənarına ailəsi və uşaqları ilə birlikdə çıxmasını onun
satqınlığı ilə bağlayır. Müəllifə görə, İbrahim xanın nəvəsi Cəfərqulu ağa
(bəy) onun niyyətindən xəbər tutub mayor Lisaneviçə xəbər verdi. Mayor
Lisaneviç də İbrahim xanı həbs etmək istəyərkən Qarabağ xanı həlak
oldu (106)
Erməni salnaməçisi Mirzə Yusif Nersesovun “Tarixi-Safi” əsərində
İbrahim xanın antirus mövqe tutması qeyd olunsa da, rusların İbrahim
xanın çadırını dörd tərəfdən mühasirəyə alaraq onu bütün ailəsi ilə
birlikdə qətlə yetirildiyi bildirilir (107). Açıq ruspərəst mövqedə olan
Nersesov İbrahim xanın mühafizəçiləri tərəfindən ruslara hər hansı bir