Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə40/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   36   37   38   39   40   41   42   43   ...   265

Gülüstan müqaviləsi 

 

95



müqavimət göstərildiyini qeyd etmir. Başqa sözlə, İbrahim xan ailəsi və 

qulluqçuları rus hərbçiləri tərəfindən heç bir maneəyə rast gəlmədən açıq 

güllə-baran edildilər. 

Bu mövzuya toxunan Qarabağnamə müəlliflərindən hər biri İbrahim 

xanın şah təbəəliyini qəbul etmək fikrində olmasını və buna görə də rus 

təbəəliyindən üz döndərməsini təsdiq etmirlər. Eyni zamanda İbrahim 

xanın Abbas Mirzə ilə yazışmağa başlaması deyil, Abbas Mirzənin və 

Qacarlar sarayının Qarabağ xanlığına hücumdan əvvəl  İbrahim xanın 

yanına qasidlər göndərilməsi, onun şah təbəəliyinə dəvət olunması qeyd 

edilir. Bildirilir ki, 1806-cı ilin yazında  şah qüvvələrinin Qarabağa 

hücumu ərəfəsində Fətəli şah qasidlərini İbrahim xanın yanına göndərdi, 

ona ümidlər verdi, onu öz tərəfinə çəkməyə çalışdı (108). İbrahim xanın 

elə bir qüvvəsi yox idi ki, şah qoşunlarının qarşısını alsın.  Şah 

qoşunlarına müqavimət göstərmək üçün ruslardan da hər hansı bir 

köməyin gələcəyi inandırıcı deyildi. M.M.Xəzaniyə görə, bu çıxılmaz 

vəziyyətdə  İbrahim xan başa düşdü ki, şah qüvvələri Qarabağa tərəf üz 

tutsa, mayor Lisaneviçin tabeliyində olan dəstə ilə onların qarşısını 

kəsmək mümkün olmayacaqdır. Qarabağın bir çox bəylərinin  şah 

qoşunlarına qoşulması isə xanlığın müdafiə şanslarını daha da azaldırdı. 

Digər tərəfdən də  Əbülfət ağa xanlığın kəndlərinə soyğunçu basqınlar 

edir və əhalini Arazın cənubuma köçürürdü. Ona görə İbrahim xan onu 

təhdid edən  şah qüvvələri ilə daha isti münasibətdə olmağı  və beləliklə 

də,  şah qüvvələrinin xanlıq  ərazisində törədə biləcəyi dağıntıların 

qarşısının alınmasına cəhd göstərməyi qərarlaşdırdı. O bu barədə mayor 

Lisaneviçə  də  məlumat verdi. Lisaneviç də  İbrahim xanın tədbirliliyini 

bəyəndi və eyni zamanda tezliklə Qarabağa  əlavə rus hərbi qüvvələri 

gətiriləcəyinə  vəd verdi. Əslində isə yuxarıda qeyd edildiyi kimi, rus 

komandanlığının ixtiyarında  əlavə  hərbi qüvvələr yox idi ki, Qarabağa 

göndərsin. Ona görə  də Lisaneviçin vədləri  əməl olunmamış qaldı. 

Tezliklə Abbas Mirzə rəhbərlik etdiyi qoşun dəstəsi ilə Arazı adlayıb Şu-

şa qalası yaxınlıqlarında düşərgə saldı. Abbas Mirzə bir daha İbrahim 

xanın yanına adam göndərib onu şah təbəəliyini qəbul etməyə dəvət etdi. 

İbrahim xan da məsələni yenidən mayor Lisaneviçə çatdırdı. Lisaneviç 

isə bir daha məsləhət gördü ki, xan vaxtı uzatmağa çalışsın ki, rus 

qüvvələri gəlib yetişsin.  İbrahim xan da Abbas Mirzəyə çox da aydın 

olmayan bir cavab göndərdi və bildirdi ki, vəziyyət sakitləşərsə şah təbə-

əliyini qəbul etməyə hazırdır (109). 

Qarabağnamə müəllifləri yazırlar ki, bu əsnada  İbrahim xan Şuşada 

deyil,  Şuşanın 12 kilometrliyində olan Xan bulağında yaşayırdı.  Şah 



Mehman Süleymanov 

 

96



qoşunlarının hücumu ərəfəsində o, Xan bulağına köçüb Qaraqaya adlı 

məntəqədə düşərgə saldı (110). 

M.M.Xəzaninin yazdıqlarına görə, Mehdiqulu ağa da burada, xanın 

yanında idi. Lisaneviç Qaraqayada yaşayan İbrahim xandan xahiş edir ki, 

Şuşa qalasına qayıtsın. İbrahim xan isə məlumdur ki, qalaya qayıtmadı və 

bunun səbəbi ilə bağlı Qarabağnamələrdə hər hansı bir məlumat yoxdur. 

Yalnız yaxınlarının verdiyi məlumata görə, İbrahim xan əlavə rus hərbi 

qüvvələri gələnə kimi şah qüvvələrinin Qarabağa hücumunu ləngitməyə 

çalışırdı (111). Bunun nə yolla ediləcəyini söyləmək çətindir. Çox güman 

ki,  İbrahim xanın konkret planları var idi və bu planlara əsasən  şah 

qüvvələrinin talançı yürüşlərini ləngitməyə çalışırdı. 

Qarabağnamələrdə olan məlumatlardan belə bir qənaətə gəlmək olar 

ki, mayor Lisaneviç özlüyündə  İbrahim xanın qalaya qayıdıb-

qayıtmamasında elə  də israrlı deyildi. Yalnız onun ətrafında olan bəzi 

qüvvələrin qızışdırıcılığı və təhrikçiliyi nəticəsində Lisaneviçdə İbrahim 

xana qarşı ciddi şübhələr baş qaldırdı. M.M.Xəzani belə  qızışdırıcılar 

içərisində Miraxur adlı bir gürcünün adını  çəkir.  İbrahim xanı gözü 

götürməyən bir sıra adamların fitnəkarlığından sonra mayor Lisaneviç 

İbrahim xanı qətlə yetirmək qərarına gəldi. 1806-cı il iyun ayının 14-də 

mayor Lisaneviç gecə  səhərə yaxın  İbrahim xanın yaşadığı yerə 

yaxınlaşdı. Rus zabiti əvvəlcə  ətrafı yaxşıca nəzərdən keçirdi və 

mühafizəçilərin olub-olmaması ilə maraqlandı. M.M.Xəzaninin 

yazdığına görə,  İbrahim xanın  ətrafında hər hansı silahlı  dəstənin 

olmadığını görüncə gəldiyinə peşman oldu. Çox güman ki, İbrahim xanın 

öz  ətrafında silahlı  dəstə saxlaması barədə mayor Lisaneviçə yalan 

məlumat verilmişdi.  İbrahim xan da yuxudan ayılıb  ətrafını  əsgərlər 

bürüdüyünü gördü və Lisaneviçdən məsələnin nə yerdə olduğunu 

soruşdu. Lisaneviç isə  gəlişini  əsaslandırmaq  əvəzinə,  əsgərlərə atəş 

açmaq əmri verdi. Nəticədə İbrahim xan, arvadı Tutu xanım, qızı Səltənət 

bəyim, 12 yaşlı oğlu Abbasqulu ağa, kəbirli Abbasqulu ağa, Hacı Həsənli 

bəy, Mirzə Haqverdi, qərvəndli Hümmətəli bəy sarıcalı Gülməli bəyin 

oğlu Cavanşir və  Həsənağa, qərvəndli qulluqçu Əlipənah,  Əfşar Ca-

vanşir, Mirzə Nağı, kəbirli  Əcəmoğlunun oğlu Hacı  Həsən və onun iki 

oğlu və digər şəxslər, ümumən 17  nəfər qətlə yetirildi (112). 

Araşdırmalar göstərir ki, İbrahim xanın qətli üçün mayor Lisaneviçin 

qızışdırılmasında Qarabağ  məliklərinin də  əli vardır. Məsələn, Myurel 

Etken adlı müəllif Nyu-Yorkda çap olunmuş məqaləsində İbrahim xanın 

qətlinin Qarabağ məlikləri, konkret olaraq məlik Cəmşidin fitnəkarlığı ilə 

əlaqələndirirdi. Müəllif bölgədə Qacarlar hakimiyyəti ilə Rusiya arasında 

kəskin mübarizə getdiyini, bu mübarizənin İbrahim xanın qətlinə təsirsiz 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə