Gülüstan müqaviləsi
87
aparılmış xeyli sayda heyvan geri qaytarıldı. Sisianov bu xəbərdən çox
sevindi və ümid etdi ki, bu uğur daha çox adamım Cəfərqulu bəyin ətra-
fında birləşməsinə və onun Qarabağ xanı üçün daha real namizədə
çevrilməsinə səbəb olacaqdır (94).
4. İbrahim xanın qətli
Rusiya general və zabitlərinin ümidlərinin əksinə olaraq Kürəkçay
müqaviləsi imzalanandan sonra Qarabağda Rusiyameylli mövqe heç də
tam aydınlığı ilə özünü göstərmədi. Bir tərəfdən Rusiya hakimiyyətinin
dayağı ola biləcək kifayət qədər hərbi qüvvə Qarabağda yox idi. Digər
tərəfdən də İbrahim xanın siyasətində və Qarabağ əhalisinin əhval-
ruhiyyəsində Rusiyapərəstlik özünün elə də aydın ifadəsini tapmırdı. Bu
da Rusiya canişinlərini heç də qane etmirdi. Xüsusilə, Məhəmməd Həsən
ağanın ölümü rus zabitlərinin təşvişini bir qədər də artırdı. Çünki onun
ölümü, Mehdiqulu ağanın isə Sisianovun dəstəsində olması Qarabağ
xanlığının idarəçiliyində bir boşluq yaratdı. Bu dövrdə İbrahim xanın
xanlığa iddialı olan və Abbas Mirzə düşərgəsində güzəran keçirən oğlu
Əbülfət ağanın Qarabağa olan talançı yürüşləri artdı, yerli bəylər arasında
ona rəğbət bəsləyənlərin sırası genişləndi. Xəstə günlərini keçirən
İbrahim xanın bir çox hadisələrə müşahidəçi mövqeyində olması
şahmeylli qüvvələrin fəallaşmasını daha da artırdı.
İbrahim xanın əmisi oğlu Mirzəli bəy yaranmış qarışıq vəziyyətdən
istifadə edərək Gəncədə girovluqda olan oğlu Behbut bəyi oradan
oğurlatdı və onlar hər ikisi Əblüfət ağanın yanına qaçdılar. Bu da
Sisianovla İbrahim xan arasında olan münasibətlərin daha da
soyuqlaşmasına səbəb oldu. Mirzəli bəy isə ətrafında 300 atlı olan
Əbülfət ağanın Qarabağ xanlığı ərazisində talanlar etməsinə əlavə dəstək
oldu. Belə əməlləri ilə Əbülfət ağa yerli əhalini İbrahim xandan narazı
salmağa və əhalinin şaha olan meylini gücləndirməyə çalışırdı. Mövcud
olan məlumatlara görə, bu dövrdə Abbas Mirzə də Təbrizdə
möhkəmlənməyə və Azərbaycan xanlıqları üzərinə yeni yürüş keçirməyə
hazırlaşırdı.
Mirzəli bəyin oğlu Behbud bəyi Gəncədə rus girovluğundan
qaçırması Sisianovu kifayət qədər təşvişə saldı. O da mayor Lisaneviçin
ona yazdıqları ilə razılaşaraq xanlıq daxilində antirus mövqelərinin və ab-
havasının güclənməsini İbrahim xanın idarəçiliyinin zəifləməsi ilə
əlaqələndirirdi. Eyni zamanda belə bir hadisənin baş verməsinə görə
Sisianov mayor Lisaneviçi də ittihamlandırırdı. Sisianova görə, mayor
Mehman Süleymanov
88
Lisaneviç azərbaycanlı əhaliyə qarşı yumşaqlıq nümayiş etdirir və öz
qətiyyətini göstərmirdi. Onun sözlərinə görə, Lisaneviçə buraxılan pulla
o, azərbaycanlı ağalar arasında casus tapa və onun vasitəsilə baş verəcək
hadisədən vaxtında xəbər tuta bilərdi. Ona görə Sisianov mayor
Lisaneviçin Qarabağa göndərilməsi ilə bağlı qəbul etdiyi qərarında səhv
etdiyini bildirirdi. Baş vermiş hadisənin aradan qaldırılması üçün
Sisianov mayor Lisaneviçdən tələb etdi ki, Mirzəli bəylə Fəzləli bəyin
tapılması üçün lazımi işlər görülsün, lazım olarsa bunun üçün müəyyən
maliyyə vəsaitləri istifadə edilsin və necə olursa-olsun verilən tapşırıq
yerinə yetirilsin. Əks təqdirdə Sisianov onu hərbi tribunala verəcəyi ilə
hədələdi. (95).
General Sisianov baş vermiş hadisə ilə bağlı İbrahim xana da məktub
yazdı və onu da zəif idarəçilikdə günahlandırdı. O, İbrahim xana çatdırdı
ki, indiki şəraitdə rus qoşunları tərkibində xidmət edən İbrahim xanın
oğlu Mehdiqulu ağanın Şuşaya qayıtmasını və onun xanlıqdakı
satqınların cəzalandırılması ilə məşğul olmasını məqsədəuyğun sayır
(96).
Yanvar ayının 9-da Sisianov geri qayıtmasını qərara aldığı
Mehdiqulu ağaya məktub yazdı. Rus generalı Behbud bəyin Gəncədən
qaçırılması xəbərini ona çatdırmaqla belə bir hadisənin baş verməsini
atası İbrahim xanın qocalığı və idarəçiliyi ciddi nəzarət altında saxlaya
bilməməsi ilə əlaqələndirirdi. Sisianov qeyd edirdi ki, atasına kömək
göstərməsi məqsədilə onun Şuşaya qayıtmasını lazım bilir. Rusiya
qoşunları komandanı Mehdiqulu ağadan tələb edirdi ki, Mirzəli bəy və
Fəzli bəy kimi antirus mövqeli şəxsləri tapsın və onları ciddi
cəzalandırsın. Sisianov eyni zamanda xəbərdar edirdi ki, əgər Mehdiqulu
ağa xanlıq ərazisində Rusiya mövqelərini qorumasa, onda Rusiya
imperatoru qarşısında günahkar sayılacaq və ona ağır cəzalar veriləcəkdir
(97).
Qarabağnamə müəlliflərinin fikrincə, Mehdiqulu ağa Şuşa qalasına
yetişəndən sonra antirus mövqedə olanların qarşısının alınması ilə
məşğul oldu (98). Bunun neçə həyata keçirilməsi və hansı tədbirlərin
görülməsi haqqında isə müəlliflər yazmırlar. Hər halda müəlliflər
Mehdiqulu ağanın atasına qarşı müxalifət təşkil etməsi haqqında
məlumat vermirlər.
Eyni zamanda xanlıq ərazisində şah mövqelərinin təmsilçisi olan
Əbülfət ağaya qarşı da ciddi bir tədbir həyata keçirilməsi haqqında
məlumat mövcud deyil. İbrahim xan isə hər hansı tərəfə qarşı əsaslı
münasibət nümayiş etdirmirdi. Şuşada rus qoşun dəstəsinin yerləşməsi
onu rusmeylli kimi təqdim etməyə əsas versə də, şah qüvvələrinə qarşı
Gülüstan müqaviləsi
89
heç də kəskin münasibət göstərmirdi. Çox güman ki, o, yenə də əvvəlki
siyasətini davam etdirməklə, şah qüvvələri ilə rus qüvvələrini üz-üzə
qoymaqla hər iki tərəfin zəifləməsini istəyirdi.
1806-cl ilin fevralında Bakı xanı ilə danışıqlar apararkən Sisianov
qətlə yetirildi. Bu hadisə İbrahim xanı bir qədər təşvişə saldı. Ola bilsin
ki, o, şah qüvvələrinin bu fürsətdən istifadə edərək böyük qüvvələrlə
Qarabağ xanlığı üzərinə hücuma keçəcəyindən ehtiyat edirdi. Ona görə
İbrahim xan öz adamlarını Qafqazdakı rus qoşunlarına müvəqqəti
komandanlığı öz üzərinə götürmüş general Nesvetayevin yanına göndərdi
və generaldan qarşılıqlı münasibətlərin davam etdiriləcəyinə bir əminlik
aldı (99).
Qeyd etmək lazımdır ki, bu barədə xəbər verən Qarabağnamələr
Rusiyanın Qafqazdakı hökmranlığı dövründə yazıldığından həmin
mənbələrdə Rusiyaya qarşı kəskin münasibət bildirilməsinə yol
verilməmişdir. Ona görə bu əsərlərdə İbrahim xanın Rusiya istilasına
qarşı aydın mövqeyi də işıqlandırılmamışdır. Rus tarixçilərinin
qabartmağa çalışdığı məqamlara görə isə İbrahim xan Rusiya himayəsinə
sədaqətli olan bir şəxs deyildi və bunu onun əməllərində də görmək
mümkün idi. Məsələn, elə Sisianovun vaxtında olduğu kimi, onun
qətlindən sonra da İbrahim xan xanlıq ərazisində olan rus qoşun dəstəsi
üçün yem və azuqə verməkdən imtina etdi. Şuşa qalasından rus qoşun
dəstəsinin komandiri mayor Lisaneviç düşdüyü çətin vəziyyətin aradan
qaldırılması üçün dəfələrlə İbrahim xana müraciət etsə də, o, məhsul
sahələrinin şah qoşunları tərəfindən yandırılıb məhv edildiyini bəhanə
gətirərək rus dəstəsinin təchizatına heç bir yardım göstərmədi. Rus
hərbçiləri tərəfindən İbrahim xana onun imzaladığı Kürəkçay
müqaviləsinin şərtlərinin xatırlanması da heç bir nəticə vermədi. Əksinə,
rus zabitinin davranışı İbrahim xan tərəfindən xanlıq işlərinə müdaxilə
kimi qiymətləndirilirdi (100).
Rus zabitləri İbrahim xanı imzaladığı Kürəkçay müqaviləsinin
şərtlərinə əməl etməməkdə günahlandırdığı halda, heç Rusiya tərəfi özü
də bu müqavilənin şərtlərinə əməl etmirdi. Rusiya tərəfi İbrahim xanın
hakimiyyətinin təhlükəsizliyinə zəmanət versə də, xanlığın şah
qoşunlarından müdafiə olunması üçün lazımi işlər görülmürdü. Araz
yaxınlıqlarında düşərgə salmış və sayı on minlərlə hesablanan şah
qüvvələrinə qarşı Qarabağ xanlığı ərazisinə yuxarıda qeyd edildiyi kimi,
mayor Lisaneviçin rəhbərliyi altında kiçik bir dəstə göndərilmişdi. Bu
dəstənin də vəzifəsi xanlığın müdafiəsi deyil, Şuşa qalasının, habelə
İbrahim xanın fəaliyyətinin nəzarət altında saxlanması idi. Əslində, Qa-
rabağ xanlığı əvvəllər olduğu kimi şah qoşunları qarşısında yenə də
Dostları ilə paylaş: |