Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə35/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   31   32   33   34   35   36   37   38   ...   265

Gülüstan müqaviləsi 

 

83



Zəyəm çayının isə 5 verstliyində olanda ərzaq karvanı Qacar dəstəsinin 

hücumuna məruz qaldı. Rus mənbələrinin məlumatına görə,  ərzaq 

karvanı müdafiə mövqeyi tutaraq 4 gün ərzində müdafiə olundu. Bu 

günlər ərzində karvanı mühafizə edən dəstə itki də verməli oldu. Ərzaq 

karvanının düşdüyü vəziyyətdən yenicə  Gəncəyə qayıtmış olan 

polkovnik Karyagin xəbər tutdu və  dərhal ixtiyarında olan 570 nəfərlik 

dəstə ilə ərzaq karvanının köməyinə yollandı. Polkovnik Karyaginin dəs-

təsini Zəyəm çayı yaxınlığında Qacar tüfəngdarları qarşıladılar. Rusların 

top atəşləri Qacar tüfəngdarlarını geri çəkilməyə  məcbur etdi. Bundan 

həvəslənən polkovnik Karyagin Qacar qüvvələri üzərinə hücumunu 

davam etdirdi və Qacar qüvvələrini geri çəkilməyə  məcbur etdi. İyul 

ayının 31-də polkovnik Karyaginin dəstəsi və  ərzaq karvanı  Gəncəyə 

yetişə bildilər (87).   

İstinad olunan farsdilli mənbələrdə də Abbas Mirzənin Gəncə üzərinə 

hücumu ilə bağlı yuxarıdakı faktlar bir qədər fərqli də olsa ümumən 

təsdiqlənir. Farsdilli mənbələr Gəncə üzərinə yürüşün təşkil edilməsini 

Sisianovun  şəhəri tərk etməsi və  şəhərin müdafiəsinin zəifləməsi ilə 

əlaqələndirirlər. Mirzə  Məhəmməd Sadıq Vəqayeneqar Gəncə üzərinə 

hücumun təşkil edilməsini Abbas Mirzənin öz təşəbbüsü olduğunu 

bildirir. Onun yazdığına görə, Abbas Mirzə  Tərtər çayına yaxınlaşanda 

şahsevən elinin başçılarından birini dəstəsi ilə birlikdə Sisianovun 

üzərinə göndərdi ki, onun başını qatsın. Özü isə  Gəncə üzərinə hücum 

etdi (88). 

“Məəssər-e Soltaniyyə” və “Tarix-e Zülqərneyn”  əsərlərində  Gəncə 

üzərinə hücum təşəbbüsünün Fətəli  şaha aid olduğu bildirilir. 

Ümumiyyətlə, bu iki əsərdə hadisələrin təsviri çox oxşar  şəkildə 

verilmişdir. Məlumata görə, Fətəli  şah “Təxti-Tavus”dakı düşərgəsində 

olarkən Abbas Mirzəyə  Gəncə üzərinə hücum haqqında göstəriş verdi. 

General Sisianova qarşı müqavimət göstərilməsini isə  Fətəli  şah 

sərkərdəsi  İsmayıl bəy Damğaniyə tapşırdı. Mənbələrdə yazılanlardan 

aydın olur ki, general Sisianov dəstəsi ilə  Tərtər çayına yaxınlaşanda 

Abbas Mirzə  Əsgəranda idi. O, rus qoşunları ilə qarşılaşmaya vaxt 

itirmədən Gəncəyə doğru istiqamət götürdü. Abbas Mirzə  Gəncə 

kənarında düşərgə saldı  və  dəstəsi isə  Gəncə  şəhərini mühasirəyə aldı. 

“Tarix-e Zülqərneyn”dəki məlumata görə, Gəncə  şəhərini mühasirəyə 

alandan sonra Abbas Mirzə əhalini Şəmkir ətrafına köçürtdü. “Məəssər-e 

Soltaniyyə”dəki məlumata görə isə Qacar qüvvələrinin qaladan 

uzaqlaşmaq istədiyini güman edən  şəhər  əhalisi Abbas Mirzənin 

dəstəsinə qoşuldular. Abbas Mirzə  də onlarla birlikdə  hərəkət edərək 

Şəmkir yaxınlığında düşərgə saldı. Bu mənbədə  Şəmkir yaxınlığında 




Mehman Süleymanov 

 

84



Abbas Mirzənin ruslarla döyüşə girməsi haqqında məlumat vardır. 

Həmin mənbədə eyni zamanda Tiflisdən göndərilən  ərzaq karvanının 

üstünə hücum edilməsi haqqında da məlumat vardır. Bildirilir ki, ərzaq 

karvanının üzərinə ilk hücum zamanı bir neçə rus hərbçisi və 2 nəfər də 

zabit qətlə yetirildi. Bu döyüşün təfərrüatı barəsində geniş  məlumat 

toxdur. Amma mövcud məlumatlardan aydın olur ki, bu döyüşdən sonra 

Abbas Mirzə  Gəncədən köçürülmüş olan 5-6 min ailəni Pirqulu xanla 

Məhəmmədəli xana tapşırdı. Özü isə  Həsənsudan keçməklə  İrəvana, 

oradan da Təbrizə yollandı (89). 

Qeyd edilməlidir ki, Abbas Mirzənin dəstəsi Gəncə-Şəmkir ətrafında 

olanda Sisianov hələ Qarabağda idi. Sisianov çalışırdı ki, Qacar 

qoşunlarını tamamilə Qarabağ  ərazisindən sıxışdırıb çıxarsın.  Əks 

təqdirdə, Qacar qüvvələrinin nüfuzu digər Azərbaycan xanlıqları 

üzərində də xeyli möhkəmlənə bilərdi. 

Sisianovun yazışmalarından belə bir qənaətə gəlmək mümkündür ki, 

o hələ Araz çayını adlamaq, Arazın cənub ətrafında olan Qacar qoşunları 

ilə döyüşə girmək niyyətində də olmuşdu. Bunun üçün iyul ayının 21-də 

Sisianov dəstəsi ilə  Əsgəran qalasından cənuba doğru hərəkətə başladı. 

Dəstə 19 verst məsafəni keçərək dağıdılmış Qarakənd ətrafında düşərgə 

saldı. Həmin gün Sisianov məlumat aldı ki, Fətəli  şah Araz 

yaxınlığındakı düşərgəsini tərk edərək Meşkinə  çəkilmişdir. Buna görə 

də Sisianov artıq Araza doğru irəliləməyə ehtiyac görmədi. İyulun 25-də 

Sisianov dəstəsi ilə geriyə, Əsgərana doğru hərəkətə başladı. İyulun 25-

dən 28-nə kimi Sisianovun dəstəsi Əsgəranda oldu. Həmin günlər ərzində 

İbrahim xan general Sisianovun görüşünə gəldi və onu Şuşaya dəvət etdi. 

Sisianov da bu dəvəti qəbul edib Şuşaya yollandı və bir gün orada qaldı. 

Şuşa qalasında olarkən Sisianov eşitdi ki, İbrahim xanın  əmisi 

uşaqları – Mirzəli bəy, Feyzi bəy və  Məhəmməd Həsən bəy və onlara 

tabe olanlar Əbülfət ağaya rəğbət bəsləyirlər. Adları  çəkilən  şəxslər 

Əbülfət ağanın xanlıqda hakimiyyət sahibi olmasını istəməsələr də, onun 

gəlişi ilə daha çox müstəqillik  əldə edəcəklərinə  əmin idilər. Sisianova 

görə, onların Şuşada qalması xanlığın Rusiya himayəsində qalmasına da 

bir təhlükə idi. Ona görə onları girov kimi Tiflisə aparmağı qərarlaşdırdı. 

İbrahim xan Sisianovdan xahiş edərək həmin  şəxslərin azad olunmasını 

istədi. Sisianov bu xahişlə razılaşsa da Mirzəli bəyin və  Fəzli bəyin 

oğlanlarını girov kimi Gəncəyə göndərdi. Məhəmməd Həsən ağanın oğlu 

da nəhayət ki, girov kimi Şuşaya gətirildi. Bundan başqa Şuşa qalasında 

digər hansı  bəylərin də  Əbülfət ağa ilə  əlaqədə olması aydınlaşdırıldı. 

Onlara hədə-qorxu gəlindi ki, əgər bu mövqelərindən əl çəkməsələr ciddi 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə