Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə43/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   39   40   41   42   43   44   45   46   ...   265

Mehman Süleymanov 

 

102



qaytarmağa müvəffəq oldu. Öz yurdlarından sürülən  əhalinin geri 

qaytarılmasını yerli əhali razılıqla qarşıladı  və bütünlükdə xanlıq 

ərazisində müvəqqəti bir sakitlik bərqərar oldu (128). 

M.M.Xəzani Qarabağdan sürülmüş elatın geri qaytarılması üçün baş 

verən döyüşlərdə  Cəfərqulu ağanın böyük şücaət göstərdiyini yazırdı. 

Müəllif onu da qeyd edirdi ki, general Nebolsin Quruçay və Dizak 

tərəflərindən geri qayıdıb qoşunla  Əsgəran  ətrafında düşərgə saldı. Rus 

qoşun dəstəsi  Əsgəran  ətrafında yerləşdikdən sonra general Nebolsin 

ayrılıqda Şuşa qalasına gəldi və orada Mehdiqulu xanın qonağı oldu. Bu 

görüşləri zamanı  İbrahim xanı  qətlə yetirmiş Lisaneviçin Qarabağdan 

uzaqlaşdırılması barəsində Mehdiqulu xan general Nebolsin qarşısında 

məsələ qaldırdı. Mehdiqulu xan istəyini bununla əsaslandırırdı ki, 

İbrahim xanın qətlə yetirilməsi, onun və  ətrafının  əmlakının qarət 

edilməsi qarabağlıların ciddi narazılığına səbəb olub. Lisaneviç 

Qarabağda qaldığı müddətdə yerli əhalinin qəzəbi ilə qarşılaşmalı olardı. 

Lisaneviçin təhlükəsizliyinin təmin edilməsi üçün Mehdiqulu xan onun 

əvəz olunmasını xahiş etdi (129). 

General Nebolsin bu fikirlə razılaşdı və Şuşadakı dəstənin komandiri 

vəzifəsinə Kotlyarevskini təyin etdi. M.M.Xəzani yazır ki, Pyotr 

Stepanoviç Kotlyarevski mayor Lisaneviçin yaxın dostu olduğu və 

dostunun incidildiyi üçün Mehdiqulu xanla ədavətə başladı. Bunun 

nəticəsi kimi, Kotlyarevski Mehdiqulu xanla Cəfərqulu ağa arasında 

qarşıdurmanın yaranmasına nail oldu. Yuxarıda qeyd edildiyi kimi

mayor Lisaneviç İbrahim xanın qətlindən sonra Mehdiqulu ağanı xan 

elan etdi və bununla bağlı Tiflisdəki rus canişinliyinə müraciət edəndə 

Cəfərqulu ağa bundan narazı qalmışdı. Çünki o özünü xanlığın qanuni 

iddiaçısı hesab edirdi. Kotlyarevski də Mehdiqulu xanla Cəfərqulu 

ağanın arasında məhz bu məsələni qızışdırdı. 

Kürəkçay müqaviləsinə görə,  İbrahim xandan sonra  xanlıq onun 

böyük oğluna keçməli və ondan sonra da varislik bu prinsiplə davam 

etməli idi. Bu məqamı nəzərə alaraq Kotlyarevski tərəfindən dəstəklənən 

Cəfərqulu ağa açıq  şəkildə xanlığa iddiasını irəli sürdü. Yuxarıda qeyd 

edildiyi kimi, Sisianov da Qarabağın gələcək xanı kimi Cəfərqulu ağanı 

görürdü. Amma İbrahim xanın qətlindən sonra yaranmış  gərginlikdən 

Lisaneviçin fikrincə, Mehdiqulu ağa kimi daha təcrübəli şəxs çıxa bilərdi 

və ona görə  də onun namizədliyini dəstəklədi. Mayor Lisaneviç eyni 

zamanda general Nesvetayevə  məktub göndərdi ki, Məhəmməd Həsən 

ağanın ölümündən sonra İbrahim xan özü Mehdiqulu ağanı varis elan 

etmişdir. 



Gülüstan müqaviləsi 

 

103



Rus tarixçisi N.Dubrovinin yazdığına görə, iddialarının təmin 

edilməsi üçün həm Mehdiqulu ağa, həm də  Cəfərqulu ağa Tiflisə 

yollandılar. Onların hər ikisini dəstəkləyən qüvvələr var idi və  həmin 

qüvvələr də müəyyən yollarla Rusiya qoşunlarının Qafqaz komandanına 

təsir göstərməyə çalışırdılar. Rus qoşunlarının komandanı eyni zamanda 

Qafqazda mülki işlərə  rəhbərlik edirdi. Başqa sözlə bu şəxs Cənubi 

Qafqazın hərbi-siyasi rəhbəri idi. Müəllifin bildirdiyinə görə, Mehdiqulu 

ağa öz gücünə əmin olmadığı üçün Tiflisdə yaşayan keçmiş Xoy hakimi 

Cəfərqulu xanı da bu işə  cəlb etdi. Cəfərqulu xanın Rusiyaya sədaqətli 

şəxs kimi rus generalları yanında xüsusi hörməti var idi. Mehdiqulu ağa 

da məhz buna görə  Cəfərqulu xanın feldmarşal Qudoviçin yanına get-

məsini və namizədliyini dəstəkləməsini xahiş etdi. Cəfərqulu xan da 

müəyyən vədlərin əvəzində bu xahişi yerinə yetirməyə razı oldu. 

 Cəfərqulu xan da feldmarşal Qudoviçlə görüşüb Mehdiqulu ağanın 

Qarabağ xanı  məqamında saxlanmasını xahiş etdi. 18 yaşlı  Cəfərqulu 

ağanın xanlığı idarə etmək üçün hələ xeyli gənc olması barədə  onun 

söylədikləri ilə Qudoviç də razılaşdı  və çar fərmanı  gələnə kimi 

Mehdiqulu ağanın Qarabağ xanlığını idarə etməsinə razı oldu(130). 

M.M.Xəzani isə yazır ki, Rusiya qoşunlarının Qafqazdakı baş 

komandanı  təyin edilən Qudoviç hələ Tiflisə çatmamışdan qabaq 

Mehdiqulu ağaya məktub göndərdi və Rusiya sarayının onun xan 

olmasına razılıq verməsi ilə  əlaqədar Tiflisə  dəvət etdi. Bu məlumatı 

eşidən kimi Qarabağ xanlığına iddialı olan Cəfərqulu ağa da Tiflisə 

yollandı. O, Mehdiqulu ağadan da əvvəl Tiflisə  gəldi və orada bir ay 

Qudoviçin Tiflisə gəlib çatmasını gözlədi. İlk görüşlərində Qudoviç onun 

Mehdiqulu ağa tərəfindən göndərildiyini güman etdi. Cəfərqulu ağanın 

xanlıq iddiası ilə  gəlməsi aydınlaşandan sonra Qudoviç bildirdi ki, 

İbrahim xan qətlə yetiriləndə 17 yaşında olmusan. Mayor Lisaneviç səni 

xanlığa layiq bilməyib və Mehdiqulu ağa haqqında təqdimat hazırlayıb 

çar sarayına göndərib. Artıq çar sarayının qərarı var və daha bu qərarı 

dəyişmək olmaz. Cəfərqulu ağa bu deyilənlərlə razılaşmalı oldu və eyni 

zamanda  xahiş etdi ki, xan tərəfindən ona bağışlanmış 36 para kəndə 

toxunulmasın. Qudovuç bu xahişlə razılaşdı  və Mehdiqulu xana da 

tapşırdı ki, həmin kəndlər Cəfərqulu xanın güzəranının təmin edilməsi 

üçün onun ixtiyarında saxlanılsın (131). 

Bir müddətdən sonra 1806-cı il sentyabrın 10-da Rusiya çarı 

Aleksandr Mehdiqulu xanın Qarabağ xanlığına təsdiq edilməsi barədə 

fərman imzaladı. Həmin fərmanda deyilirdi: “Biz ali məqamlı  və ali 

cəlallı, ehsani-ümumə  şamil olunan Allahın mərhəməti və köməyi ilə 

bütün Rusiya məmləkətlərinin, habelə başqa vilayət və ölkələrin istiqlal 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə