Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə46/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   42   43   44   45   46   47   48   49   ...   265

Mehman Süleymanov 

 

110



101. Дубровин Н. , т.  V,   с.39 

102.  


،هيناطلس رثام

249


-

248


 

103.  


،شورس گنھآ

130


-

129


 

104. Дубровин Н. , т.  V,   с.41-42 

105. Дубровин Н. , т.  V,   с.43 

106. Потто В.А. Кавказская война. Т. II. Ермоловское время. С.363 

107. Mirzə Yusif Qarabaği. Tarixi Safi, s.51. Bax: Qarabağnamələr. 

İkinci kitab. Bakı, 1991, s.6-94 

108. Rzaqulu bəy Mirzə Camal oğlu, s.236 

109. Xəzani M.M., s.177 

110. Əlizadə H., s.337 

111. Дубровин Н. , т.  V,   с.39 

112. Xəzani M.M., s.178;  Rzaqulu bəy Mirzə Camal oğlu, s.236-237 

113. Axundov N. Qarabağ salnamələri. Bakı, 1989, s.144 

114. АКАК, т. III, c.329 

115.  Əliyev M.M. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının 

tarixşünaslığı. Tarix elmləri namizədi alimlik də-rə-cəsi almaq üçün 

təqdim edilmiş dissertasiya. Bakı, 1996, s.48  (Azərbaycan Milli 

Kitabxanasının Dissertasiya fondu). 

116. Raffi. Melikstva Xamsa. http://armenianhouse.org/raffi/novels-

r5u/khamsa/meliks/_14.html 

117. АКАК, т. III, c.334 

118. Xəzani M.M., s.178 

119.  


،هيناطلس رثام

250


 

120. Дубровин Н. , т.  V,   с.45 

121. Дубровин Н. , т.  V,   с.46 

122. Раффи...., глава, XLI 

123. Mirzə Camal Cavanşir Qarabaği, s.44 

124. Rzaqulu bəy Mirzə Camal oğlu, s.237 

125. Дубровин Н. , т.  V,   с.46 

126. Раффи...., глава, XLI 

127. 

ص ،هيناطلس رثام



.

251


 

128. Mirzə Camal Cavanşir Qarabaği, s.44-45 

129. Xəzani M.M., s.180 

130. Дубровин Н. , т.  V,   с.52 

131. Xəzani M.M., s.180 

132. www.mektebler.az/blog/796/entry/63 

133. Mirzə Camal Cavanşir Qarabaği, s.45 

134. Дубровин Н. , т.  V,   с.47 

135. Раффи...., глава, XLI 



Gülüstan müqaviləsi 

 

111



 

 

 



 

 

 



 

III FƏSİL 

 

RUSİYA İŞĞALÇILIĞININ SİSİANOV 

DÖVRÜNÜN SONU 

 

1.Şəki xanlığının Rusiyaya birləşdirilməsi 

 

Car-Balakənin və ardınca da Gəncə xanlığının işğalı digər Azər-



baycan xanlıqları kimi Şəki xanlığının müstəqilliyi üçün də ciddi 

təhlükənin yaxınlaşmaqda olduğundan xəbər verirdi. Bölgədə olan rus 

qoşunlarına müqavimət göstərmək üçün Şəki xanı  Məhəmməd Həsən 

xanın ixtiyarında yetərli sayda hərbi qüvvə yox idi.Qonşu xanlıqlarla 

olan gərgin münasibətlər isə birgə müqavimət ümidini aradan qaldırırdı. 

Ona görə Şəki xanı Rusiya qoşunlarının işğalçılığına qarşı Qacar sarayı 

ilə  əməkdaşlığa müəyyən ümid bağlayırdı. Baxmayaraq ki, XIX sərin 

əvvəllərində  Məhəmməd Həsən xan xanlığın müstəqilliyinin qorunması 

üçün Rusiyanın himayəsinə də biganə deyildi (1). 

Car-Balakən və  Gəncə  əhalisinə rus qoşunları  tərəfindən divan 

tutulması, Gəncə xanə Cavad xana qarşı  qəddarlıq nümayiş etdirilməsi 

Məhəmməd Həsən xanda Rusiya ilə bağlı gümanlarında  əbəs olduğu 

qənaətini yaratdı. Məhəmməd Həsən xan öz məktublarının birində 

yazırdı ki, rus kafirləri Gəncəni fəth ediblər,  əhalisini qırıb və  əsir 

ediblər. Onların qoşunlarının bir hissəsi isə Car-Talaya gediblər və oranın 

əhalisinə böyük ziyan yetiriblər (2). 

Mövcud olan məlumatlara görə, Məhəmməd Həsən xan bütünlükdə 

Rusiya işğalına qarşı idi və Cavad xanı da rus qoşunlarına müqavimət 

göstərməyə çağırdı. Xüsusilə, rus qoşunlarının Gəncə üzərinə hücuma 

hazırlıq günlərində  Məhəmməd Həsən xan qoşunu ilə  Gəncənin 

köməyinə  gələcəyini bildirməklə Cavad xanı ciddi müqavimətə çağırsa 

da belə bir köməyi göstərə bilmədi (3). 




Mehman Süleymanov 

 

112



Gəncənin işğalından sonra Məhəmməd Həsən xan general Sisianova 

məktub yazdı və yuxarıda qeyd edildiyi kimi,  Cavad xanın xanımı olan 

bacısını  uşaqları ilə birlikdə  Şəkiyə buraxılmasını xahiş etdi. Bu 

məktubda da Məhəmməd Həsən xanın ruslara olan rəğbətsiz müna-

sibətini müşahidə etmək mümkündür. Məhəmməd Həsən xan təəssüflə 

Gəncənin ruslar tərəfindən alındığını və şəhərin talanlara məruz qaldığını 

bildirirdi. General Sisianov isə onun bu fikirlərinə öz xarakterinə uyğun 

cavab verirdi. O, Məhəmməd Həsən xanı hədələdi və ondan da Rusiya tə-

bəəliyini qəbul etməyi tələb etdi(4). Başqa sözlə, Sisianov çox açıq 

şəkildə  bəyan etdi ki, Məhəmməd Həsən xan ya Rusiyaya itaəti qəbul 

etməli, ya da Gəncə xanının aqibəti ilə qarşılaşmalıdır. 

Mürəkkəb vəziyyətə düşdüyünü görəndə  Məhəmməd Həsən xan 

ruslarla danışıqlar aparmağa başladı. Bu məqsədlə Hacı Mustafa adlı 

birisi general Sisianovun yanına göndərildi və onun vasitəsilə ruslara 

dostluq münasibətləri təklif olundu. Sisianov isə cavabında  bildirdi ki,  

Məhəmməd Həsən xanın sözdə olan vədlərini qəbul edə bilməz. O tələb 

etdi ki, Şəki xanı Rusiya imperatoruna sədaqətini öz əməli ilə sübut etsin, 

oğlunu dostluğa zəmanət kimi onun yanına girov göndərsin. Əks təqdirdə 

Sisianov Şəki xanının vədlərini qəbul etməyəcəyini bildirirdi (5). 

Məlumdur ki, Məhəmməd Həsən xan general Sisianovun tələblərini 

qəbul etmədi. Çünki Məhəmməd Həsən xan həm də Qacar sarayı ilə 

münasibətlər qurmağa çalışırdı. Sisianovun rəhbərliyi altında olan rus 

qoşunlarının  İrəvan xanlığı  ərazisində  uğursuzluğa düçar olması isə 

Məhəmməd Həsən xanda qacarlara bağladığı ümidini daha da artırdı. 

Məktublarının birində  Məhəmməd Həsən xan yazırdı ki, Sisianov rus 

qoşunları ilə  İrəvanda Fətəli  şahın məngənəsinə düşüb və Allaha dua 

edirdi ki, bu döyüşdə Fətəli şah qalib gəlsin. Rus qoşunlarına qarşı mü-

barizə aparan çeçenlərə  və kabardinlərə  Məhəmməd Həsən xan 

heyranlığını bildirir və Aksay camaatını da rus kafirlərinə qarşı 

mübarizəyə səsləyirdi (6). 

Rus qoşunlarının İrəvan qalası üzərinə hücumu başa çatdıqdan sonra 

Fətəli şah əyanlarından olan İbrahim bəy adlı birisi ilə Məhəmməd Həsən 

xana məktub göndərdi. Məktubda rus qoşunlarının məğlub olaraq geri 

çəkilməsi haqqında xəbər verilir və rus qoşunlarının məğlubiyyətə 

uğradılmasının xidmətləri də  şah qoşunlarına aid edilirdi. Qacar şahı 

bəyan edirdi ki, məqsəd Gürcüstana kimi irəliləmək və Gizlərə  qədər 

səpələnmiş rus qoşunlarını məhv etmək idi. Lakin havaların soyuması ilə 

bu planın həyata keçirilməsi təxirə salındı. Məktubda deyilirdi ki, Novru-

zun gəlişi ilə  şah qoşunları yenidən öz yürüşlərini davam etdirəcəklər. 

Ona görə yerli hakimlərdən tələb olunurdu ki, öz qoşun dəstələri ilə şah 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə