Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə48/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   44   45   46   47   48   49   50   51   ...   265

Gülüstan müqaviləsi 

 

115



Hakimiyyətinin qorunması üçün Səlim xan rus qoşunlarının ona 

kömək edəcəyinə ümid edirdi. Ona görə  Səlim xan Sisianovun təklif-

lərinə  dərhal cavab verdi. Şəki xanı  bəyan etdi ki, Sisianov tərəfindən 

irəli sürülən təkliflərin üçü qəbul edilə bilər. Amma o, Rusiya xəzinəsinə 

ildə 7 min çervon vergi verilməsi təklifi ilə razı deyildi. Onun fikrincə, 

xanlığın buna imkanı yox idi. Ona görə də Səlim xan xəzinə vergisini 2 

min çervona qədər azaldılmasını xahiş edirdi. Sisianov isə əvvəlki şərtini 

dəyişmədi və Səlim xanın nəzərinə çatdırdı ki, Rusiya təbəəliyini qazan-

maq istəyirsə irəli sürdüyü təklifləri qəbul etməlidir (13). 

1805-ci ilin mart ayında da Səlim xanla Sisianov arasında yazışmalar 

davam etdirildi. Bu yazışmalarda Sisianov təkidlə öz tələblərini təkrar 

edir, Səlim xan isə onun müəyyən güzəştlərə razı olmasını istəyirdi. Bu 

yazışmalardan aydın olur ki, Səlim xanın kiçik yaşlı  oğlu Qarabağda, 

İbrahim xanın yanında idi. Ona görə, Səlim xan oğlunun girovluğa 

verilməsini də sual altına alırdı. General Sisianov müvəqqəti hal kimi 

Səlim xanın qardaşı  Fətəli bəyin girov göndərilməsinə  də razılığını 

bildirirdi (14). 

1805-ci ilin mart ayı  həm də  Səlim xanın  şamaxılı Mustafa xan 

tərəfindən hücuma məruz qaldığı ay idi. Səlim xan bu hücumun 

qarşısının alınması və xanlığın müdafiəsi üçün Sisianovdan kömək istədi. 

Sisianov da Şəki xanlığını  Səlim xanın xanlığı altında saxlamaq üçün 

onun köməyinə 2 ədəd topla müşayiət olunan 300 nəfərlik qoşun dəstəsi 

göndərdi (15). 

Sisianovla Səlim xanın yazışmalarından aydın olur ki, rus qoşun 

dəstəsinin  Şəki xanlığına göndərilməsi təxminən 1805-ci il mart ayının 

ortalarına təsadüf edir. Rus qoşun dəstəsi  Şəkiyə yaxınlaşanda  Şamaxı 

xanı Mustafa xanın qoşun dəstəsinin hücumuna məruz qaldı. Bununla 

belə, Mustafa xan rus qoşun dəstəsinin müqavimətini qıra bilmədi və 

Şəki xanlığı  ərazisindən geri çəkilməli oldu. Səlim xan bundan 

həvəslənib əlavə kömək üçün bir daha Sisianova müraciət etdi. Səlim xan 

istəyirdi ki, əlavə kömək almaqla Mustafa xanın üzərinə hücum etsin. 

Görünür, Səlim xan Şamaxı xanlığını da öz nəzarəti altına almaq is-

təyirdi. Lakin Sisianov buna razı olmadı.  Əvəzində o, Səlim xana 

xatırlatdı ki, hələ də Rusiya təbəəliyini qəbul etməmişdir. Bununla bağlı, 

Sisianov öz şərtlərini bir daha onun nəzərinə çatdırdı və 1805-ci ilin aprel 

ayında Gəncəyə gözlənilən səfəri zamanı Şəki xanı ilə Rusiya təbəəliyinə 

qəbul edilməsi üçün müqaviləni imzalamaq arzusunda olduğunu bildirdi 

(16). 


Qacar qoşunlarının Araz kənarına toplanması  xəbəri Səlim xanın 

ciddi təşvişinə səbəb oldu və o yenidən kömək üçün Sisianova müraciət 




Mehman Süleymanov 

 

116



etdi. Səlim xan bəyan etdi ki, Qacar qoşunları, Qacar sarayı  tərəfindən 

himayə olunan Mustafa xan, habelə qazıqumıqlı Surxay xan Şəki xanlığı 

üçün ciddi təhlükədir. Onlardan qorunmaq üçün isə  Səlim xan çıxış 

yolunu rus qoşun dəstəsinin köməyində görürdü. Bunun üçün Səlim xan 

təklif edirdi ki, rus qoşun dəstəsi Nuxaya daha da yaxınlaşsın, Nuxadan 

2-3 ağac məsafədə olan məntəqədə yerləşdirilsin. Bundan əlavə, Səlim 

xan xahiş edirdi ki, bir rus zabitinin rəhbərliyi altında olan 50-60 nəfərlik 

rus dəstəsi də onun şəxsi mühafizəsinə ayrılsın. Qacar qoşunlarından və 

Şamaxı xanının qoşunlarından qorunmaq üçün Səlim xan Ərəş və Ağdaş 

camaatını da şimala doğru köçürmək niyyətində olduğunu bildirdi (17). 

Rus təbəəliyini qəbul etmədən Səlim xanın yeni-yeni kömək 

iddialarına düşməsini Sisianov birmənalı şəkildə qəbul etmirdi. General 

Sisianov Səlim xana bir daha çatdırdı ki, onun şəxsi mühafizəsi haqqında 

kömək istəməsi düzgün deyil. Onun sözlərinə görə, Səlim xan hələ 

Rusiya təbəəliyini qəbul etməmişdi. Rusiya təbəəliyini qəbul edəndən 

sonra isə onun artıq belə bir köməyi istəməyə ehtiyacı qalmayacaqdı. 

Çünki Rusiya təbəəsi kimi Səlim xan da Rusiyanın himayəsini 

qazanacaqdı (18). 

Görünür, Səlim xanın  ətrafındakı  təhlükə ciddiləşmək üzrə idi. Ona 

görə  Səlim xan özünün mühafizəsi üçün Surxay xandan silahlı  dəstə 

almaq qərarına gəldi. Bu barədə məlumat Sisianovun açıq qəzəbinə səbəb 

oldu. Sisianov Səlim xanın Rusiyaya düşmən münasibətdə olan Surxay 

xandan kömək istəməsini onun Rusiya təbəəliyinə sədaqət göstərməməsi 

kimi qiymətləndirdi. Sisianov eyni zamanda tələb etdi ki, Səlim xan 

kənardan heç bir kömək almasın(19). 

1805-ci il aprel ayının ikinci yarısında Sisianov Gəncəyə  gəldi. Bu 

gəlişdə onun əsas məqsədi Qarabağ xanlığı ilə Şəki xanlığının Rusiyaya 

birləşdirilməsi üçün hazırlanmış müqavilələrin imzalanması idi. Sisianov 

Qarabağ və Şəki xanları ilə işləri elə qurmaq istəyirdi ki, bu xanların hər 

ikisi ilə eyni vaxtda müqavilə imzalansın. O, İbrahim xanı da, Səlim xanı 

da Gəncəyə  gətirmək və Qarabağla  Şəki xanlıqlarının Rusiyaya 

birləşdirilməsi haqqındakı müqavilələri Gəncədə imzalamaq istəyirdi. İb-

rahim xan ruslara etibar etmədiyi üçün Gəncəyə getməkdən imtina etdi. 

Belə olanda, Səlim xan da Gəncəyə getməkdən imtina etdi. Sisianov 

Gəncəyə  gələndən sonra Səlim xana yazdığı  məktubunda müqavilənin 

harada imzalanması barədə ondan təklif istədi. Müqavilənin 

imzalanmasından qabaq Rusiyaya olan xoş münasibətinin sübutu kimi 

Sisianov  Şəki xanından bəzi təkliflərin icrasını  tələb etdi. Sisianov 

əvvəlcə Şəki xanlığı ərazisində olan Samux hakimi Şirin bəyin və onun 

ailəsinin tutulub ruslara verilməsini istədi. Ondan əlavə isə Sisianov 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə